Bu gün biz artıq bu layihəni başa çat-
dırdıq. Artıq Qusar şəhərinə keyfiyyətli,
təmiz, Dünya Səhiyyə Təşkilatının standart-
larına tam uyğun su verilir. Bununla bərabər,
Qusar rayonunun yeddi və Quba rayonunun
üç kəndinə də bu mənbədən su veriləcək. Bu
problem də Qusarda artıq tarixdə qaldı.
Digər problemlər və qarşıda duran bütün
vəzifələr icra edilir.
Qusar rayonunun sosial-iqtisadi inkişafı
sürətlə gedir. Mən bu məsələləri daim diqqət
mərkəzində saxlayıram. Bugünkü səfər
mənim Qusara sayca 12-ci səfərimdir.
Demək olar ki, son 13 il ərzində hər il
Qusara gəlirəm, vəziyyətlə tanış oluram və
buradakı problemlərin həlli üçün göstərişlər
verilir.
Bu gün Qusar-İmamqulukənd-Quxuroba
yolunun açılışını qeyd etdik. Bu, Qusar ra -
yonunda icra edilən sayca dördüncü böyük
kənd yolu layihəsidir. Bu layihələr artıq
kəndlərin əksəriyyətini əhatə edir. Mənə ve -
rilən məlumata görə, Qusarda uzunluğu 98
kilometr olan kənd yolu layihələri icra
edilib. Bu da, əlbəttə, həm insanların ra-
hatlığına, həm də rayonun inkişafına xidmət
göstərir. Çünki yol olmasa, inkişafdan söh-
bət gedə bilməz.
Gələcəkdə yəqin ki, kənd yolları ilə bağlı
yeni layihələr icra ediləcək. Bununla bəra -
bər, qazlaşdırma prosesi gedir. Ev təsərrüfat-
larının 68 faizi qazlaşdırılıb. Elektrik enerjisi
məsələləri həll olunur. Burada iki elektrik
stansiyası fəaliyyət göstərir: “Şahdağ” stan-
siyası Qusar və Quba rayonlarının sər -
hədində yerləşir. “Xaçmaz” elektrik
stan siyası bütün bu zonanın enerji təminatını
təşkil edir.
İndi də içməli su layihəsi həllini tapıb.
Beləliklə, əsas infrastruktur layihələrinə
gəldikdə onların demək olar ki, hamısı öz
həllini tapıb: elektrik enerjisi, qazlaşdırma,
içməli su, kənd yolları, sosial layihələr icra
edilib. Bu gün Hil kəndində böyük məktəbin
açılışını qeyd etmişik. Bu, yüksək standart-
lara cavab verən bir məktəbdir. Əvvəlki
səfərlərimin birində biz mərkəzi rayon
xəstəxanasının açılışını qeyd etmişdik.
Çünki burada ümumiyyətlə, rayon xəstə -
xanası mövcud deyildi və o, tam yeni bir
layihə idi.
Gələcək planlarımız da, əlbəttə, ona
Qusarın içməli su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsi başa çatıb
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
3/2016
15
yönəlib ki, Qusar rayonunun və ümu-
miyyətlə, şimal zonasının inkişafı təmin
edilsin, dayanıqlı olsun. Burada kənd təsər-
rüfatı layihələri icra edilir və gələcəkdə daha
çox layihələr icra olunmalıdır. Müvafiq
göstərişlər verilib. Həm daxili tələbatı
ödəmək, həm də xaricə məhsullarımızı sat-
maq üçün bu layihələr çox böyük əhəmiyyət
daşıyır.
Əlbəttə ki, Qusar rayonunun böyük tur-
izm potensialı var. Bu barədə mən hələ ilk
səfərlərimdə öz fikirlərimi bildirmişdim.
Qeyd etmişdim ki, biz Qusarı beynəlxalq
turizm mərkəzinə çevirməliyik - nəinki ölkə
miqyasında, beynəlxalq miqyasda. Biz artıq
buna nail oluruq. “Şahdağ” Turizm Mərkəzi
bu gün dünya miqyasında öz gözəlliyi, ra-
hatlığı, yaradılmış şəraiti ilə fərqlənir.
Yadımdadır, ilk dəfə o yerlərdə olanda,
orada heç nə yox idi - heç bir infrastruktur,
yol, işıq, qaz, su, çılpaq dağlar idi. İndi isə
dünya səviyyəli beynəlxalq kurort yaradılıb,
5 otel fəaliyyət göstərir, minlərlə rayon
sakini işlə təmin edilib və hər il buraya 10
minlərlə turist gəlir, həm ölkə daxilindən,
həm də xaricdən. İnsanlara şərait yaratmışıq.
Azərbaycanda, ümumiyyətlə, heç vaxt dağ
xizəyi kurortu olmamışdır. Biz bunu yarat-
mışıq və bu gün vəzifə ondan ibarətdir ki, bu
kurort zonası yay mövsümündə də tam gücü
ilə işləsin. Mənə verilən məlumata görə, bu
ilin yayında Qusara gələn turistlərin sayı
artıb və əslində bu mərkəz il boyu fəaliyyət
göstərməlidir. Çünki Azərbaycana gələnlərin
sayı getdikcə artır. Ölkə vətəndaşları daha
çox Azərbaycanda dincəlməyə üstünlük
verirlər. Çünki indi bizim gözəl imkan-
larımız – gözəl otellər, istirahət zonaları, yol-
lar var. Biz bu gün Qusar- İmam qulukənd-
Quxuroba yolunun açılışını etdik. Bu,
sadəcə olaraq, kəndləri birləşdirən layihə
deyil. Bu, ümumiyyətlə magistral yola çıxış
deməkdir. Bakıya gedən yolun məsafəsi
qısalır, Xaçmazla çox gözəl əlaqə yaradılır.
Biz bu məsələlərə belə yanaşırıq. İlk
növbədə, inkişaf üçün lazım olan infrastruk-
tur layihələrini icra edirik. Şimal zonasında
bu layihələrə milyardlarla manat vəsait
ayrılıb. Bu layihələrin böyük əksəriyyəti
sosial xarakter daşıyır. İçməli su layihəsi sırf
sosial məna daşıyan bir layihədir. Bizdə su
tarifləri çox aşağı səviyyədədir və oradan
gələn gəlirlə qoyulmuş vəsaiti qaytarmaq
mümkün deyil. Bəlkə də 50 il lazım ola-
caqdır.
Qazlaşdırma da həmçinin. Bizdə qazın
daxildəki qiyməti dünya qiyməti ilə müqa -
yisədə təqribən 8-10 dəfə aşağıdır. Qonşu
ölkələrlə, Cənubi Qafqazda yerləşən digər
ölkələrlə müqayisədə 5 dəfə aşağıdır. Yəni,
qazlaşdırma layihələri də sosial xarakter
daşıyır.
Kənd yollarının tikintisinə yatırılan və-
sait də qayıdan vəsait deyil. O, müəssisəyə
yatırılan vəsait deyil. Bunu nəyə görə edirik?
İnsanlar üçün, inkişaf üçün. Əsas vəzifələr
bunlardır - regional inkişaf, insanların
yaşayış səviyyəsinin yaxşılaşdırılması. Son
illərdə Qusar rayonunda görülən işlər onu
bir daha göstərir ki, biz düzgün yoldayıq.
Çünki siz Qusar rayonunun sakinləri bunu
hamıdan yaxşı bilirsiniz, əvvəlki vəziyyəti
də xatırlayırsınız, bugünkü vəziyyət də göz
oxşayır. Qusar inkişaf edən, gözəl, abad ra -
yona çevrilib. Yeni iş yerləri açılır, yeni
imkanlar yaranır. Həm sosial layihələrə, həm
də infrastruktur layihələrinə dövlət xətti ilə
investisiya qoyuluşu davam etdiriləcək. Biz
indi özəl sektordan daha böyük fəallıq göz -
ləyirik. Çünki özəl sektorda çalışan həm
yerli, həm də başqa ölkələrdən gələn iş
adamları gərək daha da fəal işləsinlər. Onlar
yaradılan bu şəraitdən maksimum dərəcədə
səmərəli istifadə etməlidirlər. Çünki bizdəki
şərait deyə bilərəm ki, az ölkələrdə mü -
şahidə olunur. Bizdə olan sabitlik inkişaf
üçün, biznes üçün əsas şərtdir. İnfrastruktur
layihələri, biznesə dövlət dəstəyi. Bu gün
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Qusarın içməli su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsi başa çatıb
RƏSMİ
3/2016
16
Dostları ilə paylaş: |