Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə28/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

Qazan xanın islahatları  

 

Qazan xanın islahatlar keçirməkdə məqsədi 



 

Qazan xan Hülakü dövlətini iqtisadi və siyasi böhrandan xilas etmək üçün bir sıra islahatlar - torpaq, vergi, 



məhkəmə,  rabitə,  ticarət  və    pul  islahatları  həyata  keçirdi.  Qazan  xanın  islahatlarının  təşkilində  və  həyata 

keçirilməsində vəzir, tarixçi alim və həkim Fəzlüllah Rəşidəddinin böyük rolu olmuşdu. 

Qazan  xanın  həyata  keçirdiyi  islahatlar  nəticəsində  əhalinin  vəziyyətini  yaxşılaşdırdı,  Hülakü  dövlətində 

iqtisadiyyat canlandı. 

 

 



 

 

Torpaq islahatı 

Qazan  xanın  torpaq  islahatı  Elxanilərə  xidmət  edən  yerli  əyanların  mənafeyinin 



təmin  olunmasına  istiqamətləndirilmişdir.  Qazan  xanın  torpaq  islahatının  əsasını  monqol 

qoşun  hissələrində  xidmət    edənlərə  torpaq  verilməsi    təşkil  edirdi.  Qazan  xanın  torpaq 

islahatı  keçirməkdə  məqsədi    kənd  təsərrüfatını  inkişaf  etdirmək,  kəndliləri  yaşadıqları 



torpaqlarda oturaqlaşdırmaq idi. Çünki monqol işğalları nəticəsində məhsuldar Azərbaycan 

torpaqları  otlaqlara,  köçəri  maldarların  örüş  yerlərinə  çevrilmişdi.  Qazan  xanın  torpaq 

islahatına əsasən: 

 



Monqol qoşun hissələrində xidmət edənlərə iqta torpağı verildi. 

 



İqta  torpaqları  satılıb-alına,  bağışlana  və  ya  başqa  şəkildə  digərinə  verilə 

bilməzdi. 

 

İqta sahibi öldükdən sonra hərbi işi kim davam etdirirdisə iqta da ona verilirdi.  



Qazan xan istifadəsiz qalan bayrat torpaqlarının becərilməsi üçün də tədbirlər gördü. 

Həmin tədbirlərə görə: 

 

Sahibsiz torpaqlar divanın tabeliyinə verildi. 



 

Onların istifadəsi üçün yeni sahibkarlar müəyyən edildi. 



Qazan xan 1303-cü ildə verdiyi fərmanla iqta torpaqlarında yaşayan kəndlilərin bir 

yerdən  başqa  yerə  getməsi  qadağan  olundu.  Bu  fərmanla  kəndlilər  öz  yaşayış  yerlərinə 

təhkim olunurdu. 

 

Vergi islahatı 

Qazan xanın vergi islahatına əsasən vergi toplanması sahəsində aşağıdakı dəyişikliklər edildi: 

 



Vergilərin növü, həcmi, toplama üsulu, vaxtı və.s məsələlərdə qayda qanun yaradıldı. 

 



Vergi verənlərin siyahısı tutuldu, qeyri qanuni vergilərin toplanması qadağan olundu. 

 



Əhalinin ödəyəcəyi vergilərin miqdarı lövhələrə həkk olunaraq baxımlı yerlərdə nümayiş etdirildi. 

 



Vergilərin nağd pulla və ya məhsulla toplanması və toplama vaxtı dəqiqləşdirildi. 

 

Məhkəmə islahatı 

Qazan  xanın  məhkəmə  islahatı  keçirməkdə  məqsədi    özbaşınalığın  və  rüşvətxorluğun  qarşısını  almaq  idi. 

Qazan xanın məhkəmə islahatına əsasən: 

 

30 illik tarixi keçmiş iddia sənədləri öz qanuni qüvvəsini itirdi. 



 

«Qazı» (din xadimi) vəzifəsinə ədalətli din xadimləri götürülürdü. 



 

Qazilərdən qanuna düzgün əməl edəcəkləri barədə iltizam alınırdı. 



 

cinayətkarların qanuni cəzalandırılmaları üçün tədbirlər görüldü. 



Məhkəmə 

 

 

Rabitə 

 

Torpaq 

 

Qazan xanın islahatları

 

Vergi 

 

Ticarət 

 

Monqol ağalığı 



dövründə 

Azərbaycanda 

divan, iqta 

torpaqları ilə 

yanaşı incu və 

bayrat torpaq 

mülkiyyəti də geniş 

yayılmışdı. İncu – 

hökmüdar və xan 

nəslinə məxsus 

torpaqlar idi. 

Bayrat isə  

istifadəsiz qalıb, 

sonradan monqol 

feodallarının 

himayəsinə keçmiş 

torpaqlara 

deyilirdi

 

 




Lakin Qazan xanın məhkəmə islahatı yarımçıq qaldı və tam şəkildə həyata keçirə bilmədi. 

 

Rabitə islahatı 

Qazan xanın rabitə islahatına əsasən: 

 



Ticarət yollarında gömrük toplanması işi qaydaya salındı, yollarda karvansaralar tikildi. 

 



Əsas yollarda təxminən hər 20 km-dən bir rabitə dayanacaqları adlanan yamlar yaradıldı. 

 



Yamlara əmirlər təyin olundu, onların sərəncamına lazımi qədər qulluqçular, atlar və qoşqu verildi. 

 



Əmirlərə əhalidən rabitə işinə görə hər hansı bir vəsaitin alınması qadağan edildi. 

 



İki il müddətində həyata keçrilən bu islahat nəticəsində rabitə sistemi yaradıldı. 

 

Ticarət islahatı 

Qazan xan ticarətin inkişafını təmin etmək məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirdi: 

 



Vahid pul, çəki və ölçü sistemi yaradıldı. 

 



Ticarət yollarında və bazarlarda gömrük toplanması işi qaydaya salındı. 

 



Ticarət mərkəzləri, yollarda karvansaralar tikildi. 

 



karvan yollarının qorunması üçün xüsusi dəstələr təşkil olundu. 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

Azərbaycanda  monqol  ağalığı  dövründə  vergi  və 

kəlləfiyyətlərin  miqdarı  40-dan  artıq  idi.  Vergi  sahəsində 

özbaşınalıq  hökm  sürürdü.  Eyni  verginin  təkrar  toplanması 

adi hal almışdır. Monqollar dövründə əhali əvvəlki vergilərlə 

yanaşı monqolların təyin etdiyi tamğa və qopçur vergilərini də 

ödəyirdi.  Tamğa    şəhər  sənətkarları  və  tacirlərdən  pulla 

alınırdı.  Qopçur  vergisini  isə  əvvəllər  köçəri  maldarlar 

ödəyirdilər.  Lakin  sonrlar  can  vergisinə  çevrilərək  şəhər  və 

kəndlərin otlaq sahəsinə də şamil edildi. 

 

Monqollar vergi yığarkən 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə