Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə30/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   26   27   28   29   30   31   32   33   ...   412

Ayın iĢığında, buxarının üstündə tutqun bir Ģəkildə Ġsanın surəti görünürdü: sanki, o, birisinə 

xeyir-dua verir və ya birisini bağıĢlayaraq, hər ikisinə öz ağuĢunu açırdı. 

Birdən Jan Valjan Ģapkasını baĢına qoydu, sonra yepiskopun üzünə belə baxmadan, tələsik 

yatağın yanından keçdi və onun baĢ tərəfində görünən rəfə tərəf getdi, qıfılı qırmaq üçün 

Ģamdanı qaldırdı, lakin açarın qıfılın üstündə olduğunu gördü, Ģkafı açdı: birinci gördüyü Ģey 

gümüĢlərin qoyulduğu səbət idi, səbəti götürüb, heç bir ehtiyat eləmədən, hərəkətlərindən əmələ 

gələn gurultuya fikir vermədən iri addımlarla otaqdan keçdi, qapıya çatdı, ibadətxanaya girib, 

pəncərəni açdı, əsasını götürdü, pəncərədən aĢdı, gümüĢləri çantasına qoydu, səbəti yerə tulladı, 

yüyürə-yüyürə bağdan keçdi və pələng kimi hasardan sıçrayaraq, yox oldu. 

 

ON ĠKĠNCĠ FƏSĠL. 



Yepiskop iĢlərkən. 

 

Ertəsi gün, səhər tezdən monsenyor B’envenü bağçada gəzinirdi. Birdən madam Maqluar böyük 



bir təĢviĢ içərisində onun yanına gəldi: 

– Monsenyor, monsenyor, – deyə o bağırdı, – siz gümüĢ çəngəl-bıçağı saxladığım səbətin harada 

olduğunu bilirsinizmi? 

Yepiskop: 

– Bilirəm, – deyə cavab verdi. 

– Allaha Ģükür, – deyə qadın sevindi, – yoxsa onun harada olduğunu baĢa düĢə bilmirdim. 

Yepiskop elə indicə çiçəkliyin içində səbəti tapmıĢdı. O, səbəti madam Maqluara verərək dedi: 

– Budur. 

Bu nədir? – deyə madam Maqluar təəccüb etdi. – Bu ki, boĢdur. Bəs gümüĢlər hanı? 

Yepiskop: 

– Ax, sizi gümüĢlər narahat edir? GümüĢlərin harada olduğundan xəbərim yoxdur, – dedi. 

Zirək bir qarı olan madam Maqluar bir anda yataq otağına gedərək ibadətxanaya baxdı və yenə 

sürətlə yepiskopun yanına qayıtdı. Yepiskop əyilərək, səbətin əzmiĢ olduğu qatıqotu Ģitilinə 

baxırdı. Madam Maqluarın bağırtısını eĢitdikdə yepiskop dikəldi. 

– Monsenyor! O adam getmiĢdir! GümüĢlər oğurlanmıĢdır! 

Madam Maqluar bu sözləri söyləməkdə ikən, birdən gözləri bağın o biri baĢında qaçanın izlərini 

gördü. Divarın üzərindən bir neçə daĢ düĢmüĢdü. 

– Baxın, baxın! O buradan aĢmıĢdır. BirbaĢ KoĢfile döngəsinə düĢmüĢdür! Bu nə alçaqlıqdır! O 

bizim gümüĢ çəngəl-bıçağımızı oğurlamıĢdır! 

Yepiskop bir dəqiqə susdu, sonra ciddi bir nəzərlə madam Maqluara baxaraq, mülayimliklə 

etiraz etdi: 

– Harada deyilmiĢdir ki, o gümüĢlər bizim idi? 

Madam Maqluar heyrətindən donub qaldı. Yenidən sükut çökdü, sonra yepiskop yenə sözünə 

davam edərək dedi: 

– Madam Maqluar, bu gümüĢ çəngəl-bıçaqdan, həm də bu qədər uzun müddət istifadə etməkdə 

mən haqlı deyildim. Onlar yoxsulların malı idi. Bu adam kim idi? ġübhəsiz, yoxsul. 

Madam Maqluar: 

– Aman, ya rəbbi! – dedi. – Mən nə özüm üçün deyirəm, nə də madmazel üçün. Bizim üçün 

hamısı birdir. Mən sizin üçün deyirəm, monsenyor. Ġndi zati-aliniz nə ilə yemək yeyəcəkdir? 

Yepiskop madam Maqluarın üzünə heyrətlə baxdı. 

– Nə olar? Məgər qalay çəngəl-bıçaq yoxdur? 

Madam Maqluar çiyinlərini dartdı. 

– Qalayın pis iyi olur. 

– Bəs dəmir? 

Madam Maqluar üzünü turĢudaraq: 

– Dəmir də pis dad verir. 

Yepiskop: 

– Elə isə ağacdan düzəltdirərik, – dedi. 




Bir neçə dəqiqə sonra yepiskop dünən axĢam Jan Valjanın oturduğu masanın arxasında oturaraq 

səhər yeməyi yeyirdi. Yemək zamanı o, dinməzcə qulaq asan bacısına və öz-özünə deyinən 

madam Maqluara gülə-gülə isbat edirdi ki, çörəyi südə batırmaq üçün nə qaĢığa, nə də çəngələ, 

hətta ağac qaĢığa və çəngələ belə ehtiyac yoxdur, bunlarsız da keçinmək olar. 

Madam Maqluar masanın baĢında vurnuxaraq, öz-özünə donquldanırdı: 

– Heç adamın ağlına gələn iĢdirmi? Belə bir adamı evə buraxmaq, gecə də öz yanında yatırmaq 

olar? Allaha Ģükür ki, o, ancaq oğurluq etmiĢdir! Aman, ya rəbbi! Nə ola biləcəyini yada 

saldıqca adamın bədəni əsir!.. 

Yepiskop ilə bacısı süfrədən qalxmaq istəyirdilər ki, birdən qapı döyüldü. 

Yepiskop: 

– Buyurun, – dedi. 

Qapı açıldı. Qapının astanasında bir dəstə qəribə və həyəcanlı adam göründü. Üç nəfər birisinin 

yaxasından tutmuĢdu. Bu üç nəfər jandarm, dördüncü isə Jan Valjan idi. 

Jandarmların baĢçısı, kiçik zabit, qapıda ayaq saxladı. Sonra içəri girib, yepiskopa yaxınlaĢdı və 

ona əsgəri salam verdi. – Monsenyor... – deyə o, sözə baĢladı. Məyus və pəriĢan bir halda 

dayanan Jan Valjan bu sözü eĢitdikdə, heyrətlə baĢını qaldırdı. 

– Monsenyor! – deyə o pıçıldadı. – Demək bu, sadə keĢiĢ deyilmiĢ... 

Jandarmlardan biri: 

– Sus, – dedi, – bu monsenyor cənab yepiskopdur. 

Bu zaman monsenyor B’envenü qocalığının müsaidə etdiyi qədər sürətlə onlara yaxınlaĢdı və 

Jan Valjana müraciətlə dedi: 

– Ah, sizsiniz? Sizi görməyimə çox Ģadam. Ancaq niyə belə edirsiniz? Axı, mən Ģamdanları da 

sizə vermiĢdim, onlar da gümüĢdəndir, onlara iki yüz frank ala bilərsiniz. Bəs nə üçün onları da 

çəngəl-bıçaqlarınızla birlikdə götürməmiĢsiniz? 

Jan Valjan gözlərini geniĢ açaraq, təsvir edilməsi mümkün olmayan bir nəzərlə hörmətli 

yepiskopa baxdı. 

Kiçik jandarm zabiti dedi: 

– Monsenyor, demək bu adamın bizə söylədikləri doğrudur? Biz yolda ona rast gəldik. 

GörünüĢündən o, qaçağa bənzəyirdi. Hər təsadüfə qarĢı onu tutduq, bu gümüĢləri də onda tapdıq. 

Yepiskop gülümsəyərək, zabitin sözünü kəsdi: 

– O da sizə dedi ki, gecə evində yatdığı qoca bir keĢiĢ bu gümüĢləri ona bağıĢlamıĢdır, eləmi? 

BaĢa düĢürəm, baĢa düĢürəm. Siz də onu tutub buraya gətirdiniz, deyilmi? Bu, anlaĢılmazlıqdır. 

Kiçik zabit: 

– Elə isə onu buraxa bilərik? – deyə soruĢdu. 

– Əlbəttə, – deyə yepiskop cavab verdi. 

Jandarmlar Jan Valjanı buraxdılar. Jan Valjan qeyri-iradi olaraq geri çəkildi. 

Yuxuda danıĢırmıĢ kimi boğuq bir səslə: 

– Məni doğrudanmı buraxırlar? – dedi. 

Jandarmlardan biri: 

– Bəli, əlbəttə, səni buraxırıq, eĢitmirsən nədir? – deyə cavab verdi. 

Yepiskop: 

– Dostum, – dedi, – getməmiĢdən əvvəl Ģamdanlarınızı götürməyi unutmayın. Budur, götürün. 

O, buxarıya yaxınlaĢıb gümüĢ Ģamdanları götürdü və Jan Valjana uzatdı. Qadınların ikisi də 

hərəkətsiz bir halda dinməzcə dayanaraq, heç bir Ģeylə yepiskopa mane olmamağa çalıĢırdı. 

Jan Valjanın bütün bədəni titrəyirdi. O, ixtiyarsız və çaĢqın bir halda hər iki Ģamdanı əlinə aldı. 

Yepiskop: 

– Ġndi sağlıqla, gedin, – dedi, – həm də, dostum sizə bir Ģey söyləyim: bir də mənim yanıma 

gələndə bağdan keçməyə heç bir ehtiyac yoxdur. Siz hər zaman baĢ qapıdan girib çıxa bilərsiniz. 

Bu qapı nə gecə, nə də gündüz, heç bir zaman bağlanmır. 

Sonra jandarmlara tərəf dönərək: 

– Cənablar, siz gedə bilərsiniz, – dedi. 

Jandarmlar getdilər. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə