Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə58/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   54   55   56   57   58   59   60   61   ...   412

Meyxanaçı öz arvadına dedi ki, uĢağı əlimizdən buraxmamalıyıq. Bu sərçə bizim üçün sağmal 

bir inək ola bilər. Mən məsələnin nə yerdə olduğunu anlayıram. Yəqin, sarsağın biri bu sərçənin 

anasına bənd olmuĢdu. 

Tenardye məktuba cavab olaraq məharətlə tərtib olunmuĢ beĢ yüz franklıq bir hesab göndərdi. 

Hesaba Tenardyenin qızları Eponina və Azelmanın uzun sürən xəstəliklərini müalicə edən və 

dərman verən həkimdən və aptekçidən aldıqları iki qəbzi də əlavə etmiĢdi. Yuxarıda 

söylədiyimiz kimi, Kozetta bu vaxt ərzində xəstələnməmiĢdi. Bu sənədlərdə ancaq adlar 

dəyiĢmiĢdi. Tenardye hesabın altında: ―Veriləsi pulun hesabına üç yüz frank çatmıĢdır‖ sözlərini 

əlavə etmiĢdi. 

Cənab Madlen dərhal üç yüz frank da göndərib: ―Kozettanı tezliklə gətirin‖ deyə yazdı. 

– Çox qəribə iĢdir! – deyə Tenardye bağırdı, – biz heç bir vəchlə Kozettanı əlimizdən 

verməməliyik. 

Fantinanın halı yaxĢılaĢmırdı. O hələ də xəstəxanada idi. 

Əvvəlcə Ģəfqət bacıları bu ―Ģortunu‖ istəmədən qəbul etmiĢdilər və ikrahla ona baxırdılar. Reyms 

kilsəsinin barelyeflərini görənlər ağıllı qızların dodaqlarını büzərək yüngülməcaz qızlara nifrətlə 

baxdıqlarını xatırlamaya bilməzlər. Mömin qadınların əxlaqsız qadınlara qarĢı bəslədikləri əzəli 

nifrət qadın vüqarını doğuran ən dərin insan instinktlərinə əsaslanır. Bacılar bu instinktə 

qapılmıĢdılar, dini hisslər onların nifrətini daha da artırmıĢdı. Lakin Fantina onları tezliklə 

məftun etdi. Onun bütün sözlərində məmnuniyyət və həlimlik hiss olunurdu; onun vücudunda 

yaĢayan analıq hissi istər-istəməz qəlbləri yumĢaldırdı. Bir dəfə Ģəfqət bacıları Fantinanın 

qızdırma içində sayıqladığını eĢitmiĢdilər. O ucadan deyirdi: ―Mən günah iĢlər dalınca getmiĢəm, 

lakin balam yanıma qayıdarsa, Allah mənim günahımdan keçər. Mən pis həyat sürdüyüm 

zamanlar Kozettanın yanımda olmağını istəməzdim, onun heyrətli və qüssəli gözləri məni məhv 

edə bilərdi. Mənim günahlara yol verməyimə səbəb də ancaq, o olmuĢdur, bax buna görə də 

Allah məni bağıĢlar. Kozetta buraya gəldiyi zaman mən Allah-taalanın mənə Ģəfa verdiyini hiss 

edirəm. Ürəyimin sakit olması üçün məsum uĢağa bir dəfə baxmağım belə kifayətdir. Ah, 

bacılar, onun bir mələk olduğunu bilsəydiniz! Onlar balaca olduqları zaman çiyinlərində 

qanadları da olur‖. 

Cənab Madlen Fantinanın yanına gündə iki dəfə gələrdi və hər dəfə Fantina ondan soruĢardı ki: 

– Mən Kozettamı tezmi görəcəyəm? O isə cavab verirdi: 

– Ola bilsin, sabah səhər görə biləsiniz. Mən hər dəqiqə onun gəliĢini gözləyirəm. 

Bu zaman biçarə ananın solğun üzü nur kimi parlardı. O deyərdi ki: 

– Mənim nə qədər xoĢbəxt olacağımı bilsəydiniz! 

Biz irəlidə söylədik ki, Fantinanın halı yaxĢılaĢmırdı. Əksinə, onun vəziyyəti həftədən-həftəyə 

daha da pozulurdu. Çılpaq kürəkləri arasına basılmıĢ qar birdən-birə onun tərləməyinə son 

qoymuĢ və neçə ildən bəri artmaqda olan xəstəlik birdən-birə Ģiddətlə inkiĢaf etməyə baĢlamıĢdı. 

O zamanlar döĢ xəstəliklərinin müayinə və müalicəsində artıq Lazinekin faydalı göstəriĢlərindən 

istifadə edirdilər, həkim Fantinanı müayinə etdikdən sonra baĢını buladı. 

Cənab Madlen həkimdən soruĢdu: 

– Halı necədir? 

– Onun, deyəsən, görmək istədiyi bir uĢağı var? – deyə həkim soruĢdu. 

– Var. 


– O halda uĢağı tezliklə yanına gətizdirin. 

Cənab Madlen diksindi. 

Fantina ondan soruĢdu: 

– Həkim nə deyir? 

Cənab Madlen çətinliklə gülümsəyərək cavab verdi: 

– O deyir ki, uĢağınızı tezliklə yanınıza gətirmək lazımdır. Onu görən kimi sağalarsınız. 

– Ah, elədir, o doğru deyir! – deyə xəstə sevindi. – Lakin bu Tenardye ailəsi nə üçün mənim 

Kozettamı buraxmaq istəmir? Ah, Kozettam gələcəkdir. XoĢbəxtliyimə az qalmıĢdır, bəli, mən 

xoĢbəxt olacağam! 



Lakin Tenardye ailəsi min cür bəhanə ilə uĢağı buraxmaq istəmirdi. Gah Kozettanın hələ bir az 

xəstə olduğunu, ona görə də qıĢ vaxtı yola çıxmaq qorxulu olduğunu yazırdılar, gah da bəhanə 

edirdilər ki, kənddə xırda alacaqları var və ancaq bunu yığdıqdan sonra uĢağı göndərə biləcəklər 

və sairə. 

Nəhayət, Madlen baba Fantinaya dedi: 

– Kozetta üçün mən adam göndərəcəyəm, lazım gələrsə lap özüm də gedərəm. 

Sonra Fantinanın dilindən bir məktub yazaraq, ona imza etdirdi: 

 

―Cənab Tenardye! 



Kozettanı bu məktubu gətirən adama verin. Nə xərciniz olmuĢsa, hamısını sizə verəcəklər. 

Hörmətlə 

Fantina‖. 

 

Tam bu vaxt mühüm bir hadisə baĢ verdi. Biz həyat adlandırdığımız sirli bir qayanı əbəs yerə 



məharətlə yonmağa səy edirik. Fələyin qara damarı hər zaman bu qayanın üzərində görünür. 

 

ĠKĠNCĠ FƏSĠL. 



Jan necə dönüb ġan olur. 

 

Bir gün səhər cənab Madlen öz otağında oturub çalıĢırdı; kağızları oxuyaraq, Monfermeylə 



səyahət etmək lazım gələ biləcəyini mülahizə etdiyindən, bəzi təcili iĢləri imzalayıb qurtarmaq 

istəyirdi; birdən polis müfəttiĢi Javerin onu görmək istədiyini xəbər verdilər. Cənab Madlen bu 

adı eĢidincə özündə doğan bir nifrət hissini boğa bilmədi. Polis idarəsində baĢ verən hadisədən 

sonra Javer cənab Madlenlə görüĢməkdən qaçırdı, o vaxtdan bəri cənab Madlen bir dəfə belə onu 

görməmiĢdi. 

Mer: 


– Gəlsin! – dedi. 

Javer içəri girdi. 

Cənab Madlen əlində qələm, buxarının yanında oturmuĢdu, masanın üzərində qovluqdakı 

kağızları oxuyurdu, bu, ictimai yollarda nizam və qaydanın pozulmasına aid protokollar idi. 

Javer içəri girdiyi zaman o, yerindən tərpənmədi. Zavallı Fantinanın halını düĢündüyü üçün 

soyuq görünməyi münasib bildi. 

Javer, ona arxasını çevirib oturmuĢ cənab merə hörmətlə təzim etdi. Cənab mer dönüb 

baxmadan, yenə də kağızların üzərində qeydlər edirdi. 

Javer iki-üç addım irəlilədikdən sonra sükutu pozmadan birdən-birə durdu. 

Javerin təbiətinə bələd olan bir fizionomist mədəniyyətə xidmət edən bu vəhĢini, romalı ilə 

spartalıdan əmələ gələn bu qəribə tərkibi, bu rahib ilə soldafonu, yalan danıĢmağı bacarmayan bu 

casusu və günahsız kəĢfiyyatçını uzun müddətdən bəri öyrənən bir fizionomist, Javerin cənab 

Madlenə qarĢı bəslədiyi köhnə və gizli nifrətini və Fantina üstündə merlə toqquĢduğunu bilən bu 

fizionomist, bu dəqiqədə onu müĢahidə etmiĢ olsaydı, öz-özünə mütləq bu sözləri deyərdi: ―Bir 

hadisə baĢ vermiĢdir. Onun vicdanına, sarsılmaz, aydın, səmimi, namuslu, sərt və yırtıcı 

vicdanına bələd olanlar Javerin mənəvi həyatında nə isə bir hadisə, mühüm bir hadisə baĢ vermiĢ 

olduğunu dərhal baĢa düĢə bilərdilər. Javerin ürəyində nə vardısa, dərhal üzündə görünərdi. 

Böyük ehtiraslara malik adamlar kimi, onun da əhvalı kəskin bir Ģəkildə dəyiĢə bilərdi, lakin 

üzünün ifadəsi heç vaxt bu qədər qəribə və fövqəladə bir təsir bağıĢlamazdı. Javer içəri girdikdə 

cənab Madlenə baĢ əydi, onun baxıĢlarında bu saat nə qəzəb, nə kin, nə də bir Ģübhə var idi. 

Javer merdən bir neçə addım uzaqda, onun kreslosunun arxasında dayandı. O, heç bir zaman 

həlimlik göstərməsə də, həmiĢə səbirli olan bir insanın təbii və sərt soyuqqanlılığı ilə dik 

dayanmıĢdı. O, bir kəlmə belə söyləmədən, bir hərəkət belə göstərmədən, təbii bir mülayimlik və 

sakitanə bir itaətkarlıqla cənab merin ona tərəf dönmək üçün iltifat buyuracağını gözləyirdi. O, 

zabit qarĢısında bir əsgər, hakim qarĢısında bir cani kimi, papağını çıxarıb, baĢını aĢağı salıb, 

ciddi və pozulmaz bir Ģəkildə gözləyirdi. Onun varlığında fərz edilə biləcək bütün hadisələr və 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə