Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə41/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   37   38   39   40   41   42   43   44   ...   412

– Tamamilə doğrudur, – dedi. – Vaxtdır. Ağalar, xanımlarınızı heyrətdə qoymaq məqamı 

çatmıĢdır. Xanımlar, bir neçə dəqiqə burada bizi gözləyin... 

BlaĢvel: 

– Sürpriz öpüĢdən baĢlayır, – dedi. 

Tolomes: 

– Alnından öpək, – deyə əlavə etdi. 

Hər biri təntənəli surətdə öz sevgilisinin alnından öpdü, sonra əsrarəngiz bir Ģəkildə barmaqlarını 

dodaqlarına qoyaraq, dördü də bir-birinin ardınca qapıya doğru yönəldi. 

Favurita əl çalaraq: 

– Bu elə indidən maraqlıdır, – dedi. 

Fantina yavaĢ bir səslə: 

– Ancaq tez qayıdın, – dedi. – Biz sizi gözləyirik. 

 

 

DOQQUZUNCU FƏSĠL. 



Əyləncənin əyləncəli sonu. 

 

Gənc qızlar yalqız qaldıqdan sonra, iki-iki pəncərələrin yanında dayanıb dirsəklərini pəncərəyə 



söykəyərək, baĢlarını bayıra çıxarıb zarafatlaĢmağa baĢladılar. 

Onlar gənclərin Bombard meyxanasından qol-qola çıxdıqlarını gördülər; gənclər dönüb onlara 

gülümsəyərək, baĢları ilə iĢarə etdikdən sonra, hər gün Yelisey yollarını dolduran tozlu izdiham 

içində gözdən itdilər. 

Fantina: 

– Tez qayıdın, – deyə çığırdı. 

Zefina: 

– Görəsən, onlar bizə nə gətirəcəklər? – dedi. 

– Yəqin ki, gözəl bir Ģey gətirəcəklər, – deyə Daliya cavab verdi. 

Favurita: 

– Mənə qalırsa, mən qızıl bir Ģey olmasını istərdim, – dedi. 

Bir azdan çay sahilindən keçən və uca ağacların budaqları arasından güclə görünən ekipajların 

hərəkəti onların diqqətini cəlb etdi; onlar bununla əylənməyə baĢladılar. Bu, poçt arabalarının və 

dilicanların yola çıxdığı saat idi. Qərbə və ġərqə doğru gedən bütün arabalar Yelisey yollarından 

keçirdi. Arabalar çayın kənarı ilə gedərək, Passi qarovulxanası yanında Ģəhərdən çıxırdılar. Ara-

sıra qara ilə sarı rəngə boyanmıĢ, üstü brezentlə örtülmüĢ bir çox sandıq və qutulardan olduqca 

biçimsiz bir Ģəkil almıĢ ağır yüklü böyük bir araba küçə daĢlarını sökərək və hər birini bir 

çaxmaq daĢına döndərərək, quduz kimi izdihamı yarır, kürə kimi qığılcımlar saçaraq, tüstü 

əvəzinə Ģüa bürünmüĢ halda gurultu ilə keçib gedirdi. Sandıqların arasında çoxlu baĢlar görünür 

və buradaca yox olurdular. Bütün bu səs-küy və gurultu gənc qızları əyləndirirdi, Favurita: 

– Sən gurultuya bax? – deyə səslənirdi, – elə bil, bir yığın zənciri çəkə-çəkə aparırlar: 

Sıx qarağac yarpaqları arasından çətinliklə seçilən bu arabaların biri bir anlığa dayandı və sonra 

yenə sürətlə uzaqlaĢdı. Bu, Fantinanı çox təəccübləndirdi. 

– Nə qəribədir, – dedi, – mən elə bilirdim ki, dilicanlar heç bir zaman yolda dayanmırlar. 

Favurita çiyinlərini çəkərək: 

– Bu Fantina qəribə qızdır, – dedi. – Bəzən mən məhz maraq üçün onun yanına gedirəm. O, ən 

adi Ģeylərə heyrət edir. Məsələn, təsəvvür edin ki, mən bir sərniĢinəm, sürücüyə deyirəm ki, 

―Mən qabağa gedirəm, siz də yoldan keçəndə çay kənarında məni arabaya mindirərsiniz‖. 

Dilican gəlib mənə çatır, dayanır, mən də öz yerimdə otururam. Belə hadisələr hər gün ola bilər. 

Sənin dünyadan xəbərin yoxdur, quzum. 

Bir müddət də keçdi. Birdən Favurita yuxudan oyanmıĢ kimi diksindi və soruĢdu: 

– Bəs vəd edilən sürpriz necə oldu? 

Daliya da ona qoĢularaq: 



– Doğrudan da, – dedi, – bəs bu sürpriz nə oldu? Görəsən, harada qaldılar, – deyə Fantina 

köksünü ötürdü. O, sözünü qurtarmamıĢdı ki, yemək yeyərkən onlara qulluq edən xidmətçi içəri 

girdi. Əlində məktuba oxĢar bir Ģey vardı. 

Favurita: 

– O nədir? – deyə soruĢdu. 

Xidmətçi: 

– Bu, o ağaların sizin üçün qoyduğu məktubdur, – dedi. 

– Bəs nə üçün siz onu bizə dərhal gətirmədiniz? 

– Çünki o ağalar bir saat keçdikdən sonra verilməsini tapĢırmıĢdılar, – deyə xidmətçi cavab 

verdi: 


Favurita tez məktubu xidmətçinin əlindən dartdı. Bu, doğrudan da, məktub idi. 

– Çox qəribədir, – dedi, – məktubun üzərində ünvan yoxdur. Lakin yazılmıĢdır ki: 

 

―Vəd olunan sürpriz budur!‖ 



 

Favurita tələsik zərfi açdı, məktubu çıxarıb oxumağa baĢladı (oxumaq bilirdi): 

 

―Ey sevgililərimiz! 



Bilin ki, bizim valideynlərimiz vardır. Valideyn nə olduğunu siz yaxĢı bilməzsiniz. Namuslu və 

sadə olan Mülki Qanun məcəlləsində ata-ana bu cür adlandırılır. Həmin bu valideyn ah-uf edir, 

bu qoca ata-analar bizi öz yanlarına çağırırlar. Bu namuslu ərlər və arvadlar bizi yolunu azmıĢ 

övlad adlandırır; onlar bizim qayıtmağımızı gözləyərək, qurbanlar kəsməyə hazırlaĢırlar. YaxĢı 

oğul olduğumuzdan onların sözlərinə qulaq asmaq borcumuzdur. Siz bu sətirləri oxuyan zaman, 

beĢ sürətli at bizi əziz analarımızın və atalarımızın yanına aparacaqdır. Bossüe demiĢkən, biz 

qaçırıq. Biz gedirik, biz artıq getdik. Biz Kalyarın qanadlarında Lafitin ağuĢuna uçuruq, Tuluza 

gedən dilican bizi uçurumdan xilas edəcəkdir, uçurum isə – sizsiniz, siz, ey bizim gözəl 

qızlarımız! Biz saatda 3 lyo sürəti ilə cəmiyyət, vəzifə və intizam dünyasına qayıdırıq. Vətənin 

mənafeyi bizim də vətəndaĢlar kimi ailə sahibi, prefekt, məhkəmə məmuru, dövlət müĢaviri 

olmağımızı tələb edir. Bizi dərin hörmətlə yad edin. Biz özümüzü vətənə fəda edirik. Bizim üçün 

az ağlayın və tezliklə bizi baĢqaları ilə əvəz etməyə çalıĢın. Bu məktub qəlbinizi parçalarsa, siz 

də onu parçalayın. Əlvida. 

Biz il müddətində sizi bəxtiyar etdik. Odur ki, bizdən inciməyin. 

 

Ġmza etdilər:  BlaĢvel 



 

Fameyl 


 

Listolye 

 

Feliks 


 

Tolomes. 

 

 

Yeməklərin pulu verilmiĢdir‖. 



 

Post scriptum. 

 

Dörd qız bir-birinin üzünə baxdı. 



Favurita birinci olaraq sükutu pozdu. 

– Nə olsun ki, – deyə o səsləndi. – Pis zarafat deyil. 

Zefina: 

– Bəli, çox gülməlidir, – dedi. 

Bunu BlaĢvel düĢünmüĢ olacaqdır, – dedi, – elə isə mən ona aĢiq olmağa hazıram. Kim qeyb 

olarsa, onu sevərlər. Bir iĢə bax. 

– Yox, – deyə Daliya etiraz etdi, – bu fikir Tolomesin fikridir. Buna heç Ģübhə ola bilməz. 

Favurita dedi: 

– Elə isə yox olsun BlaĢvel və yaĢasın Tolomes! 

Daliya ilə Zefina da: 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə