Vii siNİf azərbaycan tariXİ


Monqolların Azərbaycana ikinci yürüşü (1231-1239)



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə26/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

Monqolların Azərbaycana ikinci yürüşü (1231-1239) 

 

 



Monqolların Azərbaycana ikinci yürüşünün başlanması

 

1231-ci  ildə  monqolların  Azərbaycana  ikinci  yürüşü  baş  verdi.  Monqolların  Azərbaycana  ikinci  yürüşünə 



Cormağun  noyon  başçılıq  edirdi.  Azərbaycandakı  siyasi  vəziyyət  monqollara  qəti  müqavimət  göstərməyə  imkan 

verməsə də, bir sıra şəhərlərdə onlara qarşı çıxışlar oldu. Monqolların Azərbaycana ikinci yürüşündə əsas məqsədi 



Azərbaycanda və ona qonşu olan ərazilərdə möhkəmlənmək idi. Bu isə monqolların Azərbaycana ikinci yürüşünü 

birinci  yürüşdən fərqləndirirdi. 

Əvvəlcə düşmənə ciddi müqavimət göstərən Marağa monqollar tərəfindən tutuldu. Sonra monqollar Təbrizi 

mühasirəyə aldılar. Təbriz  əyanları birinci yürüşdə olduğu kimi, yenə də monqollarla danışıqlar apardı. Danışıqlar 

nəticəsində: 

 



Əhali monqollara xərac verməklə Təbriz dağıntılardan xilas oldu. 

 



Təbrizin bir-çox sənətkarları Monqolustanın paytaxtı Qaraqoruma göndərdilər. 

Gəncə şəhəri də monqollara uzun müddət müqavimət göstərdi. Lakin Gəncə uzun mübarizədən sonra, 1235-

ci  ildə  monqollar  tərəfindən  işğal  olundu.  Beləliklə,  monqolların  Azərbaycana  birinci  yürüşü  zamanı  xərac  verib 

dağıntıdan xilas olan Gəncə şəhəri monqolların ikinci yürüşü zamanı ələ keçirildi.  Monqolların Azərbaycana ikinci 

yürüşü zamanı  talan edə bilmədiyi  şəhər yalnız Təbriz şəhəri oldu. 

Monqollar  Şəmkirdə  də  ciddi  müqavimətə  rast  gəldilər.  Lakin    Şəmkir  də  tutuldu,  əhali  isə  qılıncdan 

keçirildi.  Daha sonra monqollar Bakını da tutdular.  

1239-cu  ildə  Dərbənd  şəhərini  tutulması  ilə  bütün  Azərbaycanın  monqollar  tərəfindən  istilası  və 

monqolların ikinci yürüşü başa çatdı. 

 

 

 



 

Azərbaycanın Ali Monqol Xaqanlığının tərkibinə qatılması (1239-1256) 

1231-1239-cu  illərdə  Azərbaycan  və  Cənubi  Qafqazın    monqollar  tərəfindən  işğal  edilməsi  nəticəsində 

Monqollar Cənubi Qafqazda, o cümlədən Azərbaycanda  möhkəmləndilər. Ali Monqol Xaqanlığının Azərbaycanda 

hakimiyyəti (1239-1256) dövründə: 

 



Azərbaycan Ali Monqol Xaqanlığının canişinləri tərəfindən idarə edilirdi. 

 



Bütün yararlı torpaqlar köçəri monqol əyanlarının ixtiyarına keçdi. 

 



Yerli feodalların əksəriyyəti torpaq malikanələrindən məhrum edildi. 

 



Yerli feodallar torpaqdan istifadə emək üçün yarlıq adlanan xüsusi icazə sənədi almalı idilər. 

Azərbaycanda  Ali  Monqol  Xaqanlığı  dövründə  monqol  canişinləri  isə  öz  aralarında  hakimiyyət  uğrunda 

mübarizə aparırdılar. Bu mübarizə canişinlərin hakimiyyətinin sona çatması ilə nəticələndi

 



 

 

Monqolların 



Azərbaycana 

II yürüşü 

 

 



1231-ci ildə baş 

verdi 


 

Yürüşdə əsas 

məqsədi 

Azərbaycanda 

möhkəmlənmək idi 

Xərac verməklə 

Təbriz yenə də 

dağıntılardan xilas 

oldu 

 

Təbrizin bir-çox 



sənətkarları 

Qaraqoruma aparıldı 

 

1235-ci ildə Gəncə 



monqollar 

tərəfindən işğal 

olundu 

Yürüşə Cormağun 



noyonbaşçılıq 

edirdi 


 

1239-cu ildə 

Dərbəndin tutulması 

ilə bütün Azərbaycan 

işğal olundu 

 

Şəmkir və Gəncə 



monqollara ciddi 

müqavimət göstərdi 

 



Monqolların Azərbaycana üçüncü yürüşü. Hülakülər dövləti  (1256-1357) 

 

Monqolların Azərbaycana üçüncü yürüşü və onun nəticələri 

Monqol  sarayındakı  çəkişmələrdən  istifadə  edən  yerli  feodalların  müstəqillik  meyli  güclənirdi.  Bununla 

razılaşmayan monqol xaqanı növbəti yürüş üçün göstəriş verdi.  Hülakü xanın başçılığı ilə monqollar 1253-cü ildə 

Ön Asiyaya qoşun göndərdi. Beləliklə qonşu ölkələrə, həmçinin Azərbaycana monqolların üçüncü yürüşü başlandı. 

Hülakü  xanın  başçılığ  etdiyi  monqolların  üçüncü  yürüşünün  əsas  məqsədi    İranın,  Ərəb-İraqının,  Suriyanın  və 



başqa ölkələrin müstəqil hakimlərini itaətə gətirmək idi. Hülakü xan güclü hərbi qüvvə və iri köçəri feodalların 

köməyi  ilə  bir  çox  yerli  feodalları  itaətə  cəlb  edə  bildi.  Beləliklə,  monqolların  qonşu  ölkələrə  və  Azərbaycana 

üçüncü yürüşü nəticəsində: 

 



Beşinci Monqol Ulusu adlanan Hülakü (Elxanilər) dövləti yarandı. 

 



1256-cı ildə Azərbaycan tamamilə Hülakülər dövlətinin tərkibinə qatıldı. 

 



Azərbaycan bir əsrədək Hülakülər tərəfindən idarə olunmağa başlandı. 

 



1258-ci ildə Bağdad tutuldu və Abbasilər xilafəti süqut etdi. 

Hülakülər dövlətininn sərhədləri  Amudərya çayından Aralıq dənizinə qədər, İran körfəzindən Dərbəndədək 

əraziləri əhatə edirdi. Azərbaycan bu dövlətin ən inkişaf etmiş ərazisi idi. Marağam, Təbrizi və Sultaniyyəni, sonra 

isə  yenidən  Təbrizi  paytaxt  seçən  Hülakülər  yayda  Qarabağı,  qışda  isə  Muğanı  özlərinə  iqamətgah  edirdilər. 

Hülakülərin dövründə (XIII-XIV əsrlərdə) Azərbaycan Azərbaycan ərazisi 250 min kvadratkilometr idi. 

 

Hülaku dövlətinin paytaxtı olmuş Azərbaycan şəhərləri 

 

 



    

 

    



 

 

Tarixi 

Başçıları 

Xarakteri 

Nəticələri 

I Yürüş 

 (1220-1222) 

 

 

Cəba və 



Sabutay 

 

Kəşfiyyat  



 

Ölkənin iqtisadi,  mədəni-ictimai  sahələrinə ağır zərbə 

vuruldu, feodal pərakəndəliyi daha da gücləndi 

II Yürüş 

 (1231-1239) 

 

 

Cormağun 



noyon 

 

Azərbaycanda 



möhkəmlənmək 

Bütün Azərbaycan monqollar tərəfindən işğal olundu 

və Ali monqol xaqanının təyin etdiyi canişinlər 

vasitəsilə idarə etməyə başlandı 



III Yürüş 

 (1254-1256) 

 

 

Hülakü xan 



Müstəqil 

hakimlərini itaətə 

gətirmək 

Azərbaycan  tamamilə  Hülakülər  dövlətinin  tərkibinə 

qatıldı  və  bir  əsrədək  Hülakülər  tərəfindən  idarə 

olunmağa başlandı 

 

 

 

Təbriz 


 

Sultaniyyə 

 

Marağa 


 

Hülakü xanın 

müstəqil hakimlərini itaətə 

gətirmək üçün səfərə çıxması (Qədim şəkil) 

 

1258-ci ildə Hülakü xanın Bağdada hücumu 



(Qədim şəkil) 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə