Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə43/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   39   40   41   42   43   44   45   46   ...   412

ona qol çəkməyi öyrətmiĢdilər. Küçə mirzələrinin birindən Tolomesə məktub yazmasını xahiĢ 

etdi, sonra ona ikinci bir məktub, daha sonra üçüncü bir məktub göndərdi. Tolomes məktubların 

heç birinə cavab vermədi. Bir gün Fantina iki qonĢu arvadın onun qızına baxarkən: ―Belə 

uĢaqlara əhəmiyyət verən varmı? Onu görənlər yalnız çiyinlərini atırlar!‖ dediklərini eĢitmiĢdi. 

Onda Fantina düĢündü ki, Tolomes də bu uĢağa əhəmiyyət verməyib çiyinlərini atacaq və bu 

məsum məxluqu heç bir vaxt xatırlamayacaqdır; bunu düĢündükdə ona qarĢı qəlbində kəskin bir 

qəzəb oyanırdı. Lakin nə etməli? Onun müraciət ediləcək bir kimsəsi yoxdu. Günah bir iĢ 

görmüĢ olsa da, qabaqda dediyimiz kimi, həyalı və əxlaqlı idi. Ümidsizliyə qapıldığını və 

uçuruma yuvarlana biləcəyini dumanlı bir surətdə hiss edirdi. Cəsarətli olmaq lazım gəlirdi; 

cəsarətini topladı, dikəldi. Vətəni olan Monreyl Ģəhərinə qayıtmaq arzusuna düĢdü; bəlkə, orada 

tanıyıb ona iĢ verənlər oldu. Ancaq bunun üçün öz günahını gizlətməli idi. Bunu düĢündükcə, 

baĢqa daha qorxunc bir ayrılıq məcburiyyətində qalacağını anladı. Canı sıxıldı, lakin qərarından 

çəkinmədi. Ġrəlidə görəcəyik ki, Fantina uğursuzluq qarĢısında cəsarət və səbatdan məhrum 

deyildi. O, artıq bəzəkli paltardan əl çəkmiĢ, bütün ipəklərini, bəzəklərini, lentlərini və 

qurcuvalarını qızına sərf edərək, olduqca sadə bir paltar geyirdi. Yer üzündə yeganə ümidi və 

iftixarı bu qızdı və bu iftixar müqəddəs bir Ģeydi. Fantina hər Ģeyini satıb iki yüz frank əldə etdi; 

bütün xırda borclarını verdikdən sonra, səksən franka qədər pulu qalmıĢdı. Gözəl bir yaz səhəri 

iyirmi iki yaĢında olan bu gənc qadın uĢağını götürüb Parisi tərk etdi. Onlara rast gələn olsaydı, 

dünyada yalnız bircə uĢağı olan, uĢağının isə anasından baĢqa kimsəsi olmayan bu qadına yazığı 

gələrdi. Fantina uĢağını özü əmizdirdiyindən, döĢü qüvvədən düĢmüĢdü, odur ki, bir az 

öskürürdü. 

Biz daha cənab Feliks Tolomesdən bəhs etməyəcəyik. Yalnız bunu deyə bilərik ki, bu hadisədən 

iyirmi il sonra, o kral Lui-Filippin səltənəti dövründə, görkəmli, nüfuzlu və varlı bir əyalət vəkili 

olmuĢdu. O, ağlı baĢında bir seçici və çox ciddi bir məhkəmə üzvü idi. Yenə əvvəlki kimi 

əyyaĢlığı sevirdi. 

O zamanlar hər lyo üçün 3-4 su kirayə alan Paris ətrafında iĢləyən kiçik karetada yol gedərək, 

nəhayət, Fantina günortadan sonra Monfermeylə çatdı. Bulanje küçəsinə getdi. 

Fantina Tenardyenin meyxanası yanından keçərkən, nəhəng yelləncəkdə yellənən iki kiçik 

qızcığazı görüb, heyrət içində qaldı; bu gözəl mənzərə onu büsbütün valeh etdi. 

Ġnsanlar valeh ola bilirlər. Bu iki qızcığaz ananı məftun etmiĢdi. 

Fantina durub böyük bir həyəcanla onlara baxırdı. Mələklərin burada olması cənnətin yaxında 

olduğuna bir iĢarədir. Fantina, sanki, bu meyxana üzərində taleyin təyin etdiyi əsrarlı ―elə budur 

ki, var‖ sözlərini oxumuĢdu. UĢaqlar, Ģübhəsiz ki, bəxtiyar idilər. Fantina heyran nəzərlərlə 

onlara baxırdı. O, bu mənzərəyə o qədər məftun olmuĢdu ki, artırmada oturan qadın nəğməsini 

oxuyarkən, bir az fasilə verdiyi zaman, Fantina özünü saxlaya bilmədi və yuxarıda qeyd 

etdiyimiz sözləri söylədi: 

– Xanım, nə sevimli uĢaqlarınız var! 

Ən zalım insanlar belə uĢaqlarının oxĢadığını görüncə, yumĢalırlar. Qızların anası baĢını 

qaldırdı, təĢəkkür etdi və sonra Fantinanı qapının qarĢısındakı oturacaq üzərində oturtdu, özü isə 

astanada oturmuĢdu. Qadınlar söhbətə baĢladılar. 

Ġki balaca qızın anası: 

– Mənim adım madam Tenardyedir, – dedi. – Bu meyxana da mənimlə ərimindir. 

Sonra yenə nəğməsinə davam edərək diĢarası bir bənd də oxudu. 

 

Belə də lazımdır, – dedi cəngavər. 



Səfərə çıxıram mən Fələstinə. 

 

Madam Tenardye kürənsaçlı, kök, kobud bir qadındı; zahirindən ―tuman geymiĢ əsgərə‖ 



oxĢayırdı. Çox qəribədir ki, bununla bərabər onun üzündə, çoxlu roman oxuduğundan, bir 

xumarlıq əlaməti sezilirdi; kiĢilərin hərəkətini təqlid etməsi ona qarĢı nifrət oyadırdı. Köhnə 

romanları oxumaq bu cür meyxana qadınlarının xəyalatını zənginləĢdirməklə bərabər, onlara 

qəribə bir təsir buraxır. O, hələ gənc idi, otuz yaĢı ancaq ola bilərdi. Artırmada oturan bu qadın 




ayağa durmuĢ olsaydı, yarmarka balaqanlarını gəzib dolaĢan nəhəng qadınlar kimi uca boyu və 

enli çiyinləri yolçu qadını hürküdərək, ona qarĢı etimadını büsbütün dağıdar və aĢağıda 

söylədiyimiz hadisə də olmazdı. Bəzən bir adamın taleyi birisinin ayaq üstə və ya oturmuĢ halda 

olduğundan asılı ola bilər. 

Yolçu qadın sərgüzəĢtini bir az dəyiĢmiĢ Ģəkildə söylədi. 

Fəhlə bir qadındır, əri ölmüĢdür; Parisdə iĢ tapmadığından, iĢləmək üçün öz vətəninə gəlmiĢdir, 

Parisi bu gün səhər tezdən tərk edib piyada olaraq yola çıxmıĢdır; uĢağını qucağında gətirdiyi 

üçün yorulmuĢ və Vilemonbla gedən bir dilicana minmiĢdir; Vilemonbldan Monfermeylə də 

piyada gəlmiĢdir; doğrudur, uĢaq hərdənbir özü də azacıq ayaqla gəlmiĢdir, axı o hələ körpədir, 

onu qucağına almıĢ və indi də qucağında yatmıĢdır. 

Bu sözləri deyərkən qızının yanağından elə bir ehtirasla öpdü ki, uĢaq oyandı. Anasının gözləri 

kimi iri mavi gözlərini açdı, ətrafına baxdı. Görəsən, o nəyə baxırdı? O ciddi, bəzən də sərt bir 

nəzərlə heç bir Ģeyə və hər bir Ģeyə baxırdı. Bu hal balaca uĢaqların məsumluğuna məxsus bir 

sirdir ki, xeyirxahlığımızın tökdüyü qaĢqabağa qətiyyən bənzəməz. Elə zənn etmək olar ki, bu 

uĢaqlar mələk olduqlarını bilir, bizə isə yalnız insana baxan kimi baxırlar. Sonra qızcığaz güldü 

və anasının onu tutmağa çalıĢmasına baxmayaraq, dəcəllik etmək istəyən kiçik bir məxluqun 

yenilməz mətanəti ilə sürüĢüb yerə düĢdü. Birdən yelləncəkdə yellənən iki qızcığazı görüb durdu 

və sevincindən dilini çıxardı. 

Qızların anası uĢaqları azad edib yelləncəkdən götürdü. 

– Bir yerdə oynayın, – dedi. 

Bu yaĢlarda bir-birilə tanıĢ olmaq asandır. Bir dəqiqədən sonra artıq uĢaqlar bir yerdə oynayaraq, 

torpağın içində dəliklər, quyular qazırdılar. UĢaqlar bundan böyük zövq alırdılar. 

Yeni gələn qızcığaz olduqca Ģən idi; ana nə qədər mərhəmətli olarsa, uĢaq da o qədər Ģən olar; 

uĢaq bir çöp tapıb, böyük bir surət və ciddiyyətlə üskük boyda kiçik bir quyu qazmağa baĢladı. 

Məzarçının iĢini uĢaqlar görəndə bu iĢ Ģən olur. 

Qadınlar söhbətlərində davam edirdilər. 

– Qızınızın adı nədir? 

– Kozetta... 

Kozetta – Efrazi. Qızın adı Efrazi idi. Anası, ümumiyyətlə, anaların və xalqın Xosefanı Pepitaya, 

Fransuazanı Siletaya dəyiĢməyə çalıĢdığı kimi qəĢəng olsun deyə, Efrazini Kozettaya çevirmiĢdi. 

Bu cür uydurma sözlər etimoloqların elmi nəticələrində böyük bir qarıĢıqlıq əmələ gətirir. Biz bir 

qarı tanıyırdıq ki, Teodoranı Nyona çevirmiĢdi. 

– Neçə yaĢındadır? 

– Üç yaĢına az qalıb. 

– Mənim böyük qızımla yaĢıddır. 

Bu aralıq balaca qızlar bir yerə yığıĢıb böyük bir heyrət içində baxırdılar. Birdən mühüm bir 

hadisə oldu: torpağın içindən iri bir qurd çıxırdı; qızlar həm qorxur, həm də heyrət edirdilər. 

Onların balaca baĢları bir-birinə toxunurdu; bu baĢlar, sanki, nur dairəsi içində idi. 

Tenardye: 

– Baxın, – dedi, – uĢaqlar bir-birinə nə tez alıĢır! Kənardan baxan bunları üç bacı zənn edər! 

Bu sözlər o biri ananın qəlbində bir qığılcım kimi parladı. Meyxanaçı qadının əlindən yapıĢıb 

diqqətlə ona baxdı: 

– Razı olarsınızmı uĢağım sizdə qalsın? – dedi. 

Madam Tenardye nə bəli, nə yox dedi, bəlkə, təəccübə oxĢar bir hərəkət göstərdi. 

Kozettanın anası sözünə davam edərək: 

– Bilirsinizmi, – dedi, – mən qızımı özümlə bərabər vətənimə apara bilməyəcəyəm. Bu mənim 

iĢimə mane ola bilər. UĢaqla birlikdə iĢ tapmaq çətindir. Bizim yerlərdə adamlar çox 

qəribədirlər. Allah özü məni sizə rast gətirmiĢdir. UĢaqlarınızı bu qədər qəĢəng, bu qədər təmiz, 

bu qədər məmnun gördükdə, ürəyim fərəhdən çırpındı, öz-özümə dedim: ―Nə yaxĢı anadır‖; hə 

bu yaxĢı oldu: üç bacı olarlar. Bir də mən tezliklə qayıdacağam. UĢağımı yanınızda saxlamağa 

razısınızmı? 

Madam Tenardye: 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə