Vii siNİf azərbaycan tariXİ


Ərdəbili  işğal etdilər. Ərdəbili tutandan sonra isə üçüncü dəfə



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə25/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

 

Monqollar Marağadan sonra Ərdəbili  işğal etdilər. Ərdəbili tutandan sonra isə üçüncü dəfə Təbriz üzərinə 

hücum etdilər. Bu zaman: 

 



Atabəy Özbək Təbrizin müdafiəsini buraxaraq Naxçıvana qaçdı 

 



Şəhər hakimi Şəmsəddin Tuğyari əhalini monqollara qarşı mübarizəyə çağırdı 

 



Şəmsəddin Tuğyarinin başçılığı ilə əhali Təbrizin müdafiəsinə qalxdılar 

 



Təbriz hər tərəfdən möhkəmləndirildi və qala divarları təmir olundu 

Cəba  və  Sabutay  Təbrizin  ciddi  mübarizəyə  hazır  olduğunu  gördüyü  üçün  açıq  döyüşə  girməkdən 

çəkindilər  və  şəhərdən  üçüncü  dəfə  xərac  almaqla  kifayətləndilər.  Beləliklə,  Təbriz  şəhəri  monqolların 

birinci yürüşü zamanı üç dəfə xərac verərək dağıntıdan xilas oldu. 

 

Monqolların Arrana və Şirvana hücumu (1222) 

 

Cəba  və  Sabutay  Beyləqan  şəhərini  işğal  etdikdən  sonra  Gəncəyə  tərəf  irəlilədilər. 



Gəncəlilərin  şəhərin  müdafiəsinə  əvvəlcədən  hazırlaşdığını  bildiyi  üçün  monqol 

sərkərdələri  şəhərdən  xərac  almaqla  kifayətləndilər    Beləliklə,  Azərbaycana  birinci  yürüşü 

zamanı monqolların Gəncəyə hücumu nəticəsində  şəhər xərac verərək talan və dağıntıdan 

xilas oldu. Azərbaycana birinci yürüşü zamanı monqolların Gəncə və Təbriz şəhərlərini işğal 

edə bilməməsinin əsas səbəbi bunlar idi: 

 

Hər iki şəhərin müdafiəsinin yaxşı təşkil olunması 



 

Hər iki şəhərin mübarizəyə hazır olması 

Monqol  qoşunları  1222-ci  ildə  Şirvana  hücum  etdilər.  Monqollar  Şirvana  hücum 

edərkən Şirvanşah hökmdarı qalaların birinə çəkildi. Şamaxı əhalisi isə düşmənə üç gün qəti 

müqavimət  göstərdi.  Lakin  sayca  üstün  olan  monqolllar  Şamaxını  işğal  etdildilər. 

Azərbaycanın  Beyləqan    Şamaxı  şəhərləri  düşmənə  daha  ciddi  müqavimət  göstərdikləri 

üçün amansız qırğın və talana məruz qalmdılar. 

Monqolların  Şamaxıya  hücumu  haqqında  geniş  məlumat  vermiş  ərəb  tarixçisi  İbn  əl-



Əsir  Şamaxı  şəhərinin  əhalisi  haqqında  yazır  ki,  əhali  “qılınca  sarılmaq  lazımdır,  bizə 

ölümdən  qurtuluş    yoxdur,    döyüşmək  və  ölmək  hər  şeydən  yaxşıdır”  deyərək  düşmənə 

qəhrəmancasına müqavimət göstərdi. 

Monqollar  1222-ci  ildə  Şamaxıdan  şimala  tərəf  üz  tutaraq  Dərbənd  keçidindən  keçməklə  ölkələrinə  getməyi 

qərara  aldılar.  Lakin  Dərbənd  keçidindən  keçməyin  çətinliyini  bilən  Cəba  və  Sabutay 

Dərbəndi  tuta 

bilməyəcəklərini anlayıb Azərbaycanı tərk etdilər.

 

 

 



 

Monqolların birinci yürüşü zamanı ələ keçirə bilmədiyi Azərbaycan şəhərləri 

 

 

 

Gəncə 

Təbriz 

Dərbənd 

Monqolların 

Azərbaycana 

 birinci yürüşü 

 

 



 

 

 



 

 

 



Beyləqan  Şamaxı 

şəhərləri düşmənə daha 

ciddi müqavimət göstərdi

 

 

 



 

 

 



 

 

Gürcüstan iki dəfə 



monqollar tərəfindən 

tutuldu 


 

 

 



 

 

 



 

Təbrizə  və Gəncəyə hücum 

etsələr də işğal edə bilmədilər  

 

 

 



 

 

 



 

 

Yürüşə monqol 



sərkərdələri Cəba  

Sabutay rəhbərlik edirdi 

 

 



 

 

 



 

 

Yürüş 1220-1222-ci illəri 



əhatə edirdi 

 

 



 

 

 



 

 

 



 

Azərbaycana ilk dəfə 



1220-ci ildə yürüşə 

başladılar 

 

 

 



 

 

 



 

 

 



Yürüşün məqsədi kəşfiyya

xarakteri daşıyırdı 

 

 

 



 

 

 



 

 

 



 “Tatarlar 

(monqollar nəzərdə 

tutulur) Beyləqanı 

və onun ətrafını 

qarət edib 

dağıtdıqdan sonra 

Gəncə şəhərinə tərəf 

hərəkət etdilər. 

Gəncə Arran 

vilayətlərinin 

mərkəzi idi. Ancaq 

tatarlar şəhər 

əhalisinin şücaətini 

bildikləri üçün ora 

yaxın gedə 

bilmədilər. Adam 

göndərib pul və 

paltar istədilər. 

Əhali onların 

istədiklərini verdi. 

Onlar da Gəncədən 

çıxıb getdilər”.  

 

İbn al-Əsir 

 

 

 

 




Xarəzimşah Cəlaləddinin Azərbaycanda hakimiyyəti (1225-1231) 

 

Xarəzimşah Cəlaləddinin Azərbaycana yürüşü 

Monqollar ölkəni tərk etdikdən sonra 1225-ci ildə Xarəzimşah Cəlaləddin Azərbaycana yürüş etdi. Monqollar 

Mərkəzi Asiyanı işğal etdikdən sonra hakimiyyətdən məhrum olmuş və torpaqlarını itirmiş Xarəzimşah Cəlaləddin 

qonşu ölkələri, həmçinin İran  Azərbaycanı zəbt etmək qərarına gəldi. Xarəzimşah Cəlaləddinin öz torpaqlarını 

müdafiə  etmək  əvəzinə  İran  və  Azərbaycanı  işğal  etmək  qərarına  gəlməsinin  səbəbi  həmin  ərazilərdə  feodal 



dağınıqlığının hökm sürməsi və müqavimət göstərə biləcək vahid qüvvənin olmaması idi. 

Xarəzimşah  Cəlaləddin  Azərbaycana  monqollar  kimi  cənubdan  hücum  etdi  və  Marağanı  tutdu.  Bundan 

sonra o, Marağadan Təbrizə doğru yönəldi. Xarəzimşah Cəlaləddin 

Təbrizə hücum edərkən: 

 

Atabəy  Özbək 



Naxçıvana, 

Əlincə  qalasına  qaçdı 

(bununla da Eldənizlər dövləti süqut etdi). 

 



Təbriz 

hakimi 

Şəmsəddin 

Tuğyarinin 

qardaşı 

Nizaməddinin  başçılığı  ilə  şəhər  əhalisi  Xarəzimşah 

Cəlaləddinə qarşı mübarizəyə qalxdı. 

 

Təbrizlilər  7  gün  vuruşsalar  da  sonda  müdafiəçilərinin 



müqaviməti  qırıldı  və  Cəlaləddinin  Təbriz  şəhərini    ələ  keçirdi. 

Xarəzimşah Cəlaləddin Nizaməddin Tuğyarini Təbriz hakimi (rəisi) təyin etdi.

  Daha sonra Gəncə zəbt edildi.

 

 



Xarəzmşah Cəlaləddinin Azərbaycanda idarəçiliyinin qurulması 

Xarəzimşah Cəlaləddin Azərbaycana yürüşü nəticəsində: 

 

Bütün Azərbaycan torpaqları Xarəzimşah Cəlaləddinin işğalı altına düşdü. 



 

Atabəylər dövlətinin varlığına son qoyuldu (1225 ). 



 

Marağada Ağsunqurilər sülaləsi süqut etdi (1227). 



 

Şirvanşahlar dövləti ildə Cəlaləddindən asılı vəziyyətə düşdü. 



 

Azərbaycan torpaqları 1225-1231-ci illərdə Cəlaləddinin idarəsinə keçdi. 



Azərbaycan Xarəzimşah Cəlaləddin tərəfindən işğal edildikdən sonra: 

 



Gəncə şəhərini Xarəzimşah Cəlaləddinin iqamətgaha çevrildi. 

 



Azərbaycanın idarəsi Cəlaləddinin vəziri Şərəf əl-Mülkə tapşırıldı. 

 

Usta Bəndər üsyanı. Azərbaycanda Xarəzmşahların hakimiyyətinin başa çatması 

Cəlaləddinin  siyasəti  sadə  xalqın  və  yerli  feodal  əyanların  narazılığına  və  üsyana 

gətirib çıxardı. Üsyanların  əsas səbəblərindən biri Cəlaləddinin əhali üzərinə ağır vergi və 



mükəlləfiyyətlər qoyması idi. Cəlaləddinin Azərbaycanda hakimiyyəti zamanı Təbriz şəhəri 

üsyan qaldırdı. Təbrizdə qalxmış üsyan getdikcə bütün Azərbaycanı bürüdü.  

Cəlaləddinə qarşı xalq hərəkatının ən yüksək zirvəsi 1231-ci ildə  Gəncədə Bəndərin 

başçılığı ilə üsyanı oldu.  Xarəzmşah ordusuna hücum edən üsyançılar qanlı döyüşə çıxdılar. 

Cəlaləddinin Gəncə üsyançıları üzərinə yürüşü nəticəsində: 

 



Cəlaləddin çətinliklə də olsa hiylə yolu ilə Gəncə üsyanını yatırdı. 

 



Üsyan başçıları, o cümlədən Bəndər edam olundu. 

Təbriz və Gəncədən başqa, digər ərazilərdə də Cəlaləddinə qarşı üsyanlar  geniş vüsət 

aldı. Lakin Cəlaləddin digər ərazilərdə baş verən üsyanları yatıra bilmədi. Cəlaləddinə qarşı 

Azərbaycanda baş vermiş üsyanların nəticəsi olaraq: 

 

Cəlaləddinin yaratdığı dövlətin möhkəm əsasa malik olmadığını göstərdi. 



 

Monqolların  Azərbaycanı  və  ətraf  əraziləri  zəbt  etmələri  üçün  əlverişli  şərait 



yarandı. 

1231-ci ildə Monqolların Azərbaycana ikinci yürüşü zamanı Cəlaləddin Azərbaycanı tərk etdi və daha sonra 

naməlum  şəraitdə suiqəsd  nəticəsində öldürüldü. Bununlada Azərbaycanda Xarəzmşahların hakimiyyəti başa çatdı.  



                                                              

 

  

Usta Bəndər 

 

“Gəncə üsyanı 



zamanı şəhər 

hakiminin sarayı 

dağıdıldı, Xarəzm 

qarnizonu məhv 

edildi. 

Üsyançılarla 

danışıqları heç bir 

nəticə vermədi. 

Nəticədə 

Cəlaləddinlə 

üsyançılar 

arasında qanlı 

döyüş baş 

verdi...”. 



Nəsəvi 

Xarəzimşah Cəlaləddinin yürüşü

 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə