44
kimi ölkədə ciddi seçimlər edilməlidir. Belə ki, ölkə qlobal böhranın sonunda birbaĢa
xarici investisiyaların qoyulması üçün cəlbedici yer olmaq istəyirsə, ölkənin rəhbərliyi
qəbul olunmuĢ bütün qısamüddətli qərarların həyata keçirilməsini təmin etməlidir.
Hazırkı hesabat xərclərin əhəmiyyətli dərəcədə artırılmasının yolverilməzliyini aydın
göstərsə və uzun müddətdə xərclərlə bağlı qərarların verilməsində daimi gəlir
yanaĢmasının tətbiqini məsləhət görsə də, iqtisadi komandanın mövcud xərclərin
dayanaqlı və optimal səviyyəyə endirilməsində Prezident Administrasiyasının fəal
iĢtirakına ehtiyacı var. DəyiĢikliklərin çox aĢağı sürətlə həyata keçirilməsi gələcək
nəsillərin Neft Fondunun vəsaitlərindən məhrum olması riskini yarada bilər, dövlət
xərclərinə çox böyük sürətlə düzəliĢlərin edilməsiisə, özəl sektorun həddindən artıq
tənzimlənməsinin azaldılması üzrə ciddi tədbirlər görülməsə, iqtisadiyyatın tənəzzülə
uğraması ilə nəticələnə bilər. Əlavə olaraq, Azərbaycanın makroiqtisadi komandası
qlobal iqtisadiyyatın kursunu müntəzəm qiymətləndirməli (çox qısa müddət əsasında),
çünki mövcud əlamətlər böhranın və aĢağı neft qiymətlərinin
uzun müddət ərzində davam
edə bilməsini göstərir. Yekun olaraq, qlobal böhran Azərbaycan üçün özəl sektorun
fəaliyyət göstərdiyi mühitin yaxĢılaĢdırılması və daxili tələbin stimullaĢdırılması üçün
fürsət
yaradır.
LisenziyalaĢdırma
sahəsində
islahatlar,
sərhəd
keçidinin
modernləĢdirilməsi və ticarətin asanlaĢdırılması sahəsində təkmilləĢdirmələr, vergi
idarəetməsinin daha da təkmilləĢdirilməsi və vergi dərəcələrinin azaldılması vacibdir və
yüksək səviyyədə əlaqələndirmənin təmin edilməsini tələb edir.
Hazırkı hesabatın strukturu
85.
Hazırkı hesabatda mövcud inkiĢaf siyasətləri uzun müddət perspektivindən
nəzərdən keçirilir və Azərbaycanın orta müddətli diversifikasiya məqsədlərinə nail olmaq
üçün mükəmməl mövqeyə malik olmaqda davam etməsini iddia edir, o Ģərtlə ki, o, (i) uzun
müddətli fiskal strategiya çərçivəsində xərclərini nizama salsın və (ii) tənzimləmə sahəsində
islahatları qeyri-neft məhsullarının ixracı ətrafında cəmləĢdirsin. Fəsil 1-də 1990-cu illərin
ortasında makroiqtisadi inkiĢafın və Azərbaycanın inkiĢaf sahəsində bu gün üzləĢdiyi çağırıĢların
icmalı verilir. Fəsil 2-də, Azərbaycanın iqtisadiyyatı ilə daha az tanıĢ olan oxucu üçün,
Azərbaycanın qeyri-neft sektorunun perspektivləri sektorun üzləĢdiyi və xüsusilə bazarların
fəaliyyəti ilə bağlı institusional çətinliklər təsvir olunur. Fəsil 3 fiskal dayanıqlıq və dövlət
maliyyəsinin idarəçiliyinə aidməsələləri əhatə edir (1-3-cü tövsiyələr). Fəsil 4 kommunal
sektorun çağırıĢlarını əhatə edir (4-6-cı tövsiyələr). Fəsil 5 biznes mühitin çağırıĢlarını əhatə edir
(7-10-cu tövsiyələr). Fəsil 6 maliyyə sektorunun çağırıĢlarını əhatə edir (11-13-cü tövsiyələr).
Yekun olaraq fəsil 7 insan kapitalı ilə bağlı çağırıĢları əhatə edir (13-16-cı tövsiyələr).