SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
3/2016
13
Qusarın içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən
qurulması layihəsi başa çatıb
Prezident İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə
iştirak edib
Respublikanın hər yerində əhalinin sosial
məsələlərinin həlli istiqamətində mühüm
layihələr icra olunur. Görülən işlər arasında
su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması əsas yer tutur. Bu baxım-
dan Qusar şəhərinin içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurul-
ması layihəsi də mühüm əhəmiyyətə ma-
likdir. Qusar rayonunda içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurul-
ması işləri ilə yanaşı, dövlət büdcəsi vəsaiti
hesabına Qusar-Quba kanalizasiya kollek-
torunun tikintisi də tamamlanıb. “Şahdağ”
Qış-Yay Turizm Kompleksinin və Qusar
şəhərinin tullantı sularının Quba-Xaçmaz
kollektoruna ötürülməsi məqsədilə 27,2
kilometr uzunluğunda kanalizasiya kollek-
toru qısa müddətdə tikilərək istismara ve -
rilib. Kollektorun 7,6 kilometrlik hissəsi
1000, 19,6 kilometrlik hissəsi isə 800 mil-
limetrlik borulardan inşa olunub. Bu layi-
hələrin icrası Qusar sakinlərinin içməli su
təchizatı və kanalizasiya xidmətlərindən is-
tifadəsini yaxşılaşdırmaqla yanaşı, ətraf
mühitin ekoloji tarazlığının qorunmasına
imkan verib.
“Azərsu” ASC-nin sədri Qorxmaz
Hüseynov dövlətimizin başçısına layihə
n
Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması
layihəsi başa çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
8-də bu münasibətlə keçirilən mərasimdə iştirak edib.
barədə məlumat verdi. Qeyd olundu ki, la -
yihə çərçivəsində Qusar Sukanal İdarəsi
üçün 472 kvadratmetr sahəsi olan yeni inzi-
bati bina tikilib. Binada xidməti otaqlar, iclas
zalı, zəng mərkəzi, anbar, informasiya
texnologiyaları otağı, digər xidməti və
yardımçı otaqlar yaradılıb.
Bildirildi ki, bu layihə Azərbaycan
Hökuməti ilə Yaponiya Beynəlxalq Əmək-
daşlıq Agentliyinin birgə maliyyələşdirdiyi
“Kiçik şəhərlərdə su təchizatı və kanaliza-
siya layihəsi” çərçivəsində həyata keçirilib.
Layihə 2030-cu ilə perspektiv inkişaf nəzərə
alınmaqla Qusar şəhərində 19 min 600
nəfərin içməli su təchizatı və kanalizasiya
xidmətlərindən istifadəsinin yaxşılaşdırıl-
masına hesablanıb. Eyni zamanda, layihə
çərçivəsində Qusar rayonunun 7 və Quba
rayonunun 3 kəndinə içməli suyun verilməsi
nəzərdə tutulub. Ümumilikdə, layihədən bu
kəndlərin 12 min sakini faydalanacaq.
Qusar şəhərinin içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurul-
ması layihəsinin icrasına 2012-ci ildə
başlanılıb. Layihənin birinci mərhələsində
Qusar şəhərini və 10 kəndi keyfiyyətli
içməli su ilə təmin etmək üçün Qusarçayın
məcrasında məhsuldarlığı saniyədə 102 litr
və ya sutkada 8800 kubmetr olan drenaj tipli
suqəbuledici qurğu tikilib, su mənbəyindən
şəhərə qədər 17,4 kilometr uzunluğunda
magistral kəmər çəkilib. Şəhərin dayanıqlı
su təchizatını təmin etmək məqsədilə ümumi
tutumu 3 min kubmetr olan 3 su anbarı ti -
kilib və bu anbarlar arasında 2,8 kilometr
uzunluğunda su xətləri çəkilib, yeni xlorator
binası inşa olunub. Layihənin ikinci
mərhələsində isə Qusar şəhərində içməli su
və kanalizasiya şəbəkələrinin yenidən qurul-
ması işləri həyata keçirilib. Bu işlər
çərçivəsində 106 kilometr içməli su şəbəkəsi
yaradılıb, abonentlərə ev birləşmələri ve -
rilib, yanğın hidrantları quraşdırılıb. İçməli
su şəbəkəsi ilə paralel olaraq, şəhərin kanal-
izasiya sistemləri də müasir standartlar
səviyyəsində yenidən qurulub, 105 kilometr
uzunluğunda şəhərdaxili şəbəkə qurulub.
Şəhərdə yaranacaq tullantı suları Xaçmaz
rayonu ərazisində inşa ediləcək və məhsul-
darlığı sutkada 70 min kubmetr layihələn -
dirilən tullantı sutəmizləyici qurğuda
təmizlənib zərərsizləşdiriləcək. Bu qurğuda,
həmçinin Quba və Xaçmaz şəhərlərinin də
tullantı suları emal olunacaq.
Dövlətimizin başçısına məlumat verildi
ki, Azərbaycan Hökuməti və Yaponiya
Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə
maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su
təchizatı və kanalizasiya layihəsi” çərçi -
vəsində ölkəmizin 5 şəhərində - Qusar, Xaç-
maz, Xızı, Qobustan və Naftalanda içməli su
təchizatı və kanalizasiya sistemlərinin ye -
nidən qurulması nəzərdə tutulub. Artıq Naf-
talan şəhərində su və kanalizasiya şəbə -
kələrinin tikintisi tam başa çatıb, hazırda tul-
lantı sutəmizləyici qurğunun inşasına hazır-
lıq işləri görülür. Qobustan, Xaçmaz və Xızı
şəhərlərində isə içməli su və kanalizasiya
sistemlərinin inşası təsdiqlənmiş qrafikə
uyğun davam etdirilir.
Sonra Prezident İlham Əliyev layihənin
işə salınmasını bildirən düyməni basdı.
Dövlətimizin başçısı rayon ictimaiyyə-
tinin nümayəndələri ilə görüşdü.
Azərbaycan Prezidenti görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Bu gün Qusar rayonunda çox əlamətdar
bir gündür. Qusar şəhərinin su problemi artıq
öz həllini tapıb. Bu gün biz bu layihənin
başa çatmasını qeyd edirik. Bu münasibətlə
sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da
çox əlamətdar hadisədir. Çünki əvvəlki il-
lərdə Qusarda su problemi çox kəskin prob-
lem kimi qalmışdı. Bizim demək olar ki,
bütün rayonlarımızda oxşar problemlər var
idi və onlar tədricən öz həllini tapır.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Qusarın içməli su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsi başa çatıb
RƏSMİ
3/2016
14
Dostları ilə paylaş: |