Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə61/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   57   58   59   60   61   62   63   64   ...   412

etmiĢəm, büdrəmiĢəm. Artıq mənimki qurtardı! Cəza çəkməli, qovulmalı, küçəyə atılmalıyam! 

Mən yalnız buna layiqəm. Mənim qüvvətli əllərim var, əkin əkə bilərəm, özümə iĢ taparam, nə 

olar! Cənab mer, vəzifə ibrət göstərməyi tələb edir. Mən xahiĢ edirəm, polis müfəttiĢi Javerin 

istefasını qəbul edəsiniz. 

Javer bu sözləri müti, vüqarlı, ümidsiz və inamlı bir tövrlə söyləmiĢdi. Bu qəribə namus 

sahibinin sözlərində ayrıca bir əzəmət duyulurdu. 

– YaxĢı, baxarıq, – deyə cənab Madlen qeyri-müəyyən bir tərzdə cavab verdi və əlini Javerə 

uzatdı. 


Javer geriyə çəkilərək amansız, sərt bir səslə: 

– BağıĢlayın, cənab mer, – dedi, – bu ola bilməz. Mer casusa əl verməz. 

Sonra ağızucu əlavə etdi: 

– Bəli, casusa! Mən acığa düĢüb öz polis zorumu göstərməklə ancaq casusdan baĢqa bir Ģey 

deyiləm. 

Javer bu sözləri dedikdən sonra baĢ əyib qapıya doğru yönəldi. Qapının ağzında dönüb gözlərini 

qaldırmayaraq dedi: 

– Cənab mer, yerimə adam təyin edilənə qədər vəzifəmə davam edəcəyəm. 

Javer getdi. Cənab Madlen dərin fikrə dalaraq, dəhlizin daĢ döĢəməsi üzərində Javerin möhkəm 

və inamlı addımlarının səsinə qulaq asdı; bir az sonra səslər kəsildi. 

 

 

 



BĠRĠNCĠ FƏSĠL. 

Simplisiya bacı. 

 

Oxucuya söyləyəcəyimiz hadisələrin yalnız bir qismi Monreyl-sür-Mer əhalisinə məlum idi; 



lakin oraya kənardan nüfuz etmiĢ Ģayiələr o qədər sarsıdıcı bir xatirə buraxmıĢdı ki, bunları 

bütün təfsilatı ilə oxucuya xəbər verməmək bizim əsərimiz üçün böyük bir nöqsan olardı. 

Oxucular bu təfsilatın içində həqiqətə uyğun görünməyən iki və ya üç hadisəyə təsadüf etsələr 

də, biz həqiqətə qarĢı ehtiram məqsədilə, bunları təsvir etməyi lazım bildik. 

Javerin cənab meri ziyarət etdiyi günün günorta çağı cənab Madlen adəti üzrə Fantinanı görməyə 

getdi. 


Fantinanın yanına keçməzdən əvvəl Simplisiya bacını yanına çağırdı. 

Xəstəxanada Ģəfqət bacısı vəzifəsində iki rahibə xidmət edirdi; bunlardan birinin adı Perepetuya, 

o birininki Simplisiya idi. 

Xəstəyə baxmaqla məĢğul olan Perepetuya bacı hər hansı bir xidmətə girəcəyi kimi cənab 

Allahın xidmətinə girmiĢ sadə bir kəndli qadını idi. Onun üçün sahibə olmaq aĢpaz qadın olmaq 

kimi bir Ģey idi. Bu cür tiplərə tez-tez təsadüf etmək olar. Bu kobud kəndli palçığından nə istəsən 

düzəltmək olar, bunlardan kapusin də ola bilər, ursulinka da, odur ki, rahib icmaları bunlardan 

böyük bir həvəslə istifadə edirlər. Bu avam kəndliləri, adətən, ağır möminlik iĢlərinə göndərirlər. 

Öküz otaranların karmelitə çevrilməsi çox asan bir iĢdir; birincinin ikinciyə çevrilməsi üçün heç 

bir çətinlik yoxdur; kəndlə monastırı birləĢdirən nadanlıq yaxınlaĢmaq üçün az bir zamanda 

zəmin hazırlayır və dərhal kənd əhlini rahiblə bir səviyyəyə qoyur. Rahib ləbbadəsinin ətəkli 

köynəkdən bircə fərqi var: ləbbadə daha geniĢdir. Perepetuya bacı zorbaca bir rahibə idi; əsli 

Pontuaza yaxınlığındakı Marindən idi; qırmızıyanaq, namuslu və bir az həyasız olan bu qadın 

sadə xalq dilində danıĢar, Zəburun surələrini mızıldar, donquldanar, xəstənin yalançı 

möminliyindən, yaxud ikiüzlülüyündən asılı olaraq, dərmanın Ģirinliyini artırar, xəstələrlə kobud 

rəftar edər, can verən xəstələrin üzünə deyinər, Allahı zorla onların yadına salar və son 

nəfəslərini dualarla hirsli-hirsli boğardı. 

Simplisiya bacıya gəlincə, o saf mum kimi ağappaq idi. Perepetuya bacının yanında o, piydən 

qayrılmıĢ Ģamın yanındakı mum Ģamına bənzəyirdi. Vensen de Pol Ģəfqət bacısının surətini gözəl 

sözlərlə tərif etmiĢdir, burada hüdudsuz bir azadlığın mükəmməl bir əsarətlə birləĢdiyini görmək 

mümkündür: ―Onların xəstəxanadan baĢqa bir məskəni, hücrədən baĢqa bir bucağı, kənd 



kilsəsindən baĢqa bir ibadətxanası, Ģəhər küçəsindən, yaxud xəstəxana otaqlarından baĢqa bir 

monastır həyəti, itaətdən baĢqa bir hasarı, Allah qorxusundan baĢqa bir barmaqlığı, 

təvazökarlıqdan baĢqa bir örtüyü yoxdur‖. Simplisiya bacı bu idealın mücəssəməsi idi. Heç kəs 

Simplisiya bacının neçə yaĢı olduğunu bilməzdi; o, heç bir zaman gənc olmamıĢdı və deyəsən, 

heç bir zaman qocalmayacaqdı. Biz ona ―qadın‖ deməyə cəsarət etməyərək, ―bu Ģəxs‖ deyirik, 

bu Ģəxs mülayim, ciddi, gözəl tərbiyəli, soyuq təbiətli idi, o, ömründə bir dəfə də olsun yalan 

danıĢmamıĢdı. O qədər həlim görünürdü ki, bu saat sına biləcəyini zənn etmək olardı və eyni 

zamanda qranitdən də möhkəm idi. O, əzab çəkən adamlara gözəl, incə və Ģəffaf barmaqları ilə 

toxunardı. DanıĢığı çox sakit və mülayim idi, lazım olduğundan artıq danıĢmazdı; səsinin ahəngi 

eyni dərəcədə ibadətxanada günahkarı düz yola gətirə bilər, kübar məclislərində isə qulaq 

asanları məftun edə bilərdi. Bu zərif məxluq əynindəki kobud yun paltara Ģükür edər, bu paltarın 

təmasını duyduqca, göyləri və Allahı yadına salardı. Bir təfsilatı da qeyd edək. Simplisiya 

bacının təbiətinə məxsus daha bir Ģey vardı ki, o da ömründə bir dəfə yalan danıĢmamaq, ehtiyac 

olsa belə, qeyri-ixtiyari olsa belə, həqiqətə uymayan bir Ģey danıĢmamaq idi, bu, onun 

fəzilətlərinin ən yüksək əlaməti idi. Bu sarsılmaz doğruçuluq ona bütün kilsə icmalarında Ģöhrət 

qazandırmıĢdı. Abbat Sikar lal-kar Maseyə yazdığı məktubda Simplisiya bacıdan bəhs edir: ―Biz 

nə qədər səmimi, nə qədər saf ürəkli olsaq, yenə bizim doğruçuluğumuzda balaca bir çat yeri 

tapmaq mümkündür, bu da bizim cüzi məsum yalanlarımızdır. Ancaq belə bir nöqsana 

Simplisiya bacıda rast gəlmək olmaz‖. Xırda, məsum yalan! Bu cür yalanlar yer üzündə 

vardırmı? Yalan – Ģərin mücəssəməsidir. Az yalan danıĢmaq mümkün deyil; yalançı həmiĢə 

yalan danıĢar. Yalan iblis sifətidir; iblisin iki adı var: biri – ġeytan, o biri isə – Yalan. Simplisiya 

bacı belə düĢünürdü. DüĢündüyü kimi də hərəkət edirdi. Onun ağappaq və təmiz olmasına da 

səbəb bu idi, bu ağlığın parıltısı dodaqlarına, gözlərinə belə sirayət edirdi. O, saf və parlaq bir 

təbəssümlə gülümsər, saf və parlaq bir nəzərlə baxardı. Vicdanının pəncərəsində bir hörümçək 

teli, bir toz zərrəsi belə tapmaq olmazdı. Sen-Vensen de Pol icmasına daxil olduğu zaman 

Simplisiya adını qəbul etmiĢdi, bu da təsadüfi deyildi. Məlum olduğu kimi, siciliyalı Simplisiya 

elə müqəddəs bir qadındı ki, döĢlərinin kəsilməsinə dözmüĢ, lakin Sirakus əhlindən olduğu 

halda, Sejestdə doğulduğunu söyləməyə razı olmamıĢdı, halbuki bu yalan onu ölümdən xilas edə 

bilərdi. O Simplisiya bizim müqəddəs qadın üçün gözəl bir Ģəfaətçi ola bilərdi. 

Simplisiya bacının, icmaya daxil olduğu zaman, iki zəif cəhəti vardı ki, yavaĢ-yavaĢ bundan da 

xilas oldu: o, Ģirniyyatı sevər, həm də məktub almaqdan xoĢlanardı. O, latınca, iri hərflərlə 

yazılmıĢ dua kitabından baĢqa heç bir Ģey oxumazdı. Latıncanı bilməsə də, dua kitabını baĢa 

düĢürdü. 

Bu mömin qız, Fantinanın təbiətindəki gizli fəzilətləri duyduğundan, ona dərin ünsiyyət 

bağlamıĢdı, onun bütün fikri-zikri bu xəstə qadına qulluq etmək idi. 

Cənab Madlen Simplisiya bacını kənara çəkərək, Fantinanı ona tapĢırdı; onun qəribə bir əda ilə 

xahiĢ etməsinə diqqət edən Simplisiya bacı, bu xahiĢin mənasını sonralar anlamıĢdı. 

Simplisiya bacı ilə danıĢdıqdan sonra, cənab Madlen Fantinanın yanına getdi. 

Fantina hər gün istilik və sevinc gətirən GünəĢ Ģüasını gözləyən kimi, cənab Madlenin yolunu 

gözləyirdi. ġəfqət bacılarına deyirdi ki: 

– Mən ancaq cənab meri gördüyüm zaman yaĢadığımı hiss edirəm. 

O gün Ģiddətli qızdırma içində idi. Cənab Madleni görən kimi ondan soruĢdu: 

– Bəs Kozetta hanı? 

Cənab Madlen gülümsəyərək: 

– Tezliklə gələcək, – dedi. 

Cənab Madlen Fantina ilə həmiĢəki kimi söhbət edirdi, lakin bu dəfə onun yanında yarım saat 

əvəzində bir saat qaldı. Bu da Fantinanı son dərəcə məmnun etmiĢdi. Cənab Madlen xəstəxana 

qulluqçularından dəfələrlə xahiĢ etdi ki, Fantinaya yaxĢı baxsınlar və onun heç bir Ģeyə ehtiyacı 

olmasın. Bir an onun üzündə dərin bir məyusluq duyuldu. Lakin bir az sonra bu məyusluğun 

səbəbini anladılar: həkim gedərkən onun qulağına: 

– Halı çox pisdir, – demiĢdi. 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə