Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən
çəkilmiş yeni içməli su xəttinin açılışı olub
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
3/2016
11
burada həll oluna bilərsə həll olunsun. Bu-
rada həll olunmayan məsələlər mərkəzi icra
orqanları tərəfindən həll olunmalıdır. Yəni,
Salyan rayonunun inkişafı üçün bütün lazımi
tədbirlər görülür.
Əminəm ki, gələcəkdə burada sənayenin
inkişafı sürətlə getməlidir. Mən göstəriş ver-
mişəm hər bir rayonda sənaye zonaları
yaradılsın ki, həm iş yerləri açılsın, həm də
yerli istehsal artsın. Emal müəssisələri
yaradılmalıdır, xüsusilə kənd təsərrüfatına
daha da böyük diqqət göstərilməlidir və
daha çox rayonun iqliminə, torpağına, şərai -
tinə uyğun bitkilər yetişdirilməlidir. İndi
bütün təhlillər aparılır, təkliflər hazırlanır.
Əminəm ki, yaxın gələcəkdə biz gözəl
nəticələri görəcəyik.
Pambıqçılıq Salyanda bu il inkişaf edir.
Misal üçün, keçən il 400 hektarda pambıq
əkilmişdisə, bu il 2 min hektarda əkilibdir,
yəni, beş dəfə çox. Proqram üzrə gələn il 7
min hektar sahədə pambıq əkiləcək. Ondan
sonra daha da çox. Bu, əlbəttə ki, insanlara
əlavə maddi imkan yaradacaq, həm məşğul-
luğu artıracaq, həm də ümumi işimizə bir
töhfədir. İndi bizim neft gəlirlərimiz azalıb.
Bu, reallıqdır. Neftin qiyməti 3-4 dəfə aşağı
düşəndə, bizim valyuta gəlirlərimiz də 3-4
dəfə aşağı düşür.
Düzdür, bu gün Azərbaycan bu böhrana
davam gətirə bilir. Deyə bilərəm ki, neft
hasil edən ölkələrin vəziyyətinə baxsaq
görərik ki, Azərbaycan ən yaxşı vəziyyət-
dədir. Ancaq bununla bərabər, bizə valyuta
gətirən ixrac məhsulları lazımdır. Kənd
təsərrüfatı məhsulları arasında bu bölgə
üçün ən məqbul sahələrdən biri də pam-
bıqçılıqdır.
1970-ci illərdə pambıqçılıqda işləyən in-
sanlar yaxşı dolanıblar, yaxşı pul qazanıblar,
evlər tikiblər. Pambıqçılıq indiki mərhələdə
də insanlar üçün yeni imkanlar yaradacaq.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən
çəkilmiş yeni içməli su xəttinin açılışı olub
RƏSMİ
3/2016
12
İnsanların məşğulluğu məsələləri daim
diqqət mərkəzində olmalıdır. Biz son 13 il
ərzində 1 milyon 300 min yeni iş yeri yarat-
mışıq. Ancaq bu, daimi proses olmalıdır.
Çünki əhali artır, tələbat artır, istehlak artır.
Ona görə yeni fabriklər, zavodlar, emal
müəssisələri yaradılmalıdır. Hər bir rayon və
rayon rəhbərliyi çalışmalıdır ki, öz rayonuna
investisiyalar cəlb etsin. İnfrastruktur və
sosial infrastruktur layihələrinə dövlət xətti
ilə investisiyalar qoyulur və qoyulacaq. Eyni
zamanda, kənd təsərrüfatının inkişafı üçün
gübrəyə, yanacağa subsidiyalar verilir. Tor-
paq vergisi istisna olmaqla kəndlilər bütün
vergilərdən azaddır. Onlara aqrolizinq yolu
ilə texnika verilir. İndi ölkəmizə bir neçə 100
milyon dollar dəyərində yeni texnika gətirilir
ki, kəndlilərə verilsin, onlar torpağı əkib-
becərsinlər. Dövlət bu istiqamətdə də öz
dəstəyini əsirgəmir.
Yerli icra orqanları isə çalışmalıdırlar ki,
öz rayonlarına yerli və xarici özəl sərmayə
gətirsinlər. Xaricə getmək, orada investorları
inandırmaq lazımdır ki, sərmayə qoysunlar.
Azərbaycanda kifayət qədər böyük firmalar,
şirkətlər var. Onları maraqlandırmaq
lazımdır. İndi yerli icra orqanlarının işi bun-
dan ibarətdir. Çünki bir daha demək
istəyirəm ki, əsas infrastruktur layihələrinin
icrası dövlətin məsuliyyətidir. Bu layihəyə
dövlət böyük vəsait ayırıb. Biz son illər
ərzində su layihələrinə milyardlarla manat
vəsait ayırırıq. Bu layihələr gəlir gətirmir,
sırf sosial məna daşıyır. Bir çox ölkələr var
ki, pul xərcləməmək üçün bu layihələri icra
etmirlər. Buna vəsait xərcləmək istəmirlər,
qənaət edirlər. Biz isə sosial layihələri icra
edirik. Çünki bu, insanlara lazımdır. Biz bu
işləri insanlar üçün yaradırıq, qururuq,
ölkəmizi inkişaf etdiririk.
Ona görə, yerli icra orqanları da gərək
çalışsınlar ki, onların rəhbərlik etdikləri ra -
yonlarda işlər daha sürətlə getsin. Rayonlar
arasında çox sağlam rəqabət olmalıdır.
Rayon rəhbərliyinə qiymət bu nəticəyə görə
veriləcək. Əlbəttə ki, rayonun fəalları,
ziyalılar, bütün ictimaiyyət bu işlərdə həmişə
olduğu kimi, fəal olmalı və ümumi işimizə
töhfə verməlidirlər.
Sizi bu gözəl hadisə münasibətilə bir
daha təbrik edirəm. Bu, əlamətdar, tarixi bir
gündür. Bu günü biz bir yerdə qeyd edirik.
***
Rayon sakini Səlimağa Səlimli: Möhtə -
rəm cənab Prezidentimiz. Bu gün içməli su
layihəsinin istifadəyə verilməsi bizdə böyük
fəxr, qürur hissi yaradır. Uzun illər boyu
Salyan şəhərinin əhalisi içməli su sarıdan
çox əziyyət çəkiblər, lilli sudan istifadə edib -
lər ki, o da gündə 2 saat verilib. Əhali
məcbur olub həmin lilli suyu xüsusi daşlarda
süzərək istifadə edib. Mənim dediklərimi
burada olanlar təsdiq edə bilərlər. Amma bu
gün bütün şəhər sakinlərinə fasiləsiz içməli
suyun verilməsi onlara yeni, sağlam həyat
bəxş etdi.
Biz salyanlılara bu yeni sağlam həyatı
bəxş etdiyinizə görə bütün Salyan əhalisi
adından Sizə dərin minnətdarlığımı bildirir,
ömrünüzün su qədər uzun olmasını arzu-
layıram. Allah Sizə yar olsun. Allah Sizi
qorusun. Çox sağ olun, doğma əziz Prezi-
dentimiz.
Prezident İlham Əliyev: Sağ olun.
***
Rayon sakini: Ulu Öndərimizin ənənə -
lərini davam etdirdiyinizə görə hamımız
Sizə minnətdarlığımızı bildiririk.
Prezident İlham Əliyev: Çox sağ olun.
***
Prezident İlham Əliyev şəhərə suyun ve -
rilməsini bildirən düyməni basdı.
***
Sonda xatirə şəkli çəkdirildi.
Dostları ilə paylaş: |