mən Yalamada birinci aqroparkın açılışını
etmişəm. Oranın sahəsi 500 hektardan çox-
dur. Orada artıq min baş iribuynuzlu mal-
qara saxlanılır. Onların sayı üç minə çatacaq.
Müasir suvarma texnologiyaları yaradılıb.
Orada birinci mərhələdə 150, ikinci
mərhələdə 300 nəfər işləyəcək. Dövlət də,
özəl sektor da kredit ayırıb.
Qusar rayonunda da ona oxşar aqrokom-
pleks yaradılmalıdır. Çünki burada iqlim
şəraiti eynidir. Biz özümüzü ərzaq məh-
sulları ilə təmin edəcəyik, ixrac da edəcəyik.
İndi qarşımızda bu iki əsas vəzifə dayanır.
Yerli icra orqanları da çalışmalıdırlar ki, in-
vestorları cəlb etsinlər. Çünki həm Azərbay-
canda kifayət qədər böyük firmalar var ki,
vəsait qoymağa hazırdırlar, həm də xaricdən
gətirməliyik. Biz bu istiqamətdə daha da fəal
olmalıyıq. Ona görə ki, gələcək bu inkişaf-
dan asılıdır. Sahibkarlıq, kənd təsərrüfatı, sə-
naye potensialı, turizm imkanları həm
valyuta gətirən, həm də məşğulluq üçün çox
önəmli sahələrdir.
Bugünkü tədbir isə xüsusi önəm daşıyır.
Çünki Qusar şəhərinə təmiz, Dünya Səhiyyə
Təşkilatının standartlarına uyğun içməli su
verilir. Mən gəlmişəm ki, bu hadisəni bir-
likdə qeyd edək. Bu gözəl hadisə münasi-
bətilə sizi bir daha təbrik edirəm.
Qusar sakini Zöhrab Mirzəməmmə-
dov: Çox hörmətli Prezidentimiz, Sizi doğ -
ma Azərbaycanımızın ən gözəl guşələrindən
birində - Qusar rayonunda bütün qusarlılar
adından səmimi qəlbdən salamlayır, Sizə
“Xoş gəlmisiniz” deyirəm.
Çox hörmətli Prezidentimiz, böyük min-
nətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki,
Siz bu gün qusarlılar üçün, şəhərimiz üçün
son dərəcə vacib olan xeyirxahlıq mis-
siyasını həyata keçirdiniz. Siz bu gün Qusar
şəhər sakinləri üçün inşa edilmiş daimi su
qovşağının açılışını etdiniz. Həm də Siz bu
gün Qusar şəhər sakinlərinə daimi sudan is-
tifadə etmək xoşbəxtliyini bəxş etdiniz. Siz,
həmçinin bu gün Qusar şəhər sakinlərinə
bayram şənliyi bəxş etdiniz. Odur ki, onların
hamısı Sizə hədsiz dərəcədə minnətdardırlar,
çox hörmətli Prezidentimiz.
Su hər bir insanın həyatında ən mühüm
amillərdən biridir. Su həyat, sağlamlıq, təmi-
Qusarın içməli su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsi başa çatıb
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
3/2016
17
zlik, rahatlıq deməkdir. Cənab Prezident, Siz
bu gün bütün bu nemətləri qusarlılara əvəz-
siz olaraq bəxş etdiniz. Bütün bunlar Sizin
xalqımıza olan böyük sevginizin, sayğınızın,
diqqət və qayğınızın bariz ifadəsidir. Bütün
Qusar rayon ictimaiyyəti adından mən Sizə,
çox hörmətli Mehriban xanım Əliyevaya öz
dərin minnətdarlığımızı və təşəkkürümüzü
bildirirəm. Cənab Prezident, mən Sizə hə -
yatın ən gözəl neməti olan möhkəm can -
sağlığı arzu edirəm. Bir daha “Çox sağ olun”
deyirəm.
Prezident İlham Əliyev: Sağ olun, mən
də sizə cansağlığı arzu edirəm. Sizi təbrik
edirəm, çox sağ olun.
Qusar sakini Stella Əmirbəyova:
Cənab Prezident, mənim də Sizə sözüm var.
Siz bizim üçün nələr etməmisiniz!? İşığımız,
qazımız, rahat yollarımız, müasir məktəb -
lərimiz var. Bu gün də bizə su verdiniz, su
ilə bərabər həyat verdiniz. Bütün bunlara
görə Sizə camaatımızın adından dərin min-
nətdarlığımızı, təşəkkürümüzü bildirirəm.
Sizə cansağlığı, uzun ömür arzu edirəm, çox
sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Təşəkkür
edirəm, sağ olun. Doğrudan da çox gözəl,
əlamətdar bir gündür və bu günü bərabər
qeyd edirik. Bir neçə ildir ki, “Azərsu”
çalışıb, bu işləri görüb. Şadam ki, nəhayət,
artıq evlər şəbəkəyə qoşulur. Bu proses
yəqin ki, bir ay davam edəcək. Bir aydan
sonra bütün evlərə su veriləcək. Amma
mənə deyirlər ki, artıq bəzi evlərə su verilir.
Necə sudur?
Sakin: Yaxşıdır, təmizdir, çox sağ olun,
minnətdarlığımızı bildiririk.
Sakin: Cənab Prezident, biz xoşbəxtik.
Çünki xalqımızın çox parlaq və işıqlı
gələcəyi var. Biz Sizinlə fəxr edirik.
Prezident İlham Əliyev: Qusar rayonu -
nun inkişafı göz qabağındadır. Biz ardıcıl
siyasət apararaq bütün məsələləri həll et-
mişik. Bir daha demək istəyirəm, bundan
sonra əsas vəzifə investisiya qoyuluşu, kənd
təsərrüfatının, turizmin inkişafı, sənaye zo -
nalarının yaradılmasıdır ki, insanlar işlə
təmin olunsunlar, yaxşı maaş alsınlar.
Sakin: Çox hörmətli Prezidentimiz,
xalqımızın ən böyük xoşbəxtliyi ondadır ki,
dahi Heydər Əliyevdən sonra respublika -
mızın idarəetmə sükanı məhz Sizin etibarlı
əllərinizdədir. Odur ki, doğma Azərbay-
canımız gündən-günə inkişaf edəcək.
Prezident İlham Əliyev: Sağ olun.
***
Sonda xatirə şəkli çəkdirildi.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Qusarın içməli su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsi başa çatıb
RƏSMİ
3/2016
18
Dünya Su Şurasının İdarə Heyətinin 59-
cu iclasında şuraya üzv olan dövlət və özəl
sektorun, nüfuzlu beynəlxalq təşkilatların
rəhbər şəxsləri iştirak etmişdir. İclasda dün -
yanın su ehtiyatlarının səmərəli idarə
edilməsi, regional və qlobal əhəmiyyətli su
məsələləri, su sektorunda koordinasiya, in-
formasiya mübadiləsi, su ilə əlaqədar effek-
tiv strategiyanın müəyyən edilməsi, daya -
nıqlı və təmiz suyun təmin olunması, ida -
rəetmə sahəsində innovativ texnologiyalar,
suyun ətraf mühitə təsiri kimi beynəlxalq
əhəmiyyətli məsələlər müzakirə olunmuşdir.
Tədbir çərçivəsində Dünya Su Şurasının
təşkilati məsələlərinə də baxılmış, cari fəa -
liyyət planı və optimal idarəetmə mexanizm-
ləri, həmçinin 2018-ci ildə Braziliya da
keçirilməsi nəzərdə tutulan 8-ci Dünya Su
Forumunun təşkili və qarşıda duran əsas
hədəf lərlə bağlı “yol xəritəsi”nin müəyyən -
ləş dirilməsi istiqamətində ətraflı müzakirələr
aparılmışdır.
Səfər çərçivəsində “Azərsu” ASC-nin
sədri Dünya Su Şurasının prezidenti Bene -
dito Braqa, Beynəlxalq Su Resursları As-
sosiasiyasının (IWRA) prezidenti Patrik
La varde, Braziliya Milli Su Agentliyinin
(ANA) baş meneceri Andrade Rikardo
Medeiros, Fransanın Ətraf Mühit və Elmi
Araşdırmalar Assosiasiyasının (ASTEE)
prezidenti Roşe Pyer-Alen, Meksika Milli
Su Assosiasiyasının (ANEAS) baş direktoru
Roberto Olivares, Hindistanın Jai Bhaqirati
Fondunun prezidenti Sinqh Prithvi Raj və
digər rəsmi şəxslərlə görüşlər keçirmiş,
qarşılıqlı maraq kəsb edən aktual mövzular
ətrafında müzakirələr aparmışdır.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
ƏMƏKDAŞLIQ
3/2016
19
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov
Dünya Su Şurasının İdarə Heyətinin 59-cu
iclasında iştirak edib
n Braziliya Federativ Respublikasının paytaxtı Braziliya şəhərində Dünya Su
Şurasının İdarə Heyətinin 59-cu iclası və 8-ci Dünya Su Forumunun hazırlıq görüşü
keçirilmişdir. Tədbirlərdə iştirak etmək üçün Dünya Su Şurası İdarə Heyətinin
üzvü, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Braziliyada
səfərdə olmuşdur.
Dostları ilə paylaş: |