Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə39/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   35   36   37   38   39   40   41   42   ...   412

Musa – Ġshaq, Esxil – Polinik, Kleopatra – Oktavi haqqında lətifə söyləmiĢlər. Unutmayın ki, 

Kleopatra öz lətifəsini Aksium vuruĢmasından əvvəl söyləmiĢdi və bu lətifə olmasaydı, yunanca 

mənası aĢpaz Ģagirdi olan Torin Ģəhərini kimsə xatırlamazdı. Bunu müəyyən etdikdən sonra, mən 

yenə öz çağırıĢıma qayıdıram. QardaĢlarım, yenə təkrar edirəm, tələsməyin, az səy edin və az 

vurnuxun, hər Ģeydə, hətta zarafatda, Ģənlikdə belə bir hədd lazımdır. Amfiarayın zəkasına və 

Sezarın daz baĢına malik olan bir Ģəxsin sözlərinə qulaq asın. Hər Ģeyin, hətta cinasların da, bir 

həddi olmalıdır. Est modus in rebus1. Gözəl yeməklərin belə həddi olmalıdır. Xanımlar, siz alma 

kökəsini sevirsiniz, amma ehtiyatlı olun, çox yeməyin. Alma kökəsi yemək üçün də bir az ağıl və 

zövq lazımdır. Çox yeməyi sevən adam həmiĢə öz ködənbolluğunun cəzasını çəkər – pula punit 

Gulax. Allah həzm pozğunluğunu mədələri tərbiyə etmək üçün yaratmıĢdır. Bunu yadınızda 

saxlayın: hər bir ehtirasımızın, hətta eĢqin belə öz mədəsi vardır ki, onu çox yükləmək lazım 

deyil. Hər zaman! Hər Ģeyin üzərində vaxtında ―bəsdir‖ sözünü yazmağı bacarmaq lazımdır. 

Lazım gəldikdə özünüzü ələ almalı, iĢtahanızı qıfıllamalı, xəyalatınızı həbs etməli və hətta 

özünüzü polis idarəsinə belə aparmalısınız. Ağıllı o adama deyərlər ki, vaxtında özünü dustaq 

edə bilsin. Mənə heç olmasa bir az etimadınız olsun. Mən necə olsa da, hüquq elmləri ilə məĢğul 

olmuĢam, bunu mənim verdiyim imtahanlar təsdiq edir, mən istintaqa verilməli iĢlə istintaqda 

olan iĢ arasındakı fərqi bilirəm; mən Romada Munasi Demens ata qətlinə dair iĢlər üzrə kvestor 

olduğu zaman tətbiq edilən edam üsulları haqqında latın dilində dissertasiya müdafiə etmiĢəm, 

mən, çox güman ki, hüquq doktoru olacağam; lakin bütün bunlardan mənim büsbütün axmaq 

olduğum haqqında elə də Ģəksiz nəticə çıxarmaq olmaz. Məsləhət görürəm, arzularınızda bir az 

mötədil olasınız. Adamın Feliks Tolomes olduğunu necə bilərəmsə, söylədiklərimin də doğru 

olduğunu elə bilirəm. XoĢbəxt o adamdır ki, qəhrəmanlıq tələb edən bir qərara vaxtında gələ bilir 

və Sulla, yaxud Oriken kimi hakimiyyətdən əl çəkir! 

Favurita böyük bir diqqətlə dinləyirdi. Burada Tolomesin sözünü kəsərək dedi: 

– Feliks! Nə gözəl sözdür! Bu ad mənim çox xoĢuma gəlir. O, latın adıdır. Bizcə o, Bəxtiyar 

deməkdir. 

Tolomes sözünə davam edərək: 

– Kviritlər, centlmenlər, kaballerlər, dostlarım! – dedi. – ġəhvətə qapılmamaq, eĢqsiz və 

izdivacsız yaĢamaq yollarını bilmək istəyirsinizmi? Bundan sadə bir Ģey yoxdur! Budur bunun 

resepti: limonad için, hərəkət edin, ağır iĢ görün, əldən düĢün, daĢ daĢıyın, yatmayın, gecələri 

oyaq keçirin, selitralı içkilər və ağ nilufər həlim için, xaĢxaĢ və istiot suyundan ləzzət alın, 

bunların hamısına əlavə olaraq pəhriz saxlayın, acınızdan ölün, üstəlik soyuq vannalar qəbul 

edin, quru otlardan kəmər bağlayın, boynunuza qurğuĢundan bir lövhə yapıĢdırın, Saturn cövhəri 

məhlulu, sirkəli və Ģəkərli sudan islatma qoymağı unutmayın. 

– Məncə, qadın bunlardan yaxĢıdır, – deyə Listolye səsləndi. 

– Qadın! – deyə Tolomes təkrar etdi. – Qadından özünüzü qoruyun! Vay o adamın halına ki, 

qadının dəyiĢkən qəlbinə inana! Qadın vəfasız və hiyləgərdir. Qadının ilandan ona görə zəhləsi 

gedir ki, ilana paxıllıq edir. Ġlan qadının rəqibidir. 

Tolomes, – deyə BlaĢvel bağırdı. – Sən sərxoĢsan! 

– Özü də kefin istəyən kimi, – deyə Tolomes təsdiq etdi. 

– Elə isə Ģən ol, Ģən, – deyə BlaĢvel sözünə davam etdi. 

– Razıyam. 

Tolomes stəkanını doldurdu və ayağa qalxaraq sözünə davam etdi: 

– EĢq olsun Ģəraba! Nunte, Bacche, canam1. Xanımlardan üzr istəyirəm, – bu ispancadır. 

Senyorlar, sübutmu istəyirsiniz, buyurun, qabın həcmi də xalqın təbiətinə görədir. Kastiliya 

arrobası on altı litr, Alikanta kantrosu – on iki litr. Kanar adalarının almudu – iyirmi beĢ, Balear 

adaları kuartini – iyirmi altı, çar Pyotrun boçkası – otuz litr tutur. YaĢasın nəhəng boylu olan bu 

padĢah, yaĢasın ondan da böyük olan boçkası! Xanımlar, sizə bir dost nəsihəti edəcəyəm: 

qonĢularınızı dolaĢıq salmaqdan çəkinməyin, səhv etmək – eĢqin xasiyyətidir. EĢq macərası daim 

döĢəmə yumaqdan dizləri qabar olan ingilis xidmətçi qadını kimi lap kütləĢənədək dizi üstə 

sürünmək üçün yaranmamıĢdır. EĢq macərası, o gözəl və dadlı macəra, bunun üçün 

yaranmadığından Ģən-Ģən səhvlər edir! Kim isə demiĢdir: ―Səhv etmək insana xas olan bir 




Ģeydir‖; mən isə deyirəm ki, səhv etmək aĢiqlərə xasdır. Xanımlar, mən hamınıza pərəstiĢ 

edirəm. Ah, Zefina, ah, Jozefina, sizin üzünüzdə hər Ģey yerində olsaydı, çox gözəl olardınız. 

QəĢəng üzünüzün elə görünüĢü var ki, elə bil, kim isə bir dəfə səhvən onun üstündə əyləĢmiĢdir. 

Favuritaya gəlincə, – ah! Ey pərilər, ey mələklər! BlaĢvel bir dəfə Keren Buasko küçəsindəki 

xəndəkdən keçərkən ayaqlarını yoldan keçənlərə göstərən ağ corablı gözəl bir qız gördü. Bu 

müqəddimə BlaĢvelə çox xoĢ gəldi və qıza vuruldu. Onun vurulduğu qız Favurita idi. Oh, 

Favurita, sənin gözəl dodaqların yunan qızlarının dodaqlarına bənzəyir! Vaxtilə Yunanıstanda 

Evforion adlı bir rəssam vardı. Bu rəssam gözəl dodaqlar çəkməkdə böyük Ģöhrət qazanmıĢdı. 

Yalnız bu yunanlı sənin gözəl dodaqlarını çəkməyə layiqdir. Qulaq as! Dünyada sənə qədər bu 

ada layiq bir məxluq olmamıĢdır! Sən Venera kimi qızıl almanı almaq və ya Həvva kimi onu 

yemək üçün yaranmıĢsan! Gözəllik səndən baĢlanır. Mən indicə Həvvanın adını çəkdim, onu sən 

yaratmısan. Sən qəĢəng qadın ixtira etmək üçün patent almağa tamamilə layiqsən. Uf, Favurita! 

Mən artıq sizə ―sən‖ deməyəcəyəm, çünki artıq Ģeri buraxaraq nəsrə keçməkdəyəm. Siz mənim 

adımı çəkdiniz. Bu mənə çox təsir etdi, lakin biz necə adam olsaq da, adlara inanmamalıyıq, 

adlar insanı aldadır. Mənim adım Feliksdir, lakin mən o qədər də xoĢbəxt deyiləm. Sözlər 

yalançıdırlar; onların verdikləri mənaya kor-koranə inanmaq lazım deyil. Bearn probkası üçün 

Lejə, Lej əlcəkləri üçün Bearna getmək səhv olardı. Miss Daliya, mən sizin yerinizə olsaydım, 

adımı Qızılgül qoyardım. Çiçəyin gözəl ətri, qadının isə ağlı olmalıdır. Fantina haqqında mən 

heç bir söz deməyəcəyəm. O, xəyalpərvər, dalğın fikirli və həssas bir qızdır; o, pəri Ģəklində bir 

xəyaldır, o, yolunu azan və yüngül əxlaqlı bir qız kimi yaĢayan, lakin xəyal aləmində təsəlli 

axtaran, nə gördüyünü və nə etdiyini düĢünmədən oxuyan, dua edən və göyləri seyrə dalan bakir 

bir rahibə donuna girmiĢdir; o, nəzərlərini göylərə zilləmiĢ bir xəyaldır, o elə bir bağda gəzir ki, 

oradakı quĢların sayı bütün həqiqi aləmdə olan quĢların sayından qat-qat çoxdur! Ey Fantina, bil 

ki, mən, Tolomes – yalnız bir xəyalam. Lakin bu sarıĢın mələk məni heç dinləmir! O baĢdan 

ayağa qədər təravət, naz və gözəllik, gənclik mücəssəməsidir, onda aydın bir səhər saflığı 

görünür. Ey Fantina, ey napatya çiçəyi və ya inci adlanmağa layiq olan qız, siz yenicə açılan 

Ģəfəqsiniz. Xanımlar! Sizə ikinci məsləhətim budur: ərə getməyin. Ġzdivac peyvənd kimi bir 

Ģeydir; ya yaxĢı çıxa bilər, ya da pis; belə bir təhlükədən uzaq qaçın. Mən nə danıĢıram? Bu 

sözlər bihudədir. Toy söhbəti gedən yerdə qızlar əlacsız, çarəsiz bir xəstəyə çevrilirlər. Biz 

filosoflar nə desək də, dərzi və qurcuvaçı qızlar brilyant içində üzən ərlər arzulamaqdan əl 

çəkməzlər. Nə edək, elə olsun, lakin, gözəl qızlar, bir Ģeyi yadda saxlayın, siz həddindən çox 

Ģəkər yeyirsiniz! Ah qadınlar, sizin bircə nöqsanınız var: siz daim Ģəkər gəmirirsiniz! Ey 

gəmiricilər cinsindən olanlar, sizin qəĢəng ağ diĢləriniz Ģəkəri çox sevir! Ona görə diqqətlə qulaq 

asın: Ģəkər duz kimi bir Ģeydir. Hər cür duz adamı qurudur. ġəkər isə hər bir duzdan artıq 

qurudur. ġəkər qanın maye elementlərini damarlardan sorur; qanın laxtalanması, sonra büsbütün 

quruması, ciyərlərdəki düyünlər və nəhayət, ölüm bundan irəli gəlir. Məhz buna görə Ģəkər 

xəstəliyi ilə vərəm arasında fərq azdır. Odur ki, Ģəkər yeməyin, o zaman çox yaĢayarsınız. Ġndi 

mən kiĢilərə keçirəm. Ağalar, mümkün qədər çox qələbə çalmağa çalıĢın. Vicdan əzabı 

çəkmədən bir-birinizin sevgilisini qoparıb almağa çalıĢın. Rəqsdə olduğu kimi, qadınlarla 

birləĢin, sonra yenə ayrılın. EĢqdə dostluq yoxdur. O yerdə ki qəĢəng bir qadın var, orada hər an 

düĢmənçilik törəyə bilər. Aman verməyin, ölüm-dirim müharibəsi aparın! QəĢəng qadın Casus 

belli-gup1, cinayət üçün bir səbəbdir. Tarixdəki bütün basqınlar, toqquĢmalar bir qadın 

tumanının araya qarıĢması nəticəsində olmuĢdur. Qadın kiĢinin haqqıdır. Romul Sabinya 

qızlarını, Vilhelim Saksoniya qızlarını, Sezar isə Roma qızlarını qaçırmıĢdır. Sevgilisi olmayan 

adam, qırğı kimi özgələrinin sevgililəri üzərində uçar. Mənə gəldikdə, mən bu biçarə kiĢilərə 

Napoleonun Ġtaliya ordusuna demiĢ olduğu bu gözəl sözləri deyirəm: ―Əsgərlər, sizin heç bir 

Ģeyiniz yoxdur. DüĢmənin hər Ģeyi vardır‖. 

Tolomes dayandı. 

BlaĢvel: 

– Bir az nəfəs al, Tolomes, – dedi. 

Bu halda BlaĢvel həzin bir ahənglə oxunan fəhlə nəğmələrindən birini oxumağa baĢladı. Distolye 

və Fameyl də onun səsinə səs verdilər. Bu nəğmələr təsadüfən ağıza gələn qafiyəli, yaxud 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə