World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə22/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   18   19   20   21   22   23   24   25   ...   102

43 
 
gözlənilməsini nəzərə alaraq, iqtisadiyyatın diversifikasiyası əsas prioritet olmalıdır. Hal-
hazırda  təhsil  (təlim)  müəssisələri  zamanın  tələblərinə  cavab  vermir  və  iĢ  axtaranları 
müsabiqə  əsasında  (qlobal  miqyasda)  iĢə  götürmə  prosesində  iĢtirak  etməyə  hazırlaya 
bilmir. Eyni zamanda, dövlət sektoru son imkan qismində nəzərdən keçirilən iĢəgötürən 
qalmağa  davam  edə  bilməz.  Təlimin  Azərbaycanın  inkiĢafını  təmin  edəcək  fəaliyyətlər 
əsasında  qurulması    əmək  qüvvəsinin  təklifini  əmək  qüvvəsinə  tələbata  daha  çox 
uyğunlaĢdıra  bilər.  Bununla  yanaĢı,  Azərbaycanın  dövlət  sektorunun  daha  rəqabətli 
olmasına  ehtiyac  duyulur  (daha  yüksək  peĢəkar  səviyyə  və  müvafiq  əmək  haqqı 
labüddür).  
84.
 
Qlobal  böhran  diversifikasiyanın  təmin  edilməsi  üçün,  Azərbaycanın  islahat 
tədbirlərinin  qısa  müddət  perspektivində  çox  konkret  prioritetləĢdirilməsini  tələb  edir. 
Yuxarıda  qeyd  olunan  orta  müddətli  prioritetlər  qlobal  böhrandan  əvvəlki  ssenaridə  -  neft 
qiymətlərinin  yüksək  olduğu  və  Azərbaycanın  ixracına  (neft  və  qeyri-neft)  tələbin  artdığı 
Ģəraitdə  arxayınlıqla  həyata  keçirilə  bilərdi.  Lakin,  neft  qiymətlərinin  aĢağı  düĢməsi,  neft 
qiymətlərinin qeyri-sabitliyivə qlobal bazarlarda fəallığın azalması yuxarıda göstərilən çərçivədə 
aĢağıdakı prioritetlərin müəyyən edilməsini təklif edir:  

 
Fiskal  dayanıqlığın  və  dövlət  xərclərinin  səmərəliliyinin  artırılmasının  təmin 
olunması.  2009-2010-cu  illərdə  neftdən  fiskal  gəlirlərin  səviyyəsi  ilə  bağlı  qeyri-
müəyyənlik  onu  təklif  edir  ki,  hökumət  (i)  xərclərin  həyata  keçirilməsində  daimi  gəlir 
yanaĢmasını  tətbiq  etsin  (ii)  investisiya  proqramının  təsirini  (diversifikasiya  qarĢısında 
duran maneələrin aradan qaldırılması yolu ilə) mümkün dərəcədə artırsın; (iii) investisiya 
xərclərinin  səmərəliliyi,  qlobal  böhranın  məĢğulluq  və  real  sektora  mənfi  təsiri  ilə  bağlı 
narahatlıqları  nəzərə  alaraq,  investisiya  vəsaitlərinin  bir  qismini  ünvanlı  sosial  yardım 
vasitəsi  ilə  yoxsulluğun  azaldılmasına  yönəltsin.  Bununla  yanaĢı  büdcə  islahatlarının 
həyata  keçirilməsi,  planlaĢdırdığı  kimi,  daxili  və  kənar  auditlərin  və  dövlət 
satınalmalarının gücləndirilməsi vacibdir.    

 
Maliyyə  sektorunun  dayanıqlığının  və  MKOM-ların  maliyyəyə  çıxıĢının  təmin 
olunması.  Azərbaycanın  monetar  sektoru  idarə  edən  qurumları  maliyyə  sektorunu 
diqqətlə  qiymətləndirməlidirlər.  Bank  sektoruna  göstərilən  istənilən  yardım  fərdi  bank 
səviyyəsində,  Ģəffaf  Ģəkildə,  səhmdarların  iĢtirakı  təmin  olunmaqla  və  problemlərin 
aradan  qaldırılması  üçün  aydın  strateqiyaya  malik  olmaq  Ģərti  ilə  həyata  keçirilməlidir. 
Paralel olaraq, Hökumət MKOM-ların maliyyəyə çıxıĢının geniĢləndirilməsi üçün yollar 
axtarmalıdır. YaxĢı olar ki, Hökumət tərəfindən MKOM-lara göstərilən istənilən maliyyə 
yardımı  bazar  prinsipləri  əsasında  həyata  keçirilsin  (bazar  faiz  dərəcələrinin  istifadə 
olunması yolu ilə).  

 
Yerli müəssisələr üçün məhsulun maya dəyərinin azaldılması. Qlobal böhran iqtisadi 
artım  və  ticarət  imkanlarını  məhdudlaĢdırır.  Keçən  illərlə  müqayisədə  Azərbaycan 
iqtisadi artımı dəstəkləmək üçün müvəqqəti olaraq daha çox daxili tələbə arxalanmalıdır. 
Eyni zamanda, Azərbaycan məhsulun qiymətinə təsir göstərən birbaĢa və dolayı xərclərin 
azaldılmasına  diqqət  yetirməlidir  (vergi  və  gömrük  inzibatçılığı  ilə  bağlı  yükün 
yüngülləĢdirilməsi, lisenziya xərclərinin azaldılması, ixracın inkiĢafı, maliyyələĢdirmə və 
istehsalla bağlı sektora məxsus problemlərin həllində dövlət yardımı).  

 
Yekun,  lakin  ən  vacib  məqam  iqtisadi  siyasət  sahəsində  əlaqələndirmənin 
gücləndirilməsi zərurətindən ibarətdir. Qlobal böhranı nəzərə alaraq hətta Azərbaycan 


44 
 
kimi  ölkədə  ciddi  seçimlər  edilməlidir.  Belə  ki,  ölkə  qlobal  böhranın  sonunda  birbaĢa 
xarici  investisiyaların  qoyulması  üçün  cəlbedici  yer  olmaq  istəyirsə,  ölkənin  rəhbərliyi 
qəbul  olunmuĢ  bütün  qısamüddətli  qərarların  həyata  keçirilməsini  təmin  etməlidir. 
Hazırkı  hesabat  xərclərin  əhəmiyyətli  dərəcədə  artırılmasının  yolverilməzliyini  aydın 
göstərsə  və  uzun  müddətdə  xərclərlə  bağlı  qərarların  verilməsində  daimi  gəlir 
yanaĢmasının  tətbiqini  məsləhət  görsə  də,  iqtisadi  komandanın  mövcud  xərclərin 
dayanaqlı  və  optimal  səviyyəyə  endirilməsində  Prezident  Administrasiyasının  fəal 
iĢtirakına  ehtiyacı  var.  DəyiĢikliklərin  çox  aĢağı  sürətlə  həyata  keçirilməsi  gələcək 
nəsillərin  Neft  Fondunun  vəsaitlərindən  məhrum  olması  riskini  yarada  bilər,  dövlət 
xərclərinə  çox  böyük  sürətlə  düzəliĢlərin  edilməsiisə,  özəl  sektorun  həddindən  artıq 
tənzimlənməsinin  azaldılması  üzrə  ciddi  tədbirlər  görülməsə,  iqtisadiyyatın  tənəzzülə 
uğraması  ilə  nəticələnə  bilər.  Əlavə  olaraq,      Azərbaycanın  makroiqtisadi  komandası 
qlobal  iqtisadiyyatın  kursunu  müntəzəm  qiymətləndirməli  (çox  qısa  müddət  əsasında), 
çünki mövcud əlamətlər böhranın və aĢağı neft qiymətlərinin uzun müddət ərzində davam 
edə  bilməsini  göstərir.  Yekun  olaraq,  qlobal  böhran  Azərbaycan  üçün  özəl  sektorun 
fəaliyyət  göstərdiyi  mühitin  yaxĢılaĢdırılması  və  daxili  tələbin  stimullaĢdırılması  üçün 
fürsət 
yaradır. 
LisenziyalaĢdırma 
sahəsində 
islahatlar, 
sərhəd 
keçidinin 
modernləĢdirilməsi  və  ticarətin  asanlaĢdırılması  sahəsində  təkmilləĢdirmələr,  vergi 
idarəetməsinin daha da təkmilləĢdirilməsi  və vergi  dərəcələrinin  azaldılması  vacibdir  və 
yüksək səviyyədə əlaqələndirmənin təmin edilməsini tələb edir.   
Hazırkı hesabatın strukturu  
 
85.
 
Hazırkı  hesabatda  mövcud  inkiĢaf  siyasətləri  uzun  müddət  perspektivindən 
nəzərdən keçirilir və Azərbaycanın orta müddətli diversifikasiya məqsədlərinə nail olmaq 
üçün mükəmməl mövqeyə malik olmaqda davam etməsini iddia edir, o Ģərtlə ki, o, (i) uzun 
müddətli fiskal strategiya çərçivəsində xərclərini nizama salsın və (ii) tənzimləmə sahəsində 
islahatları qeyri-neft məhsullarının ixracı ətrafında cəmləĢdirsin.  Fəsil 1-də 1990-cu illərin 
ortasında makroiqtisadi inkiĢafın və Azərbaycanın inkiĢaf sahəsində bu gün üzləĢdiyi çağırıĢların 
icmalı  verilir.  Fəsil  2-də,  Azərbaycanın  iqtisadiyyatı  ilə  daha  az  tanıĢ  olan  oxucu  üçün, 
Azərbaycanın  qeyri-neft  sektorunun  perspektivləri  sektorun  üzləĢdiyi  və  xüsusilə  bazarların 
fəaliyyəti  ilə  bağlı  institusional  çətinliklər  təsvir  olunur.  Fəsil  3  fiskal  dayanıqlıq  və  dövlət 
maliyyəsinin  idarəçiliyinə  aidməsələləri  əhatə  edir  (1-3-cü  tövsiyələr).  Fəsil  4  kommunal 
sektorun çağırıĢlarını əhatə edir (4-6-cı tövsiyələr). Fəsil 5 biznes mühitin çağırıĢlarını əhatə edir 
(7-10-cu  tövsiyələr).  Fəsil  6  maliyyə  sektorunun  çağırıĢlarını  əhatə  edir  (11-13-cü  tövsiyələr). 
Yekun olaraq fəsil 7 insan kapitalı ilə bağlı çağırıĢları əhatə edir (13-16-cı tövsiyələr). 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə