Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə45/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   41   42   43   44   45   46   47   48   ...   412

 

ÜÇÜNCÜ FƏSĠL. 

Torağay. 

 

Həyatda müvəffəqiyyət qazanmaq üçün alçaq olmaq kifayət deyildir. Meyxananın iĢi pis gedirdi. 



Yolçu qadının vermiĢ olduğu əlli yeddi frank sayəsində Tenardye vekselinin etibarsız elan 

edilməməsinə və borcunun ödənilməsinə nail ola bilmiĢdi. Lakin bir ay keçmədi ki, yenə pula 

ehtiyac hiss etməyə baĢladılar. Arvadı Kozettanın paltarlarını Parisə aparıb lombarda altmıĢ 

franka girov qoymuĢdu. Bu pullar da xərclənib qurtardıqdan sonra, Tenardyelər Kozettaya, 

evlərində yazıqları gəlib saxladıqları yoxsul bir qız nəzəri ilə baxmağa və o cür də rəftar etməyə 

baĢladılar. Qızın daha paltarı olmadığından, indi ona Tenardyenin qızlarının köhnə paltarlarını, 

yəni cır-cındır geyindirirdilər. Onu itdən bir az yaxĢı, piĢikdən bir az pis olaraq, yemək artığı ilə 

bəsləyirdilər. Əslinə baxsan, itlə piĢik yemək vaxtı qızın daimi yoldaĢları idi, Kozetta onlarla 

bərabər və onların yemək yedikləri qaba bənzər ağac bir qabda yemək yeyirdi. 

Ġrəlidə görəcəyimiz kimi, qızın anası Monreyl-sür-Merdən hər ay məktub yazaraq, daha doğrusu, 

yazdıraraq balasının necə olduğunu xəbər alırdı. Tenardye hər dəfə ona Kozettanın yaxĢı 

olduğunu kağızla bildirirdi. 

Altı ay keçdikdən sonra, Kozettanın anası, yeddinci ay üçün yeddi frank göndərdi və aydan-aya 

müntəzəm surətdə pul göndərməyə baĢladı. Lakin bir il keçmədi ki, Tenardye bir gün: 

– Amma bizim baĢımızı yaman tovlayır ha! – dedi. – Onun yeddi frankından bizə nə olacaq? 

Bunu deyib məktub yazaraq ondan ayda on iki frank tələb etdi. UĢağının ―gözəl‖ yaĢadığına və 

bəxtiyar olduğuna əmin olan anası ayda on iki frank göndərməyə baĢladı. 

Bəzi adamlar vardır ki, birinə nifrət bəsləmədən, baĢqalarını sevə bilməzlər. Madam Tenardye öz 

qızlarını çox sevdiyindən, yad qıza nifrət bəsləyirdi. Ana məhəbbətinin belə alçaq bir forma 

alacağını düĢünmək ağır Ģeydir. Kozettanın evdə çox az bir yer tutduğuna baxmayaraq, madam 

Tenardye elə düĢünürdü ki, guya, bu balaca uĢaq onun qızlarının nəfəs aldığı havanı ağırlaĢdırır. 

Bu qadın, özünə bənzər bir çox qadınlar kimi, hər gün müəyyən miqdarda oxĢamaq və nəvaziĢ 

etmək duyğusuna malik olmaqla bərabər, savaĢmaq və söyüĢmək ehtiyacı da hiss edirdi. Kozetta 

yanında olmasaydı, çox ehtimal ki, öz qızlarını bu qədər sevdiyinə baxmayaraq, onları oxĢadığı 

kimi kötəklərdi də, lakin bu yad uĢaq kötəklərin hamısını öz üzərinə götürdüyü üçün 

Tenardyenin qızlarına böyük xidmət göstərirdi. Tenardyenin qızlarına isə yalnız nəvaziĢ 

göstərilirdi. Kozettanın hər bir hərəkəti baĢına bir çox kobud və haqsız cəzaların yağdırılmasına 

səbəb olurdu. Zavallı və aciz qızcığaz! Onun nə yer üzündə nələr olduğundan, nə də Allahdan 

xəbəri vardı; daim cəza alır, daim döyülür, söyülür və qarĢısında ana məhəbbətinin səhər 

Ģəfəqləri altında yaĢayan, özü kimi iki balaca məxluq görürdü. 

Madam Tenardye Kozetta ilə çox pis rəftar edirdi; Eponina ilə Azelma da Kozetta ilə pis rəftar 

edirdi. Bu yaĢlarda uĢaqlar analarının eyni olurlar, yalnız həcmləri kiçik olur, bundan baĢqa heç 

bir fərqləri yoxdur. 

Beləliklə, bir il, daha sonra bir il də keçdi. 

Kənddə deyirdilər ki: 

– Tenardyelər nə yaxĢı adamlardır. Özləri varlı olmadıqları halda, kimsəsiz, yoxsul bir uĢağı 

saxlayırlar. 

Hamı Kozettanın anası tərəfindən atıldığını zənn edirdi. 

Bir aralıq Tenardye, kim bilir hansı gizli yollarla, uĢağın bic olduğunu, anasının da bunu açıb 

meydana çıxarmayacağını öyrənərək, bu məxluqun böyüyüb boy atdığını və çox yediyini irəli 

sürməklə, anasından ayda on beĢ frank tələb etdi, əks təqdirdə uĢağı qaytaracaqlarını anasına 

bildirdi.  

Meyxanaçı: ―Qoy məni çox qızıĢdırmasın, – deyirdi, – yoxsa bu haramzadanı üstünə atar və 

bütün sirlərini açıb tökərəm; uĢağın saxlanmaq haqqını artırmalıdır‖. Kozettanın anası da ayda 

on beĢ frank verməyə baĢladı. 

Ġllər gəlib keçirdi; uĢaq böyüyür, böyüdükcə dərd-bəlası da artırdı. 




Hələ Kozetta balaca ikən, o biri iki uĢağın əziyyətini çəkirdi; lakin bir az böyüdükdə, yəqin, beĢ 

yaĢına çatdıqda, bütün evin xidmətçisi oldu. 

Ġndi deyəcəklər ki, beĢ yaĢında belə Ģey mümkün deyildir. Əfsus, bu belədir ki, var. Ġctimai 

münasibətlər baĢ verəndə adamın yaĢına baxmaz. Hələ bir az bundan əvvəl Dümolar adlı 

birisinin məhkəməsi buna sübut deyildirmi? Dümolar yetim qalır və sonradan quldur olur. Rəsmi 

sənədlərin təsdiq etdiyinə görə, o, hələ beĢ yaĢında ikən, ata-anasını itirdikdən sonra, öz baĢını 

özü dolandırır və oğurluq edirmiĢ‖. 

Kozettanı hər yerə göndərir, ona otaqları, həyəti, küçəni süpürtdürür, qabları yudurdur və hətta 

ağır iĢlər də gördürürdülər. Hələ də Monreyl-sür-Merdə olan anası axır zamanlarda pulları vaxtlı-

vaxtında göndərmədiyi üçün Tenardyelər belə rəftar etməkdə özlərini büsbütün haqlı bilirdilər. 

Bir neçə ay olardı ki, Kozettanın anası pul göndərmirdi. 

Fantina Monfermeylə bu üç il keçdikdən sonra qayıtmıĢ olsaydı, qızını tanımazdı. Bu evə 

girərkən o qədər qəĢəng, o qədər təravətli olan balaca Kozetta, indi xeyli arıqlamıĢ və yazıq bir 

görünüĢ almıĢdı. Onun bütün hərəkətlərində qorxaqlıq hiss olunurdu. 

Tenardyelər onun barəsində: 

– Bədzat qızdır, – deyirdilər. 

Haqsızlıq Kozettanı qüssələndirmiĢ, yoxsulluq isə çirkinləĢdirmiĢdi. Onun iri və qəĢəng 

gözlərindən baĢqa heç nəyi qalmamıĢdı; bunlara baxdıqda, adamın ona yazığı gəlirdi, çünki bu 

gözlər xırda olsaydı, bu qədər dərdi, qüssəni onlarda sezmək olmazdı. 

Hələ altı yaĢına çatmamıĢ bu zavallı uĢağın səhərin soyuğunda günəĢ doğmadan, göyərmiĢ 

kiçicik əlləri bir süpürgə alıb, cındır paltarı içində soyuqdan titrəyə-titrəyə, soyuq yanağından 

göz yaĢı axıdaraq, küçəni süpürdüyünü görmək son dərəcə qəmli bir mənzərə idi. 

Məhəllədə ona ―Torağay‖ deyirdilər. Xalq ad qoymağı çox sevir; kiçik bir quĢdan çox yer 

tutmayan, daim titrəyən, qorxan, evin və kəndin içində hələ hamının yatdığı bir zamanda, dan 

yeri ağarmamıĢ hər kəsdən əvvəl küçələrdə və çöldə görünən bu uĢağı torağaya bənzətmiĢ və ona 

bu adı qoymuĢdular. 

Ancaq bu zavallı torağay heç ötməzdi. 

 

 



 

BĠRĠNCĠ FƏSĠL. 

Qara ĢüĢə istehsalında tərəqqi. 

 

Monfermeyl əhalisinin sözünə görə, uĢağını atıb getmiĢ olan bu ananın baĢına, görəsən, nə gəldi? 



O harada idi? Nə edirdi? 

Kiçik Kozettasını Tenardyenin evində qoyduqdan sonra o, yoluna davam edib, Monreyl-sür-Mer 

Ģəhərinə gəlib çatdı. 

Biz artıq bu hadisənin 1818-ci ildə olduğunu bilirik. 

Fantina öz vətənini buraxıb getdiyi zamandan on il keçmiĢdi. Monreyl Ģəhəri tamam dəyiĢmiĢdi. 

Fantina səfalət pillələri ilə aĢağı enməkdə ikən, doğma Ģəhəri tərəqqi edib yüksəlirdi. 

Onun gəliĢindən təqribən iki il əvvəl kiçik ölkələr üçün böyük bir hadisə olan sənaye dönüĢü 

əmələ gəlmiĢdi. 

Bu hadisənin böyük əhəmiyyəti olduğundan, onu bütün təfərrüatı ilə izah etməyi və bəlkə də, 

xüsusilə qeyd etməyi lazım bilirik. 

Monreyl Ģəhərində qədim zamanlardan bəri Ġngiltərə və Almaniyadakı istehsalata təqlid edərək, 

daĢ kömürdən və qara ĢüĢədən bəzək Ģeyləri hazırlamağı bir peĢə halına gətirmiĢdilər. Lakin 

xammal bahalı və əmək haqqı çox olduğu üçün bu peĢənin vəziyyəti çox pis idi, bu hal fəhlələrin 

əmək haqqına da təsir edirdi. Fantina vətəninə qayıtdığı zaman isə, bu ―ĢüĢə mal‖ sahəsində 

görünməmiĢ bir dəyiĢiklik əmələ gəlmiĢdi. 1815-ci ilin axırlarında oraya heç kəsin tanımadığı bir 

adam gəlib həmin məmulatı hazırlamaq iĢində qatranı yapıĢqanla və qolbaq hazırlayanda döymə 

üsulunu tökmə üsulu ilə əvəz etmək fikrinə gəlmiĢdi. Bu kiçik bir dəyiĢiklik böyük bir inqilab 

törətmiĢdi. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə