Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə46/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   42   43   44   45   46   47   48   49   ...   412

Əvvələn, bu kiçik dəyiĢiklik dərhal xammalı ucuzlaĢdırdı və bu ucuzluq da əmək haqqının 

artırılmasına imkan verib ölkənin yüksəliĢinə səbəb oldu; ikincisi, bu yenilik məhsulun 

keyfiyyətini yaxĢılaĢdırdı, bununla da müĢtərilərin sayı artdı, üçüncüsü, bu məmulatı daha ucuz 

sataraq, qazancı üç dəfə artırmaqla bərabər, fabrikantın da gəlirini xeyli artırdı. 

Beləliklə, bir ideya üç nəticə verdi. 

Üç il keçmədi ki, bu ixtiranın sahibi varlı bir adam oldu və eyni zamanda ölkənin də 

varlanmasına səbəb oldu ki, bu daha yaxĢı Ģeydir. Departamentdə onu tanıyan yox idi. Haradan 

gəldiyindən və keçmiĢindən heç kəs bir Ģey bilmirdi. 

Bu ölkəyə onun ancaq bir neçə yüz frankdan ibarət kiçik bir sərmayə ilə gəlmiĢ olduğunu 

söyləyirdilər. 

Ağıllı bir fikrin yerinə yetirilməsi üçün sərf edilmiĢ olan bu kiçik sərmayə, intizam və təfəkkürün 

fəaliyyəti sayəsində həm özünün varlanmasına, həm də bir ölkənin varlanmasına səbəb olmuĢdu. 

Monreylə gəldiyi zaman o, paltarı ilə, danıĢığı və hərəkətləri ilə adi bir fəhləyə oxĢayırdı. 

ġaiyəyə görə, bu adam balaca Monreyl Ģəhərinin küçələrində soyuq bir dekabr axĢamı, torbası 

çiynində, əsası əlində kimsənin gözünə çarpmadan yeriməkdə ikən, Ģəhərdə böyük bir yanğın 

əmələ gəlmiĢdi, Ģəhər idarəsi yanırdı. Bu adam canından keçərək özünü odun içinə atıb, 

yanmaqda olan iki uĢağı qurtarmıĢdı, bunlar jandarm kapitanının uĢaqları idi. Bu təsadüfə görə 

kimsə ondan pasport soruĢmadı. Adını sonralar öyrənmiĢdilər. Ona Madlen baba deyirdilər. 

 

 

ĠKĠNCĠ FƏSĠL. 



Madlen. 

 

Bu, əlli yaĢlarında dalğın baxıĢlı və mərhəmətli bir adamdı. Onun haqqında bundan baĢqa heç bir 



Ģey söyləmək mümkün deyildi. 

Onun kəĢfi sayəsində sənayenin sürətlə inkiĢaf etməsi ilə Monreyl az bir müddət içində mühüm 

bir ticarət mərkəzinə çevrilmiĢdi. Hər il külli miqdarda qara ĢüĢə tələb edən Ġspaniya böyük 

sifariĢlər verirdi. Artıq Monreyl bu iĢdə London və Berlinlə rəqabət edəcək bir halda idi. Madlen 

babanın götürdüyü qazanclar o qədər çox idi ki, hələ ikinci il böyük bir fabrik tikməyə nail oldu. 

Bu fabrikin iki hissəsi vardı: biri kiĢilər üçün, o biri qadınlar üçün. Ehtiyacı olan hər kəs oraya 

gəldikdə, həm çörək, həm də iĢ tapacağına əmin idi. Madlen baba kiĢilərdən çalıĢqanlıq, 

qadınlardan əxlaq, hər kəsdən isə namuslu iĢ tələb edirdi. Qadın və kiĢilərin emalatxanalarını bir-

birindən ayırmaqla qızların da, qadınların da namuslu qalmasına xidmət etmiĢdi. Bu məsələdə o, 

sarsılmaz bir iradəyə malikdi. Monreyl bir qarnizon Ģəhəri olduğundan, orada səfalətə daha çox 

təsadüf edilə bilərdi. Xülasə, onun bu Ģəhərə gəliĢi və Ģəhərdə yaĢaması əhali üçün böyük bir 

bəxtiyarlıq oldu. Madlenin bu Ģəhərə gəliĢindən əvvəl ölkə büsbütün yuxu içində idi; indi isə 

Ģəhərdə böyük bir canlanma hiss olunur və hər yerdə sağlam əmək həyatı qaynamağa baĢlayırdı. 

Hər yerdə böyük bir ruh yüksəkliyi duyulurdu. ĠĢsizlik və yoxsulluq unudulmuĢdu. Artıq cibində 

azdan-çoxdan pulu olmayan adam tapılmazdı. Ġçində heç olmasa azacıq belə sevinc görünməyən 

heç bir yoxsul evi yox idi. 

Madlen baba hər kəsi iĢə götürürdü. O, adamlardan ancaq namuslu adam olmağı, namuslu 

―qadın olmağı‖ tələb edirdi. 

Dediyimiz kimi, Madlen baba yaratmıĢ olduğu və rəhbərlik etdiyi bu qızğın fəaliyyət içində 

özünə böyük bir sərvət qazanmıĢdı, lakin onda adi tacirləri təəccübləndirən bir hal vardı: onun 

üçün qazanc əsas məsələ deyildi. BaĢqalarını çox və özünü az düĢünən kimi görünürdü. Hamıya 

məlum olduğuna görə, hələ 1820-ci ildə o, Lafit bankına öz adına altı yüz otuz min frank pul 

qoymuĢdu; lakin bu altı yüz otuz min frankı özü üçün banka qoymazdan əvvəl, o Ģəhər və 

yoxsullar üçün bir milyondan artıq pul sərf etmiĢdi. 

 

Xəstəxana üçün çox az pul buraxılırdı; Madlen xəstəxanada öz hesabına on daha çarpayı 



düzəltmiĢdi. Monreyl iki məhəlləyə bölünmüĢdü: yuxarı məhəllə, aĢağı məhəllə. Madlenin 

yaĢadığı aĢağı məhəllədə yalnız bircə məktəb vardı ki, bu da uçmaqda olan yoxsul bir daxmaya 




bənzəyirdi. O, bu məhəllədə biri oğlanlar, o biri qızlar üçün iki yeni məktəb tikdirmiĢdi. Bu 

məktəbdəki iki müəllimə öz hesabına olaraq, hökumətin verdiyi maaĢdan iki dəfə artıq maaĢ 

verirdi; buna görə də bir dəfə öz heyrətini bildirən bir Ģəxsə Madlen baba: ―Dövlətin ən mühüm 

məmurları süd anaları ilə məktəb müəllimləridir‖,- deyə cavab vermiĢdi. O, öz hesabına bir 

yetimxana düzəltmiĢdi ki, bu da o zamanlar Fransada böyük bir yenilikdi; bundan baĢqa, qoca və 

Ģikəst fəhlələr üçün də yardım kassası düzəltmiĢdi. Fabrik bir məhəllə mərkəzinə çevrildiyi üçün, 

ətrafı az bir zamanda yeni bir məhəllə və evlərlə əhatə olunmuĢdu; məhəllədə bir çox yoxsul ailə 

olduğundan, Madlen pulsuz bir aptek də açmıĢdı. 

Fəaliyyətə təzə-təzə baĢladığı zamanlarda bəzi adamlar: ―Bu varlanmaq istəyən bir hiyləgərdir‖, 

– deyirdilər. Madlen babanın özü varlanmaqdan əvvəl ölkəni varlandırdığını gördükdə yenə o 

adamlar: ―O Ģöhrətpərəstdir‖, –  demiĢdilər. Bu adam dindar olduğundan və hətta müəyyən 

dərəcədə dini ayinlərə riayət etdiyindən – bu isə o zamanlar tərifəlayiq bir xasiyyət sayılırdı – bu 

ehtimal həqiqətə daha çox bənzəyirdi. O, hər bazar günü qayda ilə səhər ibadətinə gedərdi. Hər 

yerdə gözünə rəqib görünən yerli deputat bunun dindarlığından dərhal təĢviĢə düĢdü. Ġmperiya 

dövründə qanunverici məclisdə əyləĢən bu deputat, konqreqasiya üzvlərindən FuĢe adı ilə Ģöhrət 

tapmıĢ Oqrant hersoqunun dini görüĢlərini qəbul edirdi. FuĢe onun dostu və hamisi idi. Bu 

deputat xəlvət yerlərdə Allaha azacıq istehza da edirdi. Bununla belə varlı fabrikant Madlenin 

hər səhər saat yeddidə ibadətə getdiyini bildikdə, bu qərara gəldi ki, Madlen onun rəqibi ola 

bilər, buna görə də ibadət məsələsində Madleni ötüb keçmək fikrinə düĢdü. O, iezuitlərdən birini 

özünə ruhani ata qəbul edərək, həm səhər, həm də axĢam ibadətinə getməyə baĢladı. O zamanlar 

Ģöhrətpərəstlər dünya nemətlərinə Allaha səcdə etməklə nail olurdular. Rəqabətdən doğan bu 

qorxudan yalnız Allah-taala deyil, yoxsullar da qazanırdılar, çünki onun sayəsində hörmətli 

deputat da xəstəxanada iki çarpayının xərcini öz öhdəsinə götürdü və beləliklə, xəstəxanada on 

iki yer təmin edilmiĢ oldu. 

1819-cu ildə günlərin birində Ģəhərə belə bir xəbər yayıldı: Madlen baba prefekt cənablarının 

tövsiyəsinə görə və ölkəyə göstərmiĢ böyük xidmətləri üçün kral tərəfindən Monreyl-sür-Mer 

Ģəhərinin meri təyin olunacaqdır. Bu adamı Ģöhrətpərəst hesab edənlər sevinərək hər yerdə: 

―Aha, gördünüzmü, biz deyən oldu‖ deyə bağırmağa baĢladılar. Bütün Monreyl əhalisi həyəcana 

gəldi. Xəbər əsassız deyildi. Bir neçə gündən sonra ―Moniter‖ qəzetində Madlenin Ģəhər meri 

təyin edilməsi xəbəri dərc edildi. Madlen baba ertəsi gün bu vəzifədən boyun qaçırdığını bildirdi. 

Yenə həmin 1819-cu ildə Madlenin icad etdiyi üsulda istehsal edilən məmulat sənaye sərgisində 

göründü; yoxlama heyətinin məruzəsi üzrə kral Madlenə Fəxri legion niĢanı verdi. ġəhər yenə 

həyəcana gəldi. Hamı ―Hə! Gördünüzmü! Məqsədi niĢan almaq imiĢ!‖ deyə bağırmağa baĢladı. 

Madlen baba niĢanı da qəbul etmədi. 

Bu adam, həqiqətən, bir müəmma idi. ―Xeyirxah adamlar‖ bu dəfə də çətinlikdən çıxaraq: ―Hər 

halda, bu bir fırıldaqçıdır‖, –  deyə qət etdilər. 

Gördüyümüz kimi, ölkə ona bir çox cəhətdən, yoxsullar isə hər bir cəhətdən minnətdar idilər. O, 

camaata o qədər mənfəət vermiĢdi ki, ona hörmət bəsləməmək mümkün deyildi. Rəftarı da o 

qədər xoĢ idi ki, onu sevməmək mümkün deyildi. Fabrikdə çalıĢan fəhlələr ona pərəstiĢ edirdilər, 

o isə bu pərəstiĢi kədərli bir ciddiyyətlə qəbul edirdi. Onun sərvəti artıq bir həqiqət olduqda 

―cəmiyyət adamları‖ onunla salamlaĢmağa baĢladılar. Ġndi Ģəhərdə artıq onu ―cənab Madlen‖ 

deyə çağırırdılar. Fəhlələr və uĢaqlar isə onu yenə qabaqkı kimi, ―Madlen baba‖ adlandırırdılar. 

O bunu eĢitdiyi zaman həmiĢə xeyirxah bir təbəssümlə gülümsərdi. Sərvəti artdıqca, onu hər yerə 

dəvət etməyə çalıĢırdılar. ―Cəmiyyət‖ ona yaltaqlıq edirdi. ġəhər mehmanxanalarının dəbdəbəli 

kiçik salonları, vaxtilə sənətkarı qəbul etmədikləri halda, milyoner üçün öz qapılarını taybatay 

açmıĢdılar. Ona min cürə hörmətlər, təkliflər edirdilər. O, bu təklifləri rədd edirdi. 

―Xeyirxah adamlar‖ bu dəfə də sakit olmadılar: ―Bu, cahil və tərbiyəsiz bir adamdır. Kim bilir, 

haradan gəlmiĢdir. O, yəqin, özünü qabiliyyətli bir cəmiyyət daxilində apara bilməz. Çox ehtimal 

ki, heç savadı da yoxdur‖. 

Onun pul qazanmağa baĢladığını gördükdə: ―Bu alverçidir‖–  dedilər. Öz pullarını ümumun 

ehtiyacı üçün sərf etdiyini gördükdə: ―ġöhrətpərəstdir‖,– dedilər. Hər bir hörmət və təzimdən 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə