Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə52/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   48   49   50   51   52   53   54   55   ...   412

idarə edilməsini yerli keĢiĢin tövsiyəsi ilə qoca bir qadına tapĢırmıĢdı və buna tamamilə etibar 

edirdi. Bu qadın, həqiqətən, hörmətli, ədalətli və mərhəmətli idi, möhkəm qaydalara riayət 

edərdi, lakin sədəqə verməyi bacardığı halda, anlamaq və bağıĢlamaq qabiliyyətinə malik 

deyildi. Cənab Madlen hər bir iĢi ona tapĢırmıĢdı. YaxĢı adamlar çox zaman öz imtiyazlarını 

baĢqalarına etibar etməyə məcbur olurlar. Odur ki, əlində ixtiyarı olan və haqlı olduğuna inanan 

nəzarətçi qadın təhqiqat aparmıĢ, iĢi nəzərdən keçirmiĢ, Fantinanı günahkar hesab edib cəzasını 

vermiĢdi. 

Əlli frank məsələsinə gəlincə nəzarətçi bu pulu ehtiyacı olan iĢçi qadınlara kömək etmək üçün 

cənab Madlenin onun ixtiyarına verdiyi məbləğdən götürmüĢdü. 

Fantina xidmətçi yeri axtarmağa baĢladı; qapı-qapı gəzdi. Heç kəs onu iĢə götürmək istəmədi. 

ġəhərdən çıxıb getməyə imkanı yox idi. Mebel üçün borclu qaldığı alverçi (amma nə mebel idi) 

ona dedi ki: ―ġəhərdən qaçıb gizlənsəniz, sizi bir oğru kimi həbs edərlər‖. Otaq üçün borclu 

qaldığı ev sahibi ona dedi ki, ―Siz gənc və gözəlsiniz, odur ki, borcunuzu vermək üçün pul tapa 

bilərsiniz‖. Fantina əlli frankı ev sahibi ilə alverçi arasında böldü: özünə ancaq ən çox lazım olan 

Ģeyi saxlayaraq ev Ģeylərinin dörddəüçünü alverçiyə qaytardı. Artıq iĢsiz, köməksiz qaldı, bir 

çarpayısı var idi, amma yüz franka qədər borca girmiĢdi. 

ġəhər qarnizon əsgərləri üçün üst köynəkləri tikməyə baĢlayaraq, gündə on iki su qazanırdı. 

Qızına gündə on su göndərməli idi. Bax, bu səbəbdən də axır zamanlarda qızı üçün Tenardyeyə 

pulu müntəzəm göndərmirdi. 

Fantina axĢamlar evə qayıtdığı zaman qonĢu qarının otağında öz Ģamını yandırırdı, bu qarı ona 

yoxsul yaĢamağın yolunu öyrətdi. Aza qənaət etməyin axırı heç nə ilə yaĢamaqdır. Bu, iki otaq 

kimi bir Ģeydir: otağın biri qaranlıq, o biri isə məzar kimi zülmətdir. 

Fantina qıĢda odunsuz keçinməyin yolunu da öyrəndi: iki gündə bir ovuc darı yeyən balaca bir 

quĢu belə saxlamaqdan boyun qaçırmağı; tumanı yorğan və yorğanı tuman eləməyi, qonĢu evin 

lampasından düĢən iĢıqda axĢam yeməyi yeyərək Ģam yandırmamağı öyrəndi. Yoxsul və 

namuslu yaĢayıb qocalan aciz bir insanın bir su puldan nə qədər mənfəət ala biləcəyi kimsənin 

ağlına gəlməz. Nəhayət, bu böyük bir məharətə çevrilir. Fantina bu gözəl məharətə vərdiĢ 

edərək, bir az ürəkləndi. 

Həyatının bu dövründə o bir dəfə qonĢu qadınlardan birinə dedi: ―Bilirsiniz, əgər mən gündə beĢ 

saat yatıb qalan saatlarımı tikiĢlə məĢğul olsam, birtəhər özümə çörək pulu qazanaram, həm də 

adam məyus olanda, çörək də az yeyir. Nə eybi var! Ġztirab, həyəcan, bir parça çörək bir 

tərəfdən, dərd də o biri tərəfdən, bunların hamısı məni doydurar‖. 

Bu qədər acı bir həyat Ģəraitində Kozetta yanında olsaydı, Fantina özünü tamamilə xoĢbəxt hiss 

edərdi. Gedib onu yanına gətirmək fikrinə düĢdü. Lakin yoxsulluğunu yadına saldıqda, öz 

arzusunu boğmağa məcbur oldu. Həm də Tenardyeyə çoxlu borcu var idi. Bu borcu necə ödəyə 

bilərdi? Hələ yol xərci! Bunu haradan düzəldəcəkdi? 

Fantinaya, təbir caizsə, səfalət dərsi verən Marqarita adlı qarı müqəddəs, həqiqətən, dindar, 

yoxsul bir qadın idi; o yoxsullara, hətta varlılara belə hər zaman kömək etməyə hazır idi; savadı 

yalnız öz adını – Marqarita – yaza biləcək bir dərəcədə idi; bununla belə Allaha inanırdı, bu isə 

savadın ən yüksək dərəcəsidir. 

AĢağılarda, həyatın dibində, bir çox belə müqəddəs qadınlar var; bir vaxt olar, onlar yuxarı 

qalxarlar. Bu həyatın öz ―sabahı‖ vardır. 

Ġlk zamanlar Fantina küçəyə çıxmağa belə cəsarət etmirdi, çox utanırdı. 

Küçədə gedərkən yoldan ötənlərin dönüb ona baxdıqlarını və onu barmaqla göstərdiklərini hiss 

edirdi; hamı ona baxar və kimsə salam verməzdi; adamların ona qarĢı acı və soyuq nifrəti soyuq 

külək kimi iliklərinə qədər iĢləyirdi. 

Kiçik Ģəhərdə belə bir çarəsiz qadın camaatın istehzalı baxıĢları altında özünü çılpaq kimi hiss 

edir. Parisdə sizi heç olmasa tanıyan olmaz, bu tanınmazlıq da sizin üçün paltarı əvəz edə bilər. 

Ah! Parisdə yaĢamağı nə qədər istərdi. Lakin bu mümkün deyildi. 

Yoxsulluğa adət etdiyi kimi, bu təhqirlərə də istər-istəməz öyrəĢdi. Buna da yavaĢ-yavaĢ alıĢdı. 

Ġki-üç aydan sonra xəcaləti bir tərəfə ataraq, heç bir Ģey olmamıĢ kimi, küçəyə çıxardı. ―Məndə 



nə var ki!‖ deyərdi. BaĢını uca qaldıraraq, acı bir təbəssümlə yolçularla qarĢılaĢaraq, getdikcə 

arsızlaĢdığını hiss edirdi. 

Madam Viktürien bəzən öz pəncərəsindən Fantinanın keçdiyini görüb ―bu murdar məxluqun‖ 

miskin görünüĢünü seyr edərək, onu bu müsibətə sala bildiyi üçün sevinirdi. Kinli adamların 

özlərinə məxsus alçaqcasına sevincləri olur. 

ĠĢin ağırlığı Fantinanı yorurdu; onda əvvəldən olan quru öskürək indi ĢiddətlənmiĢdi. Bəzən öz 

qonĢusuna deyərdi: ―Əlimə baxın, görəsən, nə üçün belə yanır?!‖ 

Bununla belə səhərlər öz sıx, ipək kimi yumĢaq saçlarını sınıq bir daraqla darayarkən, bir 

dəqiqəliyə nazlanaraq özünü bəxtiyar hesab edirdi. 

 

 



ONUNCU FƏSĠL. 

Müvəffəqiyyətin nəticələri. 

 

Fantina fabrikdən qıĢın ortalarında qovulmuĢdu; yay gəlib keçdi və yenə qıĢ gəldi. Günlər qısa 



olduğundan çox iĢ görə bilmirdi. QıĢda isti yox, iĢıq yox, günorta yox; axĢam səhərə qovuĢur, 

hava hər zaman dumanlı olur, göy üzünü bulud alır, pəncərədən iĢıq az düĢdüyü üçün otaqda bir 

Ģey görmək mümkün olmur! Göy bir bacaya bənzəyir, gündüzlər isə zirzəmi kimi qaranlıq olur. 

GünəĢ bir dilənçi kimi görünür. Ġlin ən qorxunc bir fəsli! QıĢ bir Ģeyi daĢa çevirir – göylərin 

suyunu da, insanların qəlbini də. Borclular Fantinaya rahatlıq vermirdilər. 

Fantina çox az qazanırdı. Borcları getdikcə artırdı. Pulu müntəzəm almadığından acıqlanmıĢ olan 

Tenardyenin ona yazdığı məktubların məzmunu onu dəhĢətə salır və poçt xərcləri cibini 

boĢaldırdı. Bir dəfə Tenardye balaca Kozettanın qıĢın soyuğunda çılpaq gəzdiyini və isti bir 

tumana ehtiyacı olduğunu yazaraq, bunun üçün anasından heç olmasa on frank pul göndərməsini 

tələb etmiĢdi. Fantina məktubu alaraq onu bütün günü əlindən yerə qoymadı. AxĢam tindəki 

dəllək dükanına gedərək, darağını saçlarından çıxardı. Gözəl sarıĢın saçları süzülərək belinə 

qədər düĢdü. Dəllək: 

– Nə gözəl saçlar! – dedi. 

– Bu saçlara neçə verərsiniz? – deyə Fantina soruĢdu. 

– On frank. 

– Kəsin. 

Fantina bu pula yun bir tuman alıb qızı üçün Tenardyeyə göndərdi. 

Bu tuman Tenardyelərin qəzəbinə səbəb oldu. Onlara pul lazımdı. Tumanı Eponinaya verdilər. 

Zavallı Torağay isə yenə üĢüyə-üĢüyə qaldı. 

Fantina düĢünürdü ki: ―Artıq balam üĢümür. Onu öz saçlarımla geyindirdim‖. Fantina qırxılmıĢ 

baĢına yuvarlaq ağ bir təsək geydi, bununla belə yenə də gözəl görünürdü. 

Fantinanın qəlbi getdikcə qaralırdı. O, öz qalın saçlarını daramaq səadətindən məhrum edildiyini 

görüncə, yavaĢ-yavaĢ bütün aləmə qarĢı nifrət bəsləməyə baĢladı. Əvvəllər o da Madlen babanın 

Ģəxsiyyətinə qarĢı hamının hörmət və pərəstiĢinə Ģərik olurdu; lakin öz bədbəxtliyinə Madlenin 

səbəb olduğunu və onu iĢsiz qoyub rəhmsizcəsinə fabrikdən qovduğunu, nəhayət, bu hala gətirən 

yenə o olduğunu daima düĢündüyündən, hamıdan artıq ona qarĢı nifrət bəsləməyə baĢladı. 

Ġstirahət saatlarında fəhlələr darvaza qarĢısında durduqları zaman fabrikin yanından keçərkən, 

Fantina qəsdən ucadan gülərək mahnı oxuyardı. 

Qoca bir fəhlə qadın bir dəfə onun nəğmə və qəhqəhəsini eĢitdikdə: ―Bu qızın axırı pis olacaq‖ 

demiĢdi. 

Bir dəfə Fantina, qəlbində hiss etdiyi bir dəliliklə, ilk təsadüf etdiyi bir adamı sevmədən, özünə 

aĢna qəbul etdi. Bu avara bir çalğıçı, alçaq, tənbəl və çaĢqın bir adamdı, Fantinanı tez-tez 

döyərdi, çox çəkmədən, birləĢərkən eynən Fantinanın ona bəslədiyi nifrətlə onu buraxıb getdi. 

Fantina uĢağını son dərəcə sevirdi. 

Süqut etdikcə, həyatı get-gedə qaranlıqlaĢdıqca, bu balaca məsum mələyə qarĢı qəlbindəki 

məhəbbəti də daha parlaq bir surətdə yanırdı. Öz-özünə: ―Varlandığım zaman Kozetta öz 

yanımda olacaq‖ deyib gülərdi. Öskürəyi kəsilmir və bədəni tez-tez tərləyirdi. 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə