Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə49/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   45   46   47   48   49   50   51   52   ...   412

məcbur etsin. Lakin heyvanlar ancaq kölgə olduqlarından, Allah onlara tam mənada tərbiyə 

olunmaq qabiliyyəti verməmiĢdir. Bir də onların tərbiyəyə nə ehtiyacı var? Əksinə, bizim 

ruhumuz real bir Ģəkildə yaĢadığından və qəti bir məqsədə malik olduğundan, Allahdan ağıl, yəni 

tərbiyə olunmaq qabiliyyəti almıĢdır. Ġctimai tərbiyə düzgün təĢkil edildiyi zaman, ruhumuzun 

içərisindən, o necə olursa-olsun, mənfəətli Ģeyləri üzə çıxarmaq mümkündür. 

Əlbəttə, bizim bu söylədiklərimiz, yalnız gözə görünən dünya həyatına tətbiq edilmək nöqteyi-

nəzərindən doğru ola bilər və insan olmayan məxluqatın əvvəlki və sonrakı surətlərinə aid 

mürəkkəb məsələni həll etmək üçün yaramır. Zahirdəki ―mənliyin‖ batindəki ―mənliyi‖ inkar 

etməsi üçün mütəfəkkirə heç bir haqq vermir. Bu qeydi etdikdən sonra, yenə öz sözümüzə 

davam edirik. 

Bu surətdə, oxucumuz bizimlə birlikdə hər bir insanda heyvanat aləminin bir nümayəndəsinin 

gizləndiyini bir fərziyyə kimi müvəqqəti olaraq qəbul etsə, polis məmuru Javerin kim olduğunu 

təyin etmək bizim üçün asan olar. 

Asturiya kəndlilərinin etiqadınca, bəzən canavar balaları içərisində eləsinə təsadüf edilir ki, 

anaları onu öldürməsə, böyüdükdən sonra, mütləq qalan balaları yeyəcəkdir. 

Bu canavar balasına insan sifəti versəniz, Javer barəsində aydın bir təsəvvürünüz olar. 

Javer həbsxanada doğulmuĢdu; anası falçı idi, atası isə katorqaya sürgün edilmiĢdi. Bir qədər 

böyüdükdə cəmiyyət daxilində özü üçün yer olmadığını anlamıĢ və bu cəmiyyətin üzvü olmaq 

ümidini itirmiĢdi. O, anlamıĢdı ki, bu cəmiyyət adətən, öz sırasından iki insan zümrəsini 

amansızcasına xaric edir: əvvələn, ona hücum edənləri və ikincisi, onu müdafiə edənləri; o yalnız 

bu iki zümrədən birini seçməyə məcbur idi; özündə qanuniyyətə, səbat və qeyrətə yenilməz bir 

meyil və eyni zamanda mənsub olduğu qaraçı təbəqəsinə böyük bir nifrət bəsləyirdi. Javer polis 

idarəsinə girdi. Orada müvəffəqiyyət qazandı. Qırx yaĢında artıq müfəttiĢ idi. 

Gəncliyində cənubda qalerada nəzarətçi vəzifəsində xidmət etmiĢdi. 

Lakin sözümüzə davam etmək üçün Javerdən bəhs edərkən ―insan sifəti‖ sözü ilə nə demək 

istədiyimizi aydınlaĢdırmalıyıq. 

Javerdəki insan sifəti dik bir burunla, burunun iki geniĢ və dərin dəliyindən və bunlara bitiĢik 

olan enli və sıx bakenbardlardan ibarətdi. Onu ilk dəfə görən adam, özünü bir qədər pis hiss edir, 

bu sıx meĢəliyə və dərin mağaralara bənzəyən böyük burun dəliklərinə diqqət edərdi, Javer az 

gülərdi, lakin güldüyü zaman qəhqəhəsi qorxunc olardı; nazik dodaqlarını açaraq, yalnız diĢləri 

deyil, bəlkə, damağını da göstərərdi, burnunun ətrafında isə, vəhĢi heyvanların üzündəki kimi, 

dərin qırıĢıqlar əmələ gəlirdi. Javer ciddi olduğu zaman yekə bir itə, güldüyü zaman isə bir 

pələngə bənzərdi. Kəlləsi alçaq və kiçik, çənəsi enli idi; iki qaĢı arasında qəzəbdən əmələ gəlmiĢ 

iki dərin bir qırıĢıq, baxıĢında qorxunc və amiranə bir Ģey vardı; sıxılmıĢ kinli dodaqları dəhĢətli 

görünürdü. Javer belə idi. 

Bu adam iki xeyli sadə və nisbətən pis olmayan duyğuya malik idi ki, bunları ifrat dərəcəyə 

gətirdikdə çox pis bir Ģeyə çevrilirdi, bu duyğular amirlərə qarĢı hörmət və üsyana qarĢı nifrətdən 

ibarətdi; onun nəzərində oğurluq, qətl və ümumiyyətlə, bütün cinayətlər üsyan əlamətlərindən 

baĢqa bir Ģey deyildi. Nazirdən baĢlayaraq adi kənd qoruqçusuna qədər dövlətə xidmət edən nə 

qədər adam varsa, onda hamısına qarĢı gözübağlı bir etimad və hədsiz bir hörmət vardı. Qanunu 

bir dəfə belə pozmuĢ olan hər kəsə qarĢı nifrət, kin və ədavət bəslərdi. Birincilər haqqında: 

―Məmur heç bir zaman səhv etməz, hakim həmiĢə haqlıdır‖ deyərdi, qanunu pozmuĢ adamlar 

haqqında isə: ―Onlar artıq həmiĢəlik məhv olurlar; onlardan heç bir yaxĢı Ģey gözləmək olmaz‖ 

deyərdi. O, bu mənhus insanları yaratmaq və, daha doğrusu, meydana çıxarmaq üçün insan 

qanunlarına mütləq bir haqq verən və cəmiyyətin aĢağı təbəqələrini Stiks sahillərinə qovan ifrat 

etiqadlara tam mənası ilə Ģərik çıxardı. O, zahid kimi möhkəm, ciddi və sərt fanatiklər kimi 

məyus və dalğın, təvazökar və mütəkəbbir idi. BaxıĢı balta kimi soyuq və kəskin idi, baxdığı Ģeyi 

dəlir kimi görünürdü. Bütün həyatı iki sözdən ibarətdi: izləmək və güdmək. Ġnsan həyatının ən 

əyri yolları üzərindən düz bir xətt çəkmiĢdi; gördüyü iĢin faydalı olduğunu Ģüurunda bütünlüklə 

yerləĢdirmiĢdi; vəzifələrini müqəddəs hesab edirdi, bəzi adamlar keĢiĢ olduğu kimi, o da casus 

idi. Əlinə düĢənin vay halına! Atası belə katorqadan qaçmıĢ olsaydı, onu tutmaq üçün heç 

tərəddüd etməzdi; anası polis nəzarətindən qaçmıĢ olsaydı, onu da tutub həbs edərdi. O, bununla 




özündə xeyir iĢin əta etdiyi mənəvi bir məmnuniyyət hiss edirdi. Bununla bərabər həyatı pis 

keçirdi; aza qənaət edərək, tək yaĢardı, qadın tanımaz, zövq və əyləncəni, əsla, sevməzdi. 

Amansız bir vəzifənin təcəssümü, polis idarəsini spartalıların Spartanı anladıqları kimi anlaması, 

amansız bir nəzarətçi, yırtıcı bir intizam, mərmərdən qayrılmıĢ bir casus, Vidok cildində bir 

Brut-bax, Javer bu idi. 

Bütün varlığı daim izləyən və gizlənən bir adam olduğunu bildirirdi. Ġfrat royalist ruhlu 

qəzetlərin uydurmalarını o dövrdə yüksək kosmoqoniya fikirlərilə aĢılayan Jozef de Mestrin dini 

məktəbi Javeri bir simvol kimi təsvir etməkdən çəkinməzdi. Alnı görünməzdi, çünki Ģlyapasının 

altında idi; gözləri də görünməzdi, çünki qaĢları altında gizlənmiĢdi; çənəsi geniĢ bir 

boyunbağının içində idi, əlləri də görünməzdi, çünki qolları içində gizlənmiĢdi; həmiĢə 

gəzdirdiyi əsası da görünməzdi, çünki sürtuku altında tutardı. Lakin vaxtı gələndə, onun bütün 

vücudu qaranlığın içində pusqudan çıxar kimi olurdu; ensiz və yastı bir alın, qorxunc bir baxıĢ, 

hirsli bir çənə, yekə əllər, yoğun və qorxunc bir dəyənək çıxdığı görünərdi. 

Az olan boĢ vaxtlarında, kitabları heç sevməsə də, kitab oxuyardı; ona görə də büsbütün cahil 

deyildi. Bu, bir az dəbdəbə təsiri bağıĢlayan sözlərindən də anlaĢılırdı. 

Onun heç bir eybi olmadığını söylədik. Yalnız özündən məmnun olduğu zamanlar bir az 

burunotu çəkməyi özünə müzayiqə etməzdi. BəĢəriyyətlə onu bağlayan da yalnız bu vərdiĢ idi. 

Heç Ģübhəsiz ki, Javerin ədliyyə nazirliyinin illik statistika hesabatında ―Ģübhəli adamlar‖ 

siyahısında göstərilən bir zümrə adamlara dəhĢətli bir Ģey kimi göründüyünü hər kəs anlar. Onlar 

Javerin adını eĢidən kimi qaçardılar; yalnız onun görünməsi dəhĢət saçardı. 

Bu qorxunc adam belə idi. 

Javer hər zaman cənab Madleni Ģübhəli, ayıq bir baxıĢda təqib edərdi. Bu baxıĢda bir çox 

eyhamlar və Ģübhələr görünürdü. Nəhayət, cənab Madlen bu baxıĢı duydusa da, anlaĢıldığına 

görə, buna heç əhəmiyyət vermədi. Hətta Javerdən heç bir izahat belə istəməz, nə onu axtarar, nə 

də ondan qaçardı; Javerin ağır baxıĢını açıq bir qeydsizliklə qarĢılardı. Javerə də, ümumiyyətlə, 

hər kəsə etdiyi kimi, sərbəst və xeyirxahlıqla müraciət edərdi. 

Javerin ağzından qaçırdığı bir neçə sözdən anlaĢılırdı ki, o, bu zümrə adamlara məxsus bir 

maraqla gizli axtarıĢlarını davam etdirirdi. Onun bu marağında instinktlə qarıĢıq bir iradə vardı: 

cənab Madlenin keçmiĢi haqqında nə öyrənmək mümkün idisə, Javer aydınlaĢdırmaq istəyirdi. 

Məsələni bir az aydınlaĢdırmıĢ olduğu hiss edilirdi; bəzən iĢarə edərək bunu müəmmalı sözlərlə 

xatırladırdı; harada isə qeyb olmuĢ bir ailəni axtaran bir adam haqqında da bəzən Ģeylər 

söyləyirdi. Bir gün: ―Deyəsən, artıq o mənim əlimdədir!‖ sözlərini ağzından qaçırmıĢdı. Bu 

sözlərdən sonra o üç gün dalğın-dalğın dolaĢaraq düĢünürdü. Yəqin, kələfin ucunu itirmiĢdi. 

Xülasə, insan təbiəti heç də ləkəsiz olmur, – söylədiyimiz bəzi sözlərə bu təshihi verməliyik, əks 

təqdirdə bu sözlərin mənası həddindən artıq qəti görünər. Ġnstinktin mahiyyəti məhz bundadır ki, 

o sarsıla bilər, yolunu aza bilər. BaĢqa cür olsaydı, instinkt Ģüura qalib gələr; heyvan isə insandan 

ağıllı çıxa bilərdi. 

Cənab Madlenin sakitliyi və özünü saxlaya bilməsi Javerin zənnini bir qədər itirdi. 

Lakin bir dəfə Javerin qəribə hərəkətləri, deyəsən, Cənab Madlenə təsir etdi. Əhvalat belə idi. 

ALTINCI FƏSĠL. 

FoĢlevan baba. 

 

Bir gün səhər tezdən cənab Madlen Monreyl-sür-Mer Ģəhərinin daĢ döĢənməmiĢ bir küçəsindən 



keçirdi. Bir gurultu eĢidib dayandı, bir az irəlidə toplaĢmıĢ bir dəstə adam gördü. Onlara yanaĢdı. 

FoĢlevan baba adlı bir qoca kəndli yıxılmıĢ olan atı qaldırmaq istədikdə, özü arabanın altında 

qalmıĢdı. 

Bu qoca, cənab Madlenin o vaxt az olan düĢmənlərindən biri idi. Cənab Madlen Monreylə 

gəldiyi zaman, keçmiĢ kənd notariusu və xeyli savadlı olan FoĢlevan ticarətlə məĢğul idisə də 

son zamanlar iĢləri çox pis bir halda idi. Bu Ģəhərə yeni gələn adi bir fəhlənin get-gedə 

varlandığını, özünün isə yoxsullaĢdığını görən FoĢlevanın cənab Madlenə bərk paxıllığı tuturdu. 

Odur ki, ona zərər yetirmək üçün hər bir vasitədən istifadə etməyə çalıĢırdı. Nəhayət, tamamilə 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə