I İbrahimin hakimiyyəti zamanı Şirvanşahların xarici təhlükəyə məruz qalması
I İbrahimin hakimiyyəti dövründə Şərq ölkələrində siyasi vəziyyət Əmir Teymurun yürüşləri ilə əlaqədar
olaraq kəskinləşdi. Şirvanşah I İbrahimin hakimiyyəti dövründə Şirvanşahlar dövləti iki təhlükə qaşısında qaldı:
1.
Cənubdan hücum edən Əmir Teymurun yürüşləri.
2.
Şimaldan Qızıl Ordu xanı Toxtamış xanın həmlələri.
Şirvanşah I İbrahim hər iki düşmənə qarşı birdən mübarizə aparmağın çətinliyini
dərk edərək ölkəsini qorumaq üçün Əmir Teymurun tərəfinə keçməyi üstün tutdu. Odur
ki, Əmir Teymurin Azərbaycana birinci yürüşü zamanı - 1386-cı ildə Teymur Qarabağda
olan vaxt onun hüzuruna gedərək müqavimət göstərmədən ona itaət etdiyini bildirdi və
onunla ittifaq bağladı. Şirvanşah I İbrahimin Teymurla bağladığı ittifaqa əsasən:
Əmir Teymur I İbrahimi Şirvan hakimi kimi tanındı.
Teymur şimal sərhədlərin mühafizəsini I İbrahimə tapşırıldı.
I İbrahim Teymurun Qızıl Ordu dövlətinə olan yürüşündə yaxından iştirak etdi.
I İbrahimin Əmir Teymurun tərəfinə keçməsinin
səbəbi Qızıl Ordu xanı
Toxtamışın Şirvanşahlar üçün daha yaxın təhlükə olması, Əmir Teymurun isə
uzaqdan gəldiyinə görə Şirvanı idarə etmək üçün ona etibarlı bir adam lazım
olacağını düşünməsi idi.
Beləliklə, I İbrahimin Teymurla bağladığı ittifaq nəticəsində:
Şirvan Toxtamış xanın hücumlarından və digər yersiz qarətlərdən xilas
oldu.
I İbrahim Toxtamışa qarşı Əmir Teymurun simasında sadiq müttəfiq
qazandı.
Şirvanın siyasi və hərbi cəhətdən qüvvətlənməsinə imkan yarandı.
Ölkənin Şimal sərhədləri möhkəmləndi.
Şirvanşah I İbrahimin Azərbaycanı birləşdirmək cəhdləri
Teymurun ölümündən sonra (1405) Azərbaycanda siyasi vəziyyət dəyişdiyi
üçün Şirvanşah I İbrahim Teymurilərə qarşı aşağıdakı yeni siyasi xətt tutdu:
•
Teymurilərə itaətdən çıxaraq onlara qarşı çıxdı.
•
Azərbaycanı birləşdirmək siyasəti yeritdi.
1406-1410-cu illərdə Azərbaycan ərazisi
Teymurilərin, Cəlarilərin və
Qaraqoyunluların mübarizə
meydanına çevirildi. Teymurilərə qarşı xalq hətəkatı baş verdi. Şirvanşah I İbrahim Teymurilərə qarşı xalq
hərəkatından istifadə edərə aşağıdakı tədbirləri həyata keçirdi:
•
Teymurilərə qarşı mübarizəyə qalxaraq,
Gəncəni və Qarabağın xeyli hissəsini tutdu
•
1406-cı ildə Təbrizə daxil olaraq, qısa müddətə də olsa Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi.
QEYD: 1406-cı ildə
Təbrizdə teymurilərə qarşı üsyan qalxdığı zaman
üsyançılar kömək üçün Şirvanşah I
İbrahimə müraciət etdi. I İbrahim üsyançılara kömək etməq məqsədi ilə 1405-ci ilin mayında Təbrizə yürüş etdi.
Bu zaman əhali onu çox hörmətlə və öz hakimləri kimi qarşıladı. Beləliklə, I İbrahim, qısa müddətə də olsa
Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi. Lakin tezliklə Təbrizi tərk edərək Şirvana qayıtdı. I İbrahimin
Təbrizi tərk etməsinin səbəbi Cəlairi Sultan Əhməd və onun müttəfiqi Qaraqoyunlu Qara Yusifin Təbriz şəhərinə
yaxınlaşması idi.
1406-1410-cu illərdə Azərbaycan ərazisi uğrunda mübarizə aparan qüvvələr
Qaraqoyunlular
Teymurilər
Cəlariləri
I İbrahim
Teymur Gürcüstan səfəri öncəsi
məşvərətdə. Bu səfərdə onu
Şirvanşah I İbrahim müşayət
etmişdir
Şəki hakimliyi XIII-XIV əsrlərdə
XIII əsrin əvvvəllərində Şəki hakimliyi Şirvanşahlar dövlətinin tabeliyində idi. Lakin monqol yürüşləri
nəticəsində Şəki hakimliyi Hülakülər dövlətinin tərkibinə
qatıldı. XIII-XIV əsrlərin qovşağında Şəkini Qarabağ,
Muğan və Arranla birlikdə Hülakülərin vəziri, tarixçi
Fəzlülah Rəşidəddinin oğlu Cəlal idarə edirdi.
XIV əsrin birinci yarısında, Hülakülər dövlətinin
tənəzzülə başladığı dövründə Şəki haimliyi:
Daxili müstəqilliyini bərpa etdi.
Hakimiyyətə Oyrat sülaləsi gəldi.
Ölkənin siyasi həyatında yaxından iştirak etdi.
Müstəqillik uğrunda mübarizə apardı.
Əmir Teymur
ilk yürüşü zamanı Şəki hakimliyi üzərinə qoşun göndərdi. Ətraf ərazilər, eləcə də Şəkinin
dağlıq əraziləri qarət edildi. Şəki hakimliyi itaət altına alındı. Lakin Əmir Teymur Azərbaycanı tərk etdikdən sonra
Şəki hakimi Seydi Əli itaətdən boyun qaçırdı. Teymurun ikinci yürüşü zamanı o, Şəkini tərk etməli oldu. Teymurun
qoşunları Şəkini və ətraf əraziləri qarət edib dağıtdılar.
Seydi Əli Teymurilərə qarşı mübarizəni davam etdirdi. O, gürcü feodalları ilə ittifaqa girib Əlincəyə yola
düşdü. Əlincədə mühasirədə olan Cəlairilərə kömək edən müttəfiqlər Teymurilərə qalib gəldilər. Lakin Teymurilərin
Şəkiyə növbəti yürüşü zamanı Seydi Əli həlak oldu. Seyid Əlidən sonra onun oğlu Seyid Əhməd Şəki hakimi oldu
və atasının yeritdiyi siyasətdən fərqli olaraq Teymurilərlə yaxımlaşdı. Belə ki, Teymurun Azərbaycana üçüncü
yürüşü zamanı (1399) o, Şirvanşah I İbrahinin vasitəçiliyi ilə Teymurun hüzuruna qiymətli hədiyyələrlə Teymurun
yanına gedərək ona itaətini bildirdi. Əmir Teymur isə bunun qarşılığında:
•
Seyid Əhmədi Şəki hakimi kimi tanıdı, ona xələt verdi
•
Seyid Əhmədin atası Seyid Əlinin günahını bağışladı
Bundan sonra Şəki hakimliyi uzun müddət müstəqilliyini qoruyub saxlaya bildi.