baĢlamıĢdı: bu iri, qara, iyrənc bir hörümçək idi. Madmazel Batistina, qardaĢının bu sözləri
söylədiyini eĢitmiĢdi: ―Bədbəxt məxluq! Onun bunda təqsiri yoxdur‖.
Nə üçün də bu uĢaqcasına səmimi, bəlkə də, ilahi mərhəmətin təzahürlərindən danıĢmayaq?
UĢaqlığımı? Qoy belə olsun, ancaq bu cür ülvi bir uĢaqlıq Assizli Fransiskdə də, Mark Avrelidə
də vardı. Bir dəfə yepiskop qarıĢqanı tapdalamamaq üçün kənara çəkilmiĢ və yıxılıb ayağı
çıxmıĢdı.
Bu pak adam belə bir həyat sürərdi. O, bəzən öz bağçasında yuxuya gedərdi və bundan artıq
pərəstiĢ təlqin edən bir mənzərə təsəvvür etmək mümkün deyildi.
Deyilənlərə inanılarsa, monsenyor Byenvenü gəncliyində, hətta yaĢa dolduğu zamanda coĢqun
və bəlkə də, ehtiraslı bir adam olmuĢdu. Onun tükənməz mərhəməti, bəlkə də, təbiətdən gəlmə
bir xüsusiyyətdən daha çox həyatın özündən onun qəlbinə keçən və tədricən orada kök salan
dərin etiqadın nəticəsi idi, çünki su damcısının deĢdiyi qayada olduğu kimi, insanın da
xarakterində dərin yarıqlar əmələ gələ bilər. Bu cür yarıqları doldurmaq mümkün deyil.
1815-ci ildə – deyəsən, yuxarıda bu barədə demiĢdik – yepiskopun yetmiĢ beĢ yaĢı tamam
olmuĢdu, lakin zahirən ona altmıĢdan yuxarı yaĢ vermək olmazdı. O, orta boylu idi, bir qədər
kökəlməyə meyili vardı, bunun qabağını almaq üçün, yepiskop piyada çox gəzməyi sevərdi,
yeriĢi möhkəm idi, belini həmiĢə dümdüz tutardı – lakin bu təfsilatdan biz heç bir nəticə
çıxarmaq niyyətində deyilik: XVI Qriqori səksən yaĢında ikən belini dümdüz saxlardı və daim
gülümsərdi, lakin bununla belə pis bir yepiskop idi. Monsenyor B’envenünün isə qara camaatın
dili ilə desək, ―mötəbər görkəmi‖ vardı, lakin üzünün ifadəsi o qədər xoĢ və nəvaziĢli idi ki, bu
mötəbərliyi‖ belə unutdurardu.
O, söhbət etdiyi zaman yuxarıda söylədiyimiz və onun ən cazibədar xüsusiyyətlərindən birini
təĢkil edən uĢaq Ģənliyi adamların özünü onun yanında yüngül və sərbəst hiss etməsinə kömək
edirdi, sanki, onun bütün varlığından Ģənlik yağırdı. Üzünün qırmızılığı, gülümsəyərkən
parıldayan çox yaxĢı qalmıĢ ağ diĢləri onun üzünə bir Ģənlik, bir məlahət verirdi; bunun
sayəsində belə adam haqqında, gənc isə, ―nə yaxĢı oğlandır‖, qoca isə ―nə mərhəmətli qocadır‖
deyirlər. Yadımızdadır ki, Napoleona da o, belə bir təsir bağıĢlamıĢdı. Doğrudan da, ilk baxıĢda,
xüsusən, onu ilk dəfə görən adam üçün o, mehriban adam idi – vəssalam. Ancaq siz onunla bir
neçə saat söhbət etməli olsaydınız və onun dalğınlığını seyr etsəydiniz, görərdiniz ki, bu
mehriban adam gözünüzün qarĢısında dəyiĢilərək getdikcə ciddiləĢir, onun saçlarının ağarması
sayəsində əzəmətli görünən uca, sakit alnı dalğınlıqdan daha əzəmətli olurdu. Öz Ģəfəqini
saçmaqda davam edən bu mehribanlıqda, sanki, yüksək bir ideal var idi, siz qəlbinizdə elə bir
həyəcan hiss edirdiniz ki, sanki, gülümsəyən bir mələk qarĢınızda qanadlarını yavaĢ-yavaĢ
açaraq öz təbəssümü ilə sizin üzərinizə daim iĢıq saçır. YavaĢ-yavaĢ bütün varlığınıza
ifadəedilməz bir hörmət hissi hakim olurdu, qəlbinizə soxulurdu və siz hiss edirdiniz ki,
qarĢınızdakı adam qüvvətli, dünyagörmüĢ və hər Ģeyi bağıĢlayan simalardan biridir, bu cür
adamlarda fikir o qədər dərindir ki, o, mülayim olmaya bilməz.
Beləliklə, onun həyatının bütün günləri ibadətlə, kilsə ayinləri ilə, sədəqə paylamaq, məyus
qəlblərə təsəlli vermək, bağçada iĢləmək, qardaĢcasına mərhəmət, pəhrizkarlıq, qonaqpərəstlik,
fədakarlıq, Allaha yalvarmaq, elm və zəhmətlə keçirdi. Yepiskopun günü, doğrudan da, xeyirxah
fikirlər, iĢlər və sözlərlə dolu idi. Lakin axĢam yatmamıĢdan qabaq hər iki qadın öz otağına çıxıb
getdiyi zaman, yağıĢ olduğu üçün vaxtını iki-üç saat öz bağçasında keçirə bilməsəydi, gününü
tamam saymazdı. Sanki, yuxudan qabaq ulduzlu səmanın əzəmətli mənzərəsi qarĢısında fikrə
dalmaq onun üçün bir adət olmuĢdu. Bəzən hətta gecəyarısı, qarılar yata bilmədikləri zaman,
onun xiyabanlarda aramla gəzindiyini eĢidərdilər. Orada o, daxili aləminə dalmıĢ halda sakitcə
dolaĢar, öz-özü ilə tənha qalaraq, qəlbinin aydınlığını göylərin aydınlığı ilə müqayisə edərdi. Bu
zülmət içərisində görünən ulduzların gözə görünən cah-calalı ilə Tanrının gözə görünməyən cah-
calalından mütəəssir olan yepiskop qəlbini məchulluq aləmindən gələn fikirlərə açaraq dərin
düĢüncələrə dalardı. Belə anlarda, gecə çiçəklərinin ətri səmaya doğru yüksələn dəqiqələrdə o
qəlbən yüksələr, ulduzlu gecədə yandırılmıĢ çıraq kimi baĢdan ayağa qədər iĢıq saçdığı halda
kainatın hər Ģeyə nüfuz edən nuraniliyi qarĢısında, sanki, vəcddən əriyər və qəlbində nələr baĢ
verdiyini ola bilsin ki, özü də deyə bilməzdi; o, hiss edirdi ki, ondan nə isə ayrılır və ona nə isə
nazil olur. Ruhun sonsuzluğu ilə kainatın sonsuzluğu arasında gedən əsrarəngiz mübadilə. O,
böyük və haqq olan Allah haqqında, gələcəyin əbədiliyi – bu qəribə sirr haqqında, keçmiĢin
əbədiliyi – daha qəribə sirr haqqında, sonsuzluğun bütün dərinliyi və ölçüyə gəlməyən
müxtəlifliyi haqqında düĢünərdi. O, Tanrını öyrənmirdi, ona heyran olurdu. O, materiyaya forma
verən, qüvvənin mövcud olduğunu aĢkara çıxaran, onu cana gətirən, vəhdətdə xüsusiyyət,
məkanda tənasüb, sonsuzluqda dərinliyi yaradan və iĢıq vasitəsilə gözəllik doğuran atomların
qəribə toqquĢmaları haqqında düĢünərdi. Bu toqquĢmalar – bağlanma və açılmaların əbədi dövr
etməsidir, həyat və ölüm də buradan əmələ gəlir.
O, tənək sarmaĢan çürük köĢkə söykənmiĢ oturacaqda oturar və meyvə ağaclarının sısqa əyri
budaqları arasından ulduzlara baxardı. Ətrafı mərək və anbarlarla əhatə olunmuĢ bu bir çərək
desyatin torpaq onun üçün əziz idi və onu tamamilə təmin edirdi.
Çox az olan boĢ vaxtını gündüz bağçada çalıĢmağa və gecə ulduzları seyr etməyə sərf edən
qocaya daha nə lazım idi? Məgər tavanı göylərdən olan bu dar çəpərli yer Allaha ibadət etmək və
onun yaratdığının əzəməti qarĢısında heyran olmaq üçün kafi deyildimi? Doğrudan da, hər Ģey
bundan ibarət deyildimi? Daha nə arzu etmək olardı? Gəzinti üçün balaca bir bağça, xəyalat üçün
hüdudsuz bir aləm. Ayaqları altında əkilib, məhsulu toplanıla biləcək yer, baĢı üstündə
düĢünüləcək səma. Yerdə bir qədər çiçək, göydə isə bütün ulduzlar.
ON DÖRDÜNCÜ FƏSĠL.
Onun düĢündükləri.
Daha bir neçə söz.
Bütün bu təfsilat, xüsusilə bizim zəmanəmizdə, indi dəbdə olan təbirləri iĢlətsək, belə fikir oyada
bilər ki, Din Yepiskopu bir növ ―panteist‖ idi və əsrimizə xas olan subyektiv fəlsəfə
nəzəriyyələrindən birinə tərəfdar idi – bunun onun xeyrinəmi və ya zərərinəmi olması əlahiddə
bir məsələdir, – bu cür nəzəriyyələr bəzən tənha adamların qəlbində əmələ gələrək, müəyyən
Ģəkil alır və inkiĢaf edir ki, sonra orada dinin yerini tutsun. Buna görə də biz bütün qətiyyətlə
bildiririk ki, monsenyor Byenvenünü yaxından tanıyanlardan heç kəs onun barəsində belə bir
fikrə gələ bilməzdi. Bu adamın bilik mənbəyi onun qəlbi idi, onun hikməti də qəlbindən saçılan
nurla iĢıqlanırdı.
Nəzəriyyəsizlik – və iĢin çoxluğu. DolaĢıq fəlsəfədə səhvlər gizlənir, yepiskopun bir zamanlar
mücərrəd fikirlərin sirrinə dalmağa cürət etdiyini heç bir Ģey sübut etmirdi. Apostol cəsarətli ola
bilər, yepiskop isə cürətli olmalıdır. Görünür, monsenyor B’envenü yalnız böyük və qorxmaz
adamların həll edə biləcəyi bəzi məsələlərin çox dərinliyinə varmazdı. Sirrin qapısında
müqəddəs bir dəhĢət yaĢayır: bu qorxunc qapılar sizin üzünüzə açıqdır, lakin onun yanından
keçən yolçuya nə isə deyir ki, oraya girmək olmaz. Vay o adamın halına ki, oraya girmiĢ olsun!
Mücərrədlik dünyasının hüdudsuz dərinliklərinə dalan dahilər dinin ehkamlarından yüksəyə
qalxaraq, öz ideyalarını Tanrıya izah edirlər. Onların ibadəti cəsarətlə mübahisəyə çağırır,
onların sitayiĢi sualdır. Bu dinin heç bir vasitəçisi yoxdur, onun sıldırım yamaclarına
dırmaĢmağa cəhd edənlər təĢviĢ və məsuliyyət hissi duyurlar.
Ġnsan təfəkkürünün hüdudu yoxdur. O, cəsarət edib, öz korluğunu da tədqiq edir və öyrənir,
hətta, demək olar ki, o, öz parıltısı ilə, sanki, təbiətin özünü də kor edir. Bizi əhatə edən sirli
aləm aldığını bizə qaytarır və çox ehtimal ki, seyr edənlərin özlərini də seyr edənlər var. Hər
halda, yer üzündə insanlar var ki, (görəsən, onlar insandırlar?) uzaq xəyal üfüqlərində absolyut
yüksəkliklərini aydınca görürlər, gözə görünməyən dağın qorxunc Ģəkli onların gözü qarĢısında
dayanır. Monsenyor Byenvenü dahi deyildi, hətta Svedenborq və Paskal kimi böyük insanları
ağılsızlığa yuvarladan bu təfəkkür zirvələri onu qorxuda bilərdi. ġübhəsiz, bu əzəmətli xəyallar
da müəyyən dərəcədə mənəvi fayda verir, adamlar da məhz bu çətin yollarla ideal kamilliyinə
yaxınlaĢırlar. Din yepiskopu ən qısa bir yol seçmiĢdi ki, o da Ġncil idi.
O, öz geyimini Xızrın əbasına bənzətməyə çalıĢmırdı; o, baĢ verən hadisələrin dumanlı
gələcəyinə iĢıq salmağa cəhd etmirdi, kiçik iĢlərin iĢıldayan qığılcımlarını vahid bir alova