Vii siNİf azərbaycan tariXİ


Qara Məhəmmədin hakimiyyəti (1380-1389)



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə35/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

 

 

Qara Məhəmmədin hakimiyyəti (1380-1389)

 

Bayram  Xoca  savaşların  birində  öldürüldü  və  yerinə  oğlu  Qara  Məhəmməd  (1380-1389)  keçdi.  Qara 



Məhəmmədin dövründə: 

 



Qaraqoyunlu bəyliyi daha da gücləndirildi. 

 



Cəlairilərlə yanaşı Ağqoyunlular və Əmir Teymura qarşı mübarizə apardı . 

 



1387-ci ildə Çapaqçur döyüşündə Teymur üzərində inamlı qələbə qazandı. 

 



Mərkəzi Van şəhəri olmaqla Qaraqoyunlu bəyliyinin əsası qoyuldu.   

QEYD: 1387-ci ildə Əmir Teymur Qaraqoyunlular üzərinə qoşun göndərdi. Lakin  Qara Məhəmməd Çapaqçur 

döyüşündə onun qüvvələrini məğlub etdi. Bu uğursuzluqdan sonra Əmir Teymur geri - İrana dönməyə məcbur oldu. 

 

Qara Ysifin hakimiyyətə gəlməsi (1389-1421). Teymurilərin Azərbaycandan qovulması

 

Qara Məhəmmədin ölümündən sonra oğlu  Qara Yusif (1389-1421) hakimiyyət başına keçdi. Qara Yusifin 



Qaraqoyunlu  tayfa  ittifaqına  rəhbərlik  etdiyi  dövrdə  atasının  mübarizəsini  davam  etdirərək  Van  şəhərinə  hücum 

edən  Teymurilərlə  döyüşə  girdi.  Van  döyüşündə  Teymuri  qoşunu  Qaraqoyunluları  məğlub  edərək  Vanı  ələ 



keçirdi.  Teymurilər  Van  şəhərini  tutaraq  qarət  etdikdən  sonra  Qara  Yusif  Cəlairilərlə  yaxınlaşdı  və  müttəfiqlər 

birlikdə Misirə doğru çəkildilər. Qara Yusiflə Sultan Əhmədin Misirə gəldiyini eşidən  Teymur Misir hakimindən 

onları  həbs  etməyi  tələb  etdi.  Misir  hakimi  Teymurla  münasibətləri  pozmamaq  xatirinə  1395-ci  ildə  müttəfiqləri 

həbs  edərək  zindana  atdırdı.  Qara  Yusif  və  Sultan  Əhməd  yalnız  1405-ci  ildə,  Teymurun  ölümündən  sonra  onlar 

həbsdən azad oldular və  Azərbaycana yollandılar. Müttəfiqlər öz tərafdarlarını topladıqdan sonra: birgə mübarizəyə 

başlayaraq: 

 

1406-cı ildə Bağdadı ələ keçirərək Təbrizə doğru irəlilədilər. 



 

1406-cı ildə I Şənbi-Qazan döyüşündə Teymuriləri məğlub etdilər. 

 

1408-ci  ildə  Sərdrud  döyüşündə  Teymuriləri  məğlub  etdilər.  Bununla  Azərbaycanın  cənubu 



Qaraqoyunluların əlinə keçdi və Teymurilər işğal etdikləri Azərbaycan torpaqlarından qovuldular 

 

Cəlairilər dövlətinin Azərbaycanda hakimiyyətinə son qoyulması. Qaraqoyunlu dövlətinin yaranması 

Teymurilərin Azərbaycandan çıxarılmasınsan sonra, zaman keçdikcə Qara Yusiflə Sultan Əhməd arasındakı 

münasibətlər pozuldu. Onlar arasında münasibətlərin  pozulmasına səbəb olmuş əsas amillər aşağıdakılar idi: 

 

Qara Yusifin nüfuzunun artması. 



 

Qara Yusifin siyasi və hərbi uğurları. 



Belə olduqa Sultan Əhməd Keçmiş müttəfiqi Qara Yusifin üzərinə - Təbrizə hücuma keçdi. 1410-cu ildə II 

Şənbi-Qazan adlı yerdə Qara Yusiflə Sultan Əhməd arasında qanlı döyüş baş verdi. Döyüş nəticəsində: 

 



Cəlairi qoşunu darmadağın edildi. 

 



Cəlairilərin Azərbaycandakı hakimiyyətinə son qoyuldu. 

 



Sultan Əhməd döyüşdə əsir götürüldü və bir qədər sonra edam edildi. 

 



Cəlairilər dövləti süqut etdi və onun yerində Qaraqoyunlu dövləti yarandı 

 



Qara Yusif Azərbaycanda hakimiyyəti bütünlüklə ələ aldı. 

Döyüşdən  sonra  Qara  Yusif    Azərbaycanda  hakimiyyətin  qanuni  yolla  Qaraqoyunlulara  keçməsini 

sənədləşdirmək  üçün  Sultan  Əhməddən  hakimiyyətdən  əl  çəkməsi  haqqında  yazılı  sənəd  aldı.  Beləliklə,  1410-cu 

ildə Azərbaycanın Kürdən cənubdakı torpaqları, Anadolunun şərq vilayətləri, İran və Ərəb İraqı daxil olmaqla 

böyük bir ərazidə Qaraqoyunlu dövləti yarandı. Qaraqoyunlu dövlətinin paytaxtı Təbriz şəhəri  oldu. 

 

 



 

1410-cu il 

 

Cəlairilər dövləti süqut  



etdi 

 

Qaraqoyunlu dövləti 



 yarandı 

 

II Şənbi-Qazan döyüşü 



baş verdi 

 

Sultan Əhməd Qara Yusif 



tərəfindən  öldürüldü 

 

Cəlairilərin Azərbaycanda 



hakimiyyətinə son qoyuldu 

 



 

Pirbudağın sultan elan edilməsi 

Qaraqoyunlu dövlətinin əsasını qoyduqdan sonra Qara Yusif özünü deyil oğlu Pirbudağı sultan elan edərək  

onun adına pul kəsdirdi. Qara Yusifin məhz özünü deyil, oğlu Pirbudağı sultan etməsinin səbəbi bu idi ki, dövrün 

ənənəsinə  görə  yalnız  sultan  nəslinə  mənsub  olanlar  qanuni  hökmdar  elan  olunurdular.  Buna  görə  də  Qara  Yusif 

hələ xeyli əvvəl Pirbudağı Sultan Əhmədə oğulluğa  vermişdi. Pirbudaq qanuni  hökmdar  olsa  dövlətdə  yüksək ali 

idarəçilik hüququ Qara Yusifdə qalırdı. 

 

 

Qara Yusifin mərkəzləşmiş dövlət yaratmaq üçün həyata keçirdiyi tədbirlər 

Qara  Yusif  hakimiyyəti  dövründə  mərkəzləşmiş  dövlət  yaratmaq  üçün  aşağıdakı 

tədbirləri həyata keçirdi: 

 

Feodal ara müharibələrinin qarşısını aldı. 



 

 Əyanları mərkəzi hakimiyyətlə hesablaşmağa məcbur etdi. 

 

Bütün Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirməyə çalışdı. 



 

Təsərrüfatda müəyyən canlanma yaratdı 

Lakin, Qara Yusif güclü mərkəzləşdirilmiş dövlət yarada bilməsi 

 

Qara Yusifin Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə salması 

Qara Yusif qurduğu dövləti bir qədər möhkəmləndirdikdən  sonra Qarabağa gələrək Şirvana qasid göndərib I 

İbrahimin  tabe  olmasını  tələb  etdi.  Qara  Yusifin    əsas  diqqəti  Şirvana  yönəltməkdə  məqsədi  bütün  Azərbaycan 



torpaqlarını vahid dövlət halında birləşdirmək idi. Lakin Şirvanşah I İbrahim Şirvanşahların müstəqilliyini itirmək 

istəmədiyi üçün Qara Yusifin tabe olmaq tələbini  tələbi rədd etdi.  



1412-ci  ildə  Şirvanşah  və  onun  müttəfiqlərinin  birləşmiş  qüvvələri  ilə  Qara  Yusifin  qoşunu  arasında  Kür 

çayı sahilində döyüş baş verdi. Kür çayı sahilində baş verən döyüş nəticəsində: 

 



Qara Yusifin  silahlı dəstələri qalib gəldi 

 



Şirvanşah I İbrahim və onun müttəfiqləri məğlub olaraq əsir 

düşdülər. 

Qara  Yusif  döyüşdən  bir  qədər  sonra  I  İbrahimdən  bac  alaraq  onu 

azadlığa  buraxdı.  Beləliklə    Şirvanşahlar  Qaraqoyunlu  dövlətindən 

asılı vəziyyətə salındı. 

1417-ci  ildə  Şirvanşah  I  İbrahim  vəfat  etdi  və  onun 

Azərbaycanı  birləşdirmək  planı  yarımçıq  qaldı.  I  İbrahimin  oğlu  

Xəlilullah  (1417-1462)  Şirvanda  hakimiyyətə  gəldikdən  sonar 

atasından fərqli olaraq Qaraqoyunlu dövlətinə qarşı aşağıdakı siyasəti 

yeritdi: 

 



Qara Yusifin hakimiyyətini tanımaqdan imtina etdi. 

 



Qara 

Yusifə 

qarşı  Teymuri  hökmdarı  Şahruxla         

(1409-1447) ittifaqa girdi. 

 

I İbrahimin  birləşdirməcəhdlərinə qarşı çıxan qüvvələr 

 

 



Qara Yusifə qarşı ittifaq bağlamış dövlətlər 

 

 



 

Teymurilər 

 

Cəlairilər 

 

Qaraqoyunlular 

 

 



Qara Yusif  döyüşdə.  1412-ci il Kür sahili döyüşü

rəsm əsəri. Milli Azərbaycan Tarix Muzeyi 

 

 



 

 

 



 

 

 



 

 

Şirvanşahlar 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə