Vii siNİf azərbaycan tariXİ


XIII–XIV əsrlər Azərbaycan mədəniyyəti



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə32/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

XIII–XIV əsrlər Azərbaycan mədəniyyəti 

  

Məktəb və mədrəsələr 

İlk  monqol  yürüşləri  Azərbaycanda  mədəniyyətin  inkişafına  müəyyən  zərbə  vursa  da,  onun  tərəqqisini 

dayandıra  bilmədi.  Hülakülər  dövründə  ölkənin  mədəni  həyatı,  təhsil,  elm  canlandı.  Yadellilərin  hücumları 

xalqımızın  yüksək  mədəniyyətini  məhv  edə  bilmədi.  XIII—XIV  əsrlərdə  Azərbaycanda  elmin  bütün  sahələrində 

inkişaf  baş  verdi.  XIII-XIV  əsrlərdə  Azərbaycanda  təhsil  sisteminin  əsasını  məktəb    mədrəsələr  təşkil  edirdi. 

Məktəb təhsilinə  aiddir: 

 



Əsasən ibtidai təhsil verən elmi müəssisə idi. 

 



Məktəblərdə şəriət dərsləri keçilir, Qurani-Kərimin qiraətlə oxunması öyrədilirdi.  

Mədrəsə təhsilinə  aiddir: 

 

Əsasən orta təhsil verən elmi müəssisə idi. 



 

Burada elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunurdu. 



 

Təbrizdə Rəbi Rəşid mədrəsəsinin açılması 

Azərbaycanın  inkişaf  etmiş  şəhərlərində  mədrəsələr  fəaliyyət  göstərirdi.    Həmin  mədrəsələrdən  biri  XIV 



əsrin  əvvəllərində  Təbrizin  Rəbi  Rəşid  məhəlləsində  açıldı.  Ali  mədrəsə  rolu  oynayan  Rəbi  Rəşid 

mədrəsəsinə aiddir: 

 

Bağdadın Nizamiyyə mədrəsəsindən sonra Şərqdə yaradılmış ikinci  ali təhsil müəssisəsi idi 



 

Fəzlüllah Rəşidəddin tərəfindən təsis edilmişdi. 



 

Burada yüzlərlə görkəmli  alim dərs demiş, minlərlə tələbə təhsil almışdı. 



 

Mədrəsədə təbiət elmləri, fəlsəfə, təbabət, tarix, astronomiya, ilahiyyat elmləri tədris olunurdu. 



F.Rəşiddədinin  oğlu  Xacə  Sədəddinə  yazdığı  məktublardan  da  məlum  olur  ki,  Təbriz  ali  mədrəsəsində 

minlərlə tələbə təhsil almış və onların əksəriyyəti digər ölkələrdən gəlmişdi.  

 

 

 



 

 

 Rəşidəddinin abidəsi. İran

   “Came ət-təvarix” kitabından bir səhifə 

 

 

 

Nəsirəddin Tusi. Marağa Rəsədxanası 

Dövrün  görkəmli  Azərbaycan  alimimlərindən  biri    Nəsirəddin  Tusi  (1201-1274)    olmuşdur.  Nəsirəddin 

Tusiyə aiddir: 

 

Hülakü xanın məsləhətçisi, Abaqa xanın isə vəziri olmuşdur 



 

Hülakülər dövlətinin maliyyə sisteminin tənzimlənməsində böyük rolu olmuşdur 



 

Həndəsənin inkişafına əsaslı şəkildə təsir göstərmiş “Evkilidin şərhi” əsərinin müəllifidir. 



 

Yaxın və Orta Şərqdə əxlaq dərsliyi kimi şöhrət qazanmış “Əxlaqi Nasiri” əsərini yazmışdır. 



 

“Zic Elxani” (Elxani cədvəlləri) əsərində planetlərin geosentirik orbitinin əsas elementləri verilmişdir. 



 

Marağada onun rəhrərliyi ilə rəsadxana tikilmişdi. 



Marağa rəsədxanasına aiddir: 

 



1259-cu ildə, Nəsirəddin Tusinin təşəbbüsü ilə tikilmişdir. 

 



Rəsədxanada 100-dən çox alim çalışırdı 

Fəzlullah Rəşidəddin 

Hülakülər dövlətinin vəziri, 

həkim və tarixçisi olmuşdur. 

Onun “Came ət-təvarix” 

(Tarixlər toplusu) əsəri XIII-

XIV əsrlər tarixini 

işıqlanmasında xüsusi yer 

tutur. Əsərdə Hülakü xandan 

Qazan xanın hakimiyyətinin 

sonuna kimi olan dövr şərh 

olunur

 



QEYD:  Fəzullah  Rəşidəddin  ilə  Nəsrəddin  Tusinin  oxşar  cəhəti  onların  ikisinin  də  dövrün  görkəmli  alim  və  dövlət 

xadimləri olmasında idi

 

 



     Nəsirəddin Tusi. Rəssam Nəcəfqulu İsmayılov. Marağa rəsədxanası 

 

 



XIII-XIV əsrlərdə Azərbaycan ədəbiyyatı 

Bu  dövrdə  şairlər  ədəbiyyat  sahəsində  əvvəlki  ənənələri  davam  etdirirdilər.  Şeirlər 

təkcə fars və ərəb dillərində deyil, Azərbaycan dilində də yazılırdı. Azərbaycandilli klassik 

poeziyanın ilk nümayəndəsi Həsənoğlu Şeyx İzzəddin (XIII əsr) olmuşdur. Onun ana dilində 

yazılmış iki qəzəli məlumdur. 

XIV əsrin sonlarında Azərbaycan ədəbiyyatında hürufilik adlı fəlsəfi cərəyan yarandı. 

Bu  cərəyanın  banisi  böyük  Azərbaycan  mütəfəkkir  şairi  Fəzlüllah  Nəimi  idi.  Hürufilik 

Azərbaycandan  Türkiyə,  İran,  İraq,  Suriya  və  digər  şərq  ölkələrinə  yayıldı.  XIV  əsrdə 

yaşayıb-yaratmış  böyük  şairimiz  İmadəddin  Nəsimi  hürufiliyin  görkəmli  nümayəndəsi, 

Fəzlüllah  Nəiminin ən  yaxın  məsləkdaşı idi.  Hürufilər  ərəb hərflərinin ilahiliyinə,  Allahın 

iki  təzahüründən  birinin  məhz  hərflərdə  olduğuna  inanırdılar.  Bu  hərəkat  Azərbaycanda 

geniş yayılmış və ədəbiyyatda xüsusi yer tutmuşdu. Nəsimi hürufilik ideyalarını öz şeirləri ilə 

təbliğ edirdi. 

XIII  əsrdə  «Azərbaycan  dili»  ifadəsi  işlənməyə  başladı.  Bu  dövrdə  lüğətlər  yarandı. 

Lüğətlərdə  minlərlə  Azərbaycan  sözləri  və  terminləri  izah  olunurdu.  Azərbaycan  dilinin 

qrammatikasına  aid  əsərlər  yazılmağa  başlandı.  Dilçilik  sahəsində  Hinduşah  Naxçıvani

onun oğlu Məhəmməd Naxçıvani xüsusilə seçilirdilər. 

Azərbaycan mütəfəkkiri Mahmud Şəbüstərinin fəlsəfə, məntiq, psixologiya, hüquq və 

digər sahələri əhatə edən əsərləri bütün Şərqdə yüksək qiymətləndirilirdi. 

 

 

İmadəddin Nəsiminin abidəsi. Bakı.   Fəzlüllah Nəiminin məqbərəsi. Naxçıvan 



 

 

 

 

İmaməddin Nəsimi 

 

 

Mahmud Şəbüstəri 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə