Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə42/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   38   39   40   41   42   43   44   45   ...   412

– YaĢasın Tolomes! – deyə bağırdılar və gülməkdən uğundular. 

Fantina da onlarla bərabər gülürdü. 

Lakin bir saatdan sonra, otağına qayıdaraq, Fantina hönkür-hönkür ağladı. Yuxarıda dediyimiz 

kimi, bu, onun ilk sevgisi idi. Biçarə qız Tolomesə bir ər kimi təslim olmuĢdu və artıq zavallı 

qızın ondan uĢağı vardı. 

 

 



 

BĠRĠNCĠ FƏSĠL. 

Ġki ananın bir-birinə rast gəlməsi. 

 

Hazırkı əsrin əvvəllərində Parisin yaxınlığında, Mon-Fermeyl kəndində bir meyxana vardı. O bu 



gün artıq qalmamıĢdır. Bu meyxananı Tenardye adlı bir adamla arvadı saxlayırdı. Meyxana 

Bulanje döngəsində idi; qapısı üstünə bir taxta vurulmuĢdu; bu taxta üzərində arxasına enli qızıl 

general epoletli bir adam almıĢ və insana bənzər bir Ģey, epoletin üzərində də iri gümüĢü ulduzlar 

çəkilmiĢdi. Generalın paltarında qırmızı qan ləkələri vardı. ġəklin qalan hissəsini tüstü 

doldurmuĢdu, bu da, yəqin, döyüĢ əlaməti idi. Rəsmin altında ―Vaterloo serjantı‖ sözləri 

yazılmıĢdı. 

Meyxana qapısı önündə bir araba görmək heç də təəccüblü bir Ģey deyildi. Ancaq ―Vaterloo 

serjantı‖ meyxanasının qabağındakı küçəni tutan araba və ya, daha doğrusu, arabanın qırıq 

parçaları 1818-ci ilin yaz axĢamında öz qəribə görünüĢü ilə yoldan keçən rəssamın diqqətini 

mütləq cəlb etməli idi. 

Bu araba meĢəlik rayonlarda yoğun taxta-Ģalban daĢımaq üçün iĢlədilən arabaların qabaq 

təkərlərindən ibarətdi. Qabaq təkərlərin yoğun dəmir oxu və ağır diĢlə taxılan topu vardı; oxu iki 

ağır təkər saxlamıĢdı. Bunların hamısı bir yerdə alçaq eybəcər bir Ģəkildə olub nəhəng top 

dəzgahını andırırdı. Təkərlər, çənbər, top, ox və diĢlə, adətən, kilsələrin boyandığı mənfur sarı 

boyağa bənzəyən qalın bir palçıq təbəqəsi altında görünməz olmuĢdu. Ağac hissələrini palçıq 

örtmüĢ, dəmir hissələri isə pas tutmuĢdu. Oxun altında yarımdairə Ģəklində əsir düĢmüĢ Qoliafa 

layiq yoğun bir zəncir sallanırdı. Bu zəncir yük daĢındığı zaman bərkidilən Ģalbanları deyil, 

tamamilə ona qoĢula biləcək mastodontları və mamontları xatırladırdı. Bu zəncirdə katorqanı, 

həm də siklopik və fövqəlbəĢər katorqanı xatırladan bir Ģey vardı. Sanki, onu bir divin 

boynundan açmıĢdılar. Homer bu zəncirlə Polifemi, ġekspir isə Kalibanı bağlaya bilərdi. 

Bu araba təkərlərinin yolun ortasına qoyulmasına səbəb nə ola bilərdi? Əvvələn, yolu kəsmək 

üçün, ikincisi, tamamilə pas tutmaq üçün. Çürük ictimai quruluĢun bir çox müəssisələri vardır ki, 

heç bir baĢqa əsasları olmadığı halda, cəmiyyətin yolunu açıqdan-açığa kəsmiĢlər. 

Zəncirin ortası yelləncək kəndirləri kimi az qala yerə dəyirdi; bu axĢam iki kiçik qız uĢağı onun 

üstündə bir-birilə qəĢəngcə qucaqlaĢıb oturmuĢdu. Qızların birinə iki yaĢ yarım, o birinə isə yaĢ 

yarım vermək olardı. Böyük qız kiçik qızı qucaqlamıĢdı. Məharətlə zəncirə bağlanmıĢ yaylıq 

onları yıxılmaqdan qoruyurdu. Yəqin, onların anası bu dəhĢətli zənciri görüb: ―UĢaqlarım üçün 

nə yaxĢı bir əyləncədir‖ demiĢdi. 

Bu iki qızcığaz çox sevimli bir surətdə geyindirilmiĢdi, bəzəkli olduqlarından, paslı dəmirlərin 

ortasına taxılmıĢ iki gözəl çiçək kimi parlayırdılar; gözləri nur saçır, al yanaqları gülürdü. Birinin 

saçı Ģabalıdı, o birininki isə qara idi. Məsum üzlərində sevincli bir heyrət duyulurdu. Yaxınlıqda 

bitən, çiçək açmıĢ kollar ətrafa gözəl qoxu saçırdı. Adama elə gəlirdi ki, bu ətri saçan həmin 

uĢaqlığa məxsus bir məsumluqla həya etmədən göstərirdi. Batmaqda olan günəĢin iĢığı altında 

bəxtiyar görünən bu iki uĢağın baĢları üzərində arabanın nəhəng qabaqlığı ucalırdı; pasdan 

qaralıb dəhĢətli bir Ģəklə düĢmüĢ bu araba hissəsi mağara qapısına oxĢayırdı. Bir neçə addım 

uzaqda, meyxananın artırmasında bir qadın oturmuĢdu. Bu, onların anası idi. Onun ümumi 

görünüĢündə cəzb edəcək bir Ģey yox idisə də, uĢaqları zəncirə bağlanmıĢ uzun bir kəndirlə 

yelləndirməsi, onlara bir Ģəfqət nəzəri ilə baxması bu halda təsirli bir səhnə təĢkil edirdi: qadın 

uĢaqlarını qorxulu bir nəzərlə təqib edərək bir bədbinlik üz verməsin deyə, heyvani və ilahi bir 

məhəbbət ifadəsi ilə onların yıxılmamalarına diqqət edirdi. Bu ifadə bütün analara məxsusdur. 




Kəndiri hər dəfə dartdıqda çirkin zəncirin halqaları kinli bir mırıltıya bənzəyən dəhĢətli, kəskin 

bir səs çıxarırdı. Qızcığazlar heyrətlə baxırdılar; batan günəĢin son Ģüaları onları sevindirirdi; bu 

təsadüfi mənzərədən daha gözəl bir Ģey nə ola bilərdi? Nəhənglərin paslı ağır zənciri mələklərin 

yelləncəyinə çevrilmiĢdi. 

Ana öz qızcığazlarını əli ilə yelləndirərək, o vaxt dəbdə olan bir nəğməni cır səsi ilə oxuyurdu: 

Belə də lazımdır, dedi cəngavər. 

Gözəl Ġmojinə, Ģux Ġmojinə. 

 

Nəğmə səsi və qızlarını seyr etməsi onun yoldan ötənləri görüb eĢitməsinə mane olurdu. 



Qadın nəğmənin ikinci bəndinə keçərkən bir adam onun yanına gəldi. Qadın lap qulağının 

dibində belə bir söz eĢitdi: 

– Xanım, nə sevimli uĢaqlarınız var! 

UĢaqların anası oxuya-oxuya dönüb geri baxdı. 

Bir neçə addım irəlidə bir qadın durmuĢdu. Bu qadının da qucağında balaca bir uĢaq vardı. 

Bundan baĢqa, əlində çox ağır görünən bir torba vardı. 

Bu qadının uĢağı mələk kimi gözəl idi. UĢağın iki-üç yaĢı olardı. Paltarının qəĢəngliyi ilə 

yelləncəkdə oturan kiçik qızlarla ciddi surətdə yarıĢa bilərdi; qurjuvalı çutqusunun üstündən zərif 

kətandan tikilmiĢ bir ləçək örtülmüĢdü; koftası gözəl lentlə iĢlənmiĢdi. Ətəyi qalxmıĢ kiçik 

tumanının altından ağ və tupurça baldırları görünürdü. Yanaqları gül kimi qızarırdı. UĢaq o qədər 

gözəl idi ki, adam onun alma kimi qırmızı olan yanaqlarını diĢləmək istəyirdi. Gözəl kirpiklərlə 

dairələnmiĢ qapalı iri gözləri haqqında bir söz demək olmazdı. Qızcığaz yatırdı. 

O, yaĢına məxsus bir məsumluqla sakit bir yuxu içində idi. Ananın qollarında incə bir nəvaziĢ və 

Ģəfqət var. UĢaqlar bunların üzərində Ģirin yatırlar. 

Qızın anasına gəlincə, o, yoxsul və məyus görünürdü. Paltarından yenə kəndli olmağa hazırlaĢan 

fəhlə qadına oxĢayırdı. Gəncdi. Gözəl idi. Ola bilsin, lakin bu paltarda gözəl görünməyirdi. Alnı 

üzərinə düĢən sarıĢın saçları sıx və gözəldi, lakin bu saçlar boğazının altından bağlanmıĢ qalın, 

çirkin və ensiz bir ləçək altında örtülmüĢdü. Gözəl diĢləri olanlar gülümsərkən diĢlərini 

göstərərlər, siz də bundan həzz alarsınız. Lakin o gülümsəmirdi. Gözlərinin yaĢı, deyəsən, heç 

qurumurdu. Yanaqları saralmıĢ, görünüĢü yorğun və xəstə idi; qucağında yatan uĢağına balasını 

öz döĢü ilə əmizdirmiĢ analar kimi Ģəfqətli bir nəzərlə baxırdı. Əlillərin, adətən, öz burunlarını 

sildikləri yaylığa oxĢayan iri key bir yaylıq çiyinlərindən biçimsiz bir surətdə aĢağı sallanmıĢdı. 

Əlləri gündən qaralmıĢ və çil-çil ləkələrlə örtülmüĢdü. ġəhadət barmağı iynədən deĢik-deĢik 

olmuĢ və üstündə döyənək əmələ gəlmiĢdi. Çiyinlərinə qəhvəyi, kobud və yun bir bürüncək 

örtmüĢdü. Əyninə çit paltar geymiĢdi, ayaqlarında iri ayaqqabı vardı. Bu qadın Fantina idi. 

Bəli, bu Fantina idi. Onu tanımaq mümkün deyildi. Lakin ona daha diqqətlə baxdıqda, 

gözəlliyini hələ də itirmədiyi görünürdü. Sağ yanağında kinayəli bir ifadə sezilən incə bir qırıĢıq 

əmələ gəlmiĢdi. Onun muslin və lentlərdən tikilmiĢ, Ģənlik, dəlilik və musiqidən hörüldüyü zənn 

edilən, zınqırov kimi səslənən, yasəmən kimi ətir saçan Ģəffaf geyiminə gəlincə, o, günün altında 

brilyanta bənzəyən parlaq qrov ulduzları kimi, əriyib məhv olmuĢdu. Bu ulduzlar əridikdə, 

budaqlar yenə əvvəlki kimi qapqara görünər. 

 

―Əyləncəli zarafatdan‖ on ay keçmiĢdi. 



Bu on ay içində nələr olmuĢdu? Bunu asanlıqla duymaq olar. 

Tərk edildikdən sonra Fantina dərhal ehtiyacın nə olduğunu anladı. O, rəfiqələrini: Favuritanı, 

Zefinanı, Daliyanı birdən-birə itirdi, onlar daha gözə görünmədilər. KiĢilər onları atıb getdikdən 

sonra, qızların dostluğu da yox oldu. Ġki həftə sonra bir-birinin dostu olduqlarını söyləyən 

olsaydı, onlar çox heyrət edərdi; artıq onları bir-birinə bağlayan səbəb yox idi. Fantina tək 

qalmıĢdı. UĢağının atası getmiĢdi, – heyhat! Belə ayrılıqlar çox vaxt həmiĢəlik olur. Fantina 

iĢləməyə adət etmədiyindən və əyləncələrə meyil etdiyindən artıq büsbütün yalqız qalmıĢdı. 

Tolomeslə əlaqəyə qızıĢaraq, öz sadə sənətini atmıĢ və müĢtərilərinin baĢından dağılmasına 

səbəb olmuĢdu. Ġndi artıq onların qapısı Fantinanın üzünə bağlı idi. YaĢamaq üçün daha heç bir 

gəlir mənbəyi yox idi. Fantina azacıq oxumaq bilirdi, yazmaq isə heç bacarmırdı; kənddə ancaq 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə