Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə63/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   59   60   61   62   63   64   65   66   ...   412

Flamandiyalı arvadını çağırıb əhvalatı ona danıĢdı. Görəsən, cənab mer haraya getməyə 

hazırlaĢır? – deyə məsələni düĢünməyə baĢladılar. 

Arvadı: 

– Parisə gedir, – dedi. 

– Ağlım kəsmir, – deyə əri cavab verdi. 

Cənab Madlen rəqəmlər yazılmıĢ kağız parçasını buxarının üstündə unutmuĢdu. Flamandiyalı 

kağızı götürüb diqqətlə gözdən keçirdi: 

– BeĢ, altı, səkkiz yarım! Bu, yəqin, poçt mənzillərinin arasındakı məsafədir. 

Sonra arvadına tərəf dönərək: 

– Tapdım, – deyə səsləndi. 

– Necə? 

– Sadə bir Ģey. Buradan Esdenə beĢ mildir, Esdendən Sen-Pola altı mildir, Sen-Poldan da Arrasa 

səkkiz yarım mildir. O, Arrasa gedir. 

Cənab Madlen evinə qayıtdı. 

Geriyə dönərkən keĢiĢin qapısı yanından keçməsin deyə, uzun və dolaĢıq bir yolla getdi. Otağına 

girib qapını bağladı; bu da onun adəti idi, çünki o, tez yatmağı sevirdi. Fabrik qapıçısı və eyni 

zamanda cənab Madlenin yeganə xidmətçisi olan qadın otaqdakı iĢığın doqquzun yarısında 

söndüyünü görmüĢ və bunu xəzinədara söyləməklə bərabər: 

– Cənab mer xəstələnmiĢdir, nədir? Bu gün görünüĢü çox qəribədir, – demiĢdi. 

Xəzinədarın otağı cənab Madlenin yataq otağının altında idi. Xəzinədar qapıçının sözlərinə 

əhəmiyyət verməyərək, uzanıb yatdı. Gecənin bir aləmində o birdən oyandı, ―yarımyuxulu bir 

halda baĢı üzərində bir gurultu eĢitdi. Qulaq asdı. Üst otaqda kim isə ağır addımlarla oyan-

buyana gəzinirdi; cənab Madlenin addımlarının səsini tanıdı. Bu, ona çox qəribə göründü; 

adətən, yataqdan qalxana qədər cənab merin otağında səs-səmir olmurdu. Bir az sonra xəzinədar 

Ģkaf qapısının açılmasına və yenə örtülməsinə oxĢar bir səs eĢitdi. Sonra bir Ģeyin yerindən 

tərpəndiyi eĢidildi; bir az sükutdan sonra yenə addım səsləri gəldi. Xəzinədar çarpayıda 

dirsəklənərək yuxudan büsbütün oyandı və pəncərədən küçəyə baxıb qarĢı divarda iĢıqlı 

pəncərənin qırmızımtıl əksini gördü. ĠĢığın istiqamətinə diqqət edərək, cənab Madlenin pəncərəsi 

olduğunu anladı. ĠĢıq titrəyirdi, bundan da iĢığın yanan bir çıraqdan deyil, qalanmıĢ bir 

buxarıdan düĢdüyünü anladı. Pəncərə çərçivəsinin əksi divara düĢməmiĢdi, bu da pəncərənin 

büsbütün açıq olduğunu göstərirdi. Belə bir soyuqda pəncərənin açıq olması adama qəribə 

görünürdü. Bir az sonra xəzinədar yenidən yatdı, lakin bir-iki saatdan sonra yenə oyandı. BaĢının 

üzərində yenə sakit və ağır addım səsləri eĢidilirdi. 

ĠĢığın əksi yenə də qarĢı divarda görünürdü, lakin bu iĢıq indi sönük və sakitdi; otaqda Ģam və ya 

çıraq yandığı anlaĢılırdı. Pəncərə qabaqkı kimi yenə açıq idi. 

Cənab Madlenin otağında baĢ verən hadisə bundan ibarətdi. 

 

 

ÜÇÜNCÜ FƏSĠL. 



Ġnsan qəlbində fırtına. 

 

Oxucu, əlbəttə, cənab Madlenin həmin Jan Valjan olduğunu artıq duymuĢdur. 



Biz artıq bu vicdanın gizli dəfinələrini bir dəfə nəzərdən keçirmiĢik. Onu bir dəfə də yoxlamaq 

məqamı çatmıĢdır. Biz bu iĢə qədəm qoyarkən, qəlbimizdə həyəcan və qorxu olduğunu duyuruq. 

Yer üzündə vicdan dərinliklərinə tamaĢa etməkdən dəhĢətli bir Ģey ola bilməz. Mənəviyyatın 

gözləri heç bir zaman insanın qəlbindəki parlaq bir nur və dərin bir qaranlığa təsadüf edə bilməz. 

Bu gözlər nəyə baxırsa-baxsın, insan qəlbi qədər dəhĢətli, mürəkkəb, əsrarlı və hüdudsuz bir 

aləm görə bilməz. Dənizdən daha əzəmətli bir mənzərə vardır ki, o da göydür. Göydən daha 

əzəmətli bir mənzərə vardır ki, o da insan qəlbinin sirli dərinlikləridir. 

Ġnsan vicdanının dastanını yaratmaq, bir nəfərin, ən vecsiz bir fərdin belə vicdanının dastanını 

yaratmaq – bütün epopeyaları ülvi və mükəmməl bir qəhrəmanlıq dastanında birləĢdirmək 

deməkdir. Vicdan – xam xəyallar, ehtiraslar, arzular xaosu deməkdir, vicdan – xəyallar və 




həsrətlər dəfinəsi, özümüzün belə həya etdiyimiz fikirlərin mağarası deməkdir, sofizmlər 

pandemoniyası, ehtirasların döyüĢ meydanı deməkdir. Fikrə dalmıĢ solğun bənizli bir insanın 

qəlbindən nələr keçdiyini duymağa, qəlbin dərinliklərinə, qaranlığa nəzər salmağa çalıĢın. 

Zahirən sakit görünən bu insan qəlbində Homerin nəhəngləri vuruĢur, divlər əjdahalarla çəng 

edir. Miltonun kabusları kimi dəhĢətli kabuslar meydan oxuyur. Dantenin əsərində olduğu kimi 

fantasmaqoriya dairələri cızılır. Ġnsan qəlbində yaĢayan ucsuz-bucaqsız aləm, öz həsrət, meyil və 

hərəkətlərini ümidsiz bir halda ölçüb-biçdiyi aləm nə qədər dərin, nə qədər qaranlıqdır! 

Bir dəfə Aligeri yol gedərkən məĢum bir qapıya rast gəlir, lakin bu qapını açmağa cəsarət etmir. 

Bizim də qarĢımızda belə bir qapı var, biz onun astanasında tərəddüd içində dayanmıĢıq. 

Bununla belə, qapıdan içəri girək! 

Jan Valjanın taleyi haqqında oxucunun bildiyi Ģeylərə biz ancaq çox az bir Ģey əlavə edə bilərik; 

biz balaca Jerve ilə olan sərgüzəĢtdən sonra Jan Valjanın baĢına nələr gəldiyini söylədik. Bu 

hadisədən sonra onun tamamilə dəyiĢib baĢqa bir adam olduğunu gördük. O, yepiskopun istədiyi 

kimi bir adam olmuĢdu. Biz buna, Jan Valjan dəyiĢdi yox, tamamilə baĢqa bir adam oldu, deyə 

bilərik. 

Jan Valjan yalnız Ģamdanları yadigar saxlayaraq, yepiskopun gümüĢlərini satmıĢdı; gizlicə 

Ģəhərdən-Ģəhərə keçərək, bütün Fransanı dolaĢmıĢ, nəhayət, Monreyl-sür-Merə gəlib çıxmıĢdı. 

Burada ağlına yuxarıda söylədiyimiz xoĢbəxt bir fikir gəlmiĢdi, söylədiyimiz iĢləri görmüĢ, 

tanınmaq və tutulmaq təhlükəsindən yaxasını qurtarmıĢdı. Monreyldə bugünkü həyatı ilə öz 

keçmiĢini məhv etdiyini, vicdanının təmizlənməyə baĢladığını və həyatının yaxĢılaĢdığını 

görüncə, özünü xoĢbəxt hiss edirdi. O, ümidlə dolu sakit və dinc bir həyat sürməyə baĢladı; 

qəlbində ancaq iki arzu vardı: kim olduğunu gizlətmək və pak bir həyat sürmək; insanlardan 

qaçmaq, Allahın dərgahına qayıtmaq! 

Bu iki arzu: onun Ģüurunda birləĢərək bir arzuya, bir meyilə çevrilmiĢdi; hər ikisi onun varlığına 

hökm edir, onun hər bir hərəkətini təyin edirdi. Onlar, adətən, onun hərəkətlərini birgə idarə 

edirdi: hər ikisi onu kənarda gəzməyə sövq edir, ona xeyirxah və sadə olmağı öyrədir, hər ikisi 

eyni nəsihətləri verirdi. Lakin bəzən bunların arasında ziddiyyət əmələ gəlirdi. Biz bu kimi 

hallarda bütün dairədə cənab Madlen adı ilə tanınan adamın hörmət və yaxĢılıq yolunda öz 

həyatını belə təhlükəyə verməkdən çəkinmədiyini gördük. Məsələn, heç bir tədbir və ehtiyatı 

gözləmədən, o, yenə də yepiskopun Ģamdanlarını saxlayır, onun üçün matəm tuturdu. Monreylə 

gələn bütün balaca savoyalı uĢaqları yanına çağırır və onlardan Faverolda yaĢayan ailələri xəbər 

alırdı. Hətta Javerin hədələyici kinayələrinə baxmayaraq, FoĢlevan babanı ölümdən qurtarmıĢdı. 

Həkim, övliya və mömin insanlara timsal olaraq, bu fikirdə idi ki, (biz bu barədə artıq 

danıĢmıĢıq), insan, hər Ģeydən əvvəl, baĢqalarının, sonra isə özünün qeydinə qalmalıdır. 

 

Əlbəttə, qeyd etmək lazımdır ki, bu müddət ərzində onun baĢına heç vaxt bu hadisəyə bənzər bir 



iĢ gəlməmiĢdi. Bədbəxt adamı idarə edən fikirlər heç bir zaman bu qədər kəskin və ağır bir 

mübarizə ilə toqquĢmamıĢdı. O, Javerin kabinetə girdiyi zaman söylədiyi ilk sözlərindən üzərinə 

çökməkdə olan təhlükəni duymuĢdu. Əvvəlcə bunu dumanlı bir Ģəkildə, sonra isə dərindən dərk 

etmiĢdi. Dərin bir zülmət içində dəfn etmiĢ olduğu bir adı eĢitdiyi zaman böyük bir təhlükə hiss 

etmiĢ və eyni zamanda taleyin böyük bir zərbəsini xəbər verən daxili bir titrətmə keçirmiĢdi, bu 

titrətmə isə Ģiddətli sarsıntılardan xəbər verirdi. ġiddətli borandan əyilən bir palıd ağacı kimi, 

düĢmən qarĢısında sarsılan bir əsgər kimi baĢını əymiĢdi. Özü ilə göy gurultusu və ĢimĢəklər 

gətirən buludların baĢının üstünü aldığını hiss edirdi. Javerin sözlərini dinlərkən, o, yüyürmək, 

özünü tanıtmaq, ġanmatyeni həbsdən qurtarmaq, onun yerini tutmaq istəmiĢdi; bu duyğu o qədər 

əzabverici və kəskin idi ki, elə bil, bədəninə bıçaq soxmuĢdular; sonra bu duyğu yox oldu, 

―görək nə olar‖–  deyə düĢündü. O, ilk alicənablıq hissini rədd edərək, fədakarlıq qarĢısında 

geriyə çəkildi. 

Əlbəttə, yepiskopun müqəddəs nəsihətlərindən, illər boyu keçirdiyi peĢmançılıq və fədakarlıqdan 

sonra, günahlarını bu qədər gözəl bir Ģəkildə yumağa baĢladığı bir zamanda, bu adamın ən 

dəhĢətli hadisələr qarĢısında belə, dərinliklərində göylərin parladığı açıq bir uçuruma doğru zərrə 

qədər tərəddüd etmədən, möhkəm addımlarla getməkdə davam etməsi daha gözəl olardı; əlbəttə, 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə