Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə57/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   53   54   55   56   57   58   59   60   ...   412

Cənab Madlen yumĢaq bir səslə ona cavab verdi: – Bunu yaxĢıca yadınızda saxlayın ki, bu qadın 

həbsxanada bir gün də qalmayacaqdır. 

Javer cənab Madlenin bu qəti cavabını eĢidincə, dik-dik onun üzünə baxdı və yenə hörmətlə 

dedi: 


– Doğrusu, ömrümdə ilk dəfə olaraq cənab merin sözünə qulaq asmamağa məcbur olduğum üçün 

təəssüf edirəm, lakin mən öz vəzifəm və səlahiyyətim dairəsində hərəkət edirəm. Ġcazənizlə, mən 

bu iĢin necə baĢ verdiyini sizin üçün təkrar edərəm. Mən özüm orada idim. Bu qadın cənab 

Bamatabuanın üstünə atıldı; o cənab məhbuslar məclisinin seçicisi və meydanın tinindəki gözəl 

bir daĢ evin sahibidir; ev dördmərtəbəli və balkonlu, yonma daĢdan tikilmiĢ bir evdir. Bu 

dünyada azmı iĢlər olur! Hər halda, bu hadisə küçə intizamsızlığına aid bir Ģeydir, bu da küçə 

polisinə aid bir iĢ olduğundan, tamamilə mənə aiddir. Ona görə də mən Fantina adlı bir qadını 

tutmağa haqlıyam. 

Cənab Madlen əllərini sinəsi üzərində çarpazladı və bu vaxta qədər Ģəhər əhalisindən kimsənin 

eĢitmədiyi amiranə və sərt bir səslə: 

– Dediyiniz iĢ Ģəhər polisi idarəsinə aid bir iĢdir, – dedi. – Cinayət Məcəlləsinin 9-cu, 11-ci, 15-

ci və 66-cı bəndinə görə, bu iĢin hökmünü yalnız mən verə bilərəm. Əmr edirəm, bu qadını azad 

edəsiniz. 

Javer bir də etiraz etmək istədi: 

– Lakin cənab mer... 

– Bundan baĢqa, özbaĢına həbsə aid 1799-cu il 13 dekabr tarixli qanunun 81-ci bəndini də sizə 

xatırladıram. 

– Cənab mer, icazə verin... 

– Artıq yetər. 

– Lakin mən... 

– Gedin, – deyə cənab Madlen onun sözünü kəsdi. 

Javer bir rus əsgəri kimi, gözünü qırpmadan bu zərbəni sinəsi ilə qarĢıladı. O, merə ikiqat təzim 

edərək, polis idarəsindən çıxdı. 

Fantina qapıdan kənara çəkilərək Javerin keçib getməsinə heyrətlə baxdı. 

Qəribə bir həyəcan içində idi. Ġndicə o, iki düĢmən qüvvənin bir-birilə dəhĢətli döyüĢünü 

görmüĢdü. Onun taleyini, azadlığını, həyatını, ruhunu, balasını öz əllərində saxlayan iki adam 

onun gözü qarĢısında çarpıĢırdı: bunların biri onu qaranlığa, o biri iĢığa doğru çəkirdi. Qorxuya 

xas olan mübaliğələr, Ģübhələr arasından seyr etdiyi bu mübarizədə bu iki adam iki divə 

bənzəyirdi; biri Ģəri təmsil edən Əhrimən, o biri isə xeyri təmsil edən Hürmüz kimi danıĢırdı. 

Hürmüz Əhrimənə qalib gəldi, bu Hürmüz, bu xilaskar da onun nifrət etdiyi adam, bütün 

müsibətlərinə səbəb olduğunu zənn etdiyi haman mer, haman Madlen idi! Bu adam ona qurtuluĢ 

əlini uzatmıĢdı, həm də ən dəhĢətli bir Ģəkildə təhqir edildiyi zaman uzatmıĢdı. O, səhv 

etmiĢdimi? Öz qəlbini kökündən dəyiĢməli idimi?... O, büsbütün özünü itirmiĢdi, bütün bədəni 

titrəyirdi. O, çaĢqın, pəriĢan bir halda dinləyir, baxır və cənab Madlenin hər bir sözü ilə qəlbində 

dəhĢət saçan nifrət dünyası dağılır, əriyir, məhv olur və sevinc, etimad və məhəbbət gətirən, 

anlaĢılmaz və ürəyi qızdıran bir Ģey doğmağa baĢlayırdı. 

Javer gedəndən sonra cənab Madlen Fantinaya tərəf döndü, özü üçün yersiz görünən göz 

yaĢlarını çətinliklə boğaraq yavaĢ bir səslə dedi: 

– Söylədiklərinizi eĢitdim. BaĢınıza gələn hadisələrdən mənim heç xəbərim yoxdur. Mənə elə 

gəlir ki, doğru olduğunu hiss edirəm. Mən hətta sizin mənim emalatxanamda iĢlədiyinizi də 

bilmirdim. Nə üçün bu barədə birbaĢa mənə müraciət etmədiniz? Ġndi artıq olan olub keçib, bu 

barədə danıĢmaq artıq gecdir; borclarınızı verəcəyəm, uĢağınızı buraya gətirdəcəyəm və ya siz 

özünüz gedib gətirərsiniz. Ġstəsəniz burada, istəsəniz Parisdə yaĢaya bilərsiniz. Sizin və 

uĢağınızın qeydinə qalmağı öz öhdəmə götürürəm, özünüz istəməsəniz, iĢləməyə bilərsiniz. Sizə 

istədiyiniz qədər pul verə bilərəm. Siz yenə xoĢbəxt olacaqsınız, xoĢbəxt olduqdan sonra isə yenə 

namuslu bir qadın olarsınız, hətta hər Ģey dediyiniz kimidirsə, buna da mən Ģübhə etmirəm, siz 

Allah qarĢısında həmiĢə namuslu və pak olmuĢsunuz, zavallı qadın! 



Zavallı Fantinanın sevinci həddindən artıq idi. Kozetta onunla bərabər olacaqdı! DəhĢətli və 

iyrənc həyatı atacaqdı! O, qızı ilə bərabər sərbəst, namuslu, xoĢbəxt və varlı bir həyat sürəcəkdi! 

Birdən-birə qarĢısında səfalət qaranlığı içində cənnət qapıları açılmıĢdı! Fantina bu adama çaĢqın 

bir nəzərlə baxdı və yalnız üç dəfə hıçqıra bildi: ―Of! Of! Of!‖ Ayaqları bükülürdü, birdən cənab 

Madlen çəkilməyə macal tapmadan, əlinin Fantinanın əlləri arasında olduğunu və qızın 

dodaqlarının ona toxunduğunu hiss etdi. 

Bu anda qız huĢunu itirdi. 

 

 



 

BĠRĠNCĠ FƏSĠL. 

Dincliyin baĢlanğıcı. 

 

Cənab Madlen Fantinanı evində olan xəstəxanaya aparmağı əmr edib, Ģəfqət bacılarına tapĢırdı, 



onlar da onu soyundurub yatağa uzatdılar. Bir azdan sonra zavallı qadına Ģiddətli bir qızdırma 

gəldi. Gecənin çox yarısını huĢsuz halda ucadan sayıqladı. Nəhayət, səhərə yaxın yuxuya getdi. 

Ertəsi gün, günortaya yaxın, Fantina oyandığı zaman yatağının yanında, lap yaxınlıqda birinin 

nəfəsini duydu; pərdəni qaldırdıqda, bu adamın cənab Madlen olduğunu anladı; o ayaq üstə 

dayanıb Fantinanın baĢı üzərindəki bir Ģeyə diqqətlə baxırdı. Onun baxıĢında təĢviĢ və mərhəmət 

hissi duyulurdu, o, nə barədə isə yalvarırdı. Fantina cənab Madlenin haraya baxdığına diqqət 

edib, divardan asılmıĢ Həzrət Ġsanın təsvirinə baxdığını anladı. 

Ġndi cənab Madlen Fantinanın nəzərində büsbütün dəyiĢmiĢdi. Fantina onun üzündən nur 

yağdığını zənn edirdi. Cənab Madlenin ibadətə daldığı hiss olunurdu. Fantina bu sükutu 

pozmağa cəsarət etmədən, uzun müddət ona baxa-baxa qaldı. Nəhayət, qorxa-qorxa soruĢdu: 

– Siz nə edirsiniz? 

Cənab Madlen bir saatdan bəri idi ki, bu vəziyyətdə dayanmıĢdı. O, Fantinanın oyanmağını 

gözləyirdi. Əlini əlinə alıb nəbzini yoxladıqdan sonra soruĢdu: 

– Özünüzü necə hiss edirsiniz? 

– YaxĢı hiss edirəm, yatmıĢdım, – dedi. – Zənnimcə, halım bir az yaxĢılaĢıbdır. Keçər gedər. 

Cənab Madlen onun əvvəlcə vermiĢ olduğu sualına yenicə eĢitmiĢ kimi cavab verərək dedi: 

– Mən göylərdəki müsibətzədəyə dua edirdim. 

Fikrində isə bunu əlavə etdi: 

―Yerlərdəki müsibətzədə üçün‖. 

Cənab Madlen bütün gecəni və səhəri məlumat toplamaqla məĢğul olmuĢdu. Ġndi artıq hər bir 

Ģeyi bilirdi. Fantinanın macərasını bütün təfsilatı ilə öyrənmiĢdi. Sözünə davam edərək dedi: 

– Siz çox müsibətlər çəkmisiniz, zavallı ana. Qəm çəkməyin, sizin taleyiniz müqəddəs insanların 

taleyidir! Ġnsanlar bu vasitə ilə mələk yaradırlar. Sizin müsibətlərinizdə insanlar müqəssir deyil, 

onların baĢqa çarəsi yoxdur. Sizin tərk etdiyiniz cəhənnəm behiĢtin qapısıdır. Bu qapıdan 

keçməyiniz vacib idi. 

O, dərin nəfəs aldı. Fantina isə ona baxaraq, özünəməxsus bir təbəssümlə gülümsəyirdi. Bu 

təbəssüm məhrum olduğu iki qabaq diĢi sayəsində ona ülvi bir gözəllik verirdi; bu onun 

fədakarlığına bir dəlalət idi. 

Javer o gecə bir məktub yazdı. Səhər tezdən məktubu özü Monreyldəki poçt idarəsinə apardı. 

Məktub aĢağıdakı ünvanla Parisə göndərilirdi: ―Cənab polis prefektinin katibi cənab ġabul’eyə‖. 

Polis idarəsində baĢ verən hadisənin xəbəri ətrafa yayılmıĢdı; məktubu göndərməzdən əvvəl onu 

görən poçt müdirinin arvadı və bir neçə baĢqa adamlar konvert üzərində Javerin xəttini tanıyıb, 

istefa vermək üçün ərizə göndərmiĢ olduğunu zənn etdilər. 

Cənab Madlen dərhal Tenardye ailəsinə məktub yazdı. Fantinanın onlara yüz iyirmi frank borcu 

var idi. Cənab Madlen onlara üç yüz frank göndərdi, bu puldan öz borclarını götürüb, qızcığazı 

dərhal Monreylə göndərmələrini tapĢırdı, çünki qızın anası burada xəstə yatır və qızı ilə 

görüĢmək istəyirdi. 

Tenardye bu hadisəyə heyran qaldı. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə