Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə31/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   27   28   29   30   31   32   33   34   ...   412

Jan Valjan, sanki, bu dəqiqə özündən gedəcək idi. 

Yepiskop ona yaxınlaĢdı və yavaĢ bir səslə dedi: 

– Unutmayın, heç bir zaman unutmayın ki, bu gümüĢləri namuslu adam olmaq üçün sərf 

edəcəyinizi mənə vəd etmiĢdiniz. 

Jan Valjan çaĢqın bir halda durmuĢdu, – o belə bir vəd vermiĢ olduğunu qətiyyən xatırlamırdı. 

Yepiskop bu sözləri xüsusi bir qətiyyətlə dedi və təntənə ilə davam etdi: 

– Jan Valjan, qardaĢım, siz artıq Ģərə tabe deyilsiniz, xeyrin ixtiyarındasınız. Mən sizin ruhunuzu 

satın alıram. Mən sizin ruhunuzu qara fikirlərdən və zülmət dünyasından xilas edib Allaha 

tapĢırıram. 

 

 



ON ÜÇÜNCÜ FƏSĠL. 

Balaca Jerve. 

 

Jan Valjan təqib edilən adamlar kimi sürətlə Ģəhərdən çıxdı. O, ilk qarĢısına çıxan yolla və cığırla 



gedərək, sürətli addımlarla düzdən keçir və eyni yerdə fırlandığını hiss etmirdi. Bu sürətlə, heç 

bir Ģey etmədən və aclıq belə hiss etmədən, bütün Ģəhəri dolaĢdı. Onu bir çox yeni hisslər təqib 

edirdi. Qəlbində gizli bir hiddət vardı. Bu hiddət kimə qarĢı idi? – o bunu bilmirdi. Mütəəssirmi 

olmuĢdu, yoxsa təhqirmi edilmiĢdi – bu ona bəlli deyildi. Bəzən qəlbində qəribə bir riqqət hiss 

edirdi. O, var qüvvəsi ilə buna müqavimət göstərməyə çalıĢaraq, son iyirmi illik ömrünün bütün 

hiddətini buna qarĢı qoyurdu. Bu hiss onu yorurdu. O, çəkdiyi müsibətlərin haqsızlığından irəli 

gəlmiĢ olan müdhiĢ daxili sakitliyinin məhv olduğunu təĢviĢlə görürdü. Bu sakitliyi nə ilə əvəz 

edəcəyini özündən soruĢurdu. Bəzən ona elə gəlirdi ki, jandarmlar onu tutub həbsxanaya aparsa 

idi, bu, onun baĢına gələn əhvalatdan daha yaxĢı olardı: o zaman bu qədər həyəcana düĢməzdi. 

Payız fəslinin çoxdan baĢlanmıĢ olmasına baxmayaraq, yanından keçdiyi çəpərin dibində ara-sıra 

bəzi çiçəklər görünürdü. Bu çiçəklərin ətri ona uĢaqlıq günlərini xatırladırdı. Bu xatirələr onun 

üçün dözülməz idi, çünki çoxdan bəri idi ki, o belə Ģeylər xatırlamazdı. 

Beləliklə, bütün günü onun zehnində sözlə ifadə edilməsi çətin olan bu kimi fikirlər toplaĢırdı. 

GünəĢ batmağa, ən kiçik daĢlar belə uzun kölgə salmağa baĢlarkən Jan Valjan geniĢ, boz bir 

düzənlikdə bir kolun yanında oturmuĢdu. Bu düz boĢ və kimsəsiz idi. Üfüqdə Alp dağlarından 

baĢqa heç bir Ģey, hətta uzaq bir kənd kilsəsinin zəng qülləsi belə görünmürdü. Jan Valjan Din 

Ģəhərindən təqribən üç lyo uzaqlıqda idi. Kolun bir neçə addımlığında düzü kəsən bir cığır 

keçirdi. 

Təsadüfi yolçunu qorxuya sala bilən cır-cındırlarına daha qorxunc görkəm verə biləcək qara 

fikirlərə dalmıĢ halda oturan Jan Valjanın qulağına birdən Ģən bir nəğmə səsi gəldi. 

O, baĢını çevirib, təxminən, on yaĢında bir savoyalı uĢağın nəğmə oxuya-oxuya yolla gəlməkdə 

olduğunu gördü: uĢağın dalında bir qutunun içində çöl siçanı vardı, çiynindən kiçik bir Ģarmanka 

asılmıĢdı – bu, ölkədən-ölkəyə dolaĢan, cırıq tumanından dizləri görünən Ģən və mehriban 

uĢaqlardan biri idi. 

UĢaq nəğmə oxuyaraq yoluna davam edir və arabir dayanaraq əlində olan və bəlkə də, bütün var-

yoxunu təĢkil edən bir neçə pulu atıb tutaraq oynayırdı. Bu mis pullar arasında qırx suluq bir 

gümüĢ pul da vardı. 

UĢaq kolun yanında dayandı və Jan Valjanı görmədən bir az əvvəl havaya ataraq, sonra yenə 

məharətlə əlinin dalı ilə tutduğu pulları yenə yuxarı atdı. 

Lakin bu dəfə qırx suluq pul əlindən sıçradı və yerə düĢərək kolluğa, Jan Valjanın oturduğu yerə 

tərəf dığırlandı. 

Jan Valjan ayağını pulun üstünə qoydu. Lakin nəzərləri ilə pulunu təqib edən uĢaq onun haraya 

düĢdüyünü görmüĢdü: 

O, heç təəccüb etmədi və birbaĢ Jan Valjanın yanına gəldi. Onların olduğu yer tamamilə izsiz idi. 

Göz iĢlədikcə nə düzdə, nə do yolda kimsə görünmürdü. Ancaq çox yüksəklərdə uçan köçəri 

quĢların zəif səsləri eĢidilirdi. UĢaq arxasını GünəĢə tərəf çevirmiĢdi; günəĢin son Ģüaları Jan 




Valjanın hiddətli üzünü qanlı bir iĢıqla iĢıqlandırdığı halda, uĢağın saçlarına qızılı Ģüalar səpirdi. 

UĢaq bilməməzlik və məsumluqdan doğan bir uĢaqlıq etimadı ilə Jan Valjana: 

– Cənab, – dedi, – mənim pulum hanı? 

Jan Valjan: 

– Adın nədir? – deyə soruĢdu. 

– Balaca Jerve, cənab. 

Jan Valjan dedi: 

– Rədd ol buradan. 

UĢaq israr edərək: 

– Cənab, – dedi. – mənim pulumu verin. 

Jan Valjan baĢını aĢağı saldı və cavab vermədi. UĢaq bir də təkrar etdi: 

– Cənab, mənim pulumu verin! 

Jan Valjanın gözləri əvvəlki kimi yerə zillənmiĢdi. 

UĢaq çığıraraq: 

– Pulumu verin, – deyirdi, – mənim parıldayan pulumu! Mənim gümüĢ pulumu! 

Jan Valjan, sanki, heç bir Ģey eĢitmirdi. UĢaq onun yaxasından tutub silkələməyə baĢladı. Eyni 

zamanda o, sərvətinin üzərinə basılmıĢ olan dəmir nallı qalın ayaqqabını yerindən tərpətməyə 

çalıĢırdı. 

– Mən öz pulumu istəyirəm! Qırx suluq pulumu! 

UĢaq ağlayırdı. Jan Valjan baĢını qaldırdı. O hələ də yerindən tərpənmədən oturmuĢdu. Gözləri 

dumanlı idi. O, uĢağa bir növ heyrətlə baxdı. Sonra əlini əsasına uzadaraq, dəhĢətli bir səslə 

bağırdı: 

– Bu kimdir? 

– Mənəm, cənab, – deyə uĢaq cavab verdi. – Balaca Jerve! Mənəm! Mənəm! XahiĢ edirəm, 

mənim qırx suluğumu verin! Ayağınızı götürün, cənab! XahiĢ edirəm, ayağınızı götürün! 

Birdən uĢaq hirsləndi və balacalığına baxmayaraq, hədələyici bir səslə dedi: 

– Bura baxın, ayağınızı çəkəcəksiniz, ya yox? Sizə deyirlər, ayağınızı çəkin! 

– Ax, sən hələ də buradasan? – deyə Jan Valjan çığırdı və yerindən sıçrayaraq, dümdüz dayandı: 

əvvəlki kimi ayağını gümüĢ pulun üstündən çəkməyərək, əlavə etdi: 

– Nə qədər ki baĢın salamatdır, çıx get! 

UĢaq qorxa-qorxa ona baxdı, bütün bədəni əsdi, bir neçə saniyə yerindəcə donub qaldıqdan 

sonra, geriyə baxmağa və ya qıĢqırmağa cəsarət etmədən var qüvvəsi ilə qaçmağa baĢladı. 

Lakin bir qədər qaçdıqdan sonra nəfəsi elə tutuldu ki, dayanmağa məcbur oldu və fikrə qərq 

olmuĢ Jan Valjan uĢağın ağladığını eĢitdi. 

Bir neçə dəqiqə sonra uĢaq gözdən itdi. 

Gün batdı. Jan Valjanın ətrafını getdikcə qaranlıq bürüyürdü. O bütün günü heç bir Ģey 

yeməmiĢdi, çox ehtimal ki, qızdırırdı. 

UĢaq qaçandan bəri o, öz vəziyyətini dəyiĢməyərək, bir yerdə dayanıb durmuĢdu. Kəsik-kəsik 

nəfəs almaqdan sinəsi qalxıb enirdi. Gözləri on-on iki addım irəliyə zillənmiĢdi, sanki, otun 

üzərindəki göy saxsı parçasını diqqətlə öyrənirdi. Birdən o diksindi, axĢam soyuğunun ona təsir 

etdiyini yalnız indi hiss etdi. 

ġapkasını alnına çəkərək, ixtiyarsız bir halda köynəyini düymələdi, bir addım ataraq əyildi ki, 

əsasını götürsün. 

Bu zaman o ayağı ilə yarıya qədər yerə basdığı və daĢların arasında parlayan qırx suluq pulu 

gördü. 

Bu ona elektrik cərəyanı kimi təsir etdi. ―Bu nədir?‖ deyə o öz-özünə mızıldandı. Üç addım geri 



çəkildi, sonra bir az bundan əvvəl ayağı ilə basdığı və qaranlıqda ona zillənmiĢ insan gözü kimi 

parıldayan puldan gözünü çəkə bilməyərək dayandı. 

Beləliklə, bir neçə dəqiqə keçdi. Birdən o, əsəbi bir hərəkətlə gümüĢ pula sarı atıldı, onu götürüb 

dikəldi, düzənliyə göz gəzdirdi və sığınmağa yer axtaran hürkmüĢ vəhĢi heyvan kimi ətrafa 

baxmağa baĢladı. 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə