Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə31/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

I İbrahimin hakimiyyəti zamanı Şirvanşahların xarici təhlükəyə məruz qalması 

I  İbrahimin  hakimiyyəti  dövründə  Şərq  ölkələrində  siyasi  vəziyyət  Əmir  Teymurun  yürüşləri  ilə  əlaqədar 

olaraq kəskinləşdi. Şirvanşah I İbrahimin hakimiyyəti dövründə Şirvanşahlar dövləti iki təhlükə qaşısında qaldı: 

1.

 

Cənubdan hücum edən Əmir Teymurun yürüşləri. 

2.

 

Şimaldan Qızıl Ordu xanı Toxtamış xanın həmlələri. 

Şirvanşah I İbrahim hər iki düşmənə qarşı  birdən  mübarizə aparmağın çətinliyini 

dərk edərək ölkəsini qorumaq üçün Əmir Teymurun tərəfinə keçməyi üstün tutdu. Odur 

ki, Əmir Teymurin Azərbaycana birinci yürüşü zamanı - 1386-cı ildə Teymur Qarabağda 

olan  vaxt  onun  hüzuruna  gedərək  müqavimət  göstərmədən  ona  itaət  etdiyini  bildirdi  və 

onunla ittifaq bağladı. Şirvanşah I İbrahimin Teymurla bağladığı ittifaqa əsasən: 

 

Əmir Teymur  I İbrahimi  Şirvan hakimi kimi tanındı. 



 

Teymur şimal sərhədlərin mühafizəsini I İbrahimə tapşırıldı. 

 

I İbrahim Teymurun Qızıl Ordu dövlətinə  olan yürüşündə yaxından iştirak etdi. 



I  İbrahimin  Əmir  Teymurun  tərəfinə  keçməsinin  səbəbi    Qızıl  Ordu  xanı 

Toxtamışın  Şirvanşahlar  üçün  daha  yaxın  təhlükə  olması,  Əmir  Teymurun  isə 

uzaqdan  gəldiyinə  görə  Şirvanı  idarə  etmək  üçün  ona  etibarlı  bir  adam  lazım 

olacağını düşünməsi idi. 

Beləliklə, I İbrahimin Teymurla bağladığı ittifaq nəticəsində: 

 

Şirvan Toxtamış xanın hücumlarından və digər yersiz qarətlərdən xilas 



oldu. 

 



I İbrahim Toxtamışa qarşı Əmir Teymurun simasında sadiq müttəfiq 

qazandı. 

 



Şirvanın siyasi və hərbi cəhətdən qüvvətlənməsinə imkan yarandı. 

 



Ölkənin Şimal sərhədləri möhkəmləndi. 

 

Şirvanşah I İbrahimin Azərbaycanı birləşdirmək cəhdləri 

Teymurun  ölümündən  sonra  (1405)  Azərbaycanda  siyasi  vəziyyət  dəyişdiyi 

üçün Şirvanşah I İbrahim Teymurilərə qarşı aşağıdakı yeni siyasi xətt tutdu: 

 

Teymurilərə itaətdən çıxaraq onlara qarşı çıxdı. 



 

Azərbaycanı birləşdirmək siyasəti yeritdi. 



1406-1410-cu  illərdə  Azərbaycan  ərazisi  Teymurilərin,  Cəlarilərin  və  Qaraqoyunluların  mübarizə 

meydanına  çevirildi.  Teymurilərə  qarşı  xalq  hətəkatı  baş  verdi.  Şirvanşah  I  İbrahim  Teymurilərə  qarşı  xalq 



hərəkatından istifadə edərə  aşağıdakı tədbirləri həyata keçirdi: 

 



Teymurilərə qarşı mübarizəyə qalxaraq, Gəncəni və Qarabağın xeyli hissəsini tutdu 

 



1406-cı ildə Təbrizə daxil olaraq, qısa müddətə də olsa Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi. 

QEYD:  1406-cı  ildə  Təbrizdə  teymurilərə  qarşı  üsyan  qalxdığı  zaman  üsyançılar  kömək  üçün  Şirvanşah  I 

İbrahimə müraciət etdiI İbrahim üsyançılara kömək etməq məqsədi ilə  1405-ci ilin mayında Təbrizə yürüş etdi. 

Bu  zaman  əhali  onu  çox  hörmətlə    öz  hakimləri  kimi  qarşıladı.  Beləliklə,  I  İbrahim,  qısa  müddətə  də  olsa 

Azərbaycanı  öz  hakimiyyəti  altında  birləşdirdi.  Lakin  tezliklə  Təbrizi  tərk  edərək  Şirvana  qayıtdı.  I  İbrahimin 

Təbrizi tərk etməsinin səbəbi Cəlairi Sultan Əhməd və onun müttəfiqi Qaraqoyunlu Qara Yusifin Təbriz şəhərinə 

yaxınlaşması idi.  

 

1406-1410-cu illərdə Azərbaycan ərazisi uğrunda mübarizə aparan qüvvələr 



 

 

 

 



 

Qaraqoyunlular 

 

Teymurilər 

 

Cəlariləri 

 

 



I İbrahim 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Teymur Gürcüstan səfəri öncəsi 

məşvərətdə. Bu səfərdə onu 

Şirvanşah I İbrahim müşayət 

etmişdir 

 



Şəki hakimliyi XIII-XIV əsrlərdə 

XIII  əsrin  əvvvəllərində  Şəki  hakimliyi  Şirvanşahlar  dövlətinin  tabeliyində  idi.  Lakin  monqol  yürüşləri 

nəticəsində  Şəki  hakimliyi  Hülakülər  dövlətinin  tərkibinə 

qatıldı.  XIII-XIV  əsrlərin  qovşağında  Şəkini  Qarabağ, 



Muğan  və  Arranla  birlikdə  Hülakülərin  vəziri,  tarixçi 

Fəzlülah Rəşidəddinin oğlu Cəlal  idarə edirdi. 

XIV  əsrin  birinci  yarısında,  Hülakülər  dövlətinin 

tənəzzülə başladığı dövründə Şəki haimliyi: 

 

Daxili müstəqilliyini bərpa etdi.  



 

Hakimiyyətə Oyrat sülaləsi gəldi. 



 

Ölkənin siyasi həyatında yaxından iştirak etdi. 



 

Müstəqillik uğrunda mübarizə apardı. 



Əmir  Teymur  ilk  yürüşü  zamanı  Şəki  hakimliyi  üzərinə  qoşun  göndərdi.  Ətraf  ərazilər,  eləcə  də  Şəkinin 

dağlıq əraziləri qarət edildi. Şəki hakimliyi itaət altına alındı. Lakin Əmir Teymur Azərbaycanı tərk etdikdən sonra 

Şəki hakimi Seydi Əli itaətdən boyun qaçırdı. Teymurun ikinci yürüşü zamanı o, Şəkini tərk etməli oldu. Teymurun 

qoşunları Şəkini və ətraf əraziləri qarət edib dağıtdılar. 

Seydi  Əli  Teymurilərə  qarşı  mübarizəni  davam  etdirdi.  O,  gürcü  feodalları  ilə  ittifaqa  girib  Əlincəyə  yola 

düşdü. Əlincədə mühasirədə olan Cəlairilərə kömək edən müttəfiqlər Teymurilərə qalib gəldilər. Lakin Teymurilərin 

Şəkiyə növbəti yürüşü zamanı Seydi Əli həlak oldu. Seyid Əlidən sonra onun oğlu Seyid Əhməd Şəki hakimi oldu 

və  atasının  yeritdiyi  siyasətdən  fərqli  olaraq  Teymurilərlə  yaxımlaşdı.  Belə  ki,  Teymurun  Azərbaycana  üçüncü 

yürüşü zamanı (1399) o, Şirvanşah I İbrahinin vasitəçiliyi ilə Teymurun hüzuruna qiymətli hədiyyələrlə Teymurun 

yanına gedərək ona itaətini bildirdi. Əmir Teymur isə bunun qarşılığında: 

 

Seyid Əhmədi Şəki hakimi kimi tanıdı, ona xələt verdi 



 

Seyid Əhmədin atası Seyid Əlinin günahını bağışladı 



Bundan sonra Şəki hakimliyi uzun müddət müstəqilliyini qoruyub saxlaya bildi. 

 

 



 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə