World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə21/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   17   18   19   20   21   22   23   24   ...   102

41 
 
prosesdə Azərbaycan bəzi ĠƏĠT ölkələrinin, misal üçün Macarıstanın son zamanlar ərzində əldə 
etdiyi təcrübədən faydalana bilər.   
78.
 
Yuxarıdakıları nəzərə almaqla, hesabatda tövsiyə olunur: 
Tövsiyə  14:  İslahatı  ali  təhsil  əsasında  qurmaq  və  sistemin  bazarın 
ehtiyaclarına cavab verməsini təmin etmək. 
79.
 
Azərbaycan Hökuməti (ƏƏSMN) əmək bazarları ilə bağlı fəal siyasəti formalaĢdıra 
bilər. Yüksək keyfiyyətli  məĢğulluq xidmətlərinin köməyi ilə  iĢsizlərin  ―fəallığının  artırılması‖ 
strategiyaları müavinət alanların və digər iĢ axtaranların iĢlə təmin olunma imkanlarını artırmağa 
kömək  edə  bilər.  Azərbaycanda  əmək  siyasətinin  fəallaĢdırılması  əvvəlki  proqramların  daha 
yaxĢı qiymətləndirilməsi və benefisiarların və əmək bazarının ehtiyaclarının və xüsusiyyətlərinin 
daha  çox  nəzərə  alınması  vasitəsilə  məĢğulluqla  bağlı  məsləhətçiliyin,  əmək  yarmarkalarının, 
təlim  proqramlarının  və  ictimai  iĢlərlə  bağlı  layihələrin  təkmilləĢdirilməsini  tələb  edir.  Bu, 
həmçinin, sosial xidmətlər, səhiyyə xidmətləri, mənzil sektoru və icmalarla Ģəbəkə fəaliyyətinin 
aparılmasını nəzərdə tutur.   
80.
 
Yuxarıdakıları nəzərə almaqla, hesabatda tövsiyə olunur: 
Tövsiyə 15: Məşğulluğun və iş axtaranların uyğunlaşdırılmasına kömək etmək 
üçün əmək bazarında fəal iş təcrübəsini təmin etmək. 
81.
 
Azərbaycanın  dövlət  sektoru  məĢğulluğa  və  əməyin  ödənilməsinə  dair  yanaĢmasını 
dəyiĢdirməlidir.    Dövlət  sektorunun  səmərəliliyinin  artırılması  (Fəsil  3)  və  dövlət  sektoru 
tərəfindən  əhaliyə  yüksək  keyfiyyətli  xidmətlərin  göstərilməsi  (Fəsil  4  və  5)  zərurətini  nəzərə 
alaraq,  hökumət  son  imkan  kimi  nəzərdən  keçirilən  iĢəgötürən  qismində  qalmaqda  davam  edə 
bilməz. O, yüksək ixtisaslı və yaxĢı təcrübəyə malik olan insanları cəlb etməlidir və artıq çalıĢan 
yüksək  ixtisaslı  insanları  saxlamalıdır.  Buna  nail  olmaq  üçün,  o  yüksək  ixtisaslı  iĢçilərin  əmək 
haqlarını  qaldırmalı  və  əmək  haqqını  görülən  iĢin  nəticələri  ilə  əlaqələndirməlidir.    Lakin  son 
zamanlar  təcrübə  göstərdiyi  kimi,  əmək  haqqının  fəaliyyətin  səmərəliliyi  ilə  əlaqələndirməsi 
dolayı  yanaĢmanın  tətbiq  edilməsini  tələb  edir.  Bir  neçə  ĠƏĠT  ölkəsi  dövlət  xidmətlərinin 
səmərəliyini  dövlət  sektorunda  çalıĢan  iĢçilərin  əmək  haqlarının  müvafiq  təĢkilati  bölmənin 
fəaliyyətinin səmərəliliyi ilə əlaqələndirməyə çalıĢmıĢdır.  Hazırkı təcrübənin çətin olması sübut 
olunub,  çünki  fəaliyyətin  səmərəliliyinin  ölçülməsi  (fəaliyyətlər  və  nəticələr  münasibətdə) 
problemli olub və uzun müddət ərzində iĢin aparılmasını tələb edir. Bundan baĢqa, son zamanlar 
əmək  haqqının  fəaliyyətin  nəticələrinə  bağlanması  ilə  bağlı  islahatların  nəticələri  haqqında 
empirik ədəbiyyat təəssüfləndirici təsir bağıĢlayır. Azərbaycan hökuməti üçün alternativ variant 
ondan ibarət ola bilər ki, əməyin ödənilməsi ilə bağlı islahat fəaliyyətin nəticələri əsasında illik 
bonuslar və ya əmək haqqının dəyiĢilməsi deyil, əmək haqqının artırılmasını vəzifədə yüksəlmə 
ilə əlaqələndirən əməyin ödənilməsi üzrə müsabiqəli struktur əsasında qurulsun.  
82.
 
Yuxarıdakıları nəzərə almaqla, hesabatda tövsiyə olunur: 
Tövsiyə  16:  Hökumətin  son  imkan  qismində  nəzərdən  keçirilən  işəgötürən 
olaraq istifadə edilməsindən uzaqlaşmaq və ixtisaslı işçilərin saxlanması və cəlb 
olunması  üçün  əmək  haqqının  qaldırılması  və  bunun  vəzifədə  yüksəlmə  ilə 
əlaqələndirilməsi vasitəsilə dövlət sektorunun səmərəliliyinin artırılması.  


42 
 
VI.  
Yekun 
 
83.
 
Hazırkı  hesabat  diversifikasiyanın  Azərbaycanda  inkiĢaf  nailiyyətlərinin 
davamlılığı üçün əsas amil olduğunu təsdiqləyir və diversifikasiyanın təmin olunması üçün 
orta  müddətli  tövsiyələri  təqdim  edir.    Strategiya  Azərbaycanın  neft  bumunun  müvəqqəti 
xarakterinə  və  ölkənin  orta  müddətdə  davamlı  inkiĢafının  təmin  edilməsi  və  məĢğulluğun  
artırılması ehtiyaclarına cavab verir. Təcililik: (i) dövlət xərclərinin qeyri-dayanıqlı səviyyəsi və 
(ii) son zamanlar neft qiymətlərinin kəskin düĢməsindən irəli gəlir. Son zamanlar diversifikasiya 
ilə  bağlı  səylərin  dayandırılması,  nəzərdən  keçirilməli  vacib  faktorlardan  biridir.  Təklif  olunan 
siyasətlər hətta neft qiymətlərinin yüksək səviyyədə qalması halında zəruridir, baxmayaraq ki, bu 
halda,  hökumətin  tətbiq  olunan  siyasətlərə  düzəliĢlərin  edilməsi  üçün  daha  çox  vaxtı  olardı. 
Diversifikasiya strategiyası üç əsas tövsiyəyə əsaslanır:  

 
Neft  gəlirlərinin  xərclənməsi  səviyyəsinin  sabitləĢdirilməsi  və  səmərəliliyin 
artırılması.  Azərbaycan  neft  gəlirlərinin  xərclənməsi  səviyyəsini  sabitləĢdirə  bilsə 
(NQGĠUMS-in  daha  ciddi  icrası  vasitəsilə)  bununla  valyuta  məzənnəsinin  bahalaĢması 
təzyiqlərinin  azaldılmasına  və  fiskal  imkanların  geniĢlənməsi  hesabına  özəl  sektorun 
vergi  yükünün  yüngülləĢdirilməsinə  nail  olmaq  olar.  Xərcləri  məhdudlaĢdırmaqla, 
hökumət,  həmçinin,  valyuta  məzənnəsinin  bahalaĢmasının  bank  sektoruna  təzyiqini 
azaldacaq.  Ölkəyə  stabil  xarici  valyuta  axınları  sabit  makroiqtisadi  mühit  üçün  zəmin 
yaradır.  Xərcləmə  qaydalarından  faydalanmaq  üçün  hökumət  yüksək  səviyyədə 
əlaqələndirmə  mexanizmlərini  rəsmiləĢdirməlidir  və  təklif  olunan  Ġqtisadi  ġura  bu 
münasibətdə  aparıcı  rol  oynaya  bilərdi.  Ortamüddətli  xərclər  çərçivəsində  xərcləmə 
qaydalarının  qəbul  edilməsi  dövlət  sektoru  üzərinə  cari  büdcənin  icrasında  və  kapital 
xərclərinin  hazırlanması  və  həyata  keçirilməsində  səmərəliliklə  bağlı  təzyiqləri  artıra 
bilərdi.   

 
Tənzimləmə  səviyyəsinin  azaldılmasının  diversifikasiyaya  istiqamətləndirmək
Hökumətin özəl sektorun dayanıqlı artımı ilə bağlı məqsədinə o halda nail olmaq olar ki, 
Hökumətin 
iqtisadiyyatın  tənzimləmə  səviyyəsinin  azaldılması  üzrə  səyləri 
diversifikasiyanın  potensial  faydalarına  uyğun  olaraq  prioritetləĢdirilsin.  Biznesin 
tənzimlənməsinə  gəldikdə  sərhədin  keçməsi  və  gömrük  rəsmiləĢdirilməsi  prosedurları, 
vergi  dərəcələrinin  azaldılması  və  vergi  inzibatçılığının  təkmilləĢdirilməsi  ilə  bağlı 
islahatların aparılması vacibdir. Daha geniĢ əməliyyat mühitində, xarici investorları cəlb 
edən  qurumlar  gücləndirilməlidir.  Kommunal  xidmətlərə  gəldikdə,  rabitə  və  enerji 
təchizatı  prioritet  sahələr  kimi  seçilə  bilər  ki,  burada  özəl  sektor  üçün  yüksək  səviyyəli 
dəstək və gələcəkdə xarici investorları cəlb etmək üçün imkan yaradılsın. Enerji təchizatı 
sektoru,  həmçinin,  əlavə  regional  potensial  yaradıb.  Yekun  olaraq,  maliyyə  sektorunda 
kreditə  çıxıĢ  kredit  üçün  müraciət  edənlər  haqqında  məlumata  çıxıĢla  bağlı  institusional 
təkmilləĢdirmələrdən  və  bank  sektorunda  konkret  sahələr  və  müĢtəri  növləri  (məsələn 
mikro,  kiçik  və  orta  müəssisələrin  bütün  növləri)  üzrə  təcrübənin  yaradılmasından 
asılıdır.  Həmin  elementləri  birləĢdirmək  və  onların  bütövlükdə  Azərbaycanın  qeyri-neft 
ixracına  töhfə  verilməsinin  təmin  olunması  üçün,  yüksək  səviyyədə  əlaqələndirmənin 
əhəmiyyətli dərəcədə gücləndirilməsinə ehtiyac var.  

 
Ġnsan kapitalının gücləndirilməsi. Azərbaycanın əmək qüvvəsi ölkənin rəqabətliliyinin 
əsasına  çevrilməlidir və  burada həm  özəl,  həm  dövlət  sektoru  rol oynamalıdır. Bu  gün, 
orta  və  ali  təhsil  proqramları  bazarın  ehtiyaclarına  daha  çox  uyğunlaĢdırılmalıdır. 
Azərbaycanın  demoqrafik  keçid  dövrünü  yaĢaması  və  əmək  qüvvəsi  sahəsində  bumun 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə