World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə29/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   25   26   27   28   29   30   31   32   ...   102

60 
 
D.
 
O
RTA
-
MÜDDƏTLI  PROBLEMLƏR
 
1.21.
 
Azərbaycanın  ən  vacib  və  təxirəsalınmaz  orta-müddətli  vəzifəsi  neft  gəlirlərindən 
həddən  artıq  çox  asılılığın  aradan  qaldırılmasıdır.  Yuxarıda  qeyd  olunduğu  kimi,  neft 
sektorunun  sürətli  inkiĢafı  nəticəsində  Azərbaycan  iqtisadiyyatının  neft  sektorundan  asılılığı 
əhəmiyyətli dərəcədə artmıĢdır. Bu məsələ həm fiskal gəlirlərə həm də cari hesaba aiddir. 2005-
ci  ildən  baĢlayaraq  qeyri-neft  ticarət  kəsiri  də  dayanıqlı  artım  nümayiĢ  etdirirdi.  Qısa  müddət 
baxımından qeyri-neft ticarət kəsiri neft ixracı hesabına örtülməkdə davam edəcək. Orta və uzun 
müddət  baxımından  isə  (neft  qiymətlərinin  trayektoriyasından  asılı  olaraq)  qeyri-neft  ticarət 
balansı  maliyyə  kəsirinin  yaranmasına  səbəb  ola  bilər  ki,  bu  da  ya  idxalın  azalması  və  yaxud 
qeyri-neft ixracın artırılması və BXĠ-lərin cəlb olunması hesabına aradan qaldırıla bilər.    
 
1.22.
 
Azərbaycan  investisiya  çatıĢmazlığı  ilə  də  üzləĢir  ki,  bu  da  infrastrukturun 
keyfiyyətinə  təsir  göstərir.  Azərbaycanda  investisiyalar  neft  sektoruna  istiqamətlənmiĢdir.  
Diaqram  1.20-də  Azərbaycan  üzrə  ümumi  investisiyaların  ÜDM-ə  nisbəti  (punktir  hətt) 
göstərilib.  Bu  göstərici  qeyri-neft  investisiyaların  (özəl  və  dövlət)  qeyri-neft  ÜDM-ə  nisbəti 
(qalın xətt) və MDB və keçid iqtisadiyyatların orta investisiya göstəriciləri ilə müqayisə olunur. 
Diaqramdan  görünür  ki,  1995-2002-ci  illərdə  Azərbaycan  qeyri-neft  ÜDM-in  təxminən  4  faizi 
miqyasında  investisiya  yatırıb  ki,  bu  da  MDB  ölkələrinin  eyni  orta  göstəricisi  ilə  müqayisədə 
daha azdır. Ġnvestisiyaların ÜDM-ə nisbəti isə 8 faiz olmuĢdur ki, bu da keçid iqtisadiyyatlarının 
eyni  orta  göstəricisi  ilə  müqayisədə  aĢağıdır.  Marağlıdır  ki,  1996-2004-ci  illər  ərzində 
Gürcüstanın illik investisiya səviyyəsi ÜDM-in təxminən 25 faizini təĢkil edib (Azərbaycandakı 
neft  bumundan  öncə).  Ermənistanda  eyni  göstərici  ÜDM-in  20  faizindən  bir  qədər  yuxarı 
olmuĢdur.  Azərbaycanın  qeyri-neft  investisiyalarının  qeyri-neft  ÜDM-ə  nisbəti  1995-2004-ci 
illər  ərzində  orta  hesabla  11.7  faiz  təĢkil  etmiĢdir.  Təbii  ki,  neft  bumundan  əvvəl  müĢahidə 
olunan  aĢağı  investisiya  göstəriciləri  ölkə  infrastrukturuna  əhəmiyyətli  təsir  göstərmiĢlər. 
Ümumilikdə  Azərbaycanda  infrastruktur  xidmətlərin  etibarlılığı  və  keyfiyyəti  qeyri-
qənaətbəxĢdir.  Ölkənin  infrastruktur  qurğuları  onların  25-30  illik  istismar  dövrünü  artıq  baĢa 
vurublar.  Maliyyə  vəsaitlərinin  qıtlığı  nəticəsində  infrastrukturun  böyük  hissəsi  korlanmıĢ, 
xidmətlərin keyfiyyəti isə aĢağı düĢmüĢdür. Yolların təxminən 56 faizi pis vəziyyətdədir, 30 faizi 
isə  təcili  təmirə  ehtiyac  duyur.  Regional  və  yerli  yolların  təxminən  45  faizinin  istismar  dövrü 
bitib  ki,  bu  da  bəzi  regionlarda  ərazi  vahidləri  arasında  il  boyu  nəqliyyat  əlaqələrinin  təmin 
edilməsinə mane olur. Dəmir yol infrastrukturunun pisləĢməsi ilə bağlı olaraq Azərbaycan dəmir 
yolları  tam  gücü  ilə  fəaliyyət  göstərə  bilmir.  Su  təchizatı  sisteminin  etibarlılığı  son  illərdə 
müəyyən  dərəcədə  yaxĢılaĢsa  da  onun  vəziyyəti  (xüsusilə  kapital  baxımdan)  hələ  də  aĢağı 
olmaqda qalır (orta hesabla günə 13 saat). Bakıdan kənarda yerləĢən ölkənin bir sıra bölgələrində 
əhali su ilə gündə orta hesabla 3 saat təchiz olunur.  
1.23.
 
Azərbaycan  bazar  institutlarının  zəifliyi  ilə  bağlı  olan  risklərə  məruzdur. Yuxarıda 
qeyd  olunan  ürəkaçan  makroiqtisadi  mənzərə  ilə  müqayisədə  institusional  sahədə  inkiĢaf  zəif 
olmuĢdur.  Bu  məsələ  narahatlıq  doğurur,  çünki  iqtisadi  ədəbiyyata  görə  yaxĢı  institutların 
mövcudluğu dayanıqlı  iqtisadi artım  və özəl  sektorun inkiĢafı üçün olduqca vacibdir.
22
 2008-ci 
ilin  sonunda  Azərbaycan  siyasi  risklər  və  dövlət  idarəetmə  sisteminin  keyfiyyəti  baxımından 
üçüncü  kvartilya  (dörddə  bir),  demokratik  hesabatlılıq  və  korrupsiyanın  dərinliyinə  görə  isə  ən 
aĢağı kvartilya daxil edilib.
23
 AYĠB-ın keçid indeksi
24
 də göstərir ki, Azərbaycan MDB ölkələrlə 
                                                 
22
 Acemoglu, and others 2005.  
23
 International Country Risk Guide 2007. 


61 
 
müqayisədə  ikinci  nəsil  islahatların  (resursların  rəqabət  əsasında  paylanması  üçün  institusional 
bazanın  yaradılmasına  yönəldilmiĢ  islahatlar)  tamamlanmasında  zəif  irəliləyiĢ  nümayiĢ  etdirir. 
Bu,  qonĢu  ölkələrlə  müqayisədə,  doğurdan  da  belədir  (Cədvəl  1.3).  Eyni  zamanda,  dövlət 
idarəçiliyinin  və  müdaxiləsinin  səviyyəsi  Azərbaycan  biznesi  üçün  yüksək  olaraq  qalmaqdadır. 
Qeyri-formal  sektorun  fəaliyyəti  haqqında  son  hesabat  mövcud  deyil,  lakin  2003-cü  ildə 
hazırlanmıĢ hesabata görə ölkənin ―kölgə iqtisadiyyatında‖ iqtisadiyyatın kifayyət qədər böyük 
hissəsi  cəmləĢmiĢdir
25
.  Bununla  yanaĢı,  Azərbaycanın  rəsmi  statistikasına  görə  qeyri-formal 
sektorda  çalıĢan  insanların  sayı  çox  yüksəkdir‖  (2008-ci  ildə  əmək  saziĢi  olmayan  iĢçilərin 
xüsusi çəkisi 65 faiz təĢkil edirdi)
26

 
1.24.
 
Azərbaycan  biznes  mühitinin  yaxĢılaĢdırılmasına  və  bir  sıra  gecikən  islahatların 
həyata  keçirilməsinə  diqqət  yetirməlidir.  Qeydiyyat  və  əmək  bazarı  sahəsində  aparılan 
islahatlardan  sonra  2008-ci  ilin  sentyabr  ayında  Azərbaycanın  Doing  Business  hesabatında 
reytinqi  33-dək    yüksəlmiĢdir
27
.  Bu  islahatlar  ümidvericidir.  Belə  ki,  2005-2007-ci  illərdə 
Azərbaycanın  reytinqi  regionun  digər  ölkələrindən  geridə  olaraq  adətən  90  yuxarı  olurdu. 
Azərbaycanın  ticarət  loqistikası  indeksi
28
 sahəsində  və  Global  Competitiveness  hesabatında 
reytinqi  də  aĢağıdır.  Eyni  zamanda,  təhlil  göstərir  ki,  korrupsiyanın  səviyyəsi  digər  ölkələrlə 
müqayisədə  əhəmiyyətli  dərəcədə  çoxdur  və  Azərbaycan  Ģirkətlərinin  qazandığı  dəyərin  6.1 
faizini təĢkil edir (Gürcüstanın 0.5 faizi və Qırğızıstanın 1 faizi ilə müqayisədə).  
1.25.
 
Maliyyəyə  çıxıĢ  orta  və  kiçik  müəssisələrin  inkiĢafı  qarĢısında  duran  əsas 
problemlərdən  biridir  (Cədvəl  1.4).  Azərbaycanda  kredit  aĢağı  bazadan  olsa  da  sürətlə 
artmaqdadır. 2005-ci ildə iqtisadiyyata kreditin ÜDM-də payı 11 faiz təĢkil edirdisə 2008-ci ilin 
sonunda bu göstərici  18.9  faizə çatmıĢdır. Kreditin  əsas  məbləği  ev təsərrüfatları və  xidmətlərə 
getdiyi  halda,  kənd  təsərrüfatına  yönəldilən  kreditin  artımı  həddən  artıq  aĢağı  olub.  BMK-nın 
(Beynəlxalq  Maliyyə  Korporasiyası)  KOM-lar  üzrə  2008-ci  ildə  hazırladığı  hesabat  göstərir  ki, 
orta  və  kiçik  müəssisələrin  54  faizi  üçün  (əsasən  kəndə  təsərrüfatı  və  qida  emalı  sənayesində 
fəaliyyət  göstərən)  kreditə  çıxıĢ  əsas  üç  maneələrdən  biridir  və  həmin  müəssisələr  yeni 
                                                                                                                                                             
24
 EBRD Transition Index 2007. 
25
 Friedrich Schneider tədqiqatına əsasən  2002-2003-cü illərdə Azərbaycanda gizli iqtisadiyyat ÜDM-in 61.3 faizini 
təĢkil etmiĢdir. 
26
 Azərbaycanın DSK, Əmək statistikası 2009-cu il. 
27
 Doing Business 2010 hesabatında Azərbaycan 2008 və 2009-cu illər üzrə 38-ci yerdədir (bu hesabat 2009-cu il 
üçün ölkələrin biznes mühitini qiymətləndirir, 2008-ci il üçün isə yenidən qiymətləndirir). 
28
 Dünya Bankının yeni Logistics Performance Index (LPI). 
                                                    
  Cədvəl 1.3 AYİB-in keçid  göstəriciləri 
Göstəricilər 1-dən 4+ kimi qiymətləndirilir. 1- mərkəzi plan sistemindən çox az dəyişməni 4 +  isə idustriallaşdırılmış
bazar iqtisadiyyatının standartlarına cavab verməni ifadə edir
CIS
2001
2008
2001
2008
2001
2008
2001
2008
Iri miqyaslı özəlləĢdirmə
2.0
2.0
3.3
4.0
3.0
3.0
3.1
3.0
Bank islahatları və faiz dərəcələrinin 
liberallaĢdırılması
2.3
2.3
2.3
2.7
3.0
3.0
1.7
2.7
Qiymətli kağızlar bazarı və QBMĠ
1.7
1.7
1.7
1.7
2.7
2.7
1.8
2.3
Rəqabət siyasəti
2.0
2.0
2.0
2.0
2.0
2.0
2.3
2.2
Müəsissələrin restruksizasiyası
1.7
2.0
2.0
2.3
2.0
2.0
2.2
2.2
Mənbə: AYĠB
Qeyd: QBMĠ - Qeyri Bank Maliyyə Ġnstitutu
Azerbaijan
Georgia
Kazakhstan


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə