Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə55/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   51   52   53   54   55   56   57   58   ...   412

zərbələrdən özünü qorumağa çalıĢırdı, qadın isə baĢı açıq, saçsız, diĢsiz, qəzəbindən gömgöy 

göyərmiĢ, dəhĢətli bir halda qıĢqıraraq, onu əlləri ilə, ayaqları ilə döyəcləyirdi. 

Birdən camaatın arasından uzun boylu bir adam irəliləyib, qadının palçığa batmıĢ atlaz paltarının 

döĢündən yapıĢaraq: ―Dalımca gəl‖ dedi. 

Qadın baĢını qaldırdı, qəzəbli səsi birdən kəsildi. Gözləri bir nöqtəyə dikilərək, mat qaldı; 

acığından gömgöy olmuĢ üzü ölü sifəti kimi saraldı. Qorxusundan bütün bədəni tir-tir əsdi. 

Qadın Javeri tanıdı. 

ġıq geyimli cənab isə fürsətdən istifadə edib əkildi. 

ON ÜÇÜNCÜ FƏSĠL. 

ġəhər polis idarəsinə aid olan bəzi məsələlərin həlli. 

 

Javer camaatı yararaq, zavallı qadını sürüyə-sürüyə, iri addımlarla meydançanın o biri tərəfində 



olan polis idarəsinə doğru getdi. Qadın heç bir müqavimət göstərmədən onun ardınca gedirdi. 

Javer də, qadın da heç dinmirdilər. Avara adamlar gülüĢə-gülüĢə, bağıraraq, kinayəli sözlər 

ataraq, qara bir bulud kimi onları ötürürdülər. Ġnsan müsibəti nə qədər böyük olarsa, söyüĢlər və 

təhqirlər də o qədər Ģiddətli olur. 

Alçaq bir otaqdan ibarət olan, bir peçlə qızdırılan və qarovulçularla mühafizə edilən polis 

idarəsinə çatdıqda, Javer barmaqlıqlı ĢüĢəbənd qapını açdı və Fantina ilə bərabər içəri girib 

ümidləri puç olan camaatın üzünə qapını örtdü; maraqlananlar pəncələri üstə qalxaraq, 

boyunlarını uzadır, içəridəki hadisəni tutqun ĢüĢənin arasından seyr edirdilər. Marağın gözü ac 

olar, görmək də yemək kimi bir Ģeydir. 

Fantina içəri girərək aciz və dilsiz bir halda yerə oturub, otağın bir bucağına qısıldı, qorxmuĢ bir 

it kimi büzüĢüb qaldı. 

Növbətçi serjant yanan bir Ģam gətirərək, masanın üstünə qoydu. Javer oturdu, cibindən möhürlü 

bir kağız çıxarıb yazmağa baĢladı. 

Fantina kimi qadınları qanunlarımız büsbütün polisin ixtiyarına vermiĢdir. Polis bunlarla nə 

istəyirsə edir, kefi istədiyi kimi onlara cəza verir, onları iki kədərli nemətdən, yəni öz peĢələri 

adlandırdıqları iĢi görmək haqqında və azadlıqdan məhrum edir. Javerin görünüĢü çox laqeyd 

idi, üzündə ciddiyyətdən baĢqa heç bir hissiyyat əlaməti görünmürdü, halbuki ciddi və dərin bir 

fikrə dalmıĢdı. Elə bir dəqiqə gəlib çatdı ki, o öz vicdan sədasına qulaq asaraq, tamamilə sərbəst 

bir surətdə dəhĢətli və hüdudsuz bir hökm verməli idi. Hiss edirdi ki, bu saat əlində böyük bir 

ixtiyar var, adi bir polis agentinin hökmü tam bir məhkəmə hökmünə bərabərdir. Javer məhkəmə 

qururdu. Məhkəmə qurur və hökm çıxarırdı. QarĢısındakı böyük məsələni düzgün həll etmək 

üçün bütün əqlini, qabiliyyətini toplayırdı. Bu qadının tutduğu iĢi bütün təfsilatı ilə düĢündükcə, 

daha da hiddətlənirdi. Bir az bundan əvvəl baĢ vermiĢ bir cinayətin Ģahidi olmuĢdu, bu, Ģübhəsiz 

idi. Orada küçənin ortasında mülk sahiblərindən və seçicilərdən olub nəcabətli cəmiyyətin 

nümayəndəsi olan bir Ģəxsin yaramaz bir qadın, cəmiyyətdən büsbütün kənar bir qadın tərəfindən 

təhqir olunduğunu görmüĢdü. FahiĢə, bir burjuaya əl qaldırmıĢdı. Javer bu müdhiĢ hadisəni öz 

gözü ilə görmüĢdü. O sükutunu pozmadan yazırdı. 

Yazıb qurtardıqdan sonra kağıza qol çəkdi, sonra onu qatlayaraq növbətçi serjanta verib, dedi: 

– Üç əsgər götürüb bu qızı həbsxanaya aparın! – Sonra Fantinaya tərəf dönərək əlavə etdi: – 

Orada altı ay yatacaqsan. 

Zavallı qadın diksindi. 

– Altı ay! Altı ay həbsxanada yatmaq! – deyə bağırdı, – altı ay gündə yalnız yeddi su qazanmaq? 

Bəs Kozetta nə olacaq? Bəs mənim qızım? Mənim qızım? Axı mənim Tanerdyeyə yüz frankdan 

artıq borcum var, bunu bilirsinizmi, cənab müfəttiĢ? 

O, polis nəfərlərinin palçıqlı çəkmələrindən kirlənmiĢ daĢ döĢəmə üzərində dizi üstə sürünür və 

dərin bir ümidsizliklə yalvarırdı: 

– Cənab Javer, yalvarıram sizə, rəhm edin. Ġnandırıram sizi ki, təqsir məndə deyil. Əvvəldən siz 

orada olsaydınız görərdiniz ki, mən doğru, deyirəm. Allaha and olsun, müqəssir mən deyiləm. 

Tanıdığım o cənab, heç bir səbəb olmadan, kürəyimə qar tökdü. Küçədə sakit gəziĢdiyimiz, 

kimsəyə toxunmadığımız bir halda, boynumuzun ardına qar basmağa kimin ixtiyarı var? Bu 




hərəkət mənə yaman toxundu. Bilirsiniz, mən bir az xəstəyəm! Həm də o, çoxdan mənə sataĢırdı. 

―Ġdbarın biri, ağzında diĢləri yoxdur‖ deyirdi. Mən onsuz da bilirəm ki, diĢlərim yoxdur. Heç bir 

Ģey eləmir və öz-özümə düĢünürdüm: ―Bu cənab bir az əylənmək istəyir‖. Mən ona qarĢı özümü 

yaxĢı aparırdım və heç bir söz demirdim. Birdən o, kürəyimə qar topası basdı. Cənab Javer, 

mərhəmətli cənab müfəttiĢ! Bayırda söylədiyim Ģeyləri görüb və doğruluğuma Ģahid olacaq bir 

adam yoxdurmu? Mən gərək qızıĢmayaydım. Ancaq, bilirsinizmi, adam əvvəlcə özünü saxlaya 

bilmir. Ġstər-istəməz qızıĢır. Xüsusən, kürəyinə qəflətən soyuq qar basdıqda... O cənabın 

Ģlyapasını əzməkdə mən yaxĢı iĢ görmədim. O nə üçün getdi? Mən ondan üzr istərdim. Aman 

Allah, gündə yeddi su! Üzr istəmək çətin Ģey deyil. Cənab Javer, məni bu dəfə bağıĢlayın. Axı 

siz yaxĢı bilirsiniz ki, həbsxanada yalnız gündə yeddi su qazanmaq olur, burada hökumətin 

təqsiri yoxdur, axı mənim yüz frank borcum var. Verməsəm qızcığazımı gətirib üstümə 

atacaqlar. Pərvərdigara! Mən uĢağımı yanımda saxlaya bilmərəm, mənim gördüyüm iĢ o qədər 

murdar bir iĢdir ki!.. Ah, mənim Kozettam! Ah, mənim balam, müqəddəs mələyim, sənin halın 

necə olacaq! Ah, gözümün iĢığı! Bilirsiniz, bu Tenardyelər adi bir kəndlidirlər. Meyxana 

saxlayırlar, onlara heç bir Ģey qandırmaq olmur. Onlara ancaq bir Ģey lazımdır ki, o da puldur. 

Məni həbsxanaya salmayın! Axı mənim balamı qıĢın soyuğunda çölə atarlar. Ona yazığınız 

gəlsin, cənab Javer, siz mərhəmətli adamsınız. O böyük olsaydı, öz-özünü dolandırardı, lakin 

hələ balacadır. Mən, əslində pis qadın deyiləm, məni bu hala salan nə tamahkarlıqdır, nə də 

qorxaqlıq. Araq içsəm də dərdimin çoxluğundan içirəm; mən arağı sevən deyiləm, ancaq o, 

dərdimi dağıdır. Mənim yaxĢı vaxtlarımı görsəydiniz, ədabaz olmadığımı, nizam-qayda 

sevdiyimi anlardınız. Dolabım paltarla dolu olardı. Cənab Javer, mənə yazığınız gəlsin! 

Fantina bu sözləri ikiqat əyilib, dizi üstündən qalxmayaraq, yaĢarmıĢ gözləri ilə heç bir Ģey 

görməyərək danıĢırdı. Əllərini ovaraq, yarıçılpaq sinəsinə sıxırdı, quru və qırıq-qırıq öskürdüyü 

üçün səsi can verən adamların qorxunc pıçıltısı kimi yavaĢcadan çıxırdı. Böyük kədər zavallı 

adamların üzünə nur salan ilahi və qorxunc bir qüvvədir. Bu halda Fantina yenə gözəl 

görünürdü. Arabir sükut edərək miskincəsinə casusun ətəyini öpürdü. Onun yalvarıĢları daĢ 

qəlbləri belə yumĢalda bilərdi, lakin ağac bir qəlbi yumĢaltmaq mümkün deyildir. 

Javer: 


– YaxĢı, yetər, – dedi, – dediklərinə qulaq asdım! Gərək ki, nə lazımsa hamısını söylədin. Di get. 

Altı ay həbsxanada yatacaqsan; lap Allahın özü də burada bir iĢ görə bilməz. 

Javer ―lap Allahın özü də burada bir iĢ görə bilməz‖ sözlərini təntənəli bir surətdə dedikdə, 

Fantina hökmün artıq verilmiĢ olduğunu hiss etdi. O lap soyuq döĢəmənin üzərinə düĢərək: 

– Rəhm edin – deyə yalvardı. 

Javer arxasını ona çevirdi. 

Əsgərlər Fantinanın qollarından yapıĢdılar. 

Bir neçə dəqiqə bundan əvvəl bir adam gözə çarpmadan otağa girmiĢdi. O, qapını örtdükdən 

sonra ona söykənib Fantinanın ümidsiz yalvarıĢlarını dinləmiĢdi. 

Əsgərlər dizi üstündən qalxmaq istəməyən zavallı qadının qollarını tutub bağlamaq istədikləri 

zaman bu adam qaranlıqdan çıxaraq bir addım irəli yeridi və: 

– Bir dəqiqə dayanın! – dedi. 

Javer baĢını qaldırıb cənab Madleni tanıdı. ġlyapasını götürdü, məcburiyyətlə salam verərək 

təəssüflə dedi: – BağıĢlayın, cənab mer... 

Bu ―cənab mer‖ sözləri Fantinada qəribə bir təsir buraxdı. O, birdən-birə ayağa qalxdı, yerin 

altından çıxan bir kabus kimi dikəldi. Əlləri ilə əsgərləri itələyərək, cənab Madlenə yaxınlaĢdı və 

dik-dik üzünə baxaraq bağırdı: 

– Aha! Cənab mer, sənsən?! 

Bu sözləri deyərkən vəhĢi bir qəhqəhə ilə güldü və cənab Madlenin üzünə tüpürdü. 

Cənab Madlen üzünü silərək: 

– MüfəttiĢ Javer, bu qadını azad edin, – dedi. 

Javerə elə gəldi ki, ağlını itirir. Bir dəqiqə özündə bir-birinin ardınca bütün ömrü boyu 

keçirməmiĢ qüvvətli ruhi sarsıntılar hiss etdi. Bir fahiĢənin merin üzünə tüpürdüyünü görmək o 

qədər dəhĢətli bir hadisə idi ki, o, öz xəyalında belə Ģeyi təsəvvür etməyə cürət etməzdi. Bununla 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə