Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə48/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   44   45   46   47   48   49   50   51   ...   412

bağlıdır‖. Üzünü görə bilmədiyi üçün fikirlərini görmək, bu vəfasız dünyada sevdiyin bir insanın 

vəfa və sədaqətinə inanmaq, qanadların səsi kimi paltarının xıĢıltısını eĢitmək, onun necə içəri 

daxil olub, necə bayıra çıxdığını, necə hərəkət etdiyini, danıĢdığını, oxuduğunu duymaq, bu 

addımların, bu sözlərin, bu nəğmənin qayəsi özünüz olduğunu bilmək, hər dəqiqə öz Ģəfqət və 

məhəbbətini göstərə bilmək, vücudunuz zəifləĢdikcə özünüzü daha qüvvətli hiss etmək, 

qaranlıqda, məhz qaranlıq sayəsində bu mələyi cəzb edən bir günəĢə çevrilmək – bu elə bir 

sevincdir ki, yer üzündə heç bərabəri yoxdur. Həyatın ən ülvi səadəti – sevildiyinizə əmin 

olmaqdır, sizi öz xatirinizə, daha doğrusu, sizdən asılı olmadan sevməkdir. Kor adamlar da buna 

əmindirlər. Dərin bir ümidsizlik içində sizə qarĢı qayğı çəkildiyini duymaq, – nəvaziĢ duymaq 

deməkdir. O bir Ģeydən məhrum edilmiĢdimi? Xeyr. Onun məhəbbəti var, demək, onun gözləri 

nursuz deyil. Həm də necə bir məhəbbət! Bütün varlığı yaxĢılıqla aĢılanmıĢ bir məhəbbət! 

Əmniyyət olan yerdə insan öz korluğunu hiss etməz. Bir qəlb baĢqa bir qəlbi görmədən belə, 

axtarıb tapa bilər. Tapılan və sınaqdan çıxarılan qəlb isə – qadındır. Sizi bir adamın əli qoruyur. 

O da həmin qadının əlidir; – sizin alnınızdan öpən dodaqlar həmin qadının dodaqlarıdır; siz lap 

yaxınlıqda kiminsə xoĢ nəfəsini duyursunuz – bu da o qadının nəfəsidir. Qadının 

pərəstiĢkarlığından baĢlayaraq onun mərhəmətinə qədər hər bir Ģeyə sahib olmaq, heç bir zaman 

yalqızlıq nə olduğunu duymamaq, onun itaətkarlığından və zəifliyindən qüvvət almaq, bu 

əyilmək bilməyən nazik ağaca söykənmək, öz əllərinizlə öz səadətinizə toxunmaq, onu bağrınıza 

basmaq – aman Allah, bundan da böyük səadət olarmı? Göylərin müəmmalı bir çiçəyi olan qəlb 

sirlər içində yüksəlir, canlanır. Siz bu qaranlığı yer üzünün bütün iĢıqlarına dəyiĢməzsiniz. O 

mələk qəlbli insan daim burada, daim sizin yanınızdadır. O, yanınızdan çəkilərsə, yenə sizin 

yanınıza qayıtmaq üçün çəkilir. O, bir yuxu kimi yox olur, həqiqət kimi doğur. O, sizə 

yaxınlaĢdığı zaman bədəninizin isindiyini hiss edirsiniz. Ürəyiniz Ģadlıq, fərəh, nurla dolur. Siz 

qaranlıq bir gecədə günəĢ kimi parlayırsınız. Hələ qayğılar, sizin üçün çəkilən minlərcə qayğılar! 

Bunlar bu geniĢ səhrada böyük yer tutan cüzi Ģeylərdir. Qadın səsinin ən incə, ən zərif ahəngi 

sizə dərin bir təsəlli verir, məhrum olduğunuz kainatı əvəz edir. Siz qəlbin nəvaziĢini 

duyursunuz. Siz heç bir Ģey görmürsünüz, siz ancaq bir qadının sizə pərəstiĢ etdiyini hiss 

edirsiniz. Bu, qaranlıqda bir cənnətdir. 

Monsenyor B’envenü bu cənnətdən ayrılıb baĢqa bir cənnətə köçmüĢdü. 

Onun ölüm xəbəri Monreyldə çıxan yerli bir qəzetdə dərc edilmiĢdi. Ertəsi gün cənab Madlen 

qara paltar geyinib Ģlyapasına matəm qarası taxaraq Ģəhərdə göründü. 

ġəhərdə cənab Madlenin bu cür yas saxlamağına cürbəcür məna verməyə baĢladılar. Yerli 

əhalinin zənnincə, bu məsələ cənab Madlenin mənĢəyini bir qədər aydınlaĢdırırdı. Yəqin, onun 

hörmətli yepiskopla qohumluğu var imiĢ. Salonlarda: ―Din yepiskopu üçün matəm tutduğunu‖ 

deyirdilər. Bu ehtimal cənab Madlenə qarĢı olan hörməti daha da artırdı. Hamı tezliklə ona 

hörmət etməyə baĢladı. ġəhərin ən kiçik olan Sen-Jermen məhəlləsinin əhalisi cənab Madlenə 

bəslədiyi Ģübhəni yepiskopla qohumluğuna görə unutmağa baĢladı. Cənab Madlen hörmətinin 

artdığını gördü; qoca qarılar ikiqat olub ona salam verirdilər; gənc qadınlar da onu gördükdə 

gülümsəyirdilər. Bir axĢam bu kiçik kübar cəmiyyətinin görkəmli nümayəndələrindən biri 

qocalığının ona verdiyi haqqa güvənərək maraqla soruĢdu: 

– Cənab mer, siz mərhum Din yepiskopunun yaxın qohumlarındansınızmı? 

Cənab Madlen cavab verdi: 

– Xeyr, xanım. 

– Bəs siz niyə onun üçün yas saxlayırsınız? – deyə bir də soruĢdu. 

Cənab Madlen: 

– Gəncliyimdə onun yanında xidmətçi idim, onun üçün, – deyə cavab verdi. 

Yerli əhali Ģəhər rəisinin halında qəribə bir Ģey də müĢahidə etmiĢdi: Ģəhərə bir savoyalının 

gəldiyini gördükdə, cənab Madlen onu öz yanına çağırıb, adını soruĢar və ona pul verərdi. Kiçik 

savoyalılar bunu bir-birlərinə söylər, bu Monreylə çox tez-tez gəlib gedərdilər. 

 

 



 


BEġĠNCĠ FƏSĠL. 

Üfüqdə parlayan ildırımlar. 

 

Zaman keçdikcə bütün ədavət və yad münasibətlər yavaĢ-yavaĢ sakitləĢirdi. Əvvəlcə cənab 



Madlen görkəmli mövqe tutan adamların, ümumiyyətlə, düçar olduqları çirkin iftiralar və dedi-

qodular eĢitməyə baĢladı; sonra bunları kinli sözlər, daha sonra acı istehzalar əvəz etdi. Nəhayət, 

bunlar da aradan qalxdı; Ģəhər rəisinə qarĢı böyük, səmimi, yekdil bir hörmət göstərməyə 

baĢladılar. 1821-ci ildə isə elə bir vaxt oldu ki, ―cənab mer‖ sözü Din Ģəhərində 1815-ci ildə 

―monsenyor yepiskop‖ sözü kimi ayrıca pərəstiĢkarlıqla tələffüz edilməyə baĢladı. Cənab 

Madlenin yanına adamlar on lyoluq məsafədən məsləhətə gəlirdilər; o, mübahisələri həll edər, 

məhkəməyə düĢməyin qarĢısını alar, düĢmənləri bir-birilə barıĢdırardı. Hər kəs haqlı olduğunu 

müdafiə etmək üçün onu özünə havadar çağırardı. Sanki, onun qəlbi təbii qanunların bir 

məcəlləsi idi. Ona qarĢı olan hörmət ətrafa sirayət edərək, altı-yeddi il ərzində bütün ölkəyə 

yayıldı. 

ġəhərdə və bütün əyalətdə yalnız bir adam vardı ki, ona hörmət bəsləməkdən tamamilə çəkinirdi. 

Cənab Madlenin göstərdiyi yaxĢılıqlara baxmayaraq, bu adam yenə bu xəstəliyə tutulmayırdı. 

Onda, cənab Madlenə qarĢı Ģübhə oyadan satılmaz bir instinkt hökm sürürdü. Görünür, bəzi 

adamlarda, doğrudan da, əsl heyvani bir instinkt var; hər bir instinkt kimi o da təbiidir və onu 

məhv etmək mümkün deyildir; o, simpatiya və antipatiyanın yaranmasına səbəb olur, fəlakətli 

bir Ģəkildə insandan insana fərq qoyur, heç bir zaman tərəddüd etməz, halını pozmaz, sayıqlığını 

itirməz və özünə xəyanət etməz; onun gözünü pərdə tutsa da, baxıĢları aydındır, səhv etməz, 

hökm edər, zəkanın heç bir məsləhətinə, Ģüurun heç bir pozucu təsirinə tabe olmaz və taleyin 

insanları haraya gətirib çıxardığından asılı olmayaraq, it təbiətli insana piĢik təbiətli insanın və 

tülkü təbiətli insana aslan təbiətli insanın yaxında olduğunu xəlvətcə xəbər verir. 

Cənab Madlen çox zaman, hər kəsdən razılıq və səmimi münasibət görməklə sakit-sakit küçədən 

keçərkən, uzun boylu boz paltolu, əlində yoğun bir əsa və baĢında üzünü yarıya qədər örtən geniĢ 

bir Ģlyapa olan bir adama təsadüf edərdi. Cənab Ģəhər rəisi bu adamın ona Ģübhə ilə baxdığını və 

gözündən qeyb oluncaya qədər təqib etdiyini görərdi; sonra bu adam qollarını qoltuğuna qoyaraq 

dayanar, baĢını yavaĢ-yavaĢ yırğalamağa baĢlar və dodaqlarını nifrətli bir tərzdə büzüĢdürərək 

baxardı; sanki: ―Bu adam kimdir? Mən bunu keçmiĢdə harada isə görmüĢəm. Hər halda, o, məni 

aldada bilməyəcəkdir‖ sözlərini deyir kimi görünürdü. 

Bu adam olduqca sərt, hər kəsi qorxudacaq dərəcədə sərt görünürdü: ötəri bir təsadüfdə belə 

qorxu oyada biləcək adamlardan idi. 

Onun adı Javer idi, özü də polis idarəsində xidmət edirdi. 

O, Monreyl Ģəhərində çətin, lakin cəmiyyət üçün faydalı bir vəzifə ifa edirdi ki, bu da polis 

müfəttiĢi vəzifəsi idi. Madlen ilk dəfə bu Ģəhərdə göründüyü zaman o burada deyildi. Onun bu 

vəzifəyə təyin edilməsinə səbəb sonradan nazir, o zaman isə Paris polis idarəsinin prefekti olan 

qraf Anqlssin katibi cənab ġabule olmuĢdu. Javer ilk dəfə Monreyl-sür-Mer Ģəhərinə gəldiyi 

zaman  Madlen artıq iri bir fabrikant, böyük bir sərvət sahibi idi. Madlen babadan çevrilib cənab 

Madlen olmuĢdu. 

Bəzi polis məmurlarının üzündə qəribə ifadə olur: bu ifadədə iki Ģey – alçaqlıq və hökmranlıq 

hissi qəribə bir Ģəkildə qarıĢmıĢ olur. Javerin üzündə də belə bir ifadə vardı, ancaq bu ifadədə 

alçaqlıq əlaməti görünmürdü. 

Əgər insan qəlbini gözlə görmək mümkün olsaydı, bizim dərin etiqadımıza görə, hamının gözləri 

qarĢısında qəribə bir Ģey canlanardı, o da insan nəsli nümayəndələrindən hər birinin heyvanat 

aləminin bir növünə uyğun gəlməsidir. Bunun sayəsində mütəfəkkir üçün hələ dumanlı bir 

həqiqəti aydınlaĢdırmaq mümkün olardı ki, o da budur: ilbizdən tutmuĢ qartala qədər, donuzdan 

tutmuĢ pələngə qədər bütün heyvanların və quĢların təbiəti insanlarda və ayrı-ayrı heyvanların və 

quĢların təbiəti isə ayrı-ayrı insanda gizlənmiĢdir. Bəzən bir neçə heyvanın təbiəti bir adamın 

təbiətində belə birləĢmiĢ olur. 

Heyvanlar bizim xeyir və Ģər iĢlərimizin ana surətləridir, ruhumuzun gözə görünən və 

gözlərimizin qarĢısında dolaĢan kabuslarıdır. Allah onları bizə göstərir ki, bizi fikirləĢməyə 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə