Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə54/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   50   51   52   53   54   55   56   57   ...   412

verəcəksən?‖. Ya rəbbi, bu adamlar ondan nə istəyirdi! O, özünü daim təqib edilən bir insan kimi 

hiss edirdi, ona görə də halı vəhĢi heyvanların halına oxĢayırdı. Elə bu vaxtlarda o, Tenardyedən 

bir məktub aldı, məktubda Tenardye, bu qədər gözləməkdə həddindən artıq mərhəmətli olduğunu 

xəbər verərək, ondan yüz frank pul tələb edirdi; bu pulu göndərməsə, Kozetta keçirmiĢ olduğu 

ağır xəstəlikdən yenicə qurtulmağa baĢlamıĢdırsa da onu küçəyə, soyuğa atacaqlarını yazırdı, 

küçədə qaldıqdan sonra da soyuq və aclıqdan məhv olub gedəcəkdir, özü bilsin. Fantina öz-

özünə düĢündü: ―Yüz frank! Lakin gündə heç yüz su qazanmaq üçün bir sənət vardırmı?‖. 

– Nə olsun ki! Özümü sataram! – dedi və zavallı qız fahiĢə oldu. 

 

 

ON BĠRĠNCĠ FƏSĠL. 



Christus nos liberavit. 

 

Fantinanın keçirdiyi macəra nədir? Bu macəra qul satın alan cəmiyyətin macərasıdır. 



Cəmiyyət bu qulları kimdən satın alır? Səfalətdən. 

Aclıqdan, soyuqdan, yalqızlıqdan, kimsəsizlikdən, ehtiyacdan satın alır. Bu olduqca kədərli bir 

alverdir. Ġnsan qəlbi bir parça çörəyə satılır. Səfalət təklif edir, cəmiyyət isə bu təklifi qəbul edir. 

Həzrət Ġsanın müqəddəs hədisi bizim mədəniyyətimizi idarə edir, lakin bu hədis hələ 

mədəniyyətə sirayət etməmiĢdir. Deyirlər ki, köləlik Avropa mədəniyyəti sayəsində yox 

olmuĢdur. Bu səhv fikirdir. Köləlik hələ də mövcuddur, lakin onun ağırlığı indi yalnız qadınların 

üzərinə düĢür ki, buna da fahiĢəlik deyirlər. 

Köləliyin ağırlığı qadın üzərinə, yəni zəriflik; gözəllik, analıq üzərinə düĢür. Bu hal bütün kiĢilər 

üçün bir ləkə, həm də ən böyük bir ləkədir. 

Hekayə etdiyimiz bu kədərli faciə elə bir dərəcəyə gəlib çatmıĢdı ki, artıq əvvəlki Fantinadan heç 

bir Ģey qalmamıĢdı. Palçığa düĢən qadın dönüb daĢ olur. Bu daĢa bir əl toxunarsa, soyuğun 

Ģiddətindən geri çəkilər. Bu qadın sizin yanınızdan ötər, sizə dözər, lakin sizi tanımaz! Onun 

namusu ləkələndiyi üçün sərt bir qadın olmuĢdur. Həyat və ictimai quruluĢ ona son hökmünü 

vermiĢdir. Taleyinə yazılmıĢ bütün hadisələr, artıq onun baĢına gəlmiĢdir. O, hər bir müsibəti 

görmüĢ, hər bir Ģeyə qatlaĢmıĢ, hər bir Ģeyi duymuĢ, həmiĢə əzab və iĢgəncə çəkmiĢ, hər bir 

Ģeyindən məhrum olmuĢ, hər bir Ģey üçün yas saxlamıĢdı. Ölüm yuxuya nə qədər bənzərsə, o da 

laqeydliyə bənzəyən bir itaətkarlıqla öz taleyinə tabe olmuĢdu. O, artıq heç bir Ģeydən çəkinməz. 

O, artıq heç bir Ģeydən qorxmaz. Bütün göylərin qarı-yağıĢı üstünə tökülsə, bütün dənizlər onun 

baĢı üzərindən aĢıb-daĢa belə, ondan ötrü heç bir fərqi yoxdur! Ona nə var ki? O, həddindən artıq 

islanmıĢ bir süngərə bənzər. 

Hər halda, o, özü belə zənn edir, lakin insanlar öz taleyinin baĢa çatdığını və qəm kasasının artıq 

dolduğunu zənn edirlərsə, yanılmıĢ olarlar. 

Heyhat! Ġntizamsız bir Ģəkildə irəliyə doğru sürüklənən, bu talelərin mənası nədir? Onlar haraya 

gedirlər? Nə üçün bu insan taleləri elə deyil, belədir? 

Bu sirri bilənin gözləri qaranlıqda da görər. 

Bu sirrə agah olan varsa, o da Allahdır! 

 

 

ON ĠKĠNCĠ FƏSĠL. 



Cənab Bamatabuanın boĢ vaxtları. 

 

Bütün balaca Ģəhərlərdə olduğu kimi, Monreyldə də elə gənclər vardır ki, Parisdə özlərinə bənzər 



tüfeylilər ildə iki yüz min franklıq bir məbləği təĢəxxüslə sərf etdikləri kimi, bunlar da eyni 

təĢəxxüslə min beĢ yüz livr pulu sərf edirlər; onlar heç bir iĢə yaramadıqları üçün heçlikdən 

baĢqa bir Ģey deyildirlər; bu cür tüfeylilərin bir az torpağı, bir az axmaqlığı, bir az ağlı vardır; 

salonlarda özlərini cahil göstərər, meyxanalarda isə alicənab sayarlar. Daim ―mənim torpaqlarım, 

mənim meĢələrim, mənim kəndlilərim‖ deyərlər; aktrisaları teatrda fıĢqırığa basarlar ki, zövq 

sahibi olduqlarını göstərsinlər; qarnizon zabitlərinə sataĢarlar ki, igid olduqlarını, ova 




getdiklərini, tütün çəkdiklərini, əsnədiklərini, içdiklərini, tütün qoxusu verdiklərini, bilyard 

oynadıqlarını sübut etsinlər; dilicanlardan düĢən sərniĢinləri seyr edirlər; gecələrini, gündüzlərini 

qəhvəxanalarda keçirirlər, meyxanalarda nahar edərlər, masa altında sümük gəmirmək üçün də it 

saxlar, süfrəyə xörək qoymaq üçün də aĢna saxlarlar; bir qəpik üçün çənə döyərlər, dəb haqqında 

ifrat dərəcəyə vararlar, faciəli oyunlara heyran qalarlar, qadınlara nifrət edərlər, köhnə 

çəkmələrini yırtılınca geyərlər. Paris gözü ilə baxaraq Londona, Ponta-Muson gözü ilə baxaraq 

Parisə təqlid edərlər, qocalanda büsbütün keyləĢərək heç bir iĢ görməzlər, heç bir xeyrə-Ģərə 

yaramazlar, ancaq özlərinin də baĢqasına bir o qədər zərəri olmaz. 

Cənab Feliks Tolomes də, öz əyalətindən heç bir zaman çıxmasaydı və Parisə bir dəfə belə 

gəlməmiĢ olsaydı, bu cür ağalardan biri olacağına Ģübhə yoxdur. 

Əgər bunlar bir az da varlı olsaydılar, onlara: ―Modabazlar‖ deyərdilər, yoxsul olsaydılar 

―Tənbəldir‖ deyərdilər. Lakin, əslində, bunlar müftəxor idilər. Bu müftəxorların bəziləri 

damaqsız görünür, bəziləri darıxır, bəziləri isə xəyalpərəst olur; bəzən bunların içərisində 

qəribələrinə də rast gəlmək mümkündür. 

O zaman ―modabaz‖, adətən, bundan ibarət olardı: yaxalıqları dik, qalstukları enli, saatları 

zəncirli, bir-birinin üstündən geyilmiĢ jiletləri üç rəngli olardı, göy və qırmızı jilet altdan 

geyilirdi. Bundan baĢqa, beli nazik, yaĢıla çalan sarı rəngli frakları olardı ki, bunların da uzun, 

ucları ĢiĢ ətəkləri, iki sıraya sıx düzülmüĢ və çiyninə qədər uzanmıĢ gümüĢ düymələri olardı; 

Ģalvarları da bir az açıq-yaĢıl rəngli olardı və yanlarını birdən on birə qədər ipək kantlar 

bəzəyərdi. On birdən artıq isə kant olmazdı, təsviri tamamlamaq üçün dabanlarına dəmir nal 

vurulmuĢ gödək boğaz çəkmələrini, kənarları ensiz silindrlərini, topa saçlarını, iri əsalarını və 

Pote cinasları ilə dolu danıĢıqlarını əlavə etməlidir. Bütün bunları qəĢəng bağlar və mahmızlar 

tamamlayırdı. O illərdə bığ qoymaq sivil adamlara, mahmızlar isə piyadalara aid bir xüsusiyyət 

idi. 


Əyalət ―modabazlarının‖ mahmızları uzun, bığları isə heybətli olardı. 

―Modabazların‖ bu qiyafəti Cənubi Amerika respublikalarının Ġspaniya Kralı ilə, Bolivarın 

Morilo ilə mübarizə apardığı zamanlara aid idi. Kənarlara ensiz Ģlyapalar royalistlərə məxsus 

olduğu və ―morilos‖ adlandırıldığı halda, liberallar ―bolivar‖ adlanan kənarları enli Ģlyapalar 

qoyardılar. 

Qabaqkı səhifələrdə təsvir etdiyimiz hadisələrdən səkkiz-on ay sonra ,1823-cü il yanvar ayının 

əvvəllərində bir axĢam təzəcə yağmıĢ qarla örtülü bir küçədə, baĢında ―morilos‖ Ģlyapa olduğu 

üçün ―etibarlı‖ adamlardan sayılan bu frantlardan, avaralardan biri o zamanlar dəbdə olan enli 

bir plaĢ geyərək, qəhvəxana qarĢısında dolaĢan qadınlardan birini ələ salmaqla əylənirdi. Bu 

qadın açıq bal paltarı geymiĢ, saçlarına çiçək taxmıĢdı, zabitlər qəhvəxanasının vitrinası 

qabağında gəzinirdi. ġıq geyimli cənab siqar çəkirdi, çünki dəb bunu tələb edirdi. 

Qadın hər dəfə onun yanından keçdikdə, Ģıq geyimli cənab siqarından onun üzünə ağız dolusu 

tüstü buraxaraq, çox məzəli və Ģən zənn etdiyi sözlər və təhqirlər yağdırırdı. Məsələn, ―Sən nə 

idbarsan! Ġtilib getsənə! DiĢsiz ifritə!‖ və sair sözlər deyirdi. Bu cənabın adı Bamatabua idi. 

Həzin bir xəyala bənzəyən bu qadın ona heç cavab vermir, qarın üzərində oyan-buyana gedib-

gələrək, bu cənabın təhqir və istehzalarına əhəmiyyət belə vermədən, səsini çıxarmadan 

gəzinməkdə davam edərək, hər beĢ dəqiqədən bir dönür və sıradakı əsgərlər tərəfindən qatarlama 

döyülən bir əsgər kimi onun yeni təhqirini dinləyirdi. Qadının əhəmiyyət verməməsi avara 

adama toxunduğundan, qadın, o biri tərəfə döndükdə, fürsət taparaq xəlvətcə ona yanaĢdı və 

gülməyini boğaraq əyildi, bir ovuc qar götürüb qadının çılpaq kürəkləri arasına basdı. Qız qıy 

çəkdi, geriyə dönərək qızmıĢ bir bəbir kimi kiĢinin üstünə atıldı, iti dırnaqlarını üzünə batırdı; 

yalnız sərxoĢ əsgərlərin uydura biləcəkləri kobud sözlərlə onu söyməyə baĢladı. Bu söyüĢlər 

arağın təsirindən boğuq çıxan bir səslə söylənirdi; iyrənc sözləri fıĢıltı ilə yağdıran açıq dodaqlar 

arasından iki qabaq diĢinin boĢ yeri görünürdü. Bu qız Fantina idi. 

Bu gurultuya qəhvəxanadan bir dəstə zabit çıxdı; yoldan ötənlər toplandı. Adamlar kiĢi ilə 

qadından ibarət olan bu səhnəni divar kimi əhatə etdilər; hamı bağırıĢır, gülüĢür, əl çalır, boğuĢan 

bu iki adama tamaĢa edirdi; kiĢinin Ģlyapası baĢından yerə düĢmüĢdü, o üzərinə yağan 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə