Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə53/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   49   50   51   52   53   54   55   56   ...   412

Bir dəfə Tenardyedən aĢağıdakı məzmunda bir məktub aldı: ―Kozetta bizim yerlərdə yayılan 

yoluxucu xəstəliyə tutulmuĢdur. Buna səpkili qızdırma deyirlər. Bahalı dərmanlara ehtiyac var. 

Bu xərclər bizi var-yoxdan çıxarıb, daha dərman almağa mümkünümüz yoxdur. Əgər bir həftə 

ərzində qırx frank pul göndərməsəniz, qızınız öləcəkdir.‖ 

Fantina qəhqəhə ilə gülüb, qonĢu qadına dedi: 

– Bunlar lap dəli olublar! Qırx frank! Bu, iki napoleondor deməkdir. Mən bunu haradan 

alacağam? Doğrudan da, bu kəndlilər nə axmaq adamdırlar! 

Bununla belə otaqdan çıxıb pilləkənin baĢındakı kiçik pəncərənin qabağında məktubu bir daha 

oxudu. 

Sonra pilləkənlə düĢüb, gülməyində davam edərək atıla-atıla küçə ilə yüyürdü. 



Yolçulardan biri ondan soruĢdu 

– Sizə nə olub ki, kefiniz belə kökdür? 

O cavab verdi: 

– Mən kənddən axmaq bir məktub almıĢam. Məndən qırx frank pul istəyirlər. Kəndlidirlər, fayda 

verməz! 

Meydandan keçərkən, camaatın qəribə Ģəkilli bir araba ətrafında toplaĢdığını gördü; arabada 

qırmızı paltarlı və ucadan danıĢan bir adam durmuĢdu. Bu adam süni diĢ düzəldən, cürbəcür toz 

və dərmanlar satan fırıldaqçı bir diĢ həkimi idi. 

Fantina da camaata qarıĢaraq bu adamın qara camaat üçün kobud sözlər, kübar adamlar üçün isə 

anlaĢılmaz lətifələr söyləməsinə hamı ilə birlikdə qəhqəhə çəkib gülməyə baĢladı. DiĢ həkimi 

gülən qızı görüb birdən ona müraciətlə səsləndi: 

– Nə gözəl diĢlərin var, ay güləyən qız! Tiyələrindən ikisini mənə satsan, hər biri üçün sənə bir 

napoleondor verərəm. 

Fantina: 

– Bu nə deməkdir? Siz tiyə nəyə deyirsiniz? – deyə soruĢdu. 

– Tiyə qabaq diĢlərə deyirlər, – deyə diĢ həkimi vüqarla cavab verdi. – Ġki qabaq diĢinizi satın. 

Fantina: 

– Nə dəhĢətli bir Ģey – deyə bağırdı. 

Arxa tərəfdə duran diĢsiz bir qarı: 

– Ġki napoleondor! – deyə mızıldandı. – Bəxti yaman gətirib! 

Fantina arxasınca çığırmaqda olan diĢ həkiminin xırıltılı səsini eĢitməmək üçün qulaqlarını 

tıxayaraq qaçdı. Bu adam isə bağırırdı: 

– YaxĢı fikirləĢ, gözəl xanım! Ġki napoleondor az deyil! Razı olsanız, axĢam ―GümüĢ göyərtə‖ 

mehmanxanasına gəlin, mən orada olacağam. 

Fantina acıqlı halda evə qayıtdı və əhvalatı qonĢusu Marqaritaya söylədi. 

– Görürsünüz, – dedi, – belə də cəllad olar? Bu cür adamlara Ģəhərləri gəzməyə niyə izn verirlər? 

Ġki qabaq diĢimi çıxarmaq! Onda mən lap eybəcər bir qız olaram! Saçlarım yenə uzanar, amma 

diĢlərim! Ah cəllad! Mən altıncı mərtəbədən özümü baĢı aĢağı ataram, amma ―GümüĢ göyərtə‖ 

mehmanxanasına getmərəm. 

Marqarita: 

– DiĢlərin üçün o sənə nə qədər verirdi? – deyə soruĢdu: 

– Ġki napoleondor. 

– Bu qırx frank edir. 

– Bəli, – deyə Fantina cavab verdi, – qırx frank. 

Fantina dərin fikrə gedib iĢləməyə baĢladı. On beĢ dəqiqədən sonra iĢini atıb Tenardyenin 

məktubunu bir də oxumaq üçün pilləkənə çıxdı. 

Geriyə qayıtdıqda burada iĢləyən Marqaritaya dönərək dedi: 

Səpkili qızdırma nə deməkdir? Bilirsinizmi? 

Qoca arvad: 

– Bu bir xəstəlikdir, – dedi. 

– Bunu sağaltmaq üçün çoxmu dərman lazımdır? 

– Bəli, çox dərman lazımdır. 




– Bu xəstəlikdən adamın harası ağrıyır? 

– Hər yeri, bütün bədəni ağrıyır. 

– Bu uĢaqlarda da olurmu? 

– Hamıdan çox uĢaqlarda olur. 

Bu xəstəlikdən ölən olurmu? 

– Ölən çox olur, – deyə Marqarita cavab verdi. 

Fantina küçəyə çıxdı və məktubu bir də oxudu. 

AxĢam evdən çıxdı; adamlar onun çoxlu meyxanası olan Paris küçəsinə doğru getdiyini gördülər. 

Ertəsi gün səhər tezdən Marqarita adəti üzrə iĢləmək üçün Fantinanın otağına girdikdə (bunlar 

yalnız bir Ģam yandırmaq üçün bir yerdə iĢləyirdilər), Fantinanın rəngi qaçmıĢ və donmuĢ bir 

halda çarpayıda oturduğunu gördü. Fantina heç yatmamıĢdı. Təsəyi baĢından dizi üstünə 

düĢmüĢdü. Bütün gecəni yanan Ģam qurtarmaq üzrə idi. 

Marqarita bu qorxunc halı görüncə heyrət içində astanada dayanaraq: 

– Aman Allah! – deyə bağırdı. – ġam yanıb qurtarmıĢ! Yoxsa bir müsibət olmuĢdur? 

Sonra saçı vurulmuĢ baĢını ona tərəf çevirən Fantinaya baxdı. Bu gecənin ərzində Fantina on il 

qocalmıĢdı. Marqarita heyrətlə: 

– Aman, ya rəbbi! Fantina, sənə nə olmuĢdur? – dedi. 

– Heç bir Ģey, – deyə Fantina cavab verdi. – Əksinə, mən çox xoĢbəxtəm, çünki qızım bu 

qorxunc xəstəlikdən artıq ölməyəcəkdir. 

Ona dərman alacaqlar. Mən məmnunam. 

Fantina masanın üzərində parlayan iki napoleondoru qarıya göstərdi. 

– Ah, ya rəbbi! – deyə Marqarita yenə bağırdı. – Bu ki, böyük bir sərvətdir! Bu qızılları haradan 

aldın? 

– Tapdım, – deyə Fantina cavab verdi. 



O, bu sözləri deyərkən gülümsədi. ġamın Ģöləsi üzünü iĢıqlandırdı. Bu, qanlı bir təbəssüm idi. 

Dodaqlarının kənarında qanlı tüpürcək, ağzında isə qara bir deĢik göründü. 

Ġki qabaq diĢi çıxarılmıĢdı. 

Fantina Monfermeylə qırx frank göndərdi. 

Lakin qızın xəstələnməsi yalnız Tenardye tərəfindən uydurulmuĢ bir hiylə idi. Kozetta xəstə 

deyildi. 

Fantina güzgüsünü pəncərədən bayıra atdı. O, üçüncü mərtəbədə olan otağını çoxdan buraxmıĢ 

və damın lap altındakı kiçik bir çardaqda yerləĢmiĢdi, bu yer, tavanı döĢəmənin kənarları ilə 

birləĢərək bir bucaq təĢkil edən və hər bir zaman baĢınıza toxunan hindən baĢqa bir Ģey deyildi. 

Yoxsul adama istər öz həyatının sonuna qədər, istərsə də otağının sonuna qədər getmək üçün 

ikiqat əyilmək lazım gəlir. Fantinanın artıq çarpayısı yox idi, yalnız yorğan adlandırdığı bir 

cındırı qalmıĢdı, yerdə bir döĢək, küncdə isə həsirdən cırıq bir stulu vardı. Dibçəkdə əkilmiĢ 

çiçək quruyub otağın bir küncünə atılmıĢdı. Otağın o biri küncündə bir yağ küpü vardı, indi onun 

içinə su tökürdü. QıĢda küpdəki su donduğu üçün küpün divarlarında buz dairəcikləri əmələ 

gəlirdi. Həyasını itirən Fantina, naz-qəmzəsini də itirmiĢdi. Bu, səfalətin son pilləsi idi. Kirli bir 

təsək geyərək küçəyə çıxardı. Vaxtının azlığındanmı və ya əhəmiyyət vermədiyindənmi, hər 

nədən isə paltarını yamamazdı. Corabının altı cırıldıqca, cırıq yerini ayaqqabının içinə soxardı, 

bunu corabda əmələ gələn çirkin qırıĢıqlardan görmək olardı. DağılmıĢ korsetini bez parçaları ilə 

yamardı, lakin azacıq tərpənən kimi bunlar cırıq-cırıq olurdu. Borcluları onu rahat buraxmır və 

daim onunla qalmaqal salırdılar. Bunlar onu hər vaxt küçədə qabaqlar və ya pilləkənin ayağında 

gözlərdilər. Gecələri göz yaĢları və ağır düĢüncələr içində keçirirdi. Gözlərində qəribə bir parıltı 

görünürdü, sol kürəyinin üstündə ağır bir ağrı vardı. Öskürək onu təngə gətirmiĢdi. Madlen 

babaya dərin bir nifrət bəsləyirdi, lakin öz taleyi üçün kimsəyə Ģikayət etməzdi. Gündə on yeddi 

saat çalıĢaraq tikiĢ tikərdi, lakin bir gün dustaq qadınların iĢini idarə edən və onları çox alçaq 

muzdla iĢlədən podratçı köynək tikmək muzdunu birdən-birə o qədər aĢağı saldı ki, kənarda 

iĢləyən bir dərzi qadının gündəlik muzdu doqquz sudan çox olmurdu. On yeddi saatlıq iĢ günü 

üçün doqquz su! Borcluların mərhəmətsizliyi get-gedə artırdı. Ev avadanlığının demək olar ki, 

hamısını geri almıĢ olan mebel satıcısı daim təkrar edərək: ―Ay həyasız, bəs borcunu nə vaxt 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə