Birinci hissəyə aid-daşqınların su anbarlarında axının tənzimlənməsi və aşağı
byefə buraxılmasının ümumi sxemi R.H Məmmədov tərəfindən verilmişdir [2].
Yuxarıda qeyd edildiyi kimi, bizim tərəfimizdən çaylarda daşqınların idarə olun -
masının iki hissədən ibarət olan sxemini tərtib etmişik (şəkil 1).
Bu tədbirlərin görülməsi su təssərrüfatı sistemində Kür-Araz çaylarında daşqın
axınlarının idarə olunması sxemində aydın görünür (şəkil 1).
Çayların su anbarlarından aşağı (II hissə) daşqınların idarə olunması, aşağıdakı
tədbirlərin görülməsindən ibarət olunmalıdır:
1. Çayların subasar hissəsində mühafizə bəndlərinin tikilməsi, yenidən qurulması
və s. işlər;
2. Daşqınların idarə olunması üçün çaylarda hidrotexniki mühafizə qurğularının
tikilməsi (şəkil 2);
3. Çay meandrların (əyriliklərin) düzləndirilməsi;
4. Çaylarda yeni qolların yaradılması;
5. Köhnə çay axmazlarının bəzi hallarda yenidən bərpası;
6. Daşqınların mühafizəsi ilə əlaqədar çay qollarının iri sutullayıcılarının tikilməsi
ilə su axınlarının o biri suaxarlara, yaxud su hövzələrinə axıdılması;
7. Çaylarda məcra proseslərinin öyrənilməsi nəticəsində əsas mühafizə tədbir-
lərinin görülməsi sxemlərinin tərtib edilməsi və s;
8. Mövcud iri kanallara, kollektorlara daşqın axınının müəyyən bir hissəsinin
ötürülməsi;
9. Çayların və onun qollarının hidroloji rejimini öyrənərək böhran daşqın mak-
simal su sərflərinin təyin edilməsi;
10. Çayların məcrasının subasarla birlikdə suburaxma qabiliyyəti təyin edilməsi.
Qeyd edilən mərhələlər üzrə elmi-tədqiqat işlərinin aparılması nəticəsində la -
yihələrin əsaslandırılması üçün tövsiyələr hazırlanmalıdır.
Birinci növbədə, çayların və onun qollarının hidroloji rejimini öyrənərək böhran
daşqın maksimal su sərflərinin təyin edilməsi vacibdir.
R.İ.Səmədova görə [3] Azərbaycan ərazisində Kür çayının su rejiminin dəyişmə -
sinə görə şərti olaraq, çayı 3 (üç) hissəyə bölmək olar. Yuxarı axın (Gürcüstan
ərazisinin sərhədindən Şəmkir su anbarına qədər). Orta axın (Mingəçevir su an-
barından Kür çayının Araz çayı ilə qovuşan yerə qədər). Aşağı axını Kür Araz çay-
ları qovuşan yerdən Xəzər dənizinə qədər.
Kür çayında daşqına qarşı mühafizə tədbirləri görülməsində layihə hesabla-
malarında isə çay şərti olaraq 4 (dörd) hissəyə bölünməlidir. I hissə Gürcüstan-
Azərbaycan sərhəddindən Şəmkir su anbarına qədər, II hissə Kür çayının Mingəçevir
su anbarından Araz çayı ilə qovuşanadək, III hissə Kür-Araz çaylarının bir-
ləşməsindən mənsəbədək (Mayak hidroməntəqəsinədək). IV hissə Kür çayının
deltası (Mayak-1 h/m-dən Bala Kür və s. qollara ayrılmasını nəzərə alaraq) Xəzər
dənizinə tökülənədək.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Qənbərov E.S. Çaylarda daşqın sularının
idarə olunması
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
34
Uzunmüddətli hidroloji hesablamalar və araşdırmalar göstərir ki, mühafizə
qurğularının tikilməsində 1% təminatlı maksimal su sərfləri Mingəçevir su anbarın-
dan aşağı axarda Salyan-Neftçala ərazisində Q
max1%
=2700 m
3
/san-dən az olma-
malıdır. Kür çayı Mingəçevir su anbarından Kür çayının Arazla qovuşan yerədək
Q
max1%
=1900 m
3
/san (Kür çayının qollarının daşqın sularını da nəzərə alaraq).
Araz çayının Kür çayına qovuşan yerədək Q
max1%
=800 m
3
/san Həqiqətən, Araz
çayında Novruzlu hidroməntəqəsinin ölçülərində 05.05.2003-cü ildə
Q
max
=802 m
3
/san olmuşdur.
Kür-Araz çaylarının böhran daşqın su axınlarının maksimal su sərflərinin təyin
edildikdən sonra mövcud mühafizə bəndlərinin vəziyyətinə uyğun olaraq çay hər
Qənbərov E.S. Çaylarda daşqın sularının
idarə olunması
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
35
Şəkil 1.Kür-Araz su təsərrüfatı sistemində çay daşqınlarının idarəolunması
sxemi
1.Mingəçevir su anbarı; 2.Araz su anbarı; 3.Yuxarı Qarabağ kanalı; 4.Yuxarı Şirvan kanalı; 5.Mil-
Qarabağ kollektoru; 6.Baş Mil-Muğan kollektoru; 7.Mühafizə bəndləri; 8,9,10,11,12 – Əlicançay,
Tüyançay, Göyçay, Türyançay-Göyçay, Ağsu-Girdimançay müvafiq olaraq iri sutullayıcıları; 13.Mil-
Muğan hidroqovşağı; 14.Bəhrəmtəpə hidroqovşağı; 15.Çayda təhlükəli yürlər (A,B,J,D,Y,F,E,Ş,K,L,
M,N,İ,P); 16.Subasan sahələr; 17.Baş Şirvan kollektoru; 18.Kollektor sutullayıcıları
bir səciyyəvi məntəqələrdə məcralarının subasarla birlikdə suburaxma qabiliyyətini
təyin etmək vacibdir.
Xüsusi qeyd etməliyik ki, çayların suburaxma qabiliyyətinin təyin edilməsində
məcra proseslərini nəzərə alaraq axının məcradan subasara çıxan hissəsində kine-
matik effekt göstəricisini nəzərə almaq vacibdir [1,4].
Beləliklə, hesablamalar apararaq çayların suburaxma qabiliyyətini təyin edərək
daşqından mühafizə tədbirlərinin görülməsində və layihələrin səmərəli tərtib
edilməsində istifadə etmək olar.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Qənbərov E.S. Çaylarda daşqın sularının
idarə olunması
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
36
Şəkil 2. Çaylarda hidrotexniki mühafizə qurğuları.
1-daşqından mühafizə bəndi;
A sahilmühafizə qurğuları;
Sahilqoruyucu qurğular (məcratənzimləyici qurğular);
2-məcra sahilqoruyucu bənd (uzun şporlar, mahmızlar);
3-köndələn sahilqoruyucu bənd (qısa şporlar, mahmızlar); Sahilbərkitmə qurğular
Sahilmühafizə tədbirləri (2,3,4,5);
4-sahilbərkitmə divarı (SBD);
5-sahilbərkitmə bəndi (SBB);
6-travers;
7-axınyönəldən damba (əyrixətli damba);
B daşqından mühafizə tədbirləri (1)
Çaylarda hidrotexniki mühafizə qurğuları
Dostları ilə paylaş: |