Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə47/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   43   44   45   46   47   48   49   50   ...   412

çəkindiyini gördükdə: ―Fırıldaqçıdır‖,– dedilər. Nəhayət, cəmiyyətdən çəkindiyini gördükdə: 

―Kobud adamdır‖–  dedilər. 

1820-ci ildə, Monreyl Ģəhərinə gəldiyi gündən beĢ il sonra, onun ölkəyə etdiyi xidmətləri o qədər 

aydın və əhalinin iradəsi o qədər yekdil idi ki, kral onu yenə Ģəhər meri təyin etdi. Madlen bu 

dəfə də vəzifədən boyun qaçırdısa da, prefekt onun etirazını rədd etdi; bütün ağsaqqallar gəlib 

ondan razı olmasını xahiĢ etdilər. Küçəyə dolmuĢ camaat ona yalvarırdı; nəhayət, camaatın 

israrlı xahiĢinə tabe olaraq, Madlen Ģəhər meri vəzifəsini qəbul etdi. Sadə bir qarının öz evinin 

qapısından acıqlı-acıqlı bağıraraq: ―YaxĢı mer ölkəyə çoxlu fayda verə bilər. YaxĢılıq etmək 

imkanından qaçmaq heç vicdana yaraĢarmı?‖–  deməsi ona hamıdan çox təsir etmiĢdi. 

Bu, onun yüksəliĢinin üçüncü dövrü idi. Madlen baba artıq cənab Madlenə, cənab Madlen isə 

cənab Ģəhər merinə çevrilmiĢdi. 

 

 



 

ÜÇÜNCÜ FƏSĠL. 

Lafit bankına qoyulmuĢ pul. 

 

Madlen əvvəlki sadəliyini, əsla, dəyiĢmirdi. Saçları ağarmıĢ, baxıĢlarında ciddiyyət görünürdü; 



üzü fəhlə üzü kimi gündən yanmıĢdı, dalğınlığı ilə isə o, bir filosofa bənzəyirdi. Adətən, baĢına 

enli bir Ģlyapa qoyar və boğazına qədər düymələnmiĢ uzun bir sürtuk geyirdi. ġəhər rəisi 

vəzifəsini namusla icra edərdi, vəzifə xaricində isə yenə əvvəlki kimi sadə həyat keçirərdi. 

Adamlarla çox az danıĢardı, təzim və hörmətdən çəkinməyə çalıĢaraq, salam verib keçərdi; 

söhbətdən qaçmaq üçün cavab vermək əvəzinə, gülümsər və gülümsəməyə məcbur olmamaq 

üçün pul verərdi. Qadınlar onun barəsində: ―Nə yaxĢı avam adamdır!‖ deyərdilər. Ən çox sevdiyi 

əyləncə Ģəhər ətrafında gəzib dolaĢmaqdan ibarətdi. 

Daim yalqız yemək yeyərdi: yemək yeyərkən kitab oxuyardı. Kiçik, lakin səliqəli bir kitabxanası 

vardı. Kitabları çox sevərdi; kitablar onun soyuq, ancaq vəfalı dostu idi. Sərvəti artdıqca boĢ 

vaxtı da çoxalırdı, boĢ vaxtlarını zehninin inkiĢafına verər və biliyini artırardı. Monreylə gəldiyi 

gündən bəri dili də xeyli dəyiĢmiĢdi; daha incə və nəzakətli bir tərzdə danıĢdığı duyulurdu. 

Gəzməyə getdiyi zaman özü ilə bir tüfəng götürərdisə də, bunu çox az iĢlədərdi. Təsadüfən 

tüfəng atmaq lazım gəldikdə, o qədər gözəl niĢan alıb vurardı ki, adam qorxardı. O, heç vaxt 

zərərsiz bir heyvanı öldürməzdi, heç vaxt xırda quĢlara güllə atmazdı. 

Artıq çox da cavan olmadığına baxmayaraq, xariqüladə bir qüvvətə malik olduğunu 

söyləyirdilər. O, ehtiyacı olan hər kəsə kömək əlini uzadardı. Yolda yıxılan atı qaldırar, palçığa 

girən arabaların çıxarılmasına kömək edər, qaçmıĢ öküzün buynuzundan tutub saxlardı. Evdən 

çıxarkən həmiĢə cibləri pulla dolu və evə qayıdarkən boĢ olardı. Kənddən keçərkən qabağına 

çıxan cındır paltarlı balaca uĢaqlar arı kimi Ģən dəstə ilə onu dövrəyə alar, ardınca yüyürərdilər. 

Kənd iĢləri haqqında kəndlilərə bir çox məlumat söylədiyindən, bir zaman kənddə yaĢamıĢ 

olduğu görünürdü. O, kəndlilərə, buğdaya bit düĢdüyü zaman, anbarlara və döĢəmə dəliklərinə 

duzlu su tökməyi və hər yerdə, divarlarda, damların tirində, düzlərdə və evlərdə çiçək açmıĢ 

Ģalfey sərməklə uzunburun cücüdən təmizləməyi məsləhət görürdü. Taxılı qalxmağa qoymayan 

bütün alaq otlarını: qaramuqotunu, durnanoxudunu, xoruzpipiyini təmizləmək üçün onun xüsusi 

―reseptləri‖ vardı. Ada dovĢanları damını siçovullardan hind donuzu ilə qoruyardı: siçovullar 

hind donuzunun iyini sevməzlər. 

Bir dəfə Madlen baba yerli əhalinin böyük bir səylə gicitkəni məhv etdiyini görmüĢdü. 

Kökündən qoparılmıĢ və artıq qurumuĢ gicitkəni görən Madlen: ―Quruyub, – demiĢdi, – ancaq 

göy olsaydı, iĢə yaraya bilərdi. Cavan gicitkənin yarpaqları yemək üçün çox dadlı olur, qoca 

gicitkən isə çətənə və kətan kimi istifadə edilə bilər; onun da toxumaları və telləri var. Xırda 

doğranmıĢ gicitkən ev quĢlarına yem kimi verilə bilər, əzilmiĢ gicitkən isə qaramal üçün yarayır. 

Gicitkənin toxumu yemə qatıldıqda, heyvanların dərisinə parlaqlıq verir, kökünü duza 

qarıĢdırdıqda isə ondan gözəl sarı boya hazırlamaq mümkündür. Bundan baĢqa, gicitkən gözəl 

bir otdur ki, yayda iki dəfə biçilə bilər. Gicitkəni bəsləmək üçün nə lazımdır? Ona bir az torpaq 




kifayətdir, daha onu bəsləmək lazım deyil. Doğrudur, gicitkənin toxumu yetiĢdikcə dibinə 

tökülür və onu yığmaq çətin olur. Gicitkənə bir az zəhmət sərf etsən, o çox faydalı ola bilər. O, 

ancaq ona baĢ qoĢmayanlar üçün zərərli olur. O zaman onu məhv edirlər. Həyatda da gicitkən 

kimi adamlar çoxdur! – Bir an susduqdan sonra dedi: – Unutmayın, dostlarım, nə pis otlar var, nə 

də pis adamlar. Ancaq pis sahibkarlar var!‖ 

UĢaqlar onu daha bir Ģey üçün də sevirdilər: o, onlar üçün samandan və hind qozundan olduqca 

gözəl oyuncaqlar düzəldə bilirdi. 

Kilsə qapısına matəm qarası çəkilmiĢ olduğunu gördükdə, içəri girərdi. BaĢqalarını ad qoymaq 

bayramı cəlb etdiyi kimi, onu da dəfn mərasimləri cəlb edərdi. Ürəyi mərhəmətli olduğundan, 

özgələrinin müsibət və fəlakətləri onu cəlb edərdi. O, qəmli dostların, qara geymiĢ qohumların, 

mərhum üçün dua oxuyan keĢiĢlərin arasına qarıĢardı. BaĢqa bir aləmin xəyalatı ilə dolu dəfn 

dualarını dinlərkən dərin fikirlərə həvəslə daldığı görünürdü. Sanki, nəhayətsiz bir dünyanın 

sirlərinə doğru meyil edərək, gözlərini göylərə doğru çevirərək, ölüm deyilən qaranlıq bir 

uçurum kənarında səslənən ələmli avazlara qulaq asardı. 

O, bir çox yaxĢılıqlar etmiĢdi, lakin baĢqaları öz pis iĢlərini gizlətdiyi kimi, o da öz yaxĢılıqlarını 

gizlədərdi. AxĢamlar yoxsul evlərini ziyarət edərək, yavaĢ-yavaĢ pilləkənlə çıxardı; yoxsullar 

evlərinə qayıdarkən bəzən öz qapılarını açıq, hətta qıfıllarını qırılmıĢ görərdilər. Biçarə yoxsul: 

―Evimə oğru gəlmiĢdir!‖ deyə bağırmağa baĢlardı. Ġçəri girdikdə masanın üstündə kiminsə 

unutmuĢ olduğu bir qızıl pul görərdi. Demə buraya gəlmiĢ ―oğru‖ Madlen baba imiĢ. 

O, daim xoĢ sifətli və həzin görünərdi. Xalq onun haqqında deyirdi ki, ―Varlı olsa da, təkəbbürlü 

deyildir. XoĢbəxtdir, ancaq zahirindən dərdli adama oxĢayır‖. 

Bir çoxları onu müəmmalı bir adam sayırdılar, yataq otağına heç bir kəsin girmədiyini və bu 

otağın qədim qum saatı, insan kəlləsi və ələngələri ilə bəzənmiĢ sadə bir hücrədən ibarət 

olduğunu söyləyirdilər. Bu xüsusda çox danıĢırdılar. Bir gün Monreyldə yaĢayan gənc 

qadınlardan bir neçəsi qəĢəng paltar geyib onun yanına gələrək xahiĢ edirlər ki, ―Cənab mer, 

yataq otağınızı bizə göstərin. Deyirlər ki, bu otaq mağaraya bənzəyir‖. Madlen baba gülümsəyib 

onları öz ―mağarasına‖ apardı. Xanımlar maraqlarının cəzasını çəkdilər. Otaqda qırmızı ağacdan 

adi və görkəmsiz mebel vardı; divarlara on iki suya satılan ucuz kağız çəkilmiĢdi. Bu otağın 

içində buxarının üstünə qoyulmuĢ iki Ģamdanın ―üstündə probu olduğundan‖, gümüĢ olduğunu 

anladılar. Kiçik Ģəhər əhalisinin belə Ģeylərə diqqət etməsi təəccüblü deyildi. 

Bununla belə bu otaq haqqındakı söhbətlərə son qoyulmadı. Hamı Madlen babanın bir mağarada, 

bir rahib hücrəsində, bir məzar içində yaĢadığını söyləməkdə davam etdi. 

Adamlar, Madlen babanın Lafit bankına ―böyük məbləğlər qoyduğu haqqında da pıçıltı ilə 

danıĢırdılar. Deyirdilər ki, Madlen hər vaxt istəsə gəlib pullarını geri götürmək və qəbzi imza 

edərək on dəqiqə içində iki-üç milyon pul aparmaq Ģərtilə, pullarını bu banka qoymuĢdur. 

Həqiqətdə isə, dediyimiz kimi, bu ―iki-üç milyon‖ ancaq altı yüz otuz və ya altı yüz qırx min 

frankdan ibarət idi. 

 

 



DÖRDÜNCÜ FƏSĠL. 

Cənab Madlenin yas saxlaması. 

 

1821-ci ilin əvvəllərində qəzetlər monsenyor adı ilə Ģöhrət qazanmıĢ Din yepiskopu Cənab 



Mirielin səksən iki yaĢında vəfat etmiĢ olduğunu xəbər verdilər. 

Biz qəzetlərin nəzərdə tutmamıĢ olduğu bir təfsilatı da qeyd edə bilərik: Din yepiskopu hələ 

ölümündən bir neçə il əvvəl kor olmuĢdu, bacısı yanında olduğundan o, öz korluğuna sevinirdi. 

Ötəri olaraq bunu da söyləyə bilərik ki, hər bir Ģeyi kamil olmayan bu dünyada kor olmaq və 

sevilmək, həqiqətən, səadətin ən gözəl və fövqəladə Ģəkillərindən biridir. Daim öz arvadını, 

qızını, bacısını, əziz bildiyin bir insanı yanında hiss etməkdən böyük bir xoĢbəxtlik nə ola bilər? 

Həm də onun sizin yanınızda olmağına səbəb sizin ona möhtac olmağınız, onun da sizsiz yaĢaya 

bilməməsidir. Siz onun məhəbbətini daim sizə sərf etdiyi vaxtla ölçə bilərsiniz və daim düĢünə 

bilərsiniz ki: ―O, bütün vaxtını mənə həsr edir, demək, onun könlü tam mənası ilə mənə 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə