Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə56/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   52   53   54   55   56   57   58   59   ...   412

bərabər fikrinin dərin bir guĢəsində bu qadının kim olduğunu və cənab merin vaxtilə kim 

olduğunu düĢünərək, bu fahiĢənin onun üzünə tüpürməsini tamamilə təbii bir Ģey kimi dumanlı 

bir Ģəkildə təsəvvür etməyə baĢladı və özündə nifrət duydu. Sonra bu merin, dövlət məmurunun 

sakit bir halda üzünü silib, ―Bu qadını azad edin!‖ dediyini eĢitdikdə, Javer birdən-birə çaĢıb 

qaldı. O düĢünmək və daĢınmaq qabiliyyətini itirdi. Heyrəti son dərəcəyə varmıĢdı. Dili 

tutulmuĢdu. 

Bu sözlər Fantinaya böyük təsir bağıĢladı. O, baĢı gicəlmiĢ adam kimi, çılpaq qolunu qaldırıb 

peçin çıxıntısından yapıĢdı. Sonra ətrafına boylanaraq öz-özünə danıĢır kimi yavaĢca dedi: 

– Azad etmək! Məni azad etmək! Demək, altı ay həbsxanada yatmayacağam! Bunu kim dedi? 

Yox, bunu heç kəs demədi, yəqin, səhv eĢitmiĢəm. Bu cəllad mer bu sözləri deyə bilməzdi! Yox, 

bunu siz söylədiniz, mənim əziz ağam Javer, siz əmr verdiniz ki, məni azad etsinlər? Qoyun mən 

bu saat sizə hər Ģeyi nağıl edim, onda siz məni azad edərsiniz. Mənim bütün bədbəxtliklərimin 

səbəbi bu cəllad sifətli, bu qoca və alçaq merdir! Ġnanın ki, cənab Javer, məni fabrikdən o qovdu, 

emalatxanada ağalıq edən yaramaz qadınların dedi-qoduları ucundan məni oradan qovdu. Bu, 

dəhĢətli Ģey deyilmi? Namusla çalıĢan yoxsul bir qızı iĢdən qovmaq! Qovduqdan sonra 

qazandığım pulla özümü dolandıra bilmirdim, mənim müsibətlərim də buradan baĢladı. Hər 

Ģeydən əvvəl, siz, cənab polislər, bir dəyiĢiklik etməlisiniz; siz həbsxana podratçılarına yoxsul 

adamlara zərər verməyi qadağan etməlisiniz. Qoyun mən iĢi bir-bir söyləyim. Mən köynək 

tikməkdən on iki su qazanırdım, birdən haqqımı doqquz suya qədər endirdilər. Bu pula heç cürə 

yaĢamaq mümkün deyil, necə istəyirsən, elə də yaĢa. Axı mənim balaca Kozettam vardı, mən 

onu da dolandırmalı idim. Odur ki, pis yola düĢməyə məcbur oldum. Ġndi görürsünüz ki, mənim 

bütün müsibətlərimə səbəb yalnız bu əclaf merdir. Doğrudur, mən zabitlər qəhvəxanasının 

qabağında o cənabın Ģlyapasını ayaq altına salıb əzmiĢəm, lakin o da mənim paltarımı qarla 

xarab eləyib. Bizim kimi qadınların axĢamlar küçəyə çıxmaq üçün yalnız bircə ipək paltarı olur. 

Sizi inandırıram, cənab Javer, mən heç zaman kimsəyə qəsdən pislik etməmiĢəm, qadınlar var ki, 

məndən daha kinli və pisdirlər, amma məndən daha xoĢbəxt yaĢayırlar. Ah, cənab Javer, məni 

azad etməyi əmr edən siz idiniz, eləmi? Mənim haqqımda ev sahibindən soruĢa bilərsiniz, mən 

mənzil haqqını vaxtlı-vaxtında verirəm, hər kəs mənim namuslu bir qadın olduğumu söylər. 

Aman Allah! Məni bağıĢlayın, mən bilmədən peçin qapağına toxunmuĢam, otaq tüstü ilə 

dolmuĢdur. 

Cənab Madlen Fantinanın söylədiklərini böyük bir diqqətlə dinləyirdi. O, danıĢarkən əlini cibinə 

salıb yoxladı, cibindən pul kisəsini çıxarıb açdı. Kisə boĢ idi. Onu yenə cibinə qoyub Fantinaya 

dedi: 

– Nə qədər borcunuz var dediniz? 



Ġndiyədək gözlərini Javerdən ayırmayan Fantina ona tərəf dönüb dedi: 

– Mən səninlə danıĢmıram! 

Sonra əsgərlərə müraciət edərək: 

– Onun sifətinə tüpürdüyümü gördünüzmü? – dedi. – Qoca fırıldaqçı mer, sən buraya məni 

qorxutmaq üçün gəlmisən, mən isə səndən qorxmuram! Mən yalnız cənab Javerdən, mənim 

mərhəmətli ağam Javerdən qorxuram. 

Bu sözlərlə yenə müfəttiĢə müraciət edərək sözünə davam etdi: 

– Görürsünüzmü, cənab müfəttiĢ, hər halda, ədalətli olmaq lazımdır. Mən sizin ədalətli 

olduğunuzu bilirəm, cənab Javer. Doğrudan da, bu hadisə çox sadə bir Ģeydir; bir kiĢi əylənmək 

istəyərək mənim kürəyimə bir parça qar basdı, bu da bütün zabitləri güldürdü. Axı onlar da bir 

Ģeylə əylənməlidir! Biz nə üçün yaĢayırıq, kiĢiləri əyləndirmək üçün, deyilmi? Sonra bu səs-küyə 

siz gəldiniz, sizin də vəzifəniz qalmaqala son qoymaqdır. Günahı olan bir qadını tutub buraya 

gətirdiniz, lakin siz mərhəmətli olduğunuzdan, fikirləĢib mənim azad edilməyimi əmr etdiniz, siz 

bilirsiniz ki, bu qadının balaca bir qızcığazı var. Həbsxanada altı ay yatarsa, balasını saxlaya 

bilməz. Yəqin, siz düĢünürsünüz: ―Bax, bir də mənim əlimə düĢmə, yaramaz!‖ Sizi inandırıram 

ki, bir daha belə bir iĢ tutmaram, cənab Javer! Qoy mənə nə edirlər-etsinlər, mən cınqırımı da 

çəkmərəm. Bu gün mən ona görə bağırdım ki, çox qorxmuĢdum, o cənabın kürəyimə qar 

basacağını heç gözləməzdim; həm də sizə söylədim ki, bir az xəstəyəm, öskürürəm, mədəmdə də 




illətli bir Ģey hiss edirəm, məni bərk ağrıdır. Həkim mənə deyir ki, özünü müalicə et. Budur, 

baxın, əlinizi verin, qorxmayın, burada bir ağrı var... 

Fantina artıq ağlamırdı. Səsində bir məsumiyyət və nəvaziĢ duyulurdu; Javerin yekə kobud əlini 

ağ yumĢaq döĢləri üzərinə qoydu və təbəssümlə ona baxdı. 

Sonra birdən-birə tələsik paltarını düzəltdi, dizinə qədər çırmanmıĢ tumanını aĢağı saldı; sonra 

qapıya tərəf gedərək əsgərlərə dostanə baĢ əydi və yavaĢcadan: 

– UĢaqlar, – dedi, – eĢitdinizmi, cənab müfəttiĢ məni azad etmək əmrini verdi, mən də gedirəm. 

Əlini qapının rəzəsinə uzatdı. Bir addım da atsaydı, küçəyə çıxmıĢ olacaqdı. 

Javer bütün bu müddət ərzində gözlərini yerə dikib hərəkətsiz durmuĢdu, bu saat o, öz yerindən 

baĢqa yerə köçürülmüĢ və yenə baĢqa bir yerə qoyulacağını gözləyən bir heykələ bənzəyirdi. 

Qapı rəzəsinin Ģaqqıltısı onu bu dalğınlıqdan oyatdı. Hüdudsuz bir ixtiyara malik olmaq Ģüurunu, 

bu hakimiyyətə malik olan bir adamın, nə qədər alçaq vəzifədə olarsa, bir o qədər vəhĢi heyvana 

məxsus quduzluğunu və rəzil bir adamın amansızlığını göstərən bir ifadə ilə baĢını qaldırdı. 

Javer bağırdı: 

– Serjant, görmürsünüzmü, bu alçaq qadın qaçmaq istəyir? Onu buraxmağa sizə kim icazə verdi? 

Cənab Madlen: 

– Mən, – dedi. 

Fantina Javerin səsini eĢitdikdə, bütün vücudu ilə titrəyərək, oğurladığı Ģeyi tez əlindən buraxan 

bir oğru kimi, qapının rəzəsini buraxdı. Madlenin səsini eĢidincə döndü və bu dəqiqədən nəfəsini 

belə çəkməyə cəsarət etmədən, kimin danıĢmasından asılı olaraq gözlərini gah Madlendən 

Javerə, gah Javerdən Madlenə tərəf gəzdirməyə baĢladı. 

Mer Fantinanın azad edilməsini əmr etdikdən sonra Javerin serjanta belə bir söz deməsi onun 

ağlının bir qədər ―azlığını‖ göstərirdi. Cənab merin burada olduğunu unutmuĢdumu? Hökumət 

adamlarının bu cür hərəkət etməyəcəyini və mer cənablarının belə bir sözü istəməyərək 

söylədiyini fikirləĢmiĢdimi? Yoxsa iki saat ərzində onun gözü qabağında baĢ verən bu dəhĢətli 

hadisənin xüsusi tədbirlər tələb etməsi fikrinəmi gəlmiĢdi? Bəlkə də, verdiyi qərardan dönməyə 

razı olmayaraq, alçaq vəzifəli bir adamın tam bir hökumət sahibi olduğu kimi, bir casusun da bir 

hakim, bir polisin də qanun adamı ola biləcəyini və bütün ictimai quruluĢun, nizamın, qanunun, 

əxlaqın, hökumətin onun, yəni Javerin Ģəxsiyyətində təcəssüm etdiyinimi hiss edirdi? 

Hər nə isə, cənab Madlen ―mən‖ sözünü dediyi zaman polis müfəttiĢi Javer, cənab merə tərəf 

döndü, rəngi sapsarı, dodaqları göyərmiĢ, məyus baxıĢla, bütün vücudu titrəyə-titrəyə və mətin 

bir səslə dedi: 

– Cənab mer, bu ola bilməz! 

– Nə üçün? – deyə Madlen soruĢdu. 

– Bu alçaq qadın hörmətli bir burjuanı təhqir etmiĢdir. 

Cənab Madlen yumĢaq və həlim bir səslə: 

– MüfəttiĢ Javer, qulaq asın, – dedi. – Siz namuslu bir adamsınız, ümidvaram ki, bir-birimizi 

asan baĢa düĢərik. Məsələ belə olmuĢdur: siz bu qadını tutub apararkən mən meydançadan 

keçirdim; orada hələ çoxlu adam vardı. Mən onlardan soruĢub iĢin həqiqətini öyrəndim; təqsir 

həmin cənabın özündə imiĢ, iĢ ədalətə gəldikdə bu qadını yox, onu tutmaq lazım idi. 

Javer etiraz edərək: 

– Bu alçaq qadın indicə sizi də təhqir etdi, cənab mer, – dedi. 

– Bu mənim iĢimdir, – deyə cənab Madlen cavab verdi, təhqir mənə aiddir. Ona görə də bu 

məsələni yalnız mən özüm həll edə bilərəm. 

– BağıĢlayın, cənab mer, təhqir yalnız sizə aid deyil, qanun və hökumətə aiddir. 

– MüfəttiĢ Javer! – deyə cənab Madlen cavab verdi. – Qanun və hökumət vicdan deməkdir. Mən 

bu qadının dediklərini eĢitdim, ona görə də nə etdiyimi bilirəm. 

– Mən isə, cənab mer, öz gözlərimə inana bilmirəm. 

– O halda sizə yalnız bir Ģey qalır – əmrə tabe olmaq. 

– Mən yalnız vəzifəyə tabe oluram. Mənim vəzifəm bu qadını altı ay həbsxanaya salmağı tələb 

edir. 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə