38
məhkəmədən kənar həll etmək imkanı vermək; və (iv) maliyyə müqavilələrinin tətbiqi, o
cümlədən girovun müsadirəsinin xərclərini azaltmaq. Azərbaycan lizinqi daha da inkiĢaf etdirə
və zəmanətli kreditlər üzrə qanunvericliyi tətbiq edə bilər.
Hər iki
alət qeyri-likvid girovu
icarəçinin və ya borcalanın öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə asanlıqla satılmasına
imkan verən likvid maliyyə alətlərinə ―transformasiya‖ etməyə Ģərait yaradır.
66.
Yuxarıdakıları nəzərə almaqla, hesabatda tövsiyə olunur:
Tövsiyə 11: Pul-kredit qurumları tərəfindən proaktiv bank nəzarəti və
tənzimləmənin həyata keçirilməsi .
67.
Güclü və dinamik mikro, kiçik və orta müəssisələr (MKOM) sektorunun
yaradılması maliyyələĢdirmə tələb edir. Belə ki, MKOM-lara kredit ayırmaq üçün bir çox
səyləri artırmaq lazımdır və bunun bazar prinsipləri əsasında həyata keçirilməsi zəruridir.
Azərbaycanda MKOM-lar üçün bir neçə kredit proqramları mövcuddur, lakin onları
geniĢləndirmək, böyütmək və bazar prinsiplərinə uyğun möhkəmləndirmək lazımdır.
Azərbaycanda yeni mikrokredit bankı hesabına mikrokreditlərin həcmi, Milli Sahibkarlıq Fondu
hesabına isə kiçik müəssisələrə verilən maliyyə resurslarının miqyası əhəmiyyətli dərəcədə
artmıĢdır. Ölkədə bu səyləri geniĢləndirmək və, daha əhəmiyyətlisi, kənd təsərrüfatı sektorunda
maliyyəyə çıxıĢ məsələlərini yaxĢılaĢdırmaq lazımdır. Kənd təsərrüfatı sektorunda kommersiya
tipli kreditlərin verilməsi sahəsində uğur qazanmıĢ bir sıra ölkələr arasında Hollandiya və
Fransanı qeyd etmək olar.
68.
Bununla belə, dövlət müəssisələrinə borc verən bank sistemi özəl sektorun layihələri
üçün maliyyə resurslarının yerləĢdirilməsini sıxıĢdırıb çıxarır. 2008-ci
ilin sonunda iri dövlət
sektorunun təĢəkkül tapdığı Ģəraitdə dövlət müəssissələrinə ayrılan bütün kreditlərin xüsusi
çəkisi 13.7 faiz təĢkil etmiĢdir ki, bunun da üçdə iki hissəsindən çoxu dövlətin sahib olduğu
bankın portfoliosunda yerləĢib. Dövlət müəssisələrinə kreditlərin ayrılmasında Ģəffavlığın azlığı
rəqabəti təhrif edir və real sektor üçün daha yüksək maliyyələĢdirmə xərclərilə nəticələnə bilər.
69.
Azərbaycanın rəhbərliyi qlobal böhran baĢa çatdıqdan sonra xarici bankları ölkəyə
cəlb etməyə hazır olmalıdır. Azərbaycan bir neçə xarici bankı ölkəyə cəlb edib. Lakin, böhran
səngidikdən və xarici bankların maliyyə sağlamlığı ilə bağlı daha aydın mənzərə yarandıqdan
sonra bəzi adlı-sanlı maliyyə qurumlarının Azərbaycana cəlb olunması vacibdir. Ölkədə rəqabəti
gücləndirmək məqsədilə belə banklardan yararlanmaqdan əlavə (Azərbaycanda yerli bankların
bazarda payının azaldılması ilə bağlı ölkədə əldə olunmuĢ irəliləyiĢə baxmayaraq), xarici banklar
həm də bank sektoruna əhəmiyyətli dərəcədə dəyər qata bilərlər. Xüsusilə onu nəzərə almaq
lazımdır ki, xarici bankların kommersiya Ģərtləri ilə kənd təsərrüfatı sektoruna kredit verməklə
bağlı zəngin təcrübələri vardır.
70.
Yuxarıdakıları nəzərə almaqla, hesabatda tövsiyə olunur:
Tövsiyə 12: İnstitusional mühitin (məsələn borcalanla bağlı məlumatların əldə
olunması imkanları) təkmilləşdirilməsi və qlobal böhrandan sonra xarici
bankların cəlb edilməsi (məsələn, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış
banklar) yolu ilə MKOM-lar və böyük korporasiyalar üçün kreditə çıxışı
yaxşılaşdırmaq.