Vii siNİf azərbaycan tariXİ


XIII-XIV əsrlərdə Azərbaycan memarlığı



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə33/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

XIII-XIV əsrlərdə Azərbaycan memarlığı  

Elxanilər  dövrü  orta  əsr  Azərbaycan  memarlığı  və  şəhərsalma  sənətinin  inkişafında  ən  məhsuldar  mərhələ 

olmuşdur.  XIII-XIV  əsrdə  Azərbaycanda  iki    yeni  şəhər  -  Sultaniyyə  və  Xəzər  dənizi  yaxınlığında  Qazan  xan 

tərəfindən Mahmudabad şəhəri salındı. Bu şəhərlərin salınmasında yerli memarlar yaxından iştirak etdilər.  

XIII-XIV  əsrlərdə  Azərbaycanda  memalıq  daha  da  inkişaf  etdi.  Abşeron,  Naxçıvan,  Şirvan,  Təbriz, 

Abşeron memarları qiymətli sənət nümunələri yaratdılar.  

XIII-XIV əsrlərdə Abşeron ərazisində aşağıdakı memarlıq abidələri - qalalar inşa edilmişdir: 

 

Nardaran qalası. 



 

Ramana qalası 

 

Mərdəkanda dairəvi qala. 



 

Mərdəkanda dördkünc qala. 

XIII-XIV  əsrlərdə  Azərbaycanda    Şərq  memarlığına  məxsus  kubşəkilli,  səkkizbucaqlı,  qülləvari  tikilmiş 

türbələr meydana gəldi. Həmin türbələr aşağıdakılardı: 

 



Sultaniyyədə  Olcayut Xudabəndə türbəsi. 

 



Bərdə türbəsi. 

 



Qarabağlar türbəsi - Beştağ . 

 



Naçıvanda  Gülüstan türbəsi. 

XIV əsrin əvvəllərində Təbrizdə inşa edilən Əlişah məscidi ölçülərinə görə, o zamankı müsəlman aləminin 

ən möhtəşəm məscidi idi. Divarlarının qalınlığı 3 metr olan bu abidə təbrizlilərin dar günündə etibarlı sığınacaq yeri 

olduğu üçün “Ərk qalası” adını almışdı. 

 

XIII-XIV əsrlərdə Azərbaycanda yeni salınan şəhərlər 

 

 



 

QALALAR 

 

 

 

 

Nardaran qalası.Ramana qalası. Mərdəkanda dördkünc qala. 

 

TÜRBƏLƏR 

 

 

 

 

 

Olcayut Xudabəndə türbəsi. Bərdə türbəsi. Qarabağlar türbəsi – Beştağ. Gülüstan türbəsi. 

 

 

Sultaniyyə 

 

Mahmudabad 

 



 

 

 



Təbrizin simvoluna çevrilən Əlişah məscidi (Ərk qalası) Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin 

vəziri  olmuş    zəngin  tacir  Tacəddin  Əlişahın  göstərişi  ilə  tikilmişdir.  Səttarxan,  Bağırxan  və  digər  Təbriz 

mücahidlərinin  sığınacaqlarından  biri  olmuşdur.  Ərk  qalası  bir  dəfə  zəlzələdən,  bir  dəfə  də  çar  Rusiyası 

ordusunun hücumundan xəsarət almışdır. Son zamanlar abidənin məhv olmaq təhlükəsi yaranmışdır. 

 

 

Dünya muzeylərini bəzəyən sənət nümunələrimiz 

XIII—XIV əsrlərdə Azərbaycanda incəsənət də inkişaf edirdi. Azərbaycan xalçaları dünya bazarlarında şöhrət 

qazanmışdı. Xalçaçılıq sənəti ilə yanaşı, bədii miniatür sənəti də tərəqqi edirdi. Xalçaların ilmələrinə bəzək vuran 

miniatür rəsmlər kitablara xüsusi gözəllik verirdi. Şərqin ən məşhur miniatür mərkəzlərindən biri Təbriz şəhəri idi. 



Təbriz  xalçaçılıq  məktəbi  bu  dövrdə  Təbriz  miniatür  məktəbinin  bədii  xüsusiyyətlərini  mənimsəyərək  daha 

yüksək səviyyəyə qalxdı. Təbriz xəttatlarının ərsəyə gətirdikləri əlyazma kitablar bu gün də dünya muzeylərində, o 

cümlədən İstanbul şəhərindəki kitabxanalarda saxlanılır. 

Təbriz metalişləmə sənəti sahəsində daha üstün mövqe tuturdu. Bunu aşağıdakı faktlar da sübut edir: 

 

1319-cu  ildə  Yusif  ibn  Əhmədin  hazırlaığı  bədii  kasa.  Hal-hazırda  London  şəhərinin  Viktoriya  və 



Albert muzeyində saxlanılır: 

 



1399-cu  ildə  Əbdüləziz  ibn  Şərafəddin  tərəfindən,  Əmir  Teymurun  sifarişi  ilə  düzəldilən  tiyan

Hazırda Sank-Peterburq şəhərində saxlanılır. 

 

XRONOLOGİYA 

 

1220-1222 

Cəba və Sabutayın rəhbərliyi ilə monqolların Azərbaycana kəşfiyyat xarakterli I yürüşü



 

1221 

Monqolların Təbrizə  və Gəncəyə uğursuz hücum etməsi 



1222 

Monqolların Şirvana hücumu 



1225 

Xarəzimşah Cəlaləddinin Azərbaycanı, o cümlədən Şirvanı tutması 



1225-1231 

Azərbaycanda Xarəzimşah Cəlaləddin dövlətinin mövcud olması 



1225 

Xarəzimşah Cəlaləddin tərəfindən Atabəylər dövlətinin varlığına son qoyulması 



1231 

Gəncədə Bəndər üsyanı. 



1231 

Azərbaycanda Xarəzmşah Cəlaləddinin hakimiyyətinin başa çatması 



1231-1239 

Cormağun noyonun başçılığı ilə monqolların Azərbaycana II yürüşü 



 

 

1235 

Gəncənin monqollar tərəfindən işğal olunması 

1239 

Monqolların  Şirvanı  və  Dərbəndi  ələ  keçirməsi.  Dərbənd  şəhərinin  tutulması  ilə  bütün 

Azərbaycanın monqollar tərəfindən istilası və monqolların II yürüşü  başa çatdı 

1239-1256 

Azərbaycanın Ali monqol xaqanlığının tərkibinə qatılması. 



*** 

1256 

Monqolların Azərbaycana III yürüşü. Monqolların III yürüşü nəticəsində Azərbaycanın Hülakülər 

dövlətinin tərkibinə qatıldı 

1256-1357 

Beşinci Monqol Ulusu adlanan Hülakülər (Elxanilər) dövlətinin mövcud olması 



1258 

Bağdadın Hülakülər tərəfindən tutulması və Abbasilər xilafətinin süqut etməsi 



1258-1265 

Hülakü xanın hakimiyyəti 



1259 

Nəsirəddin Tusinin rəhbərliyi ilə Marağa rəsədxanasının tikilməsi 



XIII əsrin 60-cı illəri 

Azərbaycan uğrunda Hülakülərlə Qızıl Ordu xanları arasında müharibələrin başlanması 



1295 

Qazan xanın Qarabağda padşah elan olunması 



1295-1304 

Qazan xanın hakimiyyəti. 



1303 

Qazan xanın fərmanıyla kəndlilərin bir yerdən başqa yerə getməsinin qadağan olunması. 



XIV əsrin əvvəlləri 

Təbrizdə Əlişah məscidinin (“Ərk qalası”nın) inşa edilməsi 



1304-1316 

Məhəmməd Olcayut xanın hakimiyyəti. 



1316-1335 

Əbu Səidin hakimiyyəti 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə