Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə36/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   32   33   34   35   36   37   38   39   ...   412

Qırx beĢ il bundan əvvəl tələbələrlə yüngül əxlaqlı qızların Ģəhərkənarı gəzintisini bu gün 

təsəvvür etmək çətindir. Parisin ətrafı indi əvvəlkinə heç bənzəmir: ―Parisə yaxın‖ deyilən 

həyatın siması yarım əsr ərzində tamamilə dəyiĢilmiĢdi. KeçmiĢdəki ikitəkərli arabanı vaqon, 

paketbotu paroxod əvəz etmiĢdi və bu gün Fekana səfər etmək Sen-Kluya səfər etmək kimi sadə 

bir iĢdir. 1862-ci ildə Paris bir Ģəhər, bütün Fransa isə onun ətrafı idi. 

Gəzməyə çıxmıĢ dörd cüt gənc o zaman açıq havada mümkün olan hər cür səfeh hərəkətləri 

elədilər. Məktəblərdə tətil yenicə baĢlanmıĢdı, isti və günəĢli bir yay günü idi. Qızların içində 

yeganə yazmağı bacaran Favurita bir gün ondan əvvəl dörd qızın hamısının adından Tolomesə 

belə bir məktub yazmıĢdı: ―Çox yatmaq kəsalət gətirər‖. Bax buna görə də onlar səhər saat beĢdə 

yuxudan qalxdılar. Sonra dilijana minərək, Sap-Kluya getdilər. Orada olan susuz bir fəvvarəni 

seyr edərək: ―Bu fəvvarəyə su buraxanda, yəqin ki, çox gözəl olur!‖ deyə çığırdılar, zəhər verən 

Kastenin hələ ayağı dəyməyən ―Qara baĢ‖ meyxanasında nahar etdilər, böyük hovuz yanındakı 

ətrafında çəp cərgələrlə ağac əkilmiĢ talada halqa oyunu oynadılar. Diogen fənərinin baĢına 

qalxdılar, Sevr körpüsü yanında badam qoğalı udmaq üçün ruletka oynadılar, Pütoda çiçək 

dərdilər, Nelidə düdük aldılar, bir neçə yerdə alma pirojnası yedilər, bir sözlə, tamamilə bəxtiyar 

idilər. 


Qızlar qəfəsdən qaçmıĢ birəbitdan quĢları kimi gülüĢüb ötürdülər. Sanki, baĢları duman içində 

idi. Arabir zarafatla gənclərə Ģapalaq çəkirdilər. Ah! Həyat baharının sərməstliyi! Gözəl dəmlər! 

Cırcıramaların titrək qanadları! Ey mənim oxucum, kim olursunuz olun, bu dəmləri 

xatırlayırsınızmı? Siz də sevdiyiniz qadınla yağıĢdan islanmıĢ eniĢdə gülə-gülə sürüĢərək 

oynamıĢsınızmı, o da əlinizdən tutaraq: ―Heyif, mənim təzə botinlərimdən! Gör nə hala düĢdü! 

deyə səslənmiĢdirmi? 

Bunu deməliyik ki, bu dəfə bizim Ģən dəstəmizə yağıĢ kimi nəĢəli əngəl rast gəlmədi, ancaq yola 

düĢməzdən əvvəl Favurita ana kimi öyüdverici bir tərzdə demiĢdi: ―UĢaqlar, yollarda ilbizlər 

sürünür, – deyəsən, yağıĢ yağacaq!‖. 

Qızların dördü də olduqca qəĢəng idi. Vaxtilə böyük Ģöhrət qazanmıĢ klassik bir Ģair, öz 

Elenorasını tərənnüm edən Ģevalye de Labius adlı mehriban bir qoca həmin gün səhər, saat ona 

yaxın, Sen-Kluda Ģabalıd ağaclarının kölgəsi altında dolaĢarkən, bu dörd rəfiqəyə rast gəlmiĢ və 

üç gözəllik ilahəsini nəzərdə tutaraq: ―Burada biri artıqdır!‖ deyə çığırmıĢdı. BlaĢvelin sevgilisi 

hamısından böyük olduğu üçün ―qarı‖ adlanan iyirmi üç yaĢlı Favurita yaĢıl ağacların qalın 

budaqları altında hamıdan irəlidə yüyürür, arxların üstündən tullanır, kolların üzərindən sıçrayır 

və bu Ģən dəstənin qabağında meĢə pərisi kimi uça-uça gedirdi. Zefina ilə Daliyanı təsadüf elə 

yaratmıĢdı ki, onların gözəlliyi bir-birini tamamlayırdı, həm də onlar bir-birilə müqayisə 

edildikləri zaman daha gözəl görünürdülər. Bu iki rəfiqə dostluq ünsiyyətindən daha çox 

özlərinin təbii iĢvəkarlığı sayəsində bir-birindən ayrılmırdı və nazla bir-birinə söykənərək, 

özlərini ingilis ledilərinə bənzədərdilər; ilk ―kinseklər‖ yenicə meydana çıxmıĢdı, bir az sonra 

kiĢilər arasında bayronizm dəb düĢdüyü kimi, qadınlar arasında da malxulya dəb düĢmüĢdü və 

bu zərif məxluqların saçları artıq hüznlü tellərlə sallanmağa baĢlamıĢdı. Zefina ilə Daliya 

saçlarını lülə kimi burub düzəldirdilər. Listolye ilə Fameyl öz professorları haqqında mübahisəyə 

giriĢmiĢdilər və cənab Delvenkurun cənab Blondodan nə ilə fərqləndiyini Fantinaya izah 

edirdilər. 

BlaĢvel, sanki, bazar günləri Favuritanın əlvan haĢiyəli kiĢmir Ģalını qolunun üstündə gəzdirmək 

üçün yaranmıĢdı. 

Tolomes hamıdan dalda gedərək, bütün dəstəni idarə edirdi. O çox Ģən idi, lakin onun baĢçı 

olduğunu dərk etdiyi görünürdü: zarafatlarında amirlik hiss olunurdu. Ən böyük zinəti ―fil ayağı‖ 

fasonunda tikilmiĢ və mis zəncirdən üzəngiləri olan qumaĢ Ģalvarı idi, əlində 200 franklıq ağır əl 

ağacı vardı və o heç bir Ģeydən çəkinmədiyi üçün ağzında siqar adlanan qəribə bir Ģey 

görünürdü. Onun üçün heç bir müqəddəs Ģey yox idi – o tütün çəkirdi. 

Dostları onun barəsində dərin bir hörmətlə deyirdilər: 

―Bu Tolomes qiyamətdir! Belə də Ģalvar olar! Belə də enerji olar! 

Fantinaya gəldikdə, bu qız sevinc mücəssəməsi idi. Allah onun gözəl diĢlərini yaradanda, yəqin 

ki, təbəssüm zamanı parlamağı onlara əmr etmiĢdi. Uzun ağ bağları olan sırınmıĢ həsir Ģlyapasını 




baĢından çox qolunda gəzdirməyi sevərdi. Onun qalın, sarı, tez-tez dağılan, əfĢan olan saçlarının 

daim sancağa ehtiyacı vardı və bu saçlar adama söyüdlər altında yüyürən Qalateyanı xatırladırdı. 

Çəhrayı dodaqlar vəcdlə nə isə söyləyirdi. Eriqonanın antik maskalarında olduğu kimi 

dodaqlarının yuxarıya doğru qalxmıĢ ucları sərbəstliyə sövq edir, lakin aĢağı endirilmiĢ həyalı, 

sirli kirpikləri üzünün aĢağı hissəsinin vədedici ifadəsini bir qədər yumĢaldaraq, sanki, həyasız 

fikirlərdən saqındırırdı. Onun bütün geyimi ötən və parlayan bir Ģey təsəvvürü yaradırdı. 

Əynində çəhrayı-bənövĢəyi rəngli ipək paltar, ayaqlarında nazik ağ Ģəbəkə corablar üzərində 

ipək lentlərlə bağlanan tünd-qırmızı kiçik baĢmaqlar, boynunda marsellilərin uydurduqları və 

kanberlilərin təhrif edərək ―kanzu dedikləri muslin Ģərf vardı; quinze aoüt – avqustun on beĢi, 

yəni yaxĢı hava, isti, günorta deməkdir. Daha cəsarətli olan o biri üç qız yaxası çox açıq olan 

paltar geyinmiĢdilər və yay vaxtı olduğundan bu onların çiçəklə bəzənmiĢ Ģlyapalarına çox 

yaraĢır və özlərinə çox zərif və cəlbedici görünüĢ verirdi. Lakin bu açıq-saçıq geyimlərlə yanaĢı, 

sarıĢın Fantinanın nəyi isə gizlədən və eyni zamanda nəyi isə açıb göstərən ismətsiz kanzusu 

abırlılıq tapıntısı kimi görünürdü və dəniz suyu rəngdə gözləri olan vikontessa de Setin sədrlik 

etdiyi məĢhur məhəbbət məhkəməsi bu kanzuya, yəqin ki, iddia etdiyi ismətlilikdən daha çox 

iĢvəkarlıq üçün mükafat verərdi. Çox vaxt sadəlövhlüyün böyük məharət olduğu meydana çıxır. 

Üzünün parlaq rəngi, zərif quruluĢlu baĢ, mavi gözlər, ağır göz qapaqları, zərif balaca ayaqları, 

qolların valehedici cizgiləri, incə, göy damarları bilinən ağ dəri, təravətli uĢaq yanaqları, ekin 

yunonalarının qüvvətli və zərif boynu, möhkəm peysər, sanki, Kustunun əli ilə yapılmıĢ nazik 

muslinin altından görünən Ģəhvətli çuxurlar, xəyalpərvərliklə qarıĢıq Ģənlik, sanki, heykəltəraĢ 

əlindən çıxmıĢ gözəl bədən təsəvvür edin – bu Fantinadır: parça və lentlər altında siz bir heykəl 

görər və bu heykəlin canlı ruha malik olduğunu hiss edərsiniz. 

Fantina gözəl idi, lakin özü bunu dərk etmirdi. Bəzi xəyalpərvərlər, gözəllik allahının gördükləri 

hər Ģeyi dinməz mükəmməlliklə müqayisə edən əsrarəngiz xadimləri gənc tikiĢçi qızda Paris 

incəliyi arxasında antik və müqəddəs bir ahəngdarlıq hiss edərdi. Əsil-nəsəbi məlum olmayan 

qızda nəcabət hiss edilirdi. Onda həm stil, həm də ritm gözəlliyi vardı. Stil – idealın forması, 

ritm – onun hərəkətidir. 

Yuxarıda demiĢdik ki, Fantina baĢdan-ayağa sevinc idi. O, eyni zamanda çox həyalı idi. 

Ona diqqət verən olsaydı, görərdi ki, gənclik, bahar və məhəbbət sərməstliyi arxasında bu qızda 

böyük bir təmkinlik və təvazökarlıq duyulur. O, həmiĢə bir qədər heyrətlənmiĢ kimi görünürdü. 

Psixoeyanı Veneradan fərqləndirən də həmin bu bakiranə heyrətdir. Fantinanın barmaqları 

müqəddəs odun külünü qızıl sancaqla qarıĢdıran vestalkanın barmaqları kimi uzun, ağ və nazik 

idi. Ġrəlidə aĢkar görəcəyimiz kimi, o Tolomesin heç bir xahiĢini rədd etməmiĢdisə də, sakitlik 

anlarında onun üzündə bir bəkarət ifadəsi olurdu: bəzən onda birdən-birə nə isə ciddi və demək 

olar ki, sərt bir ləyaqət görünürdü və bu üzdəki Ģənliyin sürətlə yox olaraq, sakit aydınlığın 

birdən dərin fikirlərlə əvəz olunduğuna heyrət və həyəcansız baxmaq olmurdu. 

Bəzən çox kəskin ifadə olunan bu gözlənməz ciddiyyət bir ilahənin təkəbbürünə bənzəyirdi. 

Fantinanın alnı, burnu və çənəsi ideal nisbətlərdən tamamilə fərqlənən və üzün cizgilərinin 

həmahəng olmasına səbəb olan ideal bir cizgidə idi: burunun qaidəsi ilə üst dodağı arasında isə 

gizli bir ismət niĢanəsi olan, güclə bilinən, valehedici bir çuxur vardı ki, Barbarossanın 

Ġkoniyada qazıntı zamanı tapılmıĢ Dianaya aĢiq olmasının da səbəbi bu çuxur idi. 

Sevmək – günahdır, qoy elə olsun! Fantina günah girdabından üzə çıxmıĢ günahsızlıq idi. 

 

 

DÖRDÜNCÜ FƏSĠL. 



Tolomes elə Ģəndir ki, ispan mahnısı oxuyur. 

 

Bu gün əvvəldən axıra qədər səhər günəĢinin Ģüalarından toxunmuĢdu. Sanki, bütün təbiəti tətilə 



buraxmıĢdılar və o Ģadyanalıq edirdi. Sen-Klunun çiçəklikləri ətir saçır, Sena çayının nəfəsi 

ağacların yarpaqlarını xıĢıldadır, yüngül meh budaqları tərpədir, arılar yasəmən koluna qonub 

onu qarət edirdi; bir dəstə kəpənək boymadərən, yonca və cır yulaf üstünə hücum etdi; Fransa 

kralının qoruq parkına bir dəstə hay-küyçü sərsəri doluĢdu – bunlar quĢlar idi. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə