Vii siNİf azərbaycan tariXİ


Azərbaycan torpaqlarının Cəlairilər dövlətinin hakimiyyəti altına düşməsi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə29/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

Azərbaycan torpaqlarının Cəlairilər dövlətinin hakimiyyəti altına düşməsi 

Cəlairilər  Hülakü  xanın  yürüşü  dövründə  Azərbaycana  köçən  monqol  qəbiləsi  idi.  Cəlairilər  tez  bir  vaxtda 

qüvvətlənməyə  başladılar.  Hakimiyyətə  sahiblənmək  istəyi  onların  mübarizəsini  daha  da  gücləndirirdi.  Cəlairilər 

Hülakü  səltənətinə  yiyələnmək  uğrunda  mübarizədə  Çobanilərə  məğlub  olaraq  Bağdada  çəkildi  və  Şeyx  Həsən 



Cəlairinin  (1340-1354)  başçılığı  ilə    1340-cı  ildə 

Bağdadda Cəlairilər dövlətini yaratdı.  



1357-ci  ildə  Qızıl  Ordu  hökmdarı  Canı  bəy 

Hülakülər  dövlətinə  son  qoyub  Azərbaycanda 

hakimiyyəti  ələ  aldıqdan  sonra  idarəçiliyi  oğlu 

Bərdi  bəyə  tapşırdı.  Bərdi  bəy  atasının  ölüm 

xəbərini eşidəndən sonra ölkəni tərk etməli oldu. Bu 

zaman Cəlairilər dövlətində Şeyx Həsən Cəlairidən 

sonra  hakimiyyətə  gəlmiş    Şeyx  Üveys  (1354—

1374)  bu  fürsətdən  istifadə  edərək  Azərbaycanı 

dövlətinin  tərkibinə  qatmağa  çalışdı.  Bu  məqsədlə  



Şeyx  Üveys  1358-1359-cu  ildə  Azərbaycana 

hücum  etdi.  Şeyx  Üveysin  Azərbaycana  yürüşü 



nəticəsində: 

 



Təbrizi tutdu və  Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı. 

 



Şirvan ərazisini tutaraq Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə saldı. 

Beləliklə Şeyx Üveysin hakimiyyəti dövründə: 

Şeyx Üveys hakimiyyəti dövründə: 

 



Azərbaycana Cəlairilər dövlətinin tərkibinə qatıldı. 

 



Şirvanşahlar dövləti Cəlairilərdən  asılı vəziyyətə düşdü. 

 



Paytaxt Bağdaddan Tərbizə köçürüldü. 

 



Mərkəzi idarə sistemini möhkəmləndirdi. 

Şeyx Üveysin ölümündən sonra hakimiyyəti idarə etmək Cəlairilər üçün çətinləşdi. Feodal pərakəndəliyi və 

hakimiyyətə qarşı çıxışlar ölkəni zəiflətməyə başladı. 

Şeyx Üveysdən sonra hakimiyyətə Sultan Hüseyn (1374-1382) gəldi. Sultan Hüseynin dövründə: 

 

Ölkədə feodal fərakəndəliyi gücləndi. 



 

Mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı. 



Sultan Əhmədin (1382-1410) hakimiyyəti dövründə: 

 



Cəlairilər dövlətində feodal ara müharibələri davam etdi 

 



Ölkənin ictimai və siyasi həyatında elə də əhəmiyyətli dəyişiklik baş vermədi 

 



II Şənbi-Qazan döyüşündə Qara Yusifə məğlub oldu 

 



1410-cu ildə Cəlairilər dövləti, Qaraqoyunlu dövləti tərəfindən süquta uğradıldı 

Belə  bir  vaxtda  hakimiyyəti  Sultan  Əhməd  (1382—1410)  ələ  keçirdi  və  taxt-tacına  sahib  oldu.  Sultan 

Əhməd  vəziyyəti  düzəltməyə  çalışsa  da,  feodallar  arasındakı  mübarizə  və  ölkəyə  olan  işğalçı  yürüşlər  ona  bu 

istəyini reallaşdırmağa imkan vermədi. Beləliklə, Sultan Əhmədin hakimiyyəti dövründə: 

 

Cəlairilər dövlətində feodal ara müharibələri davam etdi. 



 

Ölkənin ictimai və siyasi həyatında elə də əhəmiyyətli dəyişiklik baş vermədi. 



 

II Şənbi-Qazan döyüşündə Qara Yusifə məğlub oldu. 



 

1410-cu ildə Cəlairilər dövləti, Qaraqoyunlu dövləti tərəfindən süquta uğradıldı. 



 

Cəlairilər sülaləsi 

 

 

 

 



Şeyx Həsən (1340-1354) 

1340-cı ildə Bağdadda Cəlairilər dövlətini yaratdı 



Şeyx Üveys (1354-1374) 

Təbrizi tutaraq Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı 



Sultan Hüseyn (1374-1382) 

Ölkədə feodal fərakəndəliyi gücləndi 



Sultan Əhməd (1382-1410) 

Ölkədə feodal ara müharibələri davam etdi 

 



 

Toxtamış xan və Əmir Teymurun Azərbaycana yürüşləri. Əlincə qalasının müdafiəsi

 

XIV  əsrin  80-cı  illərində  Azərbaycan    Əmir  Teymurun  və  Qızıl  Ordu  hökmdarı 



Toxtamış  xanın  dağıdıcı yürüşlərinə məruz qaldı və onların mübarizə meydanına çevrildi. 

1385-ci  ildə  Əmir  Teymur  qoşunu  ilə  Azərbaycana  yürüş  etsə  də,  burada  çox  qala 

bilməyib  geri  qayıtdı.  Əmir  Teymur  1385-ci  ildə  Azərbaycana  yürüş  etdi.  Lakin  Mərkəzi 

Asiyada  baş  vermiş  hadisələrlə  əlaqədar  olaraq  yürüşü  yarımçıq  qoyaraq  geri  qayıtdı.  Bu 

zaman Azərbaycan Cəlarilər dövlətinin tərkibində idi. Sultan Əhməd Əmir Teymurun yürüşü 

zamanı  ona  qarşı  müqavimət  göstərə  bilməyərək    Bağdada  qaçdı  və  ölkəni  başsız  qoydu.  

Əmir  Teymurun  geri  çəkilməsindən  və  Sultan  Əhmədin  Bağdada  qaçmasından  fürsət  kimi 

istifadə  edən  Qızıl  Ordu  xanı  Toxtamış  xan  Azərbaycana  yürüşə  başladı.  1385-ci  ildə 

Toxtamış xanın  Azərbaycana hücumu nəticəsində Təbriz və digər əraziləri zəbt edib çoxlu 



qənimət ələ keçirərək öz ölkəsinə qayıtdı. 

Azərbaycan  1386-cı  ilin  baharında  Əmir  Teymurun  birinci  -  “üçillik  yürüşü”nə 

məruz  qaldı.  Bu  yürüş  zamanı  Təbriz  şəhəri  tutuldu.  Cəlairi  əmirlərinin  əsas  hissəsi 

Bağdada,  bir  qismi  isə  Əlincə  qalasına  qaçdı.  Əmir  Teymurun  Azərbaycana  “üçillik 

yürüşü”  nəticəsində,  Əlincə  qalası  istisna  olmaqla  Naxçıvanadək  bütün  Azərbaycan 

torpaqları onun tərəfindən tutuldu.  1386-cı  ildə  Teymur  Qarabağda  olan vaxt  Şirvanşah I 

İbrahim  qiymətli  hədiyyələrlə  onun  hüzuruna  gedərək  müqavimət  göstərmədən  ona  itaət 

etdiyini  bildirdi  və  onunla  ittifaq  bağladı.

 

Teymur  Azərbaycan  tutduqdan  sonra  onun  



idarəsini  oğlu  Miranşaha  tapşıraraq  paytaxt  Səmərqəndə  geri  döndü.  Əmir  Teymurun 

Azərbaycanı  asanlıqla  işğal  etməsinin  səbəbi  –  ölkədə  ona  qarşı  müqavimət  göstərə  biləcək  



vahid dövlətin olmaması idi. 

1392-ci  ildə  Əmir  Teymur  ikinci  dəfə  Azərbaycana  yürüş  edərək  Təbrizə  daxil  oldu. 

Bu  zaman  Cəlairi  əmirləri  Əlincə  qalasına  sığınmışdılar  və  Teymura  tabe  olmamışdılar. 

Teymur Əlincəyə güclü qoşun göndərsə də qalanı tuta bilmədi. Teymur ikinci yürüşü zamanı 

Gürcüstanı zəbt etdi və  Şəki hakimi Seyid Əlini itaətə  gətirdi. Beləliklə, Əmir Teymurun 

Azərbaycana  ikinci  yürüşü  nəticəsində  də,  Əlincə  qalası  istisna  olmaqla  bütün 

Azərbaycanı  Teymurilər  zəbt  etdi.  Əmir  Teymurun  Əlincə  qalasını  uzun  müddət  tuta 

bilməməsinin  səbəbi  qalanın  strateji  mövqedə  yerləşməsi    yaxşı  müdafiə  olunması  idi. 



Odur  ki,  Əlincə  qalası  Cənubi  Qafqazın,  o  cümlədən  Azərbaycanın  yerli  feodallarının 

Teymurilərə  qarşı  mübarizənin  əsas  dayağına  çevrildi.  Əlincə  qalası  14  il  mühasirədə 

qalandan  sonra  zəiflədi  və  1400-cü  ildə  süqut  etdi.  Qalanın  süqutunun  səbəbi  müdafiəçilər 



arasında  birliyin  olmaması  idi.  Azərbaycanda  sonuncu  istehkamı  da  fəth  edən  Teymur  bir 

müddət sonra geri qayıtdı.  

Əmir  Teymur  1405-ci  ildə  vəfat  etdi.  Bu  zaman  Azərbaycanın  Şirvana  qədər  olan 

əraziləri  Miranşahın  oğlu  Mirzə  Ömər  tərəfindən  idarə  olunurdu.    Əmir  Teymurun  ölüm 

xəbəri  Azərbaycanı  ələ  keçirmək  uğrunda  mübarizənin  yenidən  başlanmasına  səbəb  oldu. 

Hakimiyyəti  yenidən  ələ  almaq  istəyən  Cəlairilər  və  onların  müttəfiqi  olan  Qaraqoyunlular 

Təbrizə  doğru  irəlilədilər.  Teymurilərin  hakimiyyətini  zəiflədən  bu  yürüşlər  daha  bir  yeni 

dövlətin yaranmasına imkanlar açdı. 

 

 

 



Əmir Teymur 

dəfələrlə Əlincə 

qalasına dəfələrlə 

yürüş etsədə, heç bir 

qələbə qazana 

bilməmişdir. 

Əlincə qalasının 

müdafiəsinə Sultan 

Əhmədin oğlu Sultan 

Tahir və Əmir Altun 

başçılıq edirdi. 

Qalanın belə ciddi 

müdafiə olunmasının 

səbəbi Cəlairilər 

dövlətinin 

xəzinəsinin burada 

saxlanılması idi. 

Dövrün tarixçisi İbn 

Ərəbşahın yazdığına 

görə Teymur 

Azərbaycanda 

olmadığı vaxtda 

Sultan Tahir ilə Əmir 

Altun arasında ciddi 

münaqişə baş verdi. 

Tahir ərzaq gətirmək 

üçün getmiş Altunu 

qalaya buraxmadı. 

Ona görə də Əlincə 

müdafiəçiləri 

Tahirdən üz 

döndərdilər. Belə 

olduqda Tahir 

acizliyini dərk 

edərək xəzinəsini 

götürüb yaxın 

adamları ilə Bağdada 

qaçdı və Əlincə 

müdafiəsiz qaldı. 

Teymur 1400-cü ildə 

başsız qalmış Əlincə 

qalasına gələrək 

müqavimətsiz qalanı 

tutur, onu seyr edir 

və möhtəşəmliyinə 

heyran qalır. 

 

Əmir Teymur Toxtamış xanın  Qızıl Ordu dövlətində hakimiyyətə 

gəlməsinə  kömək  etməklə  onu  öz  vassalına  çevirmişdi.  Lakin 

Toxtamışın  Teymurun  himayəsi  altında  olan  torpaqlara    və 

Azərbaycana  hücum  etməsi 

onlar  arasında  müharibəyə  səbəb 

olmuşdu.

  Əmir  Teymur  1395-ci  ildə  Toxtamış  xanı  məğlubiyyətə 

uğratdı.    Bundan  sonra  Qızıl  Ordu  dövləti  zəiflədi  və  bir    daha 

Teymurilərin hakimiyyəti altında olan ərazilərə yürüşləri kəsildi. 

 

Toxtamış xan 



     Əmir Teymur

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə