Əvvəllər çayların suyu hidrokarbonat sinfinə və kalsiumlu qrupa mənsub olduğu
halda, hazırda sulfatlı-natriumludur. Suyun kimyəvi tərkibinin və keyfiyyətinin də -
yişməsinin əsas səbəbi Kür-Araz ovalığında suvarılan sahələrdən qayıdan və kollek-
tor-drenaj sularının Kürə və onun qollarına daxil olmasıdır. Həmin ovalıqda yerləşən
bütün göllərin suyunun kimyəvi tərkibində də belə dəyişikliklər baş vermişdir.
Su təsərrüfatı tədbirlərinin təsiri nəticəsində Kür-Araz ovalığı göllərinin hidroloji
rejimində də böyük dəyişikliklər baş vermişdir. Mingəçevir su anbarı və “Araz su
qovşağı”nın tikilməsi nəticəsində ovalıqdakı göllərə və axmazlara Kür və Araz çay-
larından daxil olan daşqın sularının qarşısı qismən alınmışdır. Şilyan, Bostançala,
Qarasu, Mahmudçala, Ağçala, Gülxana, Suat gölləri qurumuş, Ağgöl, Mehman,
Sarısu və Hacıqabul gölləri isə əsasən kollektor və drenaj suları ilə qidalanan su an-
barına çevrilmişdir.
Kür çayının axımı tənzimləndikdən sonra göllərin suyunun keyfiyyəti də
tamamilə kəsilmişdir. Təbii axım (daşqın suları) dayandırıldıqdan sonra bu şirinsulu
göllərdə minerralıq dərəcəsi kəskin surətdə artmışdır. Hazırda suyun minerallığı
Ağgöldə 13000 mq/l, Sarısu gölündə 5000 mq/l təşkil edir. Yaz-yay aylarında göl-
lərdə daha çox kollektor-drenaj suları daxil olduğundan onların duzluluğu maksi-
muma çatır.
Ağgöl, Mehman, Sarısu və Hacıqabul göllərinin böyük təsərrüfat əhəmiyyəti
vardır. Azərbaycanın balıq ovu mövsümündə böyük rol oynayan bu göllərin insanın
təsərrüfat fəaliyyəti nəticəsində dəyişdirilməsi onların hidroloji rejiminə də mənfi
təsir göstərmişdir. Nəticədə Hacıqabul və Mehman gölləri balıqçılıq əhəmiyyətini
itirmiş, Sarısuda isə balıq ovu kəskin azalmışdır. Bu iki göldən 1940-cı ildə 15,5
min sentner balıq ovlandığı halda, 1981-1986-cı illərdə hər il orta hesabla 1,7 min
sentner balıq tutulmuşdur.
Kür-Araz ovalığındakı böyük göllərin balıçılıq əhəmiyyətini bərpa məqsədilə
1966-1968-ci illərdə Bakı və Həştərxan şəhərlərinin layihə institutlarında Ağgöl,
Sarısu, Mehman və Hacıqabul göllərin bərpası layihələri hazırlansa da, bunlar indiyə
kimi həyata keçirilməmişdir. Layihələrin yenidən işlənib həyata keçirilməsi göllərdə
suyun keyfiyyətini yaxşılaşdırmaqla yanaşı onların balıqçılıq əhəmiyyətini də bərpa
edə bilər. Aparılacaq yenidən bərpa işləri göllərin yerləşdiyi ərazilərdə ekoloji
şəraitin də sağlamlaşdırılmasına səbəb olmalıdır.
Suvarma kanalları yatağının beton örtüyə alınması və selləmə yolu ilə aparılan
suvarma böyük su itkisinə səbəb olur. Bəzi hallarda suvarmaya normadan 2 dəfə
çox su sərf edilir. Suvaırılan sahələrdən qayıdan sular kollektor-drenaj şəbəkəsinə
dolur və onları lilləndirir. Bəzi hallarda kollektorlaırn süni yataqları artıq suya davam
gətirə bilmədiyindən tərkibində tarlalarda istifadə edilən kimyəvi və zəhərli mad-
dələr olan şor drenaj suları əkin sahələrində, kanallara və çaylara axaraq ekoloji
şəraiti daha da gərginləşdirir.
Respublikada 54 min km uzunluğunda olan suvarma kanallarının 8%-nə beton
Aslanov H.Q., Məmmədova E.H., Səlimova V.H.
Azərbaycan ərazisində Kür çayının antropogen...
SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
99
3/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Aslanov H.Q., Məmmədova E.H., Səlimova V.H.
Azərbaycan ərazisində Kür çayının antropogen...
SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
örtük döşənmişdir. Kanallarda olan suyun 25%-i sızıb qurunta hopur. Nəticədə qrunt
sularının səviyyəsi qalxır, torpaqları su basmasına, onların bataqlıqlaşmasına və şo-
ranlaşmasına gətirib çıxaırır. Kanallardan sızan su onların suvarma qabilliyətini
xeyli azaldır. Su qıtlığı şəraitində böyük itkiyə yol verilməsi kənd təsərrüfaının
inkişafını ləngidir. Yuxarı Qarabağ kanalından bir saniyədə orta hesabla 13 m
3
su
torpağa sızır. Beton örtüyə alınmadığından kanalda ildə 410 mln m
3
su itkisinə yol
verilir. Bu rəqəm respublikanın böyük su anbarlaından biri olan Ceyranbatan su an-
barının həcmindən 2,2 dəfə böyükdür. Yuxarı Qarabağ kanalının mövcud olduğu 50
il ərzində onun axıtdığı suyun 16 km
3
–dən çoxu torpağa sızmışdır. Mingəçevir su
anbarının həcmindən çox olan bu rəqəm magistral suvarma kanallarının tikintisində
buraxılan nöqsanların ağır ekoloji nəticəsidir [2,3].
Çaylarda su axınının tənzimlənməsinin də böyük əhəmiyyəti vardır. Azərbaycan
şəraitində su axınından səmərəli istifadə üçün yeganə və iqtisadi cəhətdən sərfəli
tədbirlərdən biri su anbarları yaratamaqla çay axının tənzimlənməsidir. Respublikada
istismar olunana 100-ə qədər su anbarı mühəndis qurğuları olmaqla, bunlardan 57-
si 1 mln m
3
həcmə malikdir. Mingəçevir su anbarının istismara verilməsindən sonra
Kür-Araz zonasında yaşayan əhali daşqın və sel təhlükəsindən qismən azad olmuş-
dur [1, 4]. Bu su anbarlarının sahəsinin təxminən 60%-ni və su həcminin 75%-ni
özündə cəmləşdirmişdir.
XX əsrin 70-ci illərinə qədər Kür-Araz zonasında xüsusilə, Zərdab, Sabirabad
və Salyan rayonlarında əhali evlərini 1,5-2 m hündürlükdən az olmayan dirəklər
üzərində tikirdilər ki, çay öz məcrasından çıxanda yaşayış yerləri toxunulmaz qala
bilsin. Lakin son illər ərzində əhali bu təcrübədən imtina etməyə başlamışdır.
Nəticədə güclü daşqın zamanı yüzlərlə evlər su altında qalmışlar. Bunu son illərin
(2003-2010) daşqınları bir daha sübut etdi.
Digər problem su təsərrüfatı obyektləri ətrafında təhlükəsizlik zonasının ol-
mamısıdır. Yaşayış evləri və ya sənaye obyektləri təhlükəli ərazidə, sahil qırağında
tikilmişdir. 1982-ci ildən Şəmkir su anbarının istismara verilməsi nəticəsində Kür
çayı özünün təbii axım rejimini dəyişmişdir. Mingəçevir, Şəmkir, Varvara və
Yenikənd su anbarları birlikdə Kür çayı axımını tənzim edən kaskada çevrilmişlər.
369 min kvt gücü olan Mingəçevir SES-nin və 2 paylama kanalının (Yuxarı Qarabağ
və Yuxarı Şirvan kanalları) inşa edilməsi Kür çayının aşağı axınında su resursların-
dan istifadə məsələlərini həll etmişdir. Su anbarları axar suların fəaliyyətini tən -
zimləyir, əhalini və təsərrüfatı su ehtiyatı ilə təmin edir, daşqınların qarşısını alır.
Iqlimin dəyişmə meyilləri son illər ərzində Azərbaycanda da nəzərə çarpır. Eyni
zamanda təbii fəlakətlər də çoxalmışdır. Əlbəttə, bütün bunlar qlobal miqyasda, is-
tiləşmə prosesi ilə daha sıx əlaqədardır.
2003-cü illər ərzində Azərbaycan ərazisində yağan yağışların miqdarı normadan
2-3 dəfə çox olmuşdur. Qərb rayonlarında kənd təsərrüfatına daha çox dolu
düşmüşdür. Ən “iri ölçülü” dolu mayın 19-20-də Tovuz rayonuna düşmüşdür.
100
3/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Dostları ilə paylaş: |