SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
ƏMƏKDAŞLIQ
3/2016
20
n İyulun 6-dan 26-dək Çin Xalq Respublikasında “Çinin inkişaf təcrübəsi”
mövzusunda seminar keçirilmişdir. Seminarda iştirak etmək üçün “Azərsu”
ASC-nin əməkdaşları Çin Xalq Respublikasında səfərdə olmuşlar.
"Azərsu" ASC-nin əməkdaşları
Çində keçirilmiş seminarda iştirak ediblər
Çin Kommersiya Nazirliyinin təşkil
etdiyi seminar inkişaf etməkdə olan
ölkələrin Çinin inkişaf təcrübəsi haq -
qında məlumatlandırılması və ölkələr
üzrə qabaqcıl təc rübələrin müzakirəsi
məqsədi ilə keçiril mişdir.
Bundan başqa, qədim İpək Yolu
üzərində yerləşən ölkələrin iqtisadi
əlaqələrinin genişlənməsi mövzularında
fikir mübadiləsi aparılmışdır.
Ümumilikdə 14 ölkəni təmsil edən
seminar iştirakçıları arasında “Azərsu”
ASC ilə yanaşı, Azərbaycan Respub-
likasının Prezidenti yanında Vətən-
daşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentli yinin və “Azərbay-
can Dəmir Yolları” QSC-nin əmək-
daşları olmuşlar.
Seminar çərçivəsində iştirakçılar pay-
taxt Pekinlə yanaşı, Sian və Çendu
şəhərlərində də olmuşlar.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
LAYİHƏLƏR
3/2016
21
Yeni su təchizatı sisteminin açılış mərasi-
mində çıxış edən Quba rayon icra ha ki -
miyyəti başçısının müavini Nəsrulla Və liyev
“Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na
uyğun olaraq bölgələrdə genişmiqyaslı in-
frastruktur layihələrinin həyata keçirildiyini
bildirmiş, ölkə rəhbərliyinin kəndlərin
içməli su təchizatının yaxşılaşdırılmasını
daim diqqətdə saxladığını vurğulamışdır:
“Son illər bölgələrdə həyata keçirilən su,
təbii qaz, yol layihələri regionların inki -
şafına böyük təkan vermiş və əhalinin sosial
vəziyyətinin yaxşılaşmasına səbəb olmuş-
dur. Bu istiqamətdə əhalinin içməli su
təchizatının yaxşılaşdırılması ilə bağlı
görülən işlər xüsusi qiymətləndirilməlidir.
Qəçrəşdə istismara verilən su təchizatı sis-
temləri kən din sosial inkişafına böyük töh-
fədir".
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal”
MMC-nin direktorunun birinci müavini Vəli
Həsənov bildirmişdir ki, regionların sosial-
iqtisadi inkişafı dövlət Proqramlarına uyğun
olaraq regionlarda 43 şəhər və rayon
mərkəzində su layihələrinin icrasına başlan-
mış və artıq 23 şəhərdə işlər başa çat-
dırılmışdır. 2016-cı ildə daha 7 rayon
mər kəzində su layihələrinin icrası yekun-
laşacaq, eyni zamanda Ağcabədi və Qazax
şəhərlərində işlərə başlanılması nəzərdə tu-
tulur. “Azərsu” ASC rayon mərkəzləri ilə
Quba rayonunun Qəçrəş kəndinin içməli su
təchizatı yaxşılaşdırılıb
n “Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda rayon mərkəzləri ilə yanaşı, kənd
və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam
etdirir. Belə layihələrdən biri də Quba rayonunun Qəçrəş kəndində uğurla başa çat-
dırılmışdır.
yanaşı içməli sudan əziyyət çəkən kəndlərdə
də təxirəsalınmaz tədbirlər görür: “Möh -
tərəm Prezident İlham Əliyevin res pub -
likanın hər bir şəhər və kəndinin keyfiyyətli
içməli su ilə təmin edilməsi barədə
tapşırıqlarına uyğun olaraq genişmiqyaslı
işlər həyata keçirilir. 2013-cü ildə Quba
şəhərinin su təchizatı və kanalizasiya sistem-
lərinin yenidən qurulması layihəsi uğurla
başa çatdırılıb.
Bu gün açılışını etdiyimiz su təchizatı
sistemləri turizm zonası kimi tanınan Qəçrəş
kəndinin inkişafına müsbət təsirini göstərə -
cəkdir. “Azərsu” ASC hazırda Masallı ray-
onunun Muğan bölgəsində yerləşən 5
kəndinin, Yardımlı, Ağsu, İsmayıllı rayon-
larının sudan əziyyət çəkən kəndlərində,
həmçinin Biləsuvar rayonu və Taxtakörpü
ərazisində məskunlaşan məcburi köçkün-
lərin su təchizatının yaxşılaşdırılması məq -
sədilə layihələr icra edir”.
Açılış mərasimində çıxış edən sakinlər
kəndin ən böyük qayğılarından olan içməli
su məsələsinin həllinə göstərdiyi diqqət və
qayğıya görə ölkə rəhbərliyinə, “Azərsu”
ASC-nin kollektivinə minnətdarlıqlarını
bildirmişlər.
Quba rayonunun Qəçrəş kəndində icra
olunan layihə çərçivəsində mövcud magis-
tral kəmərin 4,4 km-lik hissəsi yenidən qu-
rulmuş, kəndin yüksəklikdə yerləşən
hissəsində ümumi tutumu 600 kubmetr olam
2 su anbarı tikilmiş, kənd daxilində poli-
etilen borularla 2 km uzunluğunda paylayıcı
şəbəkə yaradılmışdır. Hazırda paylayıcı
şəbəkədən evlərə çıxışların və birləşmələrin
verilməsi işləri həyata keçirilir. Layihənin
icrası nəticəsində Qəçrəş kəndinin yüksək-
likdə yerləşən hissəsində yaşayan 1250
sakininin içməli su problemi öz həllini tap-
mışdır.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Quba rayonunun Qəçrəş kəndinin
içməli su təchizatı yaxşılaşdırılıb
LAYİHƏLƏR
3/2016
22
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
LAYİHƏLƏR
3/2016
23
“Qobustan şəhərinin su təchizatı və
kanalizasiya sistemlərininin yenidən qurul-
ması” layihəsi 2030-ci ilə qədər perspektiv
inkişaf nəzərə alınmaqla Qobustan şəhərində
11,7 min nəfərin içməli su təchizatının və
kanalizasiya xidmətlərindən istifadəsinin
yaxşılaşdırılmasına hesablanmışdır. Layihə
çərçivəsində Qobustan rayonunun Təsi,
Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də
içməli su veriləcəkdir. Ümumilikdə layi-
hədən 14 minədək sakin faydalanacaqdır.
İnşasına 2015-ci ilin may ayının 10-da
başlanan layihə çərçivəsində 6 ədəd sub-
artezian quyusu qazılmış, ümumi uzunluğu
1055 metr olan quyulararası xəttin 550 metr-
lik, 7,2 km magistral xəttin isə 6,9 km
hissəsində işlər başa çatmışdır, Daşarası və
Nərimankənd kəndlərində ümumi tutumu
2000 kubmetr olan 4 su anbarında isə tikinti
işləri davam etirilir.
Şəhər üzrə layihələndirilmiş 61,4 km
içməli su şəbəkəsinin 37 km-lik hissəsində
işlər başa çatdırılmış, 850 yaxın evə birləş -
mə verilmişdir. Eyni zamanda 59,2 km
kanalizasiya şəbəkəsinin 46,8 km-lik hissə -
sində işlər yekunlaşmış, şəbəkə üzərində
1060 ədəd kanalizasiya baxış quyusu inşa
edilmiş, 1653 ünvana birləşmə verilmişdir.
Qobustan şəhərində tullantı sularının
təmiz lənib zərərsizləşdirməsi şəhərin kə-
narında inşa ediləcək və məhsuldarlığı
sutkada 2500 kubmetr olan tullantı sutəmiz -
ləyici qurğusunda həyata keçiriləcəkdir.
Qeyd edək ki, Azərbaycan hökuməti və
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agent -
liyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhər-
lərdə su təchizatı və kanalizasiya layihəsi”
çərçivəsində Qobustan şəhəri ilə yanaşı,
Naftalan, Xaçmaz, Xızı, Qusar şəhərlərinin
su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması nəzərdə tutulur. Naftalan
şəhərində su və kanalizasiya şəbəkələrinin
tikintisi başa çatıb, tullantı sutəmizləyici
qurğusunun inşasına hazırlıq gedir, Qusarda
su və kanalizasiya sistemlərinin tikintisi üzrə
işlər yekunlaşmaq ərəfəsindədir, Xaçmaz və
Xızıda isə içməli su və kanalizasiya sistem-
lərinin inşası işləri davam etdirilir.
Qobustan şəhərində içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması
layihəsinin icrası uğurla davam etdirilir
n “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-
iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində
içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin
icrasını davam etdirir. Azərbaycan hökuməti vəYaponiya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya
layihəsi” çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistem-
lərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə
yetirilmişdir.
Dostları ilə paylaş: |