Vii siNİf azərbaycan tariXİ


Hülakü xanın hakimiyyəti (1258-1265)



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə27/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

Hülakü xanın hakimiyyəti (1258-1265) 

Elxanilər  dövlətinin  əsasını  qoymuş  və  onun  ilk  hökmdarı  olmuş  Hülakü  xanın 

hakimiyyəti dövründə: 

 



Köçəri  feodallara  arxalanaraq  vilayətlərin  idarəçiliyini  və  hərbi-siyasi  işləri 

əmirlərə həvalə etdi 

 



Qısa vaxtda güclü və mərkəzləşmiş dövlət yaratdı. 

 



Azərbaycanın 

şimal 


hissəsində 

şimal 


sərhədlərinin 

mühafizəsini 

möhkəmləndirmək məqsədi ilə güclü monqol hərbi dəstələri məskunlaşdırıldı 

 



Azərbaycan  torpaqları  uğrunda  Hülakü  və  Qızıl  Ordu  arasında  müharibələr 

başlandı. 



 

Qazan xanın hakimiyyəti (1295-1304) 

Hülakü xanın ölümü  hakimiyyət  uğrunda  gedən  mübarizəni gücləndi.  1295-ci 



ildə  Qazan  xan  Qarabağda  özünü  padşah  elan  etdi.  Uzunsürən  mübarizədən  sonra 

Elxani  taxtına  çıxan  Qazan  xan  (1295—1304)  bu  münaqişəyə  son  qoydu.  Beləliklə 

Hülakülər dövlətində hakimiyyət uğrunda gedən mübarizə Qazan xanın hakimiyyətə 

gəlməsi  ilə  nəticələndi.    Qazan  xan  hakimiyyətə  gəldikdən  sonra  dərhal  aşağıdakı 

tədbirləri həyata keçirməyə başladı: 

 



Ölkədə baş verən qiyamların hamısını  yatırdı. 

 



İslam dinini dövl ət dini elan edib özünə Mahmud təxəllüsünü götürdü.  

 



Hülakü dövlətini iqtisadi böhrandan xilas etmək üçün  islahatlar keçirdi. 

 

Əbu Səidin hakimiyyəti (1316-1335) 

Qazan  xanın  ölümündən  sonra  Hülakülər  dövlətində  mərkəzi  hakimiyyət  bir  müddətdən  sonra    zəiflədi. 

Qazan xandan sonra Hülakülər dövlətinin taxt-tacına onun qardaşı Məhəmməd Olcayut daha sonra isə Olcayutun 

oğlu  Əbu  Səid  (1316-1335)  gəldi.  Azyaşlı  Əbu  Səid  dövlətin  idarəsində  yaxından  iştirak  edə  bilmədiyi  üçün 

Məhəmməd  Olcayut  vəsiyyət  etmişdir  ki,  dövlətin  idarəsi  Sulduz  qəbiləsindən  olan  baş  əmir  Çobana  həvalə 

olunsun. Odur ki,  Əbu Səid hakimiyyətə gəldikdən sonra Hülakü dövlətini  Əmir Çoban idarə etməyə başladı. Onun 

hakimiyyətdəki ağalığı digər feodal quruplarının narazılığına və mərkəzi hakimiyyətə qarşı çıxışlara səbəb oldu. 

Ölkədə  feodal  çəkişmələri  gücləndi.  Əmir  Çobana  qarşı  qiyamlar  başladı.  Artıq  gənc  yaşına  çatmış  Əbu  Səid 

qiyamları yatırmaq üçün şəxsən döyüşlərə girirdi və qiyamçılarıınn qoşunlarını məğlubiyyətə uğratdı. Buna görə ona 

«Bahadır» ləqəbi verildi.  

Bundan sonra Əbu Səid Əmir Çobana qarşı mübarizəyə başladı. Əbu Səidin Əmir Çobana qarşı mübarizəyə 

başlamasının səbəbi bunlar idi: 

1.

 

Əmir Çoban və onun oğlanlarının dövlət idarəçiliyində yüksək mövqe tutması 

2.

 

dövlətin idarəsini bütövlükdə Əmir Çoban və onun oğlanlarının əlinə alması  

Əbu  Səid  Əmir  Çobana  qarşı  çıxan  feodalları  öz  ətrafında  birləşdirərək  1328-ci  ildə  əmir  Çobanı  və  onun 

oğlanlarından ikisini edam etdirdi. Lakin feodal şəkişmələri daha da gücləndi və səngimək bilmədi. 

 

Çobanilərin Hülakü səltənətini ələ keçirməsi

 

1335-ci  ildə  Əbu  Səid  arvadı  tərəfindən  zəhərlənərək  öldürüldü.  Əbu  Səidin  ölümü  ilə  Hülakü  dövləti 

getdikcə  tənəzzülə  uğradı.  Qızıl  Ordu  qoşunlarına  ölkənin  içərilərinə  soxulmağa  şərait  yaratdı.  Dövlətin  süqutu 

daxili və xarici qarşıdurmalar nəticəsində sürətləndi. Hakimiyyətə sahiblənmək uğrunda müxtəlif quruplar arasında 

«Hülakü səltənəti uğrunda» mübarizə qızışdı. 

Əbu Səid hələ sağlığında əmir Çobanı və onun oğlanlarından ikisini edam etdirsə də, onun ölümündən sonra 



Çobanilər Hülakülər dövlətinin zəifləməsindən istifadə edərək hakimiyyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli 

feodal qrupa çevrildilər. «Hülakü səltənəti uğrunda» Çobanilərlə yanaşı  Cəlairilər  Şirvanşahlar da mübarizə 

aparırdı. Bu mübarizədə nisbətən güclü olan çobanilər dövləti Hülakü şahzadələrinin adından idarə edirdilər. Lakin 

Çobani  əmirləri  müstəqil,  Hülakülərdən  heç  bir  asılılığı  olmayan  dövlət  qura  bilmədilər.  Hülakülər  dövlətində 

Hülakü xan 

 

Qazan xanın İslam dinini 



qəbul edib taxta çıxması 


çobanilərin  ağalığına  və  zülmünə  qarşı  üsyanlar  baş  verdi.  Ağır  həyat  sürən  əhalinin  tez-tez  keçirdiyi  üsyanları 

Çobanilər zorla yatırırdı.  

Çobani zülmündən xilas olmağa çalıçan Azərbaycan əhalisi çıxış yolunu Qızıl Ordu xanı Canı bəyə müraciət 

etməkdə gördü. 1357-ci ildə Canı bəy Təbrizə gələrək Çobanilərin hakimiyyətinə son qoydu. Hülakü dövləti süqut 

etdi. 

 

Azərbaycan uğrunda Hülakülərlə Qızıl Ordu arasında müharibələr 



Hülakülər dövlətinin yarandığı ilk vaxtlarda, Hülakü xanın hakimiyyəti dövründən başlayaraq Hülakülərlə 

Cuci nəslindən olan Qızıl Orda xanları arasında Azərbaycan ərazisi uğrunda müharibələr gedirdi. Çünki, Hülakülər 

dövlətinin Qızıl Ordu xanları ilə Azərbaycanda mənafeyi toqquşurdu. Hülakülərlə Qızıl Orda xanları arasında gedən 

müharibələrin  əsas  səbəbi  Qızıl  Ordu  xanlarının  Monqol  dövlətinin  yaradıcısı  Çingiz  xanın  vəsiyyətinə  görə, 



Azərbaycan  torpaqlarının  Cuci  ulusunun    payına  düşməsini  iddia  etməsi  idi.  Odur  ki,    Hülakülərinin 

Azərbaycanda hökmranlığının başlananması ilə Qızıl Ordu xanları tez-tez bu ərazilərə hücumlar edirdilər. Hülakü 

xan və ondan sonra gələn davamçıları isə  bu yürüşləri dəf etməyə çalışırdılar.  

Hülakülər dövləti  Qızıl Ordunun ən böyük və dağıdıcı hücumuna 1335-ci və 1357-ci ildə məruz qaldı. 1335-



ci  ildə  Özbək  xanın  başçılıq  etdiyi  Qızıl  orduların  yeni  hücumlarına  məruz  qaldı.  Əbu  Səid  60  min  nəfərlik 

qoşunla  Arrana  gələrək Qızıl Ordu  xanı  Özbək xanı məğlub edərək onu geri çəkilməyə  məcbur etdi. Lakin Əbu 

Səidin  zəhərlənərək  öldürülməsindən  istifadə  edən  Özbək  xan  yenidən  hücuma  keçərək  Kür  çayına  kimi  irəlilədi. 

Yeni taxta çıxan Arpa xan (1335-1336) Qızıl orduluları ölkədən qova bildi. 1335-ci ildə Özbək xanın qoşunugeri 

çəkildilər,  burada  Şirvanda  bütün  silahlarını  və  əmlaklarını  atdılar,  təcili  qaçmağa  başladılar...  Dərbəndə  kimi 

qaçdılar, oradan isə öz ölkələrinə getdilər» (Həmdullah Qəzvini). 

 

Qızıl Ordu hökmdarı Canı bəyin Azərbaycana hücumu. Hülakü dövlətinin süqutu 

1357-ci  ildə  Qızıl  Ordu  xanı  Canı  bəyin  Azərbaycana  yürüşü  baş  verdi.  Canı 

bəyin yürüşü nəticəsində: 

 

Təbrizə əhalisinin köməyi ilə Canı bəy hakimiyyəti ələ aldı 



 

Hülakülər dövləti süquta uğradı 

 

Azərbaycanda Qızıl Ordunun hakimiyyəti quruldu 



 

Azərbaycanda çobanilərin ağalığına son qoyuldu. 

 

Çobanilərin Hülakülər dövlətinin mühafizəsi uğrunda apardığı mübarizəyə 



son qoyuldu.   

Canı  bəy  öz  ölkəsindəki  gərgin  vəziyyətlə  əlaqədar  olaraq  oğlu  Bərdi  bəyi 

Təbrizdə səltənətə qoyub, Qızıl Ordaya qayıtdı.   Lakin Bərdi bəy atası  Canı bəyin qəfil 

ölümü  ilə  əlaqədar  olaraq  Təbrizdən  getməli  oldu.  Beləliklə,  Canı  bəyin  qəfil  ölümü 

Qızıl  orduluların  Azərbaycanı  tərk  etməsilə  nəticələndi.  Bu  fürsətdən  istifadə  edən 

Cəlairilər dövləti  Azərbaycana hücum edərək ölkəni özünə tabe etdi. 

 

XIII – XIV əsrlərdə Azərbaycan uğrunda müharibə aparan dövlətlər 



 

 

 

 

 

 

 

 

 

 

Qızıl Ordu dövləti 

 

Hülakü dövləti 

 

 

Canı bəy 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə