Dünyada təhlükələrin artdığını, iqti-
sadi böhranın daha da dərinləşdiyini və
bütün ölkələrin bu böhrandan müxtəlif
formada əziyyət çəkdiyini deyən Prezi-
dent İlham Əliyev Azərbaycanda uğurlu
inkişafın təmin edildiyini, ictimai-siyasi
vəziyyətin sabit qaldığını, ölkə qarşı -
sında duran vəzifələrin həll olunduğunu
bildirib. Çıxışında Ermənistan-Azərbay-
can, Dağlıq Qarabağ münaqişəsinə tox-
unan dövlətimizin başçısı aprel ayında
təmas xəttində Ermənistanın törətdiyi
təxribatın qarşısının ordumuz tərəfindən
alındığını, əks-hücum əməliyyatı nəti -
cəsində 2 min hektar ərazinin işğaldan
azad edildiyini diqqətə çatdırıb. “Mü-
naqişə tezliklə həllini tapmalı, status-kvo
dəyişilməlidir”, - deyən Prezident İlham
Əliyev Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüququn norma və prinsip -
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
3/2016
Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2016-cı ilin birinci
yarısının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunan
iclası keçirilib
n İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
5
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-...
ləri, həm çinin Azərbaycanın ərazi
bütövlüyü çər çivəsində həll olunmasının
vacibliyini vurğulayıb.
Bu ilin altı ayında ölkəmizin xarici
siyasətinin fəal olduğunu, 10-dan çox
dövlət və hökumət başçısının Azərbay-
cana səfərə gəldiyini, özünün də xaricə
səfərlərinin beynəlxalq əlaqələrin daha
da möhkəmləndirilməsinə xidmət et-
diyini deyən Prezident İlham Əliyev
çıxışında iqtisadi inkişaf proseslərindən
də danışdı, cari ilin altı ayında ümumi
daxili məhsulun azalmasına baxma-
yaraq, sənaye və kənd təsərrüfatında, o
cümlədən qeyri-neft sektorunda artımın
müşahidə olunduğunu deyib. Bildirib ki,
ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 mil-
yard dollar sərmayə qoyulub və xarici in-
vestorlar üçün Azərbaycan cəlbedici
ölkə olaraq qalır. İlin birinci yarısında 78
min daimi iş yeri açılıb, sosial tədbirlərin
həyata keçirilməsi istiqamətində mühüm
işlər görülüb. “2016-cı il tarixdə dərin is-
lahatlar dövrü kimi qalacaq”, - deyən
dövlətimizin başçısı strateji enerji və
nəqliyyat layihələrinin uğurla icrası is-
tiqamətində tədbirlərin davam et-
dirildiyini bildirib.
Sonra müdafiə sənayesi naziri Yavər
Camalov, kənd təsərrüfatı naziri Heydər
Əsədov, “Meliorasiya və Su Təsərrüfatı”
Açıq Səhmdar Cəmiyyətinin sədri
Əhməd Əhmədzadə 2016-cı ilin 6
ayında görülən işlər və qarşıda duran
vəzifələrlə bağlı məruzə ediblər.
Prezident İlham Əliyev yekun nit -
qində prioritet istiqamətlər üzrə qarşıda
duran vəzifələrin yerinə yetirilməsinin
vacibliyini vurğulayıb.
Dövlətimizin başçısı ixracyönümlü iri
sənaye müəssisələrinin yaradılması, ki -
çik və orta sahibkarlığın gücləndirilməsi
ilə bağlı tapşırıqlarını verib.
Prezident İlham Əliyev deyib ki, bu il
ölkədə dərman istehsalına başlanması,
sənaye mərkəzlərinin yaradılması is-
tiqamətində, həmçinin Mingəçevirdə
yüngül sənaye kompleksinin təməlinin
qoyulması, hər bir rayonun sənaye
potensialının inkişaf etdirilməsi ilə bağlı
işlər davam etdirilir.
Azərbaycanda xalçaçılıq sənayesinin,
baramaçılığın, pambıqçılığın və tütün -
çülüyün inkişafına dövlət dəstəyinin
bundan sonra da davam etdirilməsi, zə -
ruri ərzaq məhsulları ilə təminatın, ət və
süd məhsullarına olan tələbatın ödə -
nilməsi, meliorativ tədbirlərin davam et-
dirilməsi, torpaqlardan səmərəli istifadə
olunması, o cümlədən turizm sənaye -
sinin yaradılması istiqamətində görülən
tədbirlərin davamlı olması ilə bağlı
tapşırıqlarını verən dövlətimizin başçısı
son illərdə Bakıda keçirilən beynəlxalq
tədbirlərin, həmçinin Formula-1 Avropa
Qran-prisinin ölkəmizdə turizmin inki -
şafına ciddi dəstək verdiyini bildirib.
Bu ilin əvvəlindən infrastruktur la -
yihələri icra edildiyini qeyd edərkən
dövlətimizin başçısı ölkəmizdə içməli su
la yihələrinin icrasının aparıldığını da
bildirib və deyib: “Bir çox rayonlarda
artıq bu, həll olunub. Hər bir rayon
mərkə zində içməli su və kanalizasiya
layihəsi tam icra edilməlidir”.
Əsassız yoxlamaların azaldılması ilə
bağlı verdiyi tapşırıqların müvəffə qiy -
yət lə icra olunduğunu deyən Prezident
İlham Əliyev 2016-cı ilin ikinci yarısının
da uğurlu olacağına əminliyini bildirib.
RƏSMİ
3/2016
6
3/2016
RƏSMİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
7
Azərbaycanda turizmin inkişaf perspek-
tivlərindən danışarkən dövlətimizin başçısı
son vaxtlar ölkəmizə gələn turistlərin sayının
böyük dərəcədə artdığını, xüsusilə şimal-
qərb zonasına turistlərin axınının müşahidə
olunduğunu vurğulayaraq deyib: “Mən
demişəm, bir daha demək istəyirəm ki, Şa-
maxıdan Balakənə qədər bütün bu bölgə
beynəlxalq turizm zonasına çevrilməlidir və
bu istiqamətdə işlər gedir. Əlbəttə ki, ilk
növbədə infrastruktur layihələri icra edilməli
idi və onların böyük hissəsi icra edildi”. Yol
infrastrukturunun, müasir mehmanxanaların
tikintisinin turizm üçün əsas şərt olduğunu
qeyd edən dövlətimizin başçısı həmçinin
deyib: “İsmayıllıda digər infrastruktur layi -
hələri icra edilib. İçməli su layihəsi artıq
neçə ildir ki, başa çatıb. İndi şəhər sakinləri
təmiz içməli su ilə təmin olunurlar. Kana -
lizasiya və təmiz ləyici qurğuların da quraş -
dırılması prosesi başa çatır”.
Prezident İlham Əliyev çıxışını yekun-
laşdırarkən deyib: “Biz işləri planlı şəkildə
görürük - ilk mərhələdə infrastruktur layi-
hələri, yol, elektrik stansiyaları, ondan sonra
sosial infrastruktur, məktəblər, içməli su,
ondan sonra iş yerləri, kreditlər, kənd təsər-
rüfatı. Mən gələcəyə çox böyük ümidlərlə və
nikbinliklə baxıram. Heç bir böhran,
dünyada baş verən heç bir hadisə bizə təsir
edə bilməz. Azərbaycan sabitlik diyarıdır,
inkişaf məkanıdır”.
Prezident İlham Əliyev: “Heç bir böhran, dünyada
baş verən heç bir hadisə bizə təsir edə bilməz”
n “Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq. Bizim imkanımız var ki, gələcək
inkişafımızı iki vacib istiqamət - kənd təsərrüfatı və sənaye istehsalı üzərində
quraq”. Bu sözləri Prezident İlham Əliyev avqustun 10-da İsmayıllı rayonunda
“İSMA BİKES” velosiped istehsalı zavodunun açılış mərasimində deyib. O, qeyd
edib ki, digər sahələr də böyük əhəmiyyət daşıyır. Bunların arasında ölkə rəhbəri
nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, metallurgiya, kimya sə-
nayesi sahələrinin adlarını çəkib.
Dostları ilə paylaş: |