Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə50/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   46   47   48   49   50   51   52   53   ...   412

iflas edib yalnız var-yoxundan bir atı, bir də arabasından baĢqa heç bir Ģeyi qalmadıqdan sonra, 

yaĢaya bilmək üçün sadə bir arabaçı olmaq məcburiyyətində qalmıĢdı. 

Atı yerə yıxıldıqda iki ayağını qırmıĢdı və artıq dura bilmirdi. Qoca, arabanın təkərləri altına 

düĢmüĢdü. Araba o qədər tərs əyilmiĢdi ki, onun bütün ağırlığı zavallının sinəsi üzərində idi. 

Arabanın yükü isə çox ağır idi. FoĢlevan baba dəli kimi bağırırdı. Onu çıxarmağa çalıĢmıĢdılarsa 

da, bir nəticə verməmiĢdi. Kiçik bir hərəkət, yanlıĢ bir tərpəniĢ, məharətsiz bir kömək onu 

büsbütün məhv edə bilərdi. Yalnız arabanı yuxarıya qaldırdıqdan sonra qocanı oradan xilas 

etmək olardı, lakin bunun üçün arabanın altına girmək lazım gəlirdi. Bu halda Javer yoldan 

ötərkən bu hadisəni görüb arabanı qaldırmaqdan ötrü domkrat üçün adam göndərmiĢdi. Cənab 

Madlen də yetiĢdi. Hamı hörmətlə kənara çəkildi. FoĢlevan: 

– Kömək edin! – deyə bağırırdı, – bu yazıq qocaya kömək edəcək rəhmli bir adam yoxdurmu? 

Cənab Madlen oradakılara dönərək: 

– Sizdə domkrat yoxdurmu? – dedi. 

Kəndlilərdən biri: 

– Gətirməyə gediblər. 

– Nə vaxt gətirəcəklər? 

– Yaxında FlaĢo küçəsindəki dəmirçixanaya gediblər, hər halda, on beĢ dəqiqədən az çəkməz... 

Madlen: 


– On beĢ dəqiqə? – deyə bağırdı. 

Keçən axĢam yağıĢ yağmıĢdı, torpaq büsbütün yaĢ idi, ona görə araba getdikcə palçığın içinə 

girməkdə və qoca FoĢlevanın sinəsini daha Ģiddətlə əzməkdə idi. BeĢ dəqiqə daha keçsəydi, onun 

bütün qabırğaları qırılacaqdı. 

Madlen ətrafındakı kəndlilərə tərəf dönərək: 

– On beĢ dəqiqə gözləmək mümkün deyil, – dedi. 

– Çarə yoxdur! 

– Axı bir az sonra iĢ-iĢdən keçəcək! Görmürsünüzmü, araba getdikcə daha dərinə batır? 

– Necə görmürük! 

Madlen: 


– Qulaq asın, – dedi, – arabanın altında, bir adamın oraya girib, kürəyi ilə arabanı qaldıra bilməsi 

üçün hələ yer var. Bunu eləyən olsa, yarım dəqiqədə bu zavallı adam ölümdən qurtular. Aranızda 

ürəkli və qüvvətli bir adam vardırmı? Kim beĢ luidor qazanmaq istəyir? 

Heç kəs yerindən tərpənmədi. 

Madlen: 

– On luidor, – dedi. 

Oradakıların hamısı baĢlarını aĢağı saldı. Yalnız biri: 

– Buna div qüvvəti lazımdır. Arabanın altında əzilib ölməyi kim istər! – dedi. 

Madlen: 

– YaxĢı, – dedi, – iyirmi luidor verərəm! 

Yenə sükut. 

Bir səs: 

– Arzu edən var, ancaq bacarıq lazımdır, – dedi. 

Madlen dönüb Javeri gördü. Ancaq buraya yaxınlaĢdığı zaman onu görməmiĢdi. 

Javer sözünə davam edərək: 

– Buna gücləri çatmaz, – dedi. – Bu qədər ağır bir arabanı kürəyi ilə qaldırmaq üçün müdhiĢ bir 

qüvvətə malik olmaq lazımdır. 

Sonra cənab Madlenə kəskin bir nəzər saldı, sözlərini mənalı bir tərzdə söyləyərək əlavə etdi: 

– Cənab Madlen, mən sizin istədiyiniz bu iĢi görə biləcək yalnız bir adam tanıyırdım. 

Madlen vücudunun titrədiyini hiss etdi. 

Javer qeydsiz bir görünüĢlə, lakin gözlərini cənab Madlendən ayırmayaraq: 

– Bu adam bir katorqalı idi, – dedi. 

Madlen: 

– Eləmi! – deyə dilləndi. 




– Tulon həbsxanasında bir dustaq idi. 

Madlenin rəngi qaçdı. 

Araba isə getdikcə palçığın içinə batmaqda idi. Qoca FoĢlevan inləyir və bağırırdı: 

– Öldüm! Boğuldum! Bu saat qabırğalarım parça-parça olacaq! Kömək edin! Amandır! Oh! 

Madlen ətrafına göz gəzdirdi. 

– Əcəba, iyirmi luidor qazanıb, bu zavallı qocanı qurtaracaq bir adam yoxdurmu? – dedi. 

Kimsə yerindən tərpənmədi. Javer sözünə davam etdi: 

– Mən ömrümdə ancaq bir adam tanıyırdım ki, o bir domkratın iĢini görə bilərdi, – dedi, – o da 

dediyim həmin katorqalıdır. 

Qoca: 


– Aman! Öldüm, əzildim! – deyə bağırdı. 

Madlen baĢını qaldırdı, gözləri ona zillənmiĢ Javerin qırğı baxıĢını gördü; ətrafındakı kəndlilərə 

baxdı və həzin-həzin gülümsündü. Sonra heç bir söz söyləmədən, dizlərini yerə qoydu və 

kimsəyə bir heyrət nidası çıxarmağa macal vermədən, cəld arabanın altına girdi. 

Bir dəqiqə qorxunc və sakit bir intizarla keçdi. 

Madlenin, qarnı üstə uzanıb, iki dəfə dirsəklərini dizlərinə yaxınlaĢdıraraq ağır arabanı əbəs yerə 

qaldırmağa çalıĢdığını görürdülər. Müvəffəq olmadığını gördükdə hamı: ―Madlen baba! 

Arabanın altından çıxın! – deyə bağırdılar. Qoca FoĢlevan özü də: 

– ―Cənab Madlen‖ çıxın gedin! Görünür, əcəlim çatıbdır! – dedi. – Buraxın! Yoxsa siz özünüz 

də məhv olarsınız! 

Madlen cavab vermədi. 

Ətrafdakılar ağır-ağır nəfəs alırdılar. Təkərlər getdikcə yaĢ torpağa batmaqda davam edirdi. 

Madlen artıq arabanın altından çıxa bilməyəcək bir vəziyyətdə idi. 

Birdən yekə arabanın titrədiyini gördülər, araba yavaĢ-yavaĢ yuxarı qalxmağa baĢladı və təkərlər 

palçığın içindən yarıya qədər çıxdı. Boğuq bir səs: ―Tez olun, kömək edin!‖ – deyə bağırdı. 

Madlen son gücünü verməkdə idi. Bu onun səsi idi. 

Hamı kömək etməyə baĢladı. Birinin fədakarlığı hamıya qüvvət və cəsarət vermiĢdi. Ġyirmi cüt 

qol arabanı yuxarıya qaldırdı. Qoca FoĢlevan xilas oldu. 

Madlen ayağa durdu. Rəngi bərk qaçmıĢdı. Üzündən tər axırdı. Paltarı parça-parça olmuĢ və 

palçığa bulaĢmıĢdı. Hamı ağlayırdı. Qoca onun dizlərindən öpür və ―sən mənim tanrımsan‖ – 

deyirdi. Madlenin üzündə isə asimani səadətdən doğan bir iztirab əlaməti vardı; kəskin 

nəzərlərini qətiyyən ondan ayırmaq istəməyən Javerə tərəf dönərək, sakit-sakit onun üzünə 

baxırdı. 

 

 



YEDDĠNCĠ FƏSĠL. 

FoĢlevan Parisdə bağban olur. 

 

FoĢlevan yıxıldıqda diz qapağını qırmıĢdı. Madlen baba zavallını fəhlələr üçün fabrikin içində 



düzəltdiyi və xəstələrə baxmaq iĢini iki Ģəfqət bacısına tapĢırdığı xəstəxanaya aparmağı əmr etdi. 

Ertəsi gün bu qoca səhər tezdən çarpayısının yanındakı kiçik masanın üstündə min franklıq bir 

əsginasla Madlen baba tərəfindən aĢağıdakı məzmunda yazılmıĢ Bir məktub tapdı: ―Arabanızı və 

atınızı satın alıram‖. Araba sınmıĢ, at isə ölmüĢdü. FoĢlevan sağaldı, lakin dizini əyib düzəldə 

bilmirdi. Cənab Madlen, xəstəxanadakı Ģəfqət bacılarının və yerli keĢiĢin vasitəsilə qocanı 

Parisdə Sent-Antuan məhəlləsindəki qadınlar monastırında bağban vəzifəsinə düzəltdi. 

Bundan bir az sonra cənab Madlen Monreyl Ģəhərinin rəisliyinə təyin olundu. Javer birinci dəfə 

olaraq cənab Madleni Ģəhərdə ona baĢ hakimiyyət ixtiyarı verən rəsmi libasda gördükdə, öz 

ağasının libası altında canavarı duymuĢ olan it kimi qorxudan titrədi. O zamandan bəri Javer 

mümkün qədər cənab Madlenə təsadüf etməkdən çəkinməyə çalıĢırdı. Lakin vəzifə dolayısı ilə 

istər-istəməz Ģəhər rəisinin yanına gəlməyə məcbur olduqda, Javer daim onunla böyük hörmət və 

təzimlə danıĢardı. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə