Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə51/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   47   48   49   50   51   52   53   54   ...   412

Madlen babanın Monreyl-sür-Mer Ģəhərində yaratdığı firavanlığı, artıq qeyd etdiyimiz zahiri 

əlamətlərdən baĢqa, gözə görünməsə də, az əhəmiyyəti olmayan bir əlamət də sübut edirdi. Bu 

əlamət isə qəti və aydın idi. Əhali ehtiyac içində olanda, iĢ azlıq edəndə, ticarət yaxĢı 

getməyəndə, əhali pulsuz olduğundan, istər-istəməz vergi verməkdən boyun qaçırmağa məcbur 

olur, verginin vaxtı keçir, dövlət vergini zorla yığmaq üçün böyük pullar sərf etməli olur. ĠĢ çox 

olduğu, ölkə xoĢbəxt və varlı bir həyat sürdüyü zaman isə vergilər də asanlıqla verilir, vergini 

yığmaq iĢi də dövlətə ucuz baĢa gəlir. Demək olar ki, ictimai səfalətin və ictimai sərvətin 

dərəcəsini təyin etmək üçün yeganə bir barometr vardır ki, o da vergiləri yığmaq üçün sərf edilən 

pullardır. Yeddi il ərzində Monreyl dairəsində vergi yığmaq xərcləri dörddə üç dəfə azalmıĢdı. 

Odur ki, o zaman maliyyə naziri olan cənab de Vilel bu dairəni həmiĢə baĢqa dairələrə bir misal 

kimi göstərərdi. 

Fantina vətəninə qayıtdığı zaman ölkənin vəziyyəti belə idi. Onu heç kəs xatırlamırdı. 

XoĢbəxtlikdən cənab Madlenin fabriki qonaqsevən bir ev kimi, hamının üzünə açıqdı. Fantina 

fabrikə gəldi, onu qadın emalatxanasına qəbul etdilər. Bu Fantina üçün tamamilə yeni bir iĢ 

olduğuna görə, o çox da müvəffəqiyyətlə çalıĢa bilmirdi və qazancı az olurdu, lakin ona kifayət 

edirdi; yaĢamaq məsələsi həll edilmiĢdi; artıq öz əməyi ilə yaĢaya bilirdi. 

 

 

SƏKKĠZĠNCĠ FƏSĠL. 



Madam Viktürnen əxlaq naminə otuz beĢ frank sərf edir. 

 

Fantina müstəqil yaĢaya biləcəyini anladıqda, fərəhləndi. Öz əllərinin zəhməti ilə və namusla 



yaĢaya bilmək nə böyük bir səadətdir! Doğrudan da, zəhmətə qarĢı onda bir məhəbbət 

doğmuĢdu. Bir güzgü alıb gəncliyini, gözəl saçlarını və ağ diĢlərini seyr etdiyi zaman 

sevinmiĢdi; öz ağır keçmiĢini unutmağa çalıĢaraq Kozettasını düĢünür və özünü xoĢbəxt hiss 

edirdi.  

Balaca bir otaq tutdu, gələcək qazancı hesabına borc edərək otağa avadanlıq aldı; Fantinanın bu 

hərəkətində keçmiĢ pozğun həyatdan qalma bir vərdiĢ görünürdü. 

Özünü ərli qadın kimi göstərməyə çalıĢaraq, yuxarıda söylədiyimiz kimi, öz kiçik qızı haqqında 

danıĢmaqdan çəkinirdi. 

Ġlk zamanlar qızı üçün gördüyünüz kimi, Tenardye ailəsinə müntəzəm surətdə pul göndərirdi. 

Savadsız olduğundan və yalnız öz imzasını yaza bildiyindən, hər dəfə məktub göndərmək lazım 

gəldikdə ərizə yazana müraciət edirdi. 

O, tez-tez məktub yazırdı. Buna diqqət etmiĢdilər. Emalatxanada iĢləyən qadınlar bir-birinin 

qulağına Fantinanın ―məktub yazdığını‖ və ―aĢnası‖ olduğunu danıĢmağa baĢladılar. 

BaĢqalarının hərəkətlərini qısqanclıqla izləyənlər, adətən, bu hərəkətlərlə heç bir əlaqəsi olmayan 

adamlardır. ―Görəsən, bu cənab nə üçün ancaq axĢamlar evdən bayıra çıxır? Nə üçün filankəs 

cümə axĢamları heç bir zaman öz otağının açarını divardan asmır? Nə üçün o, həmiĢə döngələrdə 

gəzir? Nə üçün filan xanım minik arabasından evinə çatmamıĢ düĢür? Niyə o xanım evində 

bolluca kağızı olduğu halda, poçt kağızı almaq üçün xidmətçisini göndərir?‖ və sairə və sairə. 

Bəzi adamlar var ki, özləri üçün heç bir əhəmiyyəti olmayan bu müəmmaların mənasını anlamaq 

məqsədilə, bir çox xeyirxah iĢlərə sərf ediləcək pullardan artıq pul sərf edir, vaxt sərf edir, 

qüvvət sərf edirlər. Həm də onlar heç bir mənfəət güdməzlər, bunu sadəcə maraq üçün edərlər, 

bu marağın nəticəsində isə onlar yalnız öz maraqlarını təmin edərlər, baĢqa heç bir Ģey 

qazanmazlar. Onlar günlərlə filan qadın ya kiĢinin hərəkətlərini izlər, saatlarla dalanlarda, yol 

ağzında, gecənin qaranlığında, qıĢın soyuğunda, yağıĢın altında dayanar, məktub aparanlara 

rüĢvət verib kimə göndərildiyini öyrənər, arabaçılara və lakeylərə peĢkəĢ verər, qulluqçu qızları 

tovlar, qapıçıya pul verərlər. Məqsəd nədir? Elə-belə. Ehtirasla arzu etdikləri bir Ģey varsa, o da 

öyrənmək, qazıb çıxarmaqdır. Buna səbəb boĢ-boĢ danıĢmaq ehtiyacını təmin etməkdir. Halbuki 

bu üstü açılmıĢ sirlər, bu faĢ edilmiĢ gizli iĢlər, mənası tapılmıĢ müəmmalar müsibətlərə, 

duellərə, iflaslara səbəb olur, bir çox ailələri iflas dərəcəsinə gətirir, bir çox insanların həyatını 



məhv edir, heç bir mənfəəti olmayan, sadəcə kor bir arzuya tabe olaraq ―hər bir Ģeyi ifĢa 

edənlərin‖ böyük sevinclərinə səbəb olur. Ah, bütün bunlar nə qədər kədərli bir haldır! 

Bəzi adamlar da vardır ki, ancaq söhbət etmək xatirinə kinli olurlar. Onların söhbətləri, 

salonlarda gedən dedi-qodular, dəhlizlərdə yürüdülən mühakimələr odunu tezliklə və çox tələf 

edən buxarılara bənzər, bu buxarılar daim yandırmaq üçün yanacaq tələb edir, bu yanacaq da 

yaxın adamlardır. 

Bu surətlə Fantinanın da hərəkətlərini izləməyə baĢladılar. 

Bir çoxları onun sarıĢın saçlarına və ağ diĢlərinə paxıllıq edirdilər. 

Bu da müəyyən edilmiĢdi ki, Fantina bəzən emalatxanada üzünü çevirib gözünün yaĢını silərmiĢ. 

O, öz uĢağını, bəlkə də, vaxtilə sevdiyi bir adamı xatırladığı zaman göz yaĢını silərdi. 

Ġnsanı keçmiĢ həyatla bağlayan sirli telləri qırmaq çətin və əziyyətli bir iĢdir. 

Onun ayda iki dəfə və hər zaman eyni ünvana məktub yazdığını görmüĢdülər; məktublar sifariĢli 

göndərilirdi. Bir az sonra məktubun ünvanını da öyrəndilər: ―Monfermeyl, meyxanaçı cənab 

Tenardye‖. Monreyldəki kiçik bir meyxanada ərizə yazanı sərxoĢ edib danıĢdırdılar. Qoca ərizə 

yazan qarnını qırmızı Ģərabla dolduran kimi məktublarda yazılmıĢ olan müxtəlif sirləri açıb 

söyləyirdi. Xülasə, Fantinanın bir uĢağı olduğunu öyrəndilər. ―Görünür ki, bu fahiĢə imiĢ‖ 

dedilər. Dedi-qodu sevən bir qadın da tapıldı ki, Monfermeylə getmək üçün tənbəllik etməyib, 

Tenardye ilə görüĢdükdən sonra geri qayıtdıqda: ―Sərf etdiyim otuz beĢ frankla öz istədiyimə 

nail oldum; indi ürəyim sakitdir. UĢağı öz gözümlə gördüm!‖ – dedi. 

Bu iĢi görən Viktürnen adında bir ziyanəvər idi. Madam Viktürnen hamının əxlaqına diqqət edən 

bir əxlaq qoruqçusu idi. Əlli altı yaĢı vardı; qocalığı üzünün çirkinliyini daha da artırırdı. Səsi 

titrək, xasiyyəti dözülməz idi. Bu qadının vaxtilə gənc olduğuna belə inanmaq insana qəribə 

gəlirdi. Gəncliyində, 93-cü ilin qızğın günlərində, qırmızı qalpaq geyərək, bernadçılardan 

yakobinçilərin tərəfinə keçən bir rahibə ərə getmiĢdi. Bu, arıq, acıqlı, tikanlı, gözüdoymaz, 

inadkar və acıdil bir qadındı; o hələ onu dul qoymuĢ və həyatında qorxu və itaət altında 

saxlanmıĢ olan rahibini unutmamıĢdı. Ona, rahib iyi verən bir murdar təbiət demək olardı.  

Restavrasiya zamanı mömin bir qadın olmuĢdu, o dərəcədə ki, keĢiĢlər belə onun ərə getmiĢ 

olduğu rahibin günahından keçdilər. Kiçik bir mülkü vardı və hər yerdə onu ruhani dairəsinə 

vəqf edəcəyini bağıra-bağıra söylərdi. Arras yepiskopluğu dairəsində ona xeyli hörmət 

bəsləyirdilər. Monfermeylə gedib oradan qayıtdıqdan sonra: ―UĢağı öz gözümlə gördüm‖ – 

deyən madam Viktürnen həmin qadındı. 

AxtarıĢlara xeyli vaxt sərf olundu. Fantina fabrikdə bir ildən artıq idi ki, iĢləyirdi. Bir gün 

emalatxananın nəzarətçisi, cənab merin adından ona əlli frank verib, artıq iĢdən xaric edildiyini 

söylədi və yenə cənab merin adından ona Ģəhəri tərk edib getməsini təklif etdi. 

Bu o zaman idi ki, Tenardyelər ondan yeddi frank əvəzinə ayda on iki frank istədikdən sonra, 

artıq on beĢ frank tələb edirdilər. 

Fantina dəhĢətə gəldi. O, heç bir yerə gedə bilməzdi, çünki yaĢadığı otaq və mebel üçün borca 

düĢmüĢdü. Əlli frankla o, öz borcunu ödəyə bilməzdi. Bir neçə yalvarıĢlı sözlər söylədi. 

Nəzarətçi dərhal emalatxananı tərk edib getməsini əmr etdi. Fantina adi bir iĢçi idi. Ümidsizlik 

və xəcalətdən məyus bir halda, emalatxanadan çıxıb evinə getdi. Artıq onun qəbahətini hər kəs 

bilirdi. 

Fantina hiss etdi ki, artıq özünü müdafiə etməyə taqəti qalmamıĢdır. Kimsə ona cənab merlə 

görüĢməyi məsləhət gördü. Fantina cəsarət etmədi. Cənab mer xeyirxah olduğu üçün ona əlli 

frank vermiĢ, ədalətli olduğu üçün isə onu fabrikdən qovmuĢdu. Fantina bu qərara tabe oldu. 

 

 

DOQQUZUNCU FƏSĠL. 



Madam Viktürnenin müvəffəqiyyəti. 

 

Demək, rahibin dul arvadı da kara gəldi. 



Cənab Madlenin isə bu əhvalatdan, əsla, xəbəri yox idi. Həyatda belə mürəkkəb hallara tez-tez 

rast gəlmək olur! Cənab Madlen, adətən, qadın emalatxanasına çox az gələrdi. O, emalatxananın 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə