Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə40/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   36   37   38   39   40   41   42   43   ...   412

tamamilə qafiyəsiz, ağac budaqlarının hərəkəti və küləyin gurultusu kimi mənasız olan sözlərdən 

ibarət idi. Onlar çubuqların tüstüsü içərisində doğaraq onunla birlikdə havaya uçur və yox 

olurdu. Bu üç adam Tolomesin nitqinə belə bir kupletlə cavab verdi: 

 

Bizim axmaq, küt adamlar. 



Yedizdirdi keĢiĢləri. 

Ki, Sen-Janda papa ola. 

Bəlkə, Klermon-Toneri. 

Kim yaranmıĢ səfeh, qanmaz. 

Əsla ondan papa olmaz. 

Aldıqların qaytardılar. 

Bizim bu axmaq atalar. 

 

Lakin bu nəğmə də Tolomesin natiqlik həyəcanını sakit etmədi. O, stəkanını boĢaltdı, onu 



yenidən doldurdu və sözünə davam edərək: 

– Yox olsun hikmət! – dedi. – Bütün söylədiklərimi yadınızdan çıxarın. Nəyə lazım ağıl, ədəb, 

əxlaq? Mən Ģadlıq eĢqinə içməyi təklif edirəm. ġad olaq! Öyrəndiyimiz hüquq dərslərini 

əyləncələrlə, yeməklə tamamlayaq! YaĢasın məhkəmə boĢboğazlığı və mədəmizin iĢi! Qoy 

Yustinian və Ziyafət bir-birilə evlənsin! Ey dərin sevinclər! Ey dünya, var ol! Kainat gözəl bir 

incidir. Mən xoĢbəxtəm. Hər yerdə gözəl quĢlar uçur, hər tərəfdə Ģənlik var! Bülbül də pulsuz 

Elevyüdür. Ey yay fəsli, xoĢ gəlmisən! Ah, ey Lüksemburq bağı! Ey ġahzadə xanım küçəsində 

və rəsədxana xiyabanında yaradılan dastanlar! Ey dalğın əsgərciyəzlər! Ey uĢaqları gəzdirməklə 

bərabər məhəbbət əyləncələrindən də çəkinməyən gözəl dayələr! BaĢımız üzərində Odeon 

qübbələri olmasaydı, Amerika pampasları mənim xoĢuma gələ bilərdi. Mənim ruhum insan ayağı 

görməmiĢ meĢələrə və ucsuz-bucaqsız səhralara uçur. Hər Ģey gözəldir! GünəĢin iĢığında 

milçəklər vızıldaĢır. GünəĢ asqırdı, kalibri doğuldu. Öp məni, Fantina! 

Tolomes yanıldı və Favuritanı öpdü. 

 

 



SƏKKĠZĠNCĠ FƏSĠL. 

Atın ölümü. 

 

Birdən Zefina çığırdı: 



– Amma Edonun xörəkləri Bombardınkından daha ləzzətlidir. 

BlaĢvel dedi: 

– Məncə, Bombard daha yaxĢıdır. Burada dəbdəbə, asiyalılıq daha çoxdur. Hələ bir aĢağı 

mərtəbəyə baxın. Divarlarda güzgülər gör necə parlayır. 

Favurita cavabında: 

– Divarlardansa boĢqabları parlasaydı daha yaxĢı olardı, – dedi. 

BlaĢvel yenə israr edərək: 

– Hələ bıçaqlara baxın. Bombardın bıçaqları gümüĢdəndir. Edonunku sümükdən. GümüĢ isə 

sümükdən daha bahalıdır. 

Tolomes dedi: 

– Lakin gümüĢdən özlərinə diĢ düzəltdirənlər üçün yox, ― – Tolomes   bu sözləri söylərkən 

meyxananın pəncərəsindən görünən Əlillər evinin qübbəsini seyr edirdi. 

Hamı sükut etdi. 

– Tolomes! – deyə Fameyl bağırdı. – Ġndicə Listolye ilə aramızda bir mübahisə gedirdi. 

– Mübahisə yaxĢı Ģeydir, – deyə Tolomes cavab verdi. – Lakin savaĢmaq daha yaxĢıdır. 

– Biz filosoflar haqqında mübahisə edirdik. 

– Çox gözəl. 

– Sən kimi üstün tutursan – Dekartı, yoxsa Spinozanı? 

– Dezojyeni, – deyə Tolomes cavab verdi. 



Heç bir etiraza yol verməyən bu qərardan sonra o, Ģərabını içərək davam etdi: 

– Mən yaĢamağa razıyam. Nə qədər ki, boĢboğazlıq etmək mümkündür, demək, yer üzündə hələ 

hər Ģey bitməmiĢdir. Bundan ötrü mən ölməz allahlara Ģükür edirəm. Biz yalan danıĢırıq, həm də 

gülürük. Biz fikrimizi qəti söyləsək də, yenə də Ģübhədən azad deyilik. Bu gözəldir. 

Gözlənilməyən hadisələr sillogizmdən əmələ gəlir. Yer üzündə hələ də içi paradokslarla dolu 

olan gizli qutunu Ģən-Ģən açıb-bağlamağı bacaran adamlar vardır. Xanımlar, bilin ki, sizin bu 

qədər həvəssiz içdiyiniz Ģərab, – dəniz səthi üzərində üç yüz on yeddi tuaz hündürlükdə bitən 

üzümdən qayrılmıĢ madera Ģərabıdır! Onu içərkən bu rəqəmə fikir verin. Üç yüz on yeddi tuaz! 

Bizim ehtiĢamlı meyxanaçımız cənab Bombard isə bu üç yüz on yeddi tuazı sizə dörd frank əlli 

qəpiyə verir. 

Fameyl yenə onun sözünü kəsərək: 

– Tolomes, – dedi, – sənin rəyin qanundur. Sənin sevdiyin müəllif kimdir? 

– Ber... 

– ...gen? 

– Yox ...Ģu. 

Tolomes yenə davam etdi: 

– Bombarda alqıĢlar olsun! O mənim üçün bir rəqqasə tapmıĢ olsaydı, Elefantlı Munofis 

mislində, gitara tapmıĢ olsaydı, Tigelion de Kerone mislində ola bilərdi. Bilin, agah olun, 

xanımlar, Yunanıstanda, Misirdə də Bombardlar olmuĢdur. Bunu bizə Apuley nağıl edir. Əfsus! 

Hər Ģey təkrar olunur, dünyada yeni heç bir Ģey yoxdur. Allahın yaratdıqlarında məlum olmayan 

bir zərrə belə qalmamıĢdır! Süleyman peyğəmbər deyir ki: ―Nil sub sole novum‖1. Verjili isə 

deyir ki, ―Amor omnibus idem‖2 öz rəfiqəsi ilə Sen-Kluya gedən bir medikus qaliota, vaxtilə 

Samos donanmasının qaleralarından birinə minən Aspaziya və Perikl kimi əyləĢir. Bir-iki söz 

daha deməliyəm. Xanımlar, Aspaziyanın kim olduğu sizə məlumdurmu? O elə bir dövrdə 

yaĢayırdı ki, o zamanlar qadınların hələ qəlbi yox idi, lakin onun qəlbi vardı. Bu qəlb qızılgül 

kimi al-qırmızı, alov kimi yandırıcı, səhər Ģəfəqi kimi təptəzə idi, Aspaziyanın varlığında bir-

birinə zidd iki qadın tipi birləĢmiĢdi: fahiĢə və ilahə. Onun qəlbində həm Sokrat yaĢardı, həm də 

Manon Lesko. Əgər Prometeyin bir fahiĢəyə ehtiyacı olsa idi, onu axtarardı. Aspaziyanın 

yaradılmasından məqsəd də bu idi. 

Tolomes coĢmuĢdu, bu halda sahil küçəsində bir at yıxılmasaydı, onu susdurmaq çətin olacaqdı. 

Sarsıntı o qədər qüvvətli idi ki, araba da, natiq də ikisi birdən dayandılar. Bu, ağır yüklü bir 

arabanı çəkən qoca və arıq bir at idi. Biçarə heyvan Bombard restoranının yanına çatdıqda, 

taqətdən düĢmüĢ olduğuna görə, artıq irəliyə getmək istəmədi. Bu hadisə bir çox yolçunun 

diqqətini cəlb etdi, atın ətrafına adamlar yığıĢdı. QəzəblənmiĢ arabaçı ağızdolusu ―çər dəymiĢ!‖ 

deyə söyərək, üstəlik amansız bir qamçı vurduqda, biçarə heyvan bir daha ayağa qalxmamaq 

üçün yerə yıxıldı. Tolomesin Ģən dostları küçədəki səs-küyü eĢidərək pəncərədən küçəyə 

baxdılar. Tolomes də bu fürsəti əldən qaçırmayıb öz qısa nitqini belə bir melanxolik Ģeirlə 

qurtardı: 

 

O, yaĢadı qara tale arabaya, karetaya. 



DüĢmən olan bir həyatda, bir mühitdə zaman-zaman. 

O da bütün yabılar tək doldu yaĢa, çatdı boya. 

SısqalaĢıb çiçək kimi sındı axır yazıq heyvan. 

 

Fantina bir ah çəkərək: 



– Biçarə at! – dedi. 

Daliya isə: 

– Buna bax! – deyə çığırdı. – Deyəsən, Fantina at üçün yas tutmağa hazırlaĢır. Belə də axmaq qız 

olar! 


Bu zaman Favurita qollarını sinəsində çarpazlayaraq, baĢını geriyə atdı. Tolomesə baxdı və qəti 

bir səslə. Bəs sürpriziniz hanı? – dedi. 

Tolomes: 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə