31
3/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Salmanov M.Ə., Ənsərova A.H. Arpaçay su anbarının
sanitar-hidrobioloji və mikrobioloji cəhətdən...
inkişafı üçün su hövzələrində kifayət qədər (qatılıqda) üzvi maddələr, sulfat-sulfit
birləşmələri və oksigen çatışmamazlığı gərəkdir. Olduqca yaxşı haldır ki, Arpaçay
su anbarında göstərilən şərt-şəraitlər yetərincə deyil və ona görə də hövzədə sul-
fatlaşdırıcı bakteriyalar geniş yayılmamışdır: sularda onların sayı 3-6/ml, lil-qruntda
isə 55-60/q-dan artıq deyildir.
Arpaçay su anbarının suyundan aşağı byefdə, suvarmadan başqa əhali tərəfindən
məişətdə də istifadə edilməsi ilə əlaqədar olaraq suların sanitar-gigiyenik baxımdan
qiymətləndirilməsində əsas göstəricilərdən biri kimi koli qrup bakteriyaların sayca
yayılması xüsusi öyrənilmişdir. Məlumdur ki, sularda koli-enteroqrup bakteriyalar
fekal çirklənmənin sayəsində yayılır [4]. Arpaçay su anbarında başa çatdırılan
tədqiqatlardan aydın olmuşdur ki, bu bakteriyalar qış fəslində suda və lil-qrunt nü-
munələrində qeyd edilməmişdir.
Maraqlıdır ki, koli qrup bakteriyaların sayca, yay fəslinə nisbətən yaz və payızda,
yağıntılı dövrdə 15-20 dəfə çox olması müəyyən olunur. Yazda su anbarında koli
qrup bakteriyaların sayı 19-36, yayda 2-6, payızda isə 36-73/ml-ə bərabər olmuş-
dur.
Çox güman ki, koli qrup bakteriyaların Arpaçay su anbarında yaz və payız ay-
larında nisbətən çoxalması, yuxarıda göstərildiyi kimi, yağıntı-ərinti suları ilə
hövzəyə axıdılan terrigen hissəciklərin, torpaq çöküntülərinin hesabına baş verir.
Bakterioplankton və hidroflora üçün ən əlverişli dövr sayılan yay fəslində, yağıntı
az olan aylarda koli qrup bakteriyaların sayı kəskin dərəcədə azalır və əsasən allox-
ton xarakterli sayıla bilər.
Nəticə kimi qeyd etmək olar ki, Arpaçay su anbarı trofik baxımdan mezatrof,
sanitar-hidrobioloji cəhətdən mezosaprob, üzvi maddələr balansına görə oliqotrof
su hövzələrinə aid oluna bilər. Hövzə yerləşən ərazilərdə antropogen mənşəli çirk-
ləndirici mənbələr olmadığına görə su anbarında oksigen, duz, hidrokimyəvi rejimlər
il boyu tənzimlənmiş və ekoloji baxımdan sabit vəziyyətdədir.
Nəticə
Araz çayı hövzəsinə aid olan Ermənistan Respublikası ərazisi ilə əlaqəli çaylar
içərisində Qərbi Arpaçayın ekoloji-mikrobioloji vəziyyəti sanitar-hidrobioloji
baxımdan sabitdir. Arpaçay hövzəsinin həm Ermənistana və həm də Azərbaycana
(Naxçıvan MR) aid ərazilərində iri yaşayış məntəqələri, sənaye sahələri olmadığına
görə su anbarında toplanan sular oliqo-mezosaprob tipə uyğun gəlir. Arpaçay su an-
barının aşağı byefində antropogen təsirlər sayəsində suyun fiziki-kimyəvi xassələri
dəyişməsə, həmin sular suvarmada, emal təsərrüfatlarında istifadəyə yararlı sayıla
bilər.
32
3/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Salmanov M.Ə., Ənsərova A.H. Arpaçay su anbarının
sanitar-hidrobioloji və mikrobioloji cəhətdən...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Ədəbiyyat siyahısı:
1. Винберг Г.Г. К вопросу о балансе органического вещества в водоемах. Тр. Лим-
нол. ст. в Косине. 1934, вып, 18, с. 5-24
2. Винберг Г.Г. Первичная продукция водоемов. Минск, Высш. школа, 1960, 329
с.
3. Виноградский С.Н. Микробиология почвы. М., 1952, 792 с.
4. Драчев С.Н. Борьба с загрязнением рек, озер и водохранилищ промышленными
и бытовыми стоками. Л., 1964, 274 с.
5. Кузнецов С.И. Микробиологическая характеристика распада органических ве-
ществ в иловых отложениях. Тр. лаб. сапрополевых отложений. 1950, вып. 4,
с. 15-28.
6. Кузнецов С.И. Роль микроорганизмов в круговороте веществ в озерах. М., Изд-
во АН СССР, 1952, 300 с.
7. Кузнецов С.И. Микрофлора озер и ее геохимическая деятельность. Л., «Наука»,
1970, 440 с.
8. Мамедова В.Ф. Современное микробиологическое и санитарно-гидробиоло-
гическое состояние Шамкирского водохранилища. Автореф. дисс. к.б.н. Баку,
2005, 22 с.
9. Манафова А.А. Фитопланктон, его продукция, деструкция органического ве-
щества и микробиологический режим Мингячевинского и Варваринского во-
дохранилища. Автореф. дисс. к.б.н. Баку, 1994, 26 с.
10. Разумов А.С. Прямой метод учета бактерий в воде. Сравнение его с методом
Коха. Микробиология, 1932, т. 1, с. 131-146.
11.Разумов А.С. Взаимоотношение между сапрофитными бактериями и планкто-
ном в водоемах. Вопр. санит. бактериол. 1948, с. 30-43.
12. Родина А.Г. Местонахождение азотобактера в пресных водоемах. Докл. АН
СССР, 1939, т. 25, № 3, с. 448-450.
13. Родина А.Г. Методы водной микробиологии. М., «Наука», 1965, 364 с.
14. Романенко В.И., Кузнецов С.И. Экология микроорганизмов пресных водоемов
(Лабор. руководство). Л., 1974, 194 с.
15. Романенко В.И. Микробиологические процессы продукции и деструкции ор-
ганического вещества во внутренних водоемах. Л., «Наука», 1985, 295 с.
16. Салманов М.А. Роль микрофлоры и фитопланктона в продукционных процес-
сах водоемов. М., «Наука», 1987, 216 с.
17. Салманов М.А., Гусейнов А.Т. Первичная продукция фитопланктона Кызы-
лагачского залива Каспийского моря. Мат. междун. конф. Ярославль, 2004, с.
84-85.
18. Сорокин Ю.И. Вопросы методики отбора проб воды в водной микробиологии.
Океанология, 1959, т. 11, с. 188-197.
UOT.556.18.626/627
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
33
Giriş
Azərbaycanda təbii fəlakətlərdən biri daşqınlardır. Daşqın suları ən çox Kür-Araz
ovalığında, Kür və Araz çaylarının aşağı axarlarında baş verir. Şiddətli daşqın
nəticəsində çay sahilləri boyunca inşa edilmiş mühafizə bəndləri bəzi yerlərdə
dağılır, yaşayış məntəqələri və ərazini su basır. Əhalinin su təchizatı pisləşir, yeraltı
suların səviyyəsi qalxır, torpaqlar yararsız hala düşür və s. ekoloji təhlükəli vəziyyət
yaranır.
Mingəçevir, Şəmkir, Yenikənd, Varvara su anbarlarının kaskad su rejiminin tən -
zimlənməsi mövcuddur. Lakin Kür çayının qolları (Əlicançay, Türyançay, Göyçay,
Ağsuçay-Girdimançay və Araz çayının Kür çayı ilə birləşməsi yerindən aşağı zona -
larda daşqın axınları təhlükəli vəziyyəti yaradır. 2003-cü və 2010-cu illərdə təhlükəli
daşqınlar baş vermişdir.
Tədqiqatın materialları və şərhi
Qeyd etməliyik ki, çaylarda daşqınların idarə olunması üçün kompleks tədbir-
lərdən ibarət olan işlərin görülməsi vacibdir:
1. Daşqınların idarə olunması – su anbarları vasitəsilə axının rejiminin tənzim-
lənməsi;
2. Su anbarlarında axının tənzimlənməsi ilə birlikdə yəni, suyun aşağı byefinə
buraxılmasından sonra, çayların aşağı axarlarında daşqınların idarə olunması vacib-
dir.
(Səh. 33-37)
ÇAYLARDA DAŞQIN SULARININ
İDARƏ OLUNMASI
Qənbərov E.S.
Аzərbaycan Еlmi-Тədqiqat Su Problemləri İnstitutu, Bakı şəhəri,
e.qanbarov@mail.ru
Abstract. One of the disasters considers the flood. As a result of strong flood the
built safety ties are destroyed along river banks in some places, the accommodations
and place are waterlogged. It makes ecological dangerous situation such as popula-
tion’s water supply is getting worse , the level of the underground water is rising,
the lands are getting useless etc. The recommendations have been given about doing
complex issues and controlling of river flood in water industry of Kur-Araz.
Açar sözlər: çay, daşqınların idarə olunması, hidrotexniki mühafizə qurğuları,
maksimal su sərfləri, çayların suburaxma qabiliyyəti.
Dostları ilə paylaş: |