Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə44/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   40   41   42   43   44   45   46   47   ...   412

– Bu barədə fikirləĢmək lazımdır, – dedi. 

– Ayda altı frank verə bilərəm. 

Bu halda meyxananın içindən bir kiĢi səsi gəldi: 

– Yeddi frankdan aĢağı olmaz. Həm də altı ay üçün qabaqca verməlisiniz. 

Tenardye dedi: 

– Altı dəfə yeddi – qırx iki. 

Qadın: 

– Verərəm, – deyə razılaĢdı. 



KiĢi səsi: 

– Bundan baĢqa, ilk xərclər üçün on beĢ frank da lazımdır, – dedi. 

Madam Tenardye yenə nəğmə oxuya-oxuya hesab etdi: 

– Cəmi əlli yeddi frank edir. 

 

Belə də lazımdır, – dedi cəngavər. 



 

Qadın: 


– Verərəm, – dedi – Mənim səksən frankım var. Hələ bir az da yol üçün qalar. Əlbəttə, piyada 

getməli olacağam, ancaq orada iĢləyib pul qazanaram və bir qədər topladıqdan sonra gəlib balaca 

qızımı apararam. 

KiĢi səsi: 

Bəs uĢağın paltarı varmı? – dedi. 

Madam Tenardye: 

– DanıĢan mənim ərimdir, – dedi. 

– Bəli, bəli, əziz balamın paltarı çoxdur, onun əriniz olduğunu dərhal baĢa düĢdüm, xanım. Bəli, 

onun gözəl üst-baĢı var! Hər dəstdən bir düjün, əsl bir xanım kimi ipək paltarları vardır. Budur, 

hamısı torbanın içindədir. 

KiĢi səsi: 

– Torbadakı Ģeylərin hamısını verməlisiniz, – dedi. 

Qadın: 

– Əlbəttə, – dedi, – mən öz balamı heç çılpaq qoya bilərəmmi? 



Bu halda meyxanaçı göründü. 

– Çox yaxĢı, – dedi. 

Alver baĢ tutdu. Qızın anası o gecə meyxanada qaldı, pullarını verdi və qızını qoydu. Kozettanın 

paltarları çıxarıldıqdan sonra xeyli yüngülləĢmiĢ olan torbasını bağlayıb ertəsi gün səhər 

sübhdən, tezliklə gedib yerinə çatmaq ümidi ilə yola düĢdü. Belə ayrılıq zahirən adama sakit 

görünür, lakin, hər halda, ümidsizliklə dolu olur. 

Tenardyegilin qonĢuluğunda olan bir qadın yolda qızın anasına rast gəlmiĢ və evə döndüyü 

zaman demiĢdi: 

– Yoldan hönkür-hönkür ağlayaraq gedən bir qadına rast gəldim, elə bərk ağlayırdı ki, ürəyim 

partlamağa gəldi. 

Kozettanın anası getdikdən sonra meyxanaçı öz arvadına: 

– Ġndi mən bu pulla sabah vaxtı qurtaran borcumu verə bilərəm, – dedi, – yüz on frank borcum 

var idi, ancaq əlli frank çatmırdı. Bilirsən, bu pul olmasaydı, yəqin ki, iĢim məhkəməyə veriləcək 

və vekselim də etibarsız hesab ediləcəkdi. Sən bu gün kiçik qızlarınla yaxĢı tələ qurmuĢdun. 

Tenardyenin arvadı: 

– Sözün düzü, mən heç bu fikirdə deyildim, – deyə cavab verdi. 

 

 

ĠKĠNCĠ FƏSĠL. 



Ġki Ģübhəli Ģəxslə ötəri tanıĢlıq. 

 

Tələyə düĢən siçan çox balaca idisə də, piĢik belə pis ovla da məmnun qaldı. 




Tenardyelər necə adam idilər? 

Onlar haqqında bir neçə söz demək lazım gəlir, sonra əskik olanları tamamlarıq. 

Bu iki məxluq nadan olsa da, iĢləri yaxĢı gedən, oxumuĢ olsa da artıq düĢkün olan insanların 

mənsub olduqları aralıq bir sinfə, orta deyilən siniflə aĢağı deyilən sinif arasında mövcud olan və 

fəhlənin namuslu həyəcanlarından, həm də burjuanın düzlüyündən məhrum olmaqla bərabər, 

ikinci sinfin bəzi nöqsanlarını və birinci sinfin demək olar ki, bütün qəbahətlərini birləĢdirən bir 

sinfə mənsub idi. 

Tenardyelər məĢum bir alovun təsadüfi təsiri altında azman bir Ģey ola biləcək kiçik təbiətli 

adamlar sırasına mənsub idilər. Arvadın təbiətində heyvani hisslər gizlənmiĢdi, ərin xasiyyətində 

isə fitri bir alçaqlıq vardı. Hər ikisi pislikdə sürətli bir tərəqqi göstərmək üçün son dərəcə 

bacarıqlı idi. Bəzi adamlar var ki, xərçəng kimi daim qaranlığa doğru çəkilir; ömürlərində irəliyə 

getmək əvəzinə geriyə gedirlər. Öz mənəvi eybəcərliklərini artırmaq üçün həyat təcrübələrini 

alət edirlər və pozularaq iĢıqdan qaranlığa doğru sürünürlər. Tenardyelərin də xasiyyəti belə idi. 

Xüsusilə Tenardyenin özü elmi-sima aləminə pis təsir bağıĢlayacaq bir görünüĢdə idi. Bəzi 

adamlar var ki, onlara bir dəfə baxmaqla etibarsız olduqlarını dərhal duyursan. Onlar hər bir 

cəhətdən Ģübhəli görünürlər. Bu cür adamların keçmiĢləri həyəcanlı, gələcəkləri isə dəhĢətli olur. 

Burada hər Ģey gizlidir, onların nə etmiĢ olduqlarından və nə edəcəklərindən heç bir kəsin xəbəri 

olmur. Onların qaĢqabaqlı görünüĢü necə adam olduqlarını göstərir. Bir söz söylədiklərini eĢidən 

və ya hərəkətlərini görən kimi, o saat bunların keçmiĢlərində gizlənən və gələcəklərini dumanla 

bürüyən qorxunc sirləri müĢahidə etmək olar. 

Özünün dediyinə inanmaq mümkünsə, bu Tenardye vaxtilə əsgərlik etmiĢdi, hətta serjant 

olduğunu da söyləyirdi. Ola bilsin, 1815-ci il müharibəsində iĢtirak etmiĢdi və dediyinə görə, bir 

qədər qəhrəmanlıq da göstərmiĢdi. Bunun kim olduğunu irəlidə görəcəyik. Meyxananın 

üstündəki lövhə onun hərbi qəhrəmanlıqlarına bir iĢarə idi. Tenardye bu lövhəni özü çəkmiĢdi, 

çünki hər bir iĢdə alayarımçıq qabiliyyəti vardı, amma çox pis çəkmiĢdi. 

O elə bir dövr idi ki, köhnə klassik roman ―Kleliya‖ səviyyəsindən ―Lodoiske‖ səviyyəsinə 

düĢmüĢ və aristokratik roman kimi qalmaqda davam edərək, getdikcə pozulmuĢ və madmazel de 

Sküderinin madam Burnon Malarma və madam de’Lafayetin madam Bartelemi-Adoya 

çevrilməsi ilə Paris qapıçı qadınlarının eĢqlə dolu qəlblərini alovlandırmıĢ, Paris qəsəbələrində 

yaĢayan qızların qəlblərini belə təxrib etmiĢdi. Madam Tenardyenin zehni inkiĢafı bu cür 

kitabların mütaliəsindən uzağa getmirdi. Bu onun qidası idi. Madam Tenardye ağlının son 

əlamətlərini bu kitablar içində qərq edirdi. Məhz buna görədir ki, ilk cavanlıq illərində, hətta bir 

az sonra da o, ərinə nisbətən bir az xəyalpərəst görünürdü, əri isə dərrakədən məhrum olmayan 

bir quldur, qrammatikadan baĢqa bəzi hikmətlər əldə etmiĢ bir əxlaqsız, sadə görünən, lakin 

hiyləgər bir adam idi. Hissiyyat məsələlərinə gəlincə, o, Piqo-Lebrenin pərəstiĢkarlarından idi. 

Öz jarqonunda söylədiyi kimi, ―arvad tayfası məsələsində tam mənası ilə misli olmayan bir 

heyvan idi. Arvadı özündən on iki-on beĢ yaĢ cavan olardı. Zaman keçdikcə, onun Ģairanə bir 

surətdə sallanan telləri ağarmağa baĢladıqda, Pamellanın arxasından kinli qadın sifəti 

göründükdə, madam Tenardye baĢı axmaq romanlarla doldurulmuĢ yoğun bir qadına döndü. 

Lakin səfeh kitabların mütaliəsi nəticəsiz olmur. Bunun təsiri altında da böyük qızının adını 

Eponina qoymuĢdular. Kiçik qızına gəlincə, bunun adını az qala Gülnar qoymaq istəyirdilər, 

lakin taleyində baĢ vermiĢ xoĢbəxtlikdən ona ancaq Azelma adını verməklə kifayətlənmiĢdilər. 

Buna səbəb də Dükre-Düminilin romanının nəĢr edilməsi olmuĢdu. 

Sözarası bunu da deyək ki, bəhs etdiyimiz və adlar anarxiyasından ibarət olan bu məzəli dövrdə 

hər bir Ģey o qədər də gülünc və yüngül deyildi. Qeyd etdiyimiz bu romantik ünsürlərdən baĢqa 

bu dövrdə ictimai xarakterli əlamətlər də vardı. Bizim zəmanəmizdə, görürsən, sadə bir çoban 

uĢağını Artur, Alfred, yaxud Alfons adlandırırlar; vikontları isə – əgər vikontlardan bir əsər 

qalmıĢsa – Tom, Per, yaxud Jak adlandırırlar. ―Zərif‖ adların plebeylərə, kəndli adlarının isə 

aristokratlara keçməsinin özü də bərabərliyin bir əks-sədasıdır, hər bir Ģeydə olduğu kimi, burada 

da yeni əhval-ruhiyyənin sarsılmaz təsiri görünür. Zahirən uyğunsuzluq kimi görünən bu 

hadisədə böyük və dərin bir məna vardır ki, o da Fransa inqilabıdır. 

 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə